A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə5/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   2   3   4   5   6   7   8   9   ...   116

16 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bunlar  əsasən  müxtəlif  mahiyyətlər  daşıyan  qab  şəklində  və  kiçik 
heykəllər formasında düzəldilirdi. 
Araşdırmalar göstərir ki, dulusçular fiqurlu qabların düzəldilməsində daha 
yüksək nailiyyətlər əldə etmişlər. 
Bu  dövrdə  fiqurlu  qablar,  əsasən,  yaxşı  yoğurulmuş  və  bəzən  də 
üyüdülmüş gildən hazırlanırdı. Onların üzəri hamar və bəzəkli olurdu. 
Tunc  dövrünə  aid  olan  fiqurlu  keramikalar  içərisində  quş,  heyvan,  ev  və 
araba modellərinə xüsusilə tez-tez təsadüf edilir. 
1947-ci  ildə  Mingəçevirdə  Kür  çayının  sol  və  sağ  sahilində  aparılan  qazıntı 
işləri  zamanı  aşkar  edilmiş  2-4  təkərli  evə  oxşar  araba  modelləri  xüsusilə  diqqəti 
cəlb edir. 
Bu  modellərin  uzunluğu  18-20  sm,  hündürlüyü  isə  10-18  sm-dir.  Araba 
modellərinin içəriyə doğru girinti-çıxıntısı, üzərində isə dalğavari xətt və nöqtələri 
vardır.  Oturacaqlarının  hər  iki  tərəfində  ox  verilmişdir.  Onlara  da  təkərlər  bənd 
olunmuşdur.  Bu  gildən  düzəldilmiş  araba  modelləri  Azərbaycanda  həm  nəqliyyat 
vasitələrinin  tarixini  öyrənmək  üçün,  həm  də  eyni  zamanda  yanmköçəri  həyat 
formasının meydana gəlməsini aydınlaşdırmaq üçün qiymətli tarixi materialdır. 
Güzəranları  alaçıqları  xatırladan  bu  tip  arabalarda  keçən  köçəri  tayfalar 
haqqında  sonralar  (XIII-XIV  əsrlər)  Orta  Asiya  və  Azərbaycanda  olmuş  əcnəbi 
səyyahlar qiymətli məlumatlar vermişlər. 
Fiqurlu keramikalar e.ə. I minillikdə də öz inkişafını davam etdirmişdir. Bu 
dövrdə  fiqurlu  keramikalar  daha  çox  zoomorf  qablar  formasında  olmuşdur.  Bu 
dövrün fiqurlu keramikaları əvvəlki dövrlərə nisbətən daha mürəkkəb olmuşdur. 


17 
 
Maral, keçi, xoruz, tovuz quşu formalı qablarla yanaşı, bu dövrdə qorelyef 
şəkilli quş, heyvan təsvirlərinə də rast gəlinir. 
Bu hallarda quşun və ya heyvanın qabarıq təsviri qabların gövdə, qulp və 
ağız hissələrində olurdu. 
Alimlərin  fikrincə,  qablardakı  bu  təsvirlər  bədii  yox,  daha  çox  simvolik 
mənalar kəsb etmişdir. 
Onlar  qablara  bədxah  ruhların  daxil  olmaması  üçün  əhali  arasında 
yayılmış totem xarakteri daşıyan quş, heyvanların təsviri ilə bəzədilirdi. 
Tunc  dovründə  çoxfiqurlu  cilalı  qara  keramik  kompozisiyalar  da 
hazırlanmışdır. Onların ən qədim nümunəsini Mingəçevir dulusçuları yaratmışlar. Bu 
qapaqlı qabın çiyinlərini sağ və soldakı iki quş qabartması bəzəyir. Onlar bir-birinə 
paralel vəziyyətdə görünür. Quş fiqurlarının hər iki tərəfindəki boşluqda isə iki quş 
başı  verilir.  Bu  qabın  boğazı  günəş  təsviri,  gövdəsi  isə  şaquli  düzülmüş  dilimlərlə 
bəzənmişdir.  Dairəvi  kompozisiyada  bu  girinti  kannelyurlar  gövdəni  dilimlərə 
parçalayaraq ona yeni plastik gözəllik verir. Qabın oturacağı sxematik şəkilli üç quş 
başından  ibarətdir.  Qabın  diş-diş  naxışlarla  bəzənmiş  qapağı  isə  bir-birinə  əks 
istiqamətli  iki  quş  fiqurunun  birləşməsindən  yaradılmışdır.  Qabın  ağzı  və  qapağı 
oval  şəklindədir.  Dekorativ  planda  həll  edilmiş  bu  kompozisiya  dinamik  səciyyə 
daşıyır və təsvir motivlərinin zənginliyi və plastik kompozisiya orijinallığı etibarilə 
dövrün  nadir  nümunəsidir.  Bu  qabın  göyü  təmsil  edən  quş  fiqurları  ilə  bəzənməsi 
onun  bolluq,  xeyir  və  bərəkət,  yağıntı  etiqadı  və  ayinlərilə  əlaqədar  olduğunu 
aydınlaşdırır. 


18 
 
Azərbaycanın  müxtəlif bölgələrindən tapılmış, üzərində  ilanın  cızma,  yaxud 
da qabarıq təsviri olan qara və boz gil qablar da tunc dövründə geniş yayılmış ölülərə 
pərəstiş  və  axirət  dünyası  təsəvvürlərilə  bağlı  olmuşdur.  İlan  ölülərin,  əcdadların 
ruhunu  təmsil  etmişdir.  Həmin  qablarda  qəbrə  qoyulmuş  yeməli  və  içməli  şeylər 
ölülərin ruhlarına xidmət etməli imiş. Ona görə də bu qablarda ilan təsvirləri qabın 
ağzına doğru istiqamətlənmiş bir şəkildə təsvir edilirdi. 
Naxçıvan,  Xanlar,  Sarıtəpə  (Qazax  bölgəsi),  Mingəçevir  kimi  qədim 
yaşayış  yerlərinin  qəbiristanlıqlarından  ilan  təsvirli  çoxlu  gil  qab  tapılmışdır. 
Xanlardan  tapılan  bir  qabın  üstündə  onun  ağzına  tərəf  sürünən  ilan  təsviri 
cızılmışdır.  Digər  qabın  gövdəsinə  qabarıq  ilan  təsviri  yapılmış,  onun  göz  və 
bədənində ağ maddə həkk edilmişdir. Bir-birinə birləşdirilmiş qoşa Sarıtəpə qabının 
qulpunda  da  qabın  ağzına  tərəf  sürünən  qabarıq  ilan  təsviri  vardır.  Qədim 
əcdadlarımız  ölülərin  ruhunu  ilan  şəklində  təsəvvür  edirdilər.  Onlar  elə  güman 
edirdilər  ki,  ölülərin  ruhları  ilan  cildində  qabların  gövdəsinə  sarılaraq,  onların 
ağzından içəri girib qabın içindəki şeyləri yeyəcək. Məhz belə dini təsəvvürə uyğun 
olaraq qabların üzərində ilan təsvirləri yaradılırdı. 
Qədim Azərbaycanda dulusçuluqla yanaşı ən çox inkişaf etmiş sənətlərdən 
biri də metalişləmə sənəti idi. 
Azərbaycanda eneolit dövründə  mis kəşf edildikdən sonra  metal  ibtidai  icma 
cəmiyyətinin iqtisadi, təsərrüfat, ictimai və mədəni həyatında görkəmli rol oynamağa 
başlayır. Bu zaman başqa metallar da tapılıb müəyyənləşdirilir. Misal üçün, qurğuşun, 
qalay,  marqanes  metallarının 
kəşfi Azərbaycan tarixində yeni 
və  mütərəqqi  bir  dövrün,  tunc 
dövrünün 
başlanması 
ilə 
bağlıdır. 
Azərbaycan 
ərazisində  qazıntılar  zamanı 
tapılmış 
maddi-mədəniyyət 
nümunələri 
göstərir 
ki, 
əcdadlarımız  hələ  e.ə.  II 
minillikdə tuncdan zərif formalı 
qablar, 
xəncərlər, 
baltalar, 
kəmərlər  və  s.  zinət  şeyləri 
düzəldib 
öz 
həyat 
və 
məişətlərində 
istifadə 
edirlərmiş. 
Bəşəriyyət  tarixində 
"tunc  dövrü"  adlanan  bu  dövr 
Azərbaycana,  4  min  il  bundan 
əvvəl  olduğuna  baxmayaraq  çox  zəngin  maddi  mədəniyyət  nümunələri  vermişdir. 
Məhz  buna  görə  də  məşhur  rus  alimi,  akademik  İ.İ.Meşşaninov  Azərbaycanın 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə