A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə30/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   26   27   28   29   30   31   32   33   ...   116

80 
 
rəsmlərinə də təsadüf olunur. 
Bu  çıraq  bütöv  bir  halda  mum  qəliblər  əsasında  tökmə  üsulu  ilə 
düzəldilmişdir.  Bu  üsulun  texniki  cəhəti  belədir:  əvvəlcə  adi  bal  mumundan 
istənilən əşyanın modelini düzəldir, sonra bu modelin əsasında tunc tökmək üçün 
forma  qayırırdılar.  Mum  maneçilik  törətməsin  deyə,  onu  əridib  çıxarır,  yerinə  isə 
ərinmiş  tunc  tökür,  istənilən  əşyanı  alırdılar.  Lakin  alınan  əşyanı  sonra  qəlibdən 
çıxarmaq  mümkün  olmadığından  hər  dəfə  qəlibi  sındırırdılar.  Beləliklə,  hər  yeni 
əşya üçün yeni model və qəlib düzəldirdilər. Məhz ona görə də bu məmulatlar çox 
qiymətli sayılırdı. Bu əşyalardan yuxarı təbəqəyə mənsub olan şəxslər istifadə edə 
bilirdi. 
Şirvan ərazisi ilə əlaqədar abidələrə 1966-cı ildə Quba rayonundan tapılmış, 
XIII-XIV  yüzilliklərə  aid  edilən  bürünc  tiyanı  da  göstərə  bilərik.  Hündürlüyü  30 
sm, ağız dairəsi 131 sm, diametri 41 sm, yarımşar formasında olan bu bürünc tiyan öz 
orijinal  forması  və  ornamental  bəzəkləri  ilə  diqqəti  cəlb  edir.  Tiyanın  ən  maraqlı 
hissəsi dörd yerdə dilimlənərək ayrılmış və  üzəri müxtəlif ornamentlər və  yazı ilə 
bəzədilmişdir.  Qarşı-qarşıya  durmuş  dilimlərin  ikisində  yarımovalşəkilli  iki  qulp 
bərkidilmişdir.  Tiyanın  ağız  hissəsindəki  bəzəklər  bədii  xüsusiyyətlərinə  görə  iki 
qrupa - nəbati və həndəsi ornamentlərə bölünür. 
Nəbati  ornamentlər  qabın  ağız  hissəsindəki  qarşı-qarşıya  qoyulmuş  iki 
ensiz qurşaqlarda "səlcuq zənciri"  adı ilə geniş yayılmış bəzək formasında və qabın 
ağız hissəsinin ən enli dilimlərindən birində həkk edilmişdir. 
22  sm  uzunluğunda,  5  sm  enində  bu  dilimin  üzərində  mərkəzdə  latın  S 
hərfinə  bənzər  ornament  və  onun  ətrafında  simmetrik  şəkildə  iki  böyük  dairə  təsvir 
olunmuşdur. Dairələrin hər birinin içərisində baş tərəfləri qıvrım qoç  buynuzu kimi 
haçalanmış iki çarpaz xətt çəkilmişdir. Sxematik bir formada qarşı-qarşıya durmuş dörd 
qoç buynuzunu əks edən bu orijinal bəzəklərin tarixi inkişaf yolunu izləsək, onun ən 
qədim  nümunələrinə  çox  uzaqlarda,  Altayda  və  Orta  Asiyada  müxtəlif  dövrlərdə 
yaradılmış sənət əsərlərində rast gələrik. 
Metal,  saxsı  və  s.  keçmiş  sənət  nümunələri  üzərində  rast  gəldiyimiz 
damğaya  oxşayan  bu  bəzək,  bir  çox  alimlərin  dediyinə  görə,  rəmzi  mahiyyət 
daşıyaraq türkdilli tayfalar arasında qələbə və bolluğu təmsil edirmiş. 
Qeyd etdiyimiz bəzəyə Azərbaycan el sənətlərinin, demək olar ki, bir çox 
örnəklərində rast gəlirik. 
Bu  bəzək  Azərbaycan  xalçalarında  xüsusilə  geniş  yayılmışdır.  Onun  ən 
orijinal  nümunələrinə  Quba-Şirvan  tipli  xalçalarda  tez-tez  təsadüf  olunur.  Qədim 
minarə adı ilə geniş yayılmış Quba xalçalarına nəzər salsaq, burada ara sahədə böyük 
həcmdə çəkilmiş həmin bəzəklərin eynisini görərik. 
Tiyanın  üzərindəki  yazıları  oxumuş  tarix  elmləri  doktoru  Məşədi  xanım 
Nemətova  burada  misgər  "Əhməd  Məhəmməd  oğlunun  işidir"  sözləri  olduğunu 
bildirmişdir. 
Son vaxtlar bu tipli bürünc tiyanlar Şirvan ərazisində aparılmış qazıntılarda 
tez-tez təsadüf edilir. 1960-1970-ci illərdə onların ən maraqlı nümunələrinə Abşeron 


81 
 
rayonunun  Altıağac,  Şamaxı  rayonunun  Qələyi  Buqurt  adlanan  yerində  rast 
gəlinmişdir. 
Metalişləmə  sənətkarlığı  XI-XV  yüzilliklərdə  Azərbaycan  sənətkarlıq 
mərkəzlərindən  sayılan  Naxçıvan,  Gəncə,  Beyləqan  və  Təbrizdə  geniş  inkişaf 
etmişdir.  Bu  sənət  mərkəzlərində  hazırlanan  abidələrdən  Naxçıvanda  istehsal 
olunmuş 1190-cı il tarixli bürünc dolça xüsusilə diqqəti cəlb edir. 
Bu  sənət  əsəri  hazırda  Parisin  Luvr  muzeyində  Şərq  incəsənətinə  aid 
salonda nümayiş etdirilir. Uzundimdikli quşabənzər bu bürünc qabın orijinallığı təkcə 
onun  formasında  deyil,  həm  də  bəzəklərindədir.  Qabın  üzərindəki  bəzəklər  üç 
müxtəlif  ölçülü  qurşaqlardan  və  onların  aralarındakı  boşluqlarda  yerləşdirilmiş 
medalyonlardan ibarətdir. Döymə və cızma texniki üsulu ilə həkk olunmuş bu bəzəklər 
stilizə  edilmiş  nəbati  ornament  ünsürlərindən  və  yazı  nümunələrindən 
quraşdırılmışdır.  Bu  yazıların  birində  onu  yaradan  ustanın  -  Osman  Salman  oğlu 
Naxçıvaninin adı verilmişdir. 
Aydın  və  mütənasib  forması,  zərif  fiqurlu  hissələri  və  məharətlə 
yerləşdirilmiş  naxışlarına  görə  bu  qab  nümunəsi  artıq  formalaşmış  sənətkarlıq 
növünün  məhsuludur.  Ərazicə  Azərbaycana  yaxın  olan  İranda  istehsal  edilmiş  eyni 
növlü metal məmulatının bu bədii qabla oxşarlığı və onların yüksək bədii səviyyəsi 
göstərir ki, XII-XIII yüzilliklərdə Azərbaycanda Yaxın Şərq ölkələri ilə ayaqlaşan 
metal istehsalı sənəti olmuşdur. 
1950-ci illərdə Örənqalada aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş 
bürünc  sfinks  fiquru  da  bədii 
xüsusiyyət və məzmunu baxımından 
diqqəti  cəlb  edir.  Tökmə  üsulu  ilə 
bürüncdən  hazırlanmış  bu  fiqur 
alimlərin fikrincə, vaxtilə  hansısa  bir 
tunc 
tiyan 
qulpunun 
bəzəyi 
olmuşdur. Bu bürünc sfinks fiqurunda 
Bayıl  daşı  qabartmalarında  təsadüf 
edilən  sfinksdən  fərqli  olaraq  kişi 
sifəti  verilmişdir.  Fiqurun  üzü  çox 
sərtdir.  Sənətkar  buna  sfinksin 
dodaqlarının  bir-birinə  sıx  verilməsi, 
qaşların  və  gözlərin  çox  yaxın 
məsafədə  işlənməsi  yolu  ilə  nail  ola 
bilmişdir. 
Bununla 
da 
təsvir 
obyektinin  möhkəm  iradəyə  və 
fövqəladə bir təbiətə malik olduğunu 
göstərə  bilmişdir.  Fiqurun  başı 
üzərində  taca  oxşar,  beş  buynuza 
bənzər qabartmalar görünür. Təsvirin 
belə  xırdalıqla,  dəqiq  işlənməsi  onun  hansı  bir  real  şəxsin  portreti  olması  fikrini 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə