A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə31/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   27   28   29   30   31   32   33   34   ...   116

82 
 
yürütməyə imkan verir. 
Gəncə, Qəbələ, Beyləqan və s. orta əsr şəhərinin yerində aparılan arxeoloji 
qazıntılardan  təkcə  məişət  əşyaları  yox,  çoxlu  zərgərlik  sənəti  nümunələri  də 
tapılmışdır. 
Əsasən  möhürləmə  üsulu ilə işlənmiş bu bəzək  şeyləri  öz  sadə  formasına 
görə  diqqəti  cəlb  edir.  Kiçik  şara  bərkidilmiş  halda  şəkilli  sırğalar,  əqiq  qaşlı, 
üstündə "Əhməd" adı cızılmış kişi üzüyü, qaş yeri qıvrım naxışla möhürlənmiş üzüklər 
bu dövrə aid edilən zərgərlik sənəti nümunələrindəndir. 
Əsasən  naxışsız  və  sadə  formalı  bəzək  şeyləri,  bu  dövrün  bədii  şüşə 
məmulatında olduğu kimi, xalqın məişətində də geniş istifadə edilmişdir. 
Sadaladığımız  sənət  abidələrindən  görünür  ki,  bu  əsrlərdə  həyat  və 
məişətdə  istifadə  edilən  metal  məmulatlarının  əksəriyyəti  bürüncdən  və  misdən 
düzəldilmişdir.  Maraqlı  burasıdır  ki,  bu  sənət  nümunələri  içərisində  gümüş 
məmulatlara  rast  gəlmirik.  Halbuki  bundan  qabaqkı  əsrlərdə  (xüsusilə  III-VIII 
yüzilliklər)  gümüşdən  düzəldilmiş  abidələrə  çox  tez-tez  rast  gəlinirdi.  Bu  da,  çox 
güman ki, bütün Yaxın Şərqi və Zaqafqaziyanı bu dövrdə bürümüş gümüş böhranı 
ilə əlaqədar idi. Məlum olduğu kimi, bu əsrlərdə Azərbaycanda kəsilmiş mis pullar 
da gümüşə nisbətən çox idi. 
XIV-XV  yüzilliklərdə  bədii  metal  sənətkarlığı  sahəsində  Təbriz  şəhəri 
görkəmli  yerlərdən  birini  tutur.  Hələ  XIII  yüzilliyin  ikinci  yarısında  Azərbaycana 
gəlmiş  məşhur  Venesiya  səyyahı  Marko  Polo  Təbriz  şəhərinin  böyüklüyündən, 
müxtəlif sənətkarlığın inkişafında onun tutduğu  mövqedən danışır. Marko Polonun 
qeydlərində Təbriz  zərgərliyi  haqqında  da  maraqlı  faktlar  vardır.  Hazırda  dünyanın 
görkəmli  muzeylərində  bu  əsrlərdə  Təbrizdə  yaradılmış  bir  çox  orijinal  bədii  metal 
sənəti nümunələri nümayiş etdirilir. 
Təbrizdə hazırlanmış bir neçə bürünc məişət əşyaları Londonun Viktoriya 
və  Albert  muzeylərində  saxlanır.  1319-cu  ildə  təbrizli  usta  Yusif  Əhməd  oğlu 
tərəfindən  hazırlanmış  bürünc  cam  xüsusilə  diqqəti  cəlb  edir.  Diametri  7,5  sm, 
hündürlüyü  isə  19  sm  olan  bu  qab  Azərbaycanda  qədimdən  bu  günədək  geniş 
yayılmış  ənənəvi  saxsı  kasaları  andırır.  O,  üz  tərəfdən  cızma  və  döymə  üsulu  ilə 
çox  lakonik  bir  tərzdə  bəzədilmişdir.  Camın  üzərindəki  bəzəklər  isə  iki  hissəyə 
bölünmüşdür:  qabın  yuxarı  hissəsini  tamamlayan  qurşaqvari  bəzək  və  gövdəsində 
yerləşən dörd ədəd nəbati ornamentlərdən düzəldilmiş xonçalar. 
Qabın yuxarı hissəsinin qurşaqvari bəzəkləri xüsusilə maraqlıdır. Bu bəzək 
stilizə  edilmiş  zərif  nəbati  naxışlardan  və  kufi  xətlə  yazılmış  sözlərdən  ibarətdir. 
Buradakı  yazı  və  nəbati  ornamentlərin  ardıcıl  olaraq  təkrarlanmasına  baxmayaraq, 
sənətkar  onları  canlandırmaq  üçün  bəzilərini  (sözləri)  qabarıq,  digərini  isə  (nəbati 
ornamentləti) nisbətən batıq verərək işıq və kölgə effekti yaratmışdır. 
Təbriz  ustalarının  adı  ilə  bağlı  olan  digər  sənət  əsəri  hazırda 
Qazaxıstandadır.  Ağırlığı  2000  kq  və  diametri  2,45  sm-ə  yaxın  olan  bu  nəhəng 
tiyan Şərq aləmində ən böyük tiyanlardan sayılır. Onun şöhrəti təkcə nəhəngliyində 
deyil, həm də bədii tərtibatındadır. Tiyan üz tərəfindən dairəvi gözəl nəbati naxışlarla 


83 
 
bəzədilmişdir.  Naxışlar  arasında  nəsx  xətlə  bu  tiyanın  Teymurləngin  sifarişi  ilə 
Xoca  Əhməd  Yasəvi  məscidi  üçün  1399-cu  ilə  Təbriz  sənətkarı  Əbdüləziz 
Şərəfəddin  oğlu  tərəfindən  düzəldildiyi  qeyd  olunmuşdur.  Bundan  əlavə,  22  dəfə 
təkrar  olunan  "Dünyanın  hökmdarı  Allahdır"  sözləri  də  yazılmışdır.  Tiyanın  biri 
digərindən xeyli aralı olan gül şəkilli 10 ədəd qulpu vardır. 
Qeyd  etmək  lazımdır  ki,  Təbriz  sənətkarları  metaldan  odlu  və  soyuq 
silahlar, hərbi geyimlər də hazırlayırdılar. 
1471-1473-cü  illər  arasında  Ağqoyunlu  hökmdarı  Uzun  Həsənin 
sarayında Venesiya respublikasının elçisi İosif Barbaro yazmışdır: "Doğrudur, başqa 
yerlərdə  də  belə  istedadlı  sənətkarlar  vardır.  Lakin  dünyanın  heç  bir  yerində  bu 
gözəllikdə hərbi silahlar və geyimlər hazırlamırlar". 
Bu  dövrdə  Təbrizdə  bürüncdən  döymə,  cızma  və  xatəmkarlıq  üsulu  ilə 
bəzədilən  şamdanlar  da  istehsal  olunurdu.  XIII-XIV  yüzillikdə  düzəldilmiş 
oturacağı enli, yuxarısı getdikcə daralıb borunu andıran bu tipli şamdanların bir çox 
nəfis  nümunələri  hazırda  Amerika,  İngiltərə,  İtaliya  və  Türkiyə  muzeylərində 
saxlanır. 
Bu şamdanların tarixi, bədii xüsusiyyətləri ilə məşğul olan Amerika alimi 
Raysın  1954-cü  ildə  Vaşinqtonda  "İslam  incəsənəti"  toplusunda  dərc  edilmiş 
məqaləsində bunların bir qrupunun Azərbaycanda düzəldildiyi sübuta yetirilir. 
Şamdanların  gövdəsi  üzərindəki  təsvirlər  (ov  səhnələri,  klassik  şairlərin 
poemalarından götürülmüş epizodlar) sənətşünaslıq baxımından diqqətəlayiqdir. 
Təbrizlə yanaşı bu dövrdə Azərbaycanın başqa şəhərlərində də bədii metal 
sənətkarlığının inkişaf etdiyini göstərən çoxlu faktik nümunələr vardır. 
Aparılmış elmi araşdırmalar göstərir ki, bu əsrlərdə Azərbaycanın qədim 
şəhərlərindən sayılan Marağa da metaldan bədii sənət əsəri, məişət əşyası və elmi 
cihazlar düzəltməkdə görkəmli yerlərdən birini tuturdu. 
Qeyd  etmək  lazımdır  ki,  Marağa  şəhəri  bu  dövrdə  elmin,  mədəniyyətin 
inkişafında  da  aparıcı  rollardan  birini  daşıyırdı.  Burada  dünya  mədəniyyətinin  və 
elminin  inkişafina  qiymətli  hədiyyələr  bəxş  etmiş  böyük  şairlər,  görkəmli  alimlər 
yaşayıb-yaradırdılar. Bunlardan biri  astronomiya, riyaziyyat  və fəlsəfə əsərləri  müəllifi, 
görkəmli alim, Məhəmməd Nəsirəddin Tusinin adını çəkmək kifayətdir. 
Marağa  şəhərinin dünya  elm xəzinəsinə verdiyi qiymətli hədiyyələrdən ən 
böyüyü  XIII əsrin ikinci  yarısında  yaradılmış  Marağa rəsədxanası  və  orada  yerləşən 
ulduz  qlobusu  olmuşdur.  Metaldan  düzəldilmiş  ulduz  qlobusu  xüsusilə  diqqətimizi 
cəlb edir.  Çünki bu qlobus özünün  elmi əhəmiyyəti ilə  yanaşı, həm də qiymətli bir 
incəsənət əsəridir. 
Məlumdur ki, astronomiya ilə məşğul olan hər bir şəxs mütləq ulduzlu göyü 
yaxşı bilməlidir. 
Göydə  ilk  növbədə  səliqəsiz  görünən  ulduzlan  bu  qlobusda  şərti  olaraq 
müəyyən  qruplara  bölmüşlər.  Hər  qrupun  da  özünəməxsus  adları  vardır.  Həmin 
adların əksəriyyəti ya heyvan, ya da əfsanəvi qəhrəmanların adlarıdır. 
Astronomiya  tarixində  ilk  ulduz  qlobusunun  kim  tərəfindən  və  harada 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə