A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə32/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   28   29   30   31   32   33   34   35   ...   116

84 
 
hazırlandığı haqqında dəqiq məlumat yoxdur. Lakin Misirdə düzəldilmiş qlobus (1225) 
hələlik  ən  qədim  qlobus  sayılır.  O  hazırda  Vatikanda  Kardinal  Borciyanın 
kolleksiyasmda saxlanır. 
Bizim  qlobus  1279-cu  ildə  Hülaku  xanın  sarayında  çalışan  astronom 
Müvəyyid  əl-urdi  Mühəmməd  tərəfindən  hazırlanmışdır.  Araşdırmalar  göstərir  ki, 
Müvəyyid əl-urdi Nəsirəddin Tusinin şəxsi dəvəti ilə Marağaya gəlmiş, astronomiya 
cihazları düzəltməklə məşğul olmuşdur. O, Nəsirəddinlə birlikdə rəsədxananın inşaat 
işlərinin layihəsini tərtib etmişdir. 
Hazırda  Drezdendə  Astronomiya  muzeyinin  riyaziyyat-fizika  salonunda 
nümayiş etdirilən Marağa rəsədxanasının ulduz qlobusu bir o qədər də böyük deyildir. 
Onun diametri 14,1 sm, çəkisi 1 kq-yə yaxındır. Qlobus dörd ayaq üzərində qurulmuşdur. 
Bundan  başqa,  qlobusun  fırlanma  oxunu  saxlamaq  üçün  daha  bir  dayaq  vardır.  O 
nisbətən qısadır. Dayaqlar üfüqi taxta dairə üzərində yerləşdirilmişdir. Qlobus kürəsi 
əsas  dörd  ayağa  keçirilmiş  yastı  dairəvi  qövslərlə  əlaqələndirilmişdir.  Kürə  biri 
digərindən ayrıla bilən iki yarımkürədən ibarətdir. Onların üzərində bütün bürclər və 
ulduzlar  cızılmışdır.  Bütün  cızıqlar,  dərinliklər  sonradan  qızıl  və  gümüşlə 
doldurulmuşdur.  Qlobusun  səthində  Böyük  Ayı  və  Kiçik  Ayı  bürcləri  arasında  bu 
sözlər yazılmışdır: "Bunu hazırlayan Mühəmməd bin Müvəyyid ər-urdidir". 
Almaniyanın  məşhur  muzeylərindən  birində  saxlanılan  bu  sənət  əsərimiz 
xalqımızın adını yüksəldə bilən nadir abidələrdəndir. 
Bu  və  nisbətən  sonrakı  əsərlərdə  astronomiya  elmi  ilə  əlaqədar  olan 
texniki  cihazların  düzəldilməsi  tək  Marağada  deyil,  Şirvanda  da  yüksək  inkişaf 
mərhələsinə  çatır.  Bu  tipli  sənət  əsərlərindən  biri  hazırda  Amerika  kolleksioneri 
Xararidə  saxlanılır.  Astronomiya  elmində  istifadə  edilən  bu  istirlab  üzərindəki 
qeydlərə  görə  1486-cı  ildə  məşhur  Şirvan  ustası  Şükrullah  Müxlis  tərəfindən 
hazırlanmışdır.  İstirlab  öz  dövrünə  görə  yüksək  texniki  bir  cihaz  olmaqla  bərabər, 
üzərindəki bəzəkləri ilə də nəzəri cəlb edir. 
İstirlabın  üzəri,  xüsusilə  onun  qulp  hissəsi  çox  zərif  və  bədii 
ornamentlərlə  bəzədilmişdir. Dövrünün ən  gözəl  abidələrindəki (Bakı, Şirvanşahlar 
sarayı və s.) nəbati ornamentləri xatırladan bu bəzəklər təkcə sırf element kimi deyil
həm də təcrübi əhəmiyyət daşıyaraq əşyanın ana  xəttini təşkil edir. Burada tətbiq 
olunan  ornamentlər  içərisində  xüsusilə  şaxələnmiş  çoxyarpaqlı  nilufər  gülü  və 
qıvrımdil geniş yer tutur. İstirlabın arxa tərəfi bədii cəhətdən ön tərəfə nisbətən az 
maraqlıdır.  Onun  qulpa  yaxın  yuxarı hissəsində  vertikal  və horizontal  istiqamətdə 
astronomik  bölgülər  çəkilmiş,  aşağıda  isə  belə  bir  məzmunda  sözlər  yazılmışdır: 
"Sabit  və  Səyyarə  ulduzların  uzaqlığı  və  yaxınlığı  asanlaşır,  müşahidə  ilə  əgər 
əzəmətli  Soltan  Bəyazidin  nəzər-diqqəti  olsa,  elmi  və  əməli  Şükurullah  Müxlis 
Şirvani sənə 801... (b.e. 1486-cı ili)". 
Bu əsrlərdə metal təkcə məişət əşyası və elmi cihazların düzəldilməsində 
yox, memarlıq abidələrinin element və formalarında da geniş istifadə edilirdi. 
XIV-XV  əsrlərdə  Azərbaycanda  olmuş  xarici  ölkə  səyyahları  metaldan 
düzəldilmiş memarlıq hissələri haqqında maraqlı məlumatlar verirlər. XV yüzilliyin 


85 
 
70-ci  illərində  Sultaniyyə  şəhərində  olmuş  italyan  səyyahı  Ambrozio  Kontarini 
Cümə məscidinin bürünc qapıları haqqında yazır: "...Bu möhtəşəm binanın ən gözəl 
hissəsini  onun  tökmə  üsulu  ilə  düzəldilmiş  bürünc  qapıları  təşkil  edir.  Bu  qapılar 
Venesiyada  yerləşən  müqəddəs  Mark  kilsəsinin  qapılarından xeyli hündürdür. Üst 
səthi  xatəmkarlıq  üsulunda,  gümüşlə  bəzədilmiş  bu  qapıların  yəqin  ki,  çox  böyük 
qiyməti vardır..." 
Həmin  dövrdə  biz  yalnız  tökmə  qapı  barədə  yox,  memarlıq  abidələrinin 
dəmirdən düzəldilmiş  konstruktiv  xüsusiyyət daşıyan başqa hissələri  haqqında  da 
maraqlı qeydlərə təsadüf edirik. Bu cəhətdən Ağqoyunlu padşahlarından Yaqubun 
1483-cü ildə Təbrizdə tikdirdiyi böyük saray kompleksi haqqında verilən məlumat 
diqqəti  cəlb  edir.  Deyildiyinə,  görə  Həştbehişt  adı  ilə  məşhur  olan  bu  sarayın 
tökmə  üsulu  ilə  hazırlanmış  əjdaha  fiqurlu  novdanları  varmış  və  bu  novdanlar  o 
qədər böyük imiş ki, hər birindən bir neçə top tökmək olarmış. 
Qeyd  etmək  lazımdır  ki,  bu  dövrdə  metal  məmulatları  üzərində  rast 
gəldiyimiz  bəzəklərdə  elə  xüsusiyyətlər  vardır  ki,  onlara  el  sənətlərimizin  başqa 
örnəklərində  də  (daş,  gəc,  taxta  oymaları,  keramika  və  s.)  təsadüf  edirik.  Bu 
cəhətdən  nəzərdən  keçirdiyimiz  əsrin  sənətləri  arasında  böyük  bir  mübadilənin 
olmasını  görürük.  El  sənətləri  içərisindəki  belə  sıx  əlaqə,  naxışlardakı  oxşarlıq 
Azərbaycanın  təkcə  XII-XV  yüzillikləri  üçün  səciyyəvi  olmamış,  ondan  sonrakı 
dövrlərdə də təkrar edilmişdir. 
XII-XV  yüzilliklərdə  Azərbaycanda  mövcud  olan  sənətlər  içərisində 
toxuculuq  sənəti  xüsusilə  geniş  inkişaf  etmişdir.  Həmin  dövrdə  Azərbaycanda 
olmuş xarici səy-yahlar yerli əhalinin həm daxili, həm də xarici bazarlar üçün külli 
miqdarda yüksək keyfiyyətli ipək, kətan, yun parçalar, xalça, palaz, cecim və s. sənət 
nümunələri toxuduq-larını öz gündəliklərində dəfələrlə qeyd etmişlər. XIII yüzilliyin 
əvvəllərində yazılmış "Əcaib-üd dünya" adlı coğrafi əsərdə bu dövrlərdə Azərbaycan 
şəhərlərində  istehsal  olu-nan  parçalar  haqqında  maraqlı  qeydlər  vardır.  Məlumdur 
ki,  Gəncədə  zərlə  işlənmiş  atlaz,  kişilər  üçün  əba,  Beyləqanda  ipək  parça 
(kəzzkaşidə), Ərdəbildə qara rəngli zərif parça (came), Səlmas və Xoyda diba, nazik 
kətandan paltar, Bərdədə ipək və s. istehsal olunurdu. Gəncədə ipək mallar istehsalı o 
dərəcədə  inkişaf  etmişdi  ki,  monqolların  hücumu  zamanı  şəhərin  əhalisi  qiymətli 
parçalar müqabilində özlərini bu basqından xilas edə bilmişlər. Qıpçaq qoşunlarının 
Gəncəyə hücumu zamanı da belə olmuşdur. 
1940-cı ildə Gəncədə Nizami Gəncəvinin qəbrində  aparılmış qazıntı işləri 
zamanı  tapılmış  parça  tikələri  həmin  dövrdə  istehsal  edilmiş  parçaların  keyfiyyəti 
haqqında az da olsa təsəvvür yaradır. Zərif və öz dövrünə görə çox yüksək texniki 
səviyyədə  toxunmuş  bu  ipək  tikələrində  dövrün  başqa  abidələrindəki  (daş,  gəc 
oymaları,  keramika  və  s.)  bəzəkləri  xatırladan  həndəsi  və  stilizə  edilmiş  nəbati 
ornamentlər vardır. Parça üzərindəki ornamentlər bu dövrdə Gəncədə, Örənqalada və 
s.  yerlərdə  istehsal  olunan  keramika bəzəklərini yada salır. 1954-cü ildə Örənqalada 
aparılmış  qazıntı  işləri  zamanı  tapılan  bir  nimçə  üzərində  təsvir  olunmuş  atlının 
paltarında da belə səpkili ornamentə təsadüf edilmişdir. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə