A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə17/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   13   14   15   16   17   18   19   20   ...   116

50 
 
təsadüfi  deyildir.  Yuxarıda  dediyimiz  kimi,  Əcəmi  Əbubəkr  oğlu  Naxçıvan  memarlıq 
məktəbinin tam mənası ilə banisi hesab edilə bilər. Belə bir şəxsiyyətin, sənətkarın ən 
görkəmli  əsərinin,  yəni  Möminə  xatın  türbəsinin  başqa  sənətkarların  əsərlərinə  təsir 
göstərməsi  təbii  bir  haldır.  Bir  zaman  tədqiqatçılar  arasında,  hətta  Göy  günbəzin 
bilavasitə Əcəmi Əbubəkr oğlu tərəfindən yaradılması mülahizəsi geniş yayılmışdı. 
Urmiyada  Dairəvi  türbə.  Urmiyadakı  1184-cü  il  tarixli  Dairəvi  türbə  öz 
ümumi  quruluşu  etibarilə  Marağadakı  Dairəvi  türbəni  xatırlatsa  da,  bu  abidə  daxili 
planı etibarilə Marağadakı türbədən fərqlidir. Türbənin daxili dördbucaqlı günbəzlə 
örtülü  türbələrdən  gələn  bir  quruluşdadır.  Türbənin  daxilinin  belə  həll  edilməsi 
görünür  ki,  günbəzli  türbələrdən  gələn  ənənəvi  təsirin  nəticəsidir.  Bu  təsir  özünü 
türbənin xarici görünüşündə də göstərir. Burada türbənin giriş portalı türbənin dairəvi 
həcminə tabe deyildir. Həm hündürlüyü, həm eni, həm də dərinliyi etibarilə türbənin 
kompozisiyasında  baştağ  özü  əsas  yer  tutur.  Türbənin  silindrik  gövdəsi  bürcvari 
xüsusiyyətini itirmişdir. 
Bir daha qeyd etmək lazım gəlir ki, xatirə abidələri nəzərdən keçirdiyimiz 
dövrdə geniş yayılmışdır. Dağılıb getmiş şəhərlərdə, Beyləqanda, Şəmkirdə və hətta 
Naxçıvandakı  qəbiristanlıqda  çoxlu  miqdarda  xatirə  abidələrin  olması  haqqında 
mənbələr məlumat verir. 
Şirvan-Abşeron  memarlıq  məktəbi.  Nəzərdən  keçirdiyimiz  dövr 
Azərbaycan memarlığının üçüncü əhəmiyyətli məktəbi olan Şirvan-Abşeron memarlığı 
üçün də səmərəli fəaliyyət dövrü idi. Şirvanşahlar dövlətinin Kəsranilər sülaləsi zamanı 
möhkəmlənməsi  və  beləliklə,  inşaat  üçün  əlverişli  şərait  yaranması  yerli  memarlıq 
məktəbinin çiçəklənməsi üçün zəmin yaradır. Şirvan dövlətinin ərazisi təbii inşaat 
daşı ilə zəngin olduğu üçün bu ərazidə hələ qədim dövrdən başlayaraq əhəng daşı 
bir  inşaat  vasitəsi  və  binaların  bəzəyində  oyma  şəklində  tətbiq  edilən  yeganə 
material idi. 
Təbiidir ki, Şirvan-Abşeron memarlığının üslub xüsusiyyətləri daş və onun 
üzərində  tətbiq  edilən  ornamental  oymanın  birlikdə  təsiri  əsasında  formalaşmışdır. 
Gözəl  yerli  daşın  diqqətlə  yonulması  və  onun  səthinin  hamarlanması  Şirvan 
tikililərinin  hörgüsünə  xüsusi  bir  görkəm  verir.  Belə  hörülmüş  səthlərin  üzərində 
yerləşdirilən  zərif  daş  oymaları  kompozisiyanın  gözəçarpan  nöqtələrində  mər-
kəzləşdirilir  və  öz  bədiiliyilə  diqqəti  cəlb  edir.  Şirvan  memarlığının  belə  bir 
istiqamətdə  inkişafı  burada  kompozisiyaların  sadəliyini  müəyyənləşdirmiş,  əsas 
diqqət isə ayrı-ayrı ünsürlərin dürüst şəkildə işlənməsinə verilmişdir. 
Bu  dövrün  ən  qiymətli  abidələrindən  biri  Bakıda,  İçərişəhərdə  yüksələn 
Sınıqqala minarəsidir. 
Üzərindəki  kitabədən  1078-ci  ildə  ustad  Əbubəkr  oğlu  Məhəmməd 
tərəfindən  tikildiyi  məlum  olan  bu  minarənin  ilk  məscidi  zəmanəmizə  qədər 
qalmamışsa  da,  minarə  özü  dini  memarlığın  inkişafını  izləmək  cəhətdən  olduqca 
qiymətlidir. 
Sınıqqala  Azərbaycan  memarlığında  ən  qədim  minarədir.  Minarənin 
quruluşunda  qala  tikintilərinə  məxsus  cəhətlər  görünür.  Onun  gövdəsi  olduqca 


51 
 
geniş olduğundan müdafiə bürclərini xatırladır. Lakin memar minarənin gövdəsini 
memarlıq  qanunları  ilə  incələdir,  onun  şərəfəsinin  oturacağını  təşkil  edən 
stalaktitləri diqqətlə işləyir, şərəfənin balkon sürahisini daşdan oyma həndəsi orna-
mentlə örtür. Nəticədə dolğun və klassik bir tikinti yaranmış olur. Bu yeni memarlıq 
tikintisinin memar tərəfindən belə mükəmməl şəkildə yaradılması bizə Abşeron və 
Şirvanda Sınıqqaladan daha əvvəl də minarələr tikildiyini irəli sürməyə haqq verir. 
Görünür  ki,  Şirvanda  minarə  inşaatı  müəyyən  inkişaf  yolu  keçmiş  və  nəticədə  XI 
əsrdə Sınıqqala kimi mükəmməl bir minarə yaratmaq mümkün olmuşdur. 
Kitabədə  abidənin  ustad  Əbubəkr  oğlu  Məhəmmədin  sifarişi  ilə  tikildiyi 
bildirilir. Burada ustad Məhəmməd binanın sifarişçisi kimi göstərilmişsə də, ehtimal 
etmək  olar  ki,  binanın  memarı  da  bu  şəxsin  özüdür.  Çünki  "ustad"  sözü 
Məhəmmədin sənətkar olduğunu aydın göstərir. O  biri tərəfdən ustad adlanan bir 
sənətkarın  abidənin  sifarişçisi  olaraq  çıxış  etməsi  bu  sənətkarın  yüksək  ictimai 
(dini) mövqe tutduğunu da göstərir. 
Qız  qalası.  Nəzərdən  keçirdiyimiz  dövrün  və  ümumiyyətlə,  Azərbaycan 
memarlığının ən görkəmli abidələrindən biri Bakıda, İçərişəhərdəki Qız qalası adı ilə 
şöhrət  tapmış  binadır.  Bu  abidə  İçərişəhərdə  orta  əsr  Bakısının  bir  simvolu  kimi 
yüksəlir.  Eyni  zamanda  yaradıldığı  dövrdə  müdafiə  inşaatının  yüksək  səviyyədə 
olduğunu aydın göstərir. Qız qalası qüdrətli, əzəmətli bir müdafiə tikintisi olmaqla 
bərabər  ümumi  həcm  quruluşunun,  nisbətlərinin  və  nəhayət,  hörgüsünün 
düşünülmüş  şəkildə  işlənməsi  cəhətdən  də  yüksək  səviyyəli  memarlıq  bədii 
qiymətə malik bir tikintidir. 
Qalanın  adının  əfsanəvi  hadisələrlə  əlaqələndirilməsi  haqqında  müxtəlif 
mülahizələrə  burada  yer  verməyə  ehtiyac  yoxdur.  Orasını  qeyd  etməklə 
kifayətlənmək  lazım  gəlir  ki,  Qız  qalası  şəklində  müxtəlif  Şərq  ölkələrində, 
türkdilli xalqların yaşadığı ölkələrdə, xeyli miqdarda qala tikintiləri məlumdur. 
Bu  ad,  şübhəsiz  ki,  bir  mənanı  ifadə  edir.  Qüdrətli,  sarsılmaz  qalaların 
yenilməz, alınmaz olduğu anlayışını xalq çox zaman bakirə  mənasında "qız" termini 
ilə ifadə edir. Beləliklə, Qız qalası yenilməz, fəth edilməz mənasını daşımışdır. 
Qız  qalası  yerli  əhəng  daşından  hörülmüş  qüdrətli  bir  tikilidir.  Abidə  iki 
əsas  hissədən  ibarətdir:  təxminən  28  m  hündürlüyündə  olan  və  yuxarıya  doğru 
yüksələn  silindrik  hissə  və  ona  bitişən  çıxıntı  qurğu.  Qız  qalasının  əsas  silindrik 
hissəsi  daxildən  yastı  günbəzlərlə  8  mərtəbəyə  bölünmüşdür.  Bu  mərtəbələrdən 
ancaq birincisi hündürdür. Birinci mərtəbədən ikinci mərtəbəyə daxil olmağı çətin-
ləşdirmək  üçün  birinci  mərtəbə  ilə  ikinci  mərtəbə  arasında  pilləkən  yoxdur.  İkinci 
mərtəbədən  başlayaraq  pillələr  divarın  qalınlığında  yerləşdirilmişdir.  Mərtəbələr 
pillələr  vasitəsilə  əlaqələndirilmişdir.  Hesab  edilmişdir  ki,  Qız  qalasının  səkkiz 
mərtəbəsində  250-yə  qədər  adam  yerləşdirmək  olar.  Qız  qalasının  daxili 
quruluşunda diqqəti cəlb edən bir xüsusiyyət mərtəbələrin saxsı boru vasitəsilə ver-
tikal istiqamətdə əlaqələndirilməsidir. Bu saxsı borunun kürəbənd məqsədi üçün və 
yaxud mərtəbələr arasında danışıq üçün istifadə edilməsi haqqında fikirlər vardır. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə