A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə20/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   16   17   18   19   20   21   22   23   ...   116

57 
 
türbədən uzaqlaşaraq, tamamilə fərdi bir memarlıq surətinin yarandığı görünür. Heç 
də  təəccüblü  deyildir  ki,  bunun  ümumi  görünüşü,  obrazı  köçəri  xalqların  yurdunu 
xatırladır.  Yaşayış  tikintiləri ilə  başqa  tikintilər,  xüsusilə  xatirə  tikintiləri  arasında 
mənşə etibarilə əlaqə olması memarlıq tarixində təsadüf edilən, daha doğrusu geniş 
yayılmış  bir  hadisədir.  Cicimli  türbəsinin  maraqlı  bir  xüsusiyyəti  də  onun  giriş 
qapısından yuxarı və giriş qapısının sağ və sol tərəflərində yonulmuş daş oymalardır. 
Bu  daş  oymalarının  hər  3  halda  öküzü  təsvir  etdiyi  aydınlaşdırılmışdır.  Son  dərəcə 
ekspressiv  vəziyyətdə  rəsm  edilmiş  bu  öküz  təsvirləri  abidənin  bədii 
xüsusiyyətlərini  daha  da  zənginləşdirir  və  eyni  zamanda  Azərbaycanda  heyvan 
təsvirlərinin bu vaxta qədər ehtimal etdiyimizdən daha genış yayıldığını göstərir. 
Cicimli abidəsinin üzərində kitabə olmadığından, onun  nə vaxt inşa edildiyini 
dəqiq surətdə demək olduqca çətindir. 
Cicimli  abidəsini  ilk  dəfə  görmüş  və  nəşr  etmiş  İ.Şeblikin  bu  binanın 
Səlcuqilər dövrünə aid olduğunu qeyd edir, bu da onun tarixini, təxminən XII əsrə və 
yaxud XIII əsrin əvvəllərinə aparır. 
Diribaba  türbəsi.  Şamaxı  rayonunun  Mərəzə  kəndində,  dağın  döşündə 
tikilmiş  ikimərtəbəli  türbə,  həm  də  xatirə  məscidi  vəzifəsini  görmüşdür.  Birinci 
mərtəbədə  iki  otaq  vardır.  Bu  otaqlar  cənub  tərəfdə,  fasadda  iki  çatma-tağla  qeyd 
edilmişdir.  Bir  pəncərəli  sol  tərəfdəki  otağın  daxilində  tavan  çatma  formasındadır. 
Ondan sağdakı kiçik kvadrat otağın tavanı səkkizkünc günbəzlə örtülmüşdür. Bu otaqdakı 
çatmatağlı çıxış yolu ikinci mərtəbəyə aparan pilləkənlərə çıxır. 
İkinci  mərtəbə  bir,  geniş  mərkəzi  günbəzli  otaqdan  ibarətdir.  Bu  otaq 
aşağıdakı  iki  otağın  sahəsi  boydadır.  Bu  otaq  xaricdən  sferik  formalı  günbəzlə 
örtülmüşdür. Günbəzin dayağı olan künc tromplan daş üzərində oyma nəbati naxışlarla 
bəzədilmişdir. 
Böyük  otağın  fasada  açılan,  eləcə  də  şərq  və  qərb  tərəfə  baxan,  işıq  gələn 
açırımları vardır. Otaqdan şimal tərəfə açılmış iki kiçik açırım türbəni dağda çapılmış 
mağara ilə əlaqələndirir. 
Memarlıq  obrazının  orijinallığı,  tikinti  kompozisiyasının  təkraredilməzliyi  və 
təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi 
yer tutur. 
Bu binada memarın bir sıra yaradıcılıq xüsusiyyətlərilə tanış oluruq. Onlardan 
fəza  boşluğunun  plastik  formalarla  həllinin  gözəl  mənzərəli  təbiətlə 
əlaqələndirilməsi,  qarmaqarışıqlı  təbiət  mənzərəsində  memarlıq  kütlələrinin 
ciddiliyini  qeyd  etməsi,  daxili  fəza  boşluqlarının  düzgün  təşkili,  daxili  həcmlərin 
tapılmış nisbətləri, dekorativ oymaların gözəlliyi və s. göstərmək olar. 
Binanın  mərtəbələrini  bir-birindən  ayıran  dekorativ  yazı  kəmərində  abidənin 
inşaat tarixi hicri 805 (1402)-ci il yazılmışdır. 
Günbəzli  salonun  tromplarının  hörmə  naxışları  öz  gözəlliyi  və  məharətlə 
işlənməsinə görə Şirvanşahlar sarayı kompleksinin eyni tipli dekorativ işlərindən heç 
də geri qalmır. Bu trompların birində oxunmuş yazıya görə bu türbə ustad Hacının 
oğlu tərəfindən tikilmişdir. 


58 
 
Bu  binanın  memarlıq  üslubu  onu  XV  əsrdə  Bakıda  inşa  edilmiş  görkəmli 
abidələr ilə, xüsusilə Şirvanşahlar sarayı kompleksilə bağlayır. 
Təbrizdə  Göy  məscid.  Azərbaycanda  kərpic  memarlığının  ən  nadir 
abidələrindən  biri  1465-ci  ildə,  Təbrizdə  kəclə  tikilmiş  Göy  məscid  binasıdır.  Bu 
tikintidə biz abidənin memarı Məhəmməd əl-Bəvvabın oğlu Nemətullanın yaradıcılıq 
xüsusiyyətlərilə rastlaşırıq. Burada bir çox yüzilliklər ərzində yetkinləşmiş bədii memarlıq 
üslubunun,  məscid  planının  ustalıqla  düşünülmüş  yığcam  və  monolitliyinin, 
kompozisiya  kamilliyinin,  Azərbaycan  memarlığında  geniş  yayılmış  motiv  və 
formaların  yüksək  bədii  tərzdə  yaradılmasının,  zəngin  memarlıq  bəzəyindəki 
nəfisliyin şahidi oluruq. 
Nə  vaxtsa  geniş  memarlıq  kompleksindən  ibarət  olan  bu  tikinti  bizə 
əzəmətli  bir  məscid  xarabalığı  şəklində  gəlib çatmışdır. Vaxtilə 52  m  uzunluğunda 
olmuş baş fasadın qarşısında geniş həyət yerləşmişdi, ortasında hovuz olan bu həyət 
arkadalı  hasarla  çəpərlənmişdi.  Mərkəzi  günbəzli  məscidin  özünəməxsus  planına, 
binalarına Azərbaycanın başqa dini binalarında rast gəlmirik. 
Məscid planının kompozisiya mərkəzində yerləşdirilmiş kvadrat salon (16x16 
m)  nə  vaxtsa  sferik  formalı  günbəzlə  örtülü  olmuşdur.  Salon  geniş  eyvanlar 
vasitəsilə  günbəzlərlə  örtülü  kvadrat  otaqlarla  əlaqələndirilmişdi.  Nisbətən  böyük 
olan iki künc otaqları baş fasadın yan tərəflərini bağlayaraq dar keçidlər vasitəsilə 
iki  minarə  ilə  əlaqədar  imiş.  Mərkəzi  salonun  arxasında,  baş  kompozisiya  oxu 
üstündə bir qədər kiçik (9x9 m) günbəzli salon yerləşmişdi. Divarında mehrab olan 
bu otaq ibadətgah, məbəd vəzifəsini görürmüş. 
Təbrizin Göy məscidi, başlıca olaraq özünün fasad və interyerlərinin nəfis 
və ecazkar bəzəklərilə şöhrət tapmışdır. Bu memarlıq dekorasiyalarında tətbiq edilmiş 
bədii  üsul  və  vasitələr  olduqca  çox  olmuşdur.  Baş  fasadda,  kiçik  salonun 
kürsülüyündə  və  oyma  mərmər  şəbəkələrdə  tətbiq  edilən  daş  hissələrlə  yanaşı 
binanın bəzəyində  yüksək dərəcədə bədiiliyə  malik keramik dekorlardan da geniş 
surətdə  istifadə  edilmişdir.  Burada  biz  keramik  bəzəklərin  iki  növü  ilə  rastlaşırıq. 
Onlardan  biri  böyük  ölçülü  kaşı  lövhələrdən,  ikincisi  isə  xırda,  standart  formada 
kəsilmiş, mozaika tipli kaşı bəzəyindən ibarət idi. 
Əvvəlki  dövrə  nisbətən  bu  binada  keramik  bəzəyin  rəng  qamması  xeyli 
genişlənmişdir. Burada, əvvəlki kimi yenə də şirlə işlənmiş süd rəngli dümağ yazılar 
və  firuzəyi  rəngli,  mürəkkəb  formalı  nəbati  naxışlar  tünd-göy  rəngli  yerlikdə 
verilirdi.  Ustalar  göy  rəngin  bənövşəyindən  başlamış  firuzəyi  rəngə  qədər  bütün 
çalarlarından  məharətlə  istifadə etmişlər. Kaşı bəzəklərində  göy  şirdən başqa açıq-
yaşıl,  qara,  sarı  şirlərdən  də  istifadə  edilmişdir.  Göy  və  firuzəyi  kaşı  lövhələrin 
üzərində naxışlar cızmaqla bədii kompozisiyanın rəng qamması saxsının üzə çıxmış 
qırmızı  rəngi  hesabına  daha  da  zənginləşdirilirdi.  Məscidin  böyük  günbəzini 
bəzəmiş  əlvan  naxışlar  çox  orijinaldır.  Kiçik  salonun  günbəzinin  tünd-göy  rəngi 
üzərində  ağ  ulduzlar,  böyük  salonun  günbəzinin  yaşıl-göy  yerliyi  üzərində  isə 
çiçəklər rəsm edilmişdi. 
XIV  əsrdə  Təbrizdə  olmuş  İbn  Batuta  bu  şəhərdəki  abidələrin  bədii 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə