A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə25/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   21   22   23   24   25   26   27   28   ...   116

69 
 
dövr Azərbaycan miniatürlərində də rast gəlmək olur. 
Araşdırmalar göstərir ki, Azərbaycanda bu əsrlərdə  məişətdə geniş istifadə 
edilən  saxsı  məmulatları  ilə  yanaşı,  müxtəlif  formalı  bədii  kaşılar  da  istehsal 
edilmişdir.  Bu  növ  məmulat  əsas  etibarilə  memarlıq  sahəsində  istifadə  edilmiş  və 
Azərbaycanın  bir  çox  şəhərlərindəki  məscidlərdə,  hamamlarda,  saraylarda  və  s. 
yerlərdə işlədilmişdir. 
Ərəb  tarixçilərindən  Müqəddəsi,  Həməvi  və  başqaları  Azərbaycan 
şəhərlərində  bişmiş  kərpicdən  tikilmiş  və  kaşılarla  bəzədilmiş  binaların  olmasını 
xəbər verirlər. XII əsrin axırı və XIII əsrin əvvəllərində yaşamış və şəxsən Təbrizdə 
olmuş Yaqut Həməvi yazır ki, Təbriz çox əhaliyə malik gözəl şəhər olub, kərpicdən 
tikilmiş evləri kaşılarla bəzədilmişdir. 
Azərbaycanda kobalt filizinin külli miqdarda olması və bu dövrdə ondan 
firuzəyi  şir  üçün  səmərəli  istifadə  edilməsi  nəticəsində  xüsusi  kaşıların  istehsalı 
genişlənirdi. Çünki memarlıq abidələrinin xarici və daxili tərtibatında bu kaşılardan 
geniş istifadə edilirdi. Təbrizdə, Ərdəbildə, Naxçıvanda, Bərdədə və Şirvanın bəzi 
yerlərində  tikilmiş  məscidlərin,  türbələrin,  hamam  və  binaların  bədii  tərtibatında 
işlənmiş  müxtəlif  rəngli  (xüsusən  abı,  göy,  firuzəyi)  kaşıların  nümunələri  hələ 
indiyə qədər qalmışdır. 
Ümumiyyətlə, 
Azərbaycan 
memarlıq  abidələrinin  bədii  tərtibatında 
tətbiq  olunan  kaşılar  öz  formalarına 
görə  iki  böyük  qrupa  bölünür. 
Bunlardan  dördkünclü,  adətən,  frizlərdə 
haşiyə  kimi  istifadə  edilən  kaşıları  və 
divarın  geniş  hissəsini  xalça  tək  örtən 
səkkizguşəli  ulduz  və  ulduzarası 
boşluqları  dolduran  xaçvari  kaşıları 
göstərmək  olar.  Azərbaycanın  bir  çox 
memarlıq 
abidələri 
belə 
yüksək 
keyfiyyətli bədii  kaşılarla bəzədilmişdir. 
Bunlardan  Qazıməmməd  rayonunda 
Pirsaatçay  üzərindəki  Pir  Hüseyn 
xanəgahını (XIII-XV yüzilliklər), 1322-
ci  il  tarixli  Bərdə  türbəsini,  Təbrizdəki 
Göy  məscidi (XV  əsr)  və  s.  göstərmək 
olar.  Bu  dövr  memarlıq  abidələrimizin  içərisində  ən    zəngini  Pir  Hüseyn 
xanəgahıdır.  Bakının  təxminən  150  kilometr  cənub-qərbində  yerləşən  bu  gözəl 
abidə vaxtilə yüksək səviyyəli bədii kaşılarla bəzədilmişdir. 
Hazırda Sankt-Peterburqda Dövlət Ermitajında, Gürcüstanın İncəsənət muzeyi və 
Bakının Nizami muzeyində toplanmış bu kaşılar əsasən dördkünc frizdən və paneli 
təşkil  edən  çoxlu  kiçik  səkkizbucaqlı  ulduz  və  xaçvari  hissələrdən  ibarətdir. 
Xanəgahın  kaşı  bəzəklərinin  ən  gözəl  hissəsini  -  panelin  yuxarısını  (yerdən  1,6  m 


70 
 
hündürlükdə) 11 m uzunluğunda haşiyələnən dördbucaqlı kaşı hissələri təşkil edir. 
Müxtəlif məsamələrdə (qabarıq, batıq) verilən nəbati ornament motivləri və 
ərəb əlifbasının nəsx xətti ilə yazılmış yazılar bu kaşıların əsas bəzək xüsusiyyətlərini 
təşkil edir. 
Ağ,  yaşıl, firuzəyi,  mavi rənglərlə boyanmış bu kaşıların  üzərindəki  nəbati 
naxışlarda yarpaq, gül, çiçək, qıvrım budaqlardan təşkil edilmiş yazılarda isə şeir və 
Qurandan  götürülmüş  bəzi  dini  sözlər  verilmişdir.  Şərqşünaslar  kaşılarda  rast 
gəlinən şeirlərin Xaqani Şirvaniyə və Cəlaləddin Rumiyə məxsus olduqlarını qeyd 
edirlər. 
Pir  Hüseyn  xanəgahının  kiçik  həcmli  kaşıları  da  bəzəklidir,  çünki  mavi 
boyalı  xaçvari  kaşılar  vaxtilə  Pir  Hüseyn  xanəgahının  divarında  fon  rolunu 
oynamışdır. 
Hazırda,  keçmiş  dövrlərdə  olduğu  kimi,  Sankt-Peterburqda  Dövlət 
Ermitajı salonlarının bir divarına bərkidilmiş bu dekorativ bəzəklərdə mavi xaçvari 
kaşılar  elə  bil  səmanı,  səkkizbucaqlı  kaşılar  isə  işıq  saçan  ulduzları  xatırladır. 
Səkkizbucaqlı  kaşıların  ulduza  bənzəməsinə  həm  onların  forması,  həm  də  rəngi 
kömək  edir.  Açıq-gümüşü  və  qızılı  rənglərin  vəhdətində  verilən  bu  kaşılarda 
simmetriya  əsasında  qurulmuş  çoxlu  bəzək  ünsürləri  vardır.  Burada  biz  gül,  çiçək, 
budaq, sərv ağacı  təsviri ilə  yanaşı, bir çox  heyvan, quş və balıq rəsmlərinə də rast 
gəlirik.  Bu  kaşıların  üzərində  sıçrayıb  atılmağa  hazır  vəziyyətdə  dayanan  ceyran, 
qulaqlarını  şəkləyib  dayanmış  dovşan  və  digər  heyvan  fiqurları  xüsusilə  həyati 
verilmişdir. 
Bunlardan əlavə,  həmin  kaşılar üzərində  qiymətli  mənbə  sayılan bir yazı 
da vardır. Bu, kaşıların qoyulduğu ili bildirən hicri 684 (1285)-cü il tarixidir. 
Demək  lazımdır  ki,  bu  kaşıları  yaradan  sənətkar  divar  tərtibatı  sahəsində 
olduqca təcrübəli, incə bədii zövqə malik, cəsarətli sənətkar olmuşdur. O, fikir və 
hisslərini  tamaşaçıya  aydın  bir  şəkildə  çatdırmaq  üçün  ən  zəruri  bədii  ifadə 
vasitələrindən  -  kompozisiya,  boyaların  bir-birinə  nisbəti  və  ahəngdarlığından 
bacarıqla istifadə etmişdir. Pirsaatçay xanəgahındakı kaşı parçalarının bəzəkləri öz 
dərin  koloriti  ilə  rəngarəng  bir  simfoniyanı  xatırladır.  Əgər  Şimali  Azərbaycan 
memarlıq  abidələrindən  tətbiq  olunan  kaşılar  içərisində  ən  zəngini  Pir  Hüseyn 
xanəgahının bəzəkləridirsə, cənubda  bu, 1465-ci  ildə  Təbrizdə  Nemətulla Bəvvab 
oğlu tərəfindən tikilib bəzədilmiş Göy  məsciddir. Göy  məscidin kaşı bəzəkləri göy 
rənglərin vəhdətində boyanmış (buna görə məscidin adı göydür), stilizə edilən nəbati 
ornamentlərdən  təşkil  olunmuşdur.  Göy  rəng  yeknəsəq  görünməsin  deyə,  o  hər 
yerdə bir tonda deyil, bəzən açıq-firuzəyi, bəzən də bənövşəyi verilmişdir. Burada 
yaşıl, sarı, hətta qara rəngə də təsadüf edilir. 


71 
 
Bundan 
əlavə, 
Göy 
məscidin  kaşı  bəzəklərində  saxsı 
qabların  üstündə  tətbiq  olunan 
cızma  texnikasından  da  istifadə 
edilmişdir. 
Beləliklə, 
rənglər 
canlanmış,  cızıqdan  isə  kaşının 
qırmızı  yerliyi  əlavə  rəng  kimi  üzə 
çıxmışdır.  Göy  məscidin  kaşı 
bəzəklərində  bundan  əlavə  bir  çox 
bədii 
yazılardan 
da 
istifadə 
edilmişdir.  Əsasən  nəsx  xətti  ilə 
yazılmış  bu  dini  sözlər  haşiyədə, 
bəzən  isə  medalyonların  içərisində 
yerləşdirilmişdir.  Nəsx  xətti  ilə 
ifadə olunan bu yazılar ilk baxışdan 
nəbati naxışlara bənzəyir. Yazıların 
nəbati  naxışlara  oxşamasına  bir  az 
da  onların  arasında  yerləşdirilən 
şaxəbəndliklər  kömək edir.  Rəngləri və ifası cəhətdən  yazılı haşiyələr ətrafındakı 
naxışlarla bir olub, kaşıdan toplanmışdır. 
Qeyd  etdiyimiz  memarlıq  abidələrində  tətbiq  olunan  kaşı  bəzəklərinin 
qiymətli  cəhətlərindən  biri  ondadır  ki,  bunlar  heç  vaxt  bəzədilən  abidənin 
konstruktiv xüsusiyyətlərini azaltmamış, əksinə, daim onu canlandırmış, ona həyat 
vermişdir. 
Memarlıq abidələrinin dekorativ kaşı bəzəklərində, xalçalarımızda olduğu 
kimi,  hər  ornament,  boya,  cizgilər  həm  özlüyündə,  yəni  kiçik  miqyasda,  həm  də 
kompozisiyanın  ümumi  görünüşü  ilə  dəqiq  əlaqələndirilirdi.  Elə  bu  xüsusiyyətlərə 
görə  də  onlara  həm  müxtəlif  məsafələrdən,  həm  də  bir  neçə  ayrı-ayrı  nöqtələrdən 
baxmaq olur. 
Azərbaycanda daş üzərini bəzəmək, onlarda kəsmə, oyma, cızma üsulu ilə 
naxışlar  açıb,  insan,  heyvan  və  başqa  təsvirləri  həkk  etmək  XI-XV  yüzilliklərdə 
dekorativ-tətbiqi  sənətin  geniş  yayılmış  sahələrindən  idi.  Bu  əsrlərdə  daş 
bəzəklərinə  əsas  etibarilə  memarlıq  abidələrində  və  məzar  daşlarının  üzərində 
təsadüf  edilir.  Həmin  daş  bəzəklərinin  bədii  xüsusiyyətlərinə  diqqət  yetirsək, 
onların  həndəsi,  nəbati,  insan,  heyvan,  hətta  süjet  xarakterli  mövzularla  icra 
edildiyini  görərik.  XI-XII  yüzilliklərdə  hazırlanmış  daş  abidələri  üzərində  daha  çox 
həndəsi  və  stilizə  edilmiş  nəbati  ornamentlərlə,  XIII  yüzillikdə  və  sonralar  isə  daş 
işlərində  nisbətən  real  səpkidə  işlənmiş  gül-çiçək,  insan  və  heyvan  təsvirlərilə 
qarşılaşırıq.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  oyma  işlərinin  tərtibatında  müxtəlif 
yazılardan,  onların  bədii  xüsusiyyətlərindən  və  dövrlərindən  asılı  olaraq  istifadə 
edilirdi.  Əgər  XI-XII  yüzilliklərdə  biz  həndəsi  və  stilizə  edilmiş  nəbati 
ornamentlərlə  bəzədilmiş  oyma  işlərində  bu  bəzəklərə  bənzər  kufi  yazılara  rast 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə