Aban aban iş olmaz, bəsləməsən qız olmaz



Yüklə 4,74 Mb.
səhifə47/59
tarix09.10.2018
ölçüsü4,74 Mb.
#73059
1   ...   43   44   45   46   47   48   49   50   ...   59

Sakın ha gardaşların duymasın. Fatih Sultan Mehmet Han, Patişah bahrıtaht (başkent) İstanbulda dolaşırken, bir dilenci karşısına çıkar, önünü keser. Seninle biz kardeş değilmiyiz sen zenginlik içinde yüzerken, biz yoksulluk içinde yaşayalım. Fatih dilencinin islam kardeşliğni sözkonusu ettiğini anlar. Cebinden bir akçe çıkarır, dilenciye verir. Kulağına eğilerek der, sakın ha diğer kardeşlerin duymasın. Hemen sıvış burdan payına bu da düşmez. (Bayram Özdemir).


sakın, sanma yeməz sofu soğanı, qabığın daha qomaz tapdığda anı.

sakla samanı gelir zamanı, önemsiz bir şeyin bile saklanılması ve korunması gerektiği gelecekte lazım olabileceğini belirtmek için söylenir. (özdemir).

saklı gülüş çıxsın üzə, ötər çağı sönər qalmaz. (saklı: gizli).

saqqal ağarsada, könül qaralığı ağarmaz.

saqqal ağarsada, qara könül ağarmaz.

saqqal başa qurban olsun.

saqqala inanc olmaz, güvənc olmaz.

saqqalı qoduk.

saqqalın ağına baxıb, yaş verib, ağsaqqal deyib baş verib.

saqqallıya inandıq, inamdan qaldıq.

saqqızı daşdan olanın, çəlikdən dişi gərək.

sala sala iş bitməz, od olmasa aş pişməz.

salcış ilə atdır daşı, atdığını uzaq daşı. (salcış: məsləhət) (uzaq daşı: uzağa apar).

saldı salıq keçmiş ötən, -bulaqlarız bulanmasın, qanilə qan yuğulmasın. (saldı salıq: carladılar. xəbərdar etdilər).

saldınsa bul, qoydunsa götür. qaçırdınsa tut.

saldıran itə salınma.

sallaq üzdәn, çatıq qaşdan, acı dildən qaçınqıl.

sallancağı sallanar, çoxlar görürür allanar. (tapmaca). (evrən). (sallancağı: beşigi). {bu evrən dəğirman durur, suyu gəlsə, dənin üğür (üğür: üğüdür. oğudur)}.

salma bağın bağışlasan Oğluva, qıymaz verə sanğa təkin salxımın. (salma bağın: üzüm bağın). (sanğa: sənə). (təkin: bircə) (allaşmaq oynaşmaq. sınas (ciddi) olmamaq. məsxərəbazlıq eləmək. -bəsdi allaşdın. -bu allaşmağından əl çək. -bu iş görmək deyil allaşıqdır.

salmıqı yengil, tutarı ağır.

salsum qadınla qalmağ olar, dosla yox. (salsum: samsum. səlsüm. qaradinməz. lal kar. səssiz küysüz).

saltuq olmaqdan, qıstul ol.

saman altdan od vermək. (çox cıvıldızlıqla, bildirmədən olmasın işlər görmək).

saman düdü canlı qırar.

saman olsa özgədən, samanlığa iyə, sən!. (gözün qapıb ağzın açıb, ayaq basıb, əl uzadıb, düşünmədən qılınma, yadlı başa yılınma).

saman sənin olmasada samanlıq ki sənindir.

saman sənindir samanlıq ki yox!.

saman titrədən yeldə var, dağ oynadan küləkdə.

samanı yeyən, torbasın tikər.

samanı yeyib, torbanı deşib.

samanı yiyən, torbasın tikər.

samanın qurusu, sınar, odun qurusu qırılar.

samanın varsa, oddan qorx.

samanla sapanın qohumluğuna inanan, həm günün qazanar həm gecəsin.

sana bilməz, sanalı almaz, sanalı verməz, qaran dünya. (qaran: könlü kor).

sana nə duyqular yaraşdı, nə arzular ulaşdı, keçən ömür boşuna, daha gəlmirsana xoşuma. (gəlmirsana: gəlmirsən ha).

Sana vereyim bir öğüt: kendi ununu kendin öğüt. Kişi işini başkasına bırakmamalı kendi yapmalı. (Bayram Özdemir).

sana yetişmək üçün yarq odunda yandıqca, bu sınıq könlə dağdırki basıb dağlamışam. (yarq: yarıq. ayrıq. ayrılıq. hicr).

sanadı yaşın sana gəlmədi, uçuran başı sapa gəlmədi, qanadı oddan, köməyi yeldən, tutmaq istədim qapa gəlmədi. (qapa gəlmədi: tutulamadı) (sanadı: saydı). (yalan dünya).

sanaqılma gördüyün işlərivi, sanaqıl sanqılınan işlərivi. (sanaqılmaq: hesablamaq). (sanqılınan: sayqılınan hesaba salınan. önəmsənən).

sanaqılma gördüyün işlərivi, sanaqıl sanqılınan işlərivi. (sanaqılmaq: hesablamaq). (sanqılınan: sayqılınan hesaba salınan. önəmsənən).

sanatını hor gören boğazına torba takar: Sanatına değer vermeyen onu güzellikle, hakkıyla yapmayan, sanatından karnını doyuramaz. Başka bir işe bakmak zorunda kalır. (Bayram Özdemir).

sancaqları bayraq edən, düşüklərin qanıdır. (düşüklərin: şəhidlərin).

sancı hər ürəkdə olur, biri qanar, biri qanmaz.

sancıya düşürsə qarın, bir qaşıq bal ye, çəlik düşürsə işin, bir ağsaqqala de. (çəlik: pırtlaşıq).

saçaq başda əl saxla, koranlıqda ayaq, yad qatında dil saxla. (saçaq: süfrə). (koranlıqda: qaranlıqda). (qatında: yayında).

saçğa günü tanıdar. (saçğa: dan atandan son günəşin ışınlar, şuaları).( günün saçğası, ışığı günün dəlilidir). (günün varlığına dəlilildir).

saçılan sütə ağlama. (yıxıqla yıxılma, yanığla yanma. keçəndən keç, ötəndən öt).

sağat baş, ertən bas. (sağat:sağlam. sağan. sağlıqlı). ( ey başı yerində olan, işə erkən başla).

sağlığın qədrini bilgil, xəsdə bolmasdan burun, xəstəlik yoğşunu qılğıl, ta ki ölməsdən burun, düz yerin qədrini bilgil, dərya dolmasdan burun, gəmidə hüşyar oturqıl, burğanə gəlməsdən burun, yaşlığın qədrini bilğıl ta ulalmasdan burun. (məxtumqlu). (bolmasdan: olmasdan). (burun: qabaq. ön). (yoğşunu: şükrünü). (dərya: çay. ırmaq). (burğanə: girdabə. girdova). (yaşlığın: gəncligin). (ulalmasdan: qocalmazdan).

sağlığın qədrini bilgil, xəsdə bolmasdan burun. (bolmasdan: olmasdan). (burun: qabaq. ön).

sağlıqlıya gündə bayram gündə toy.

sağur, soğur, savul. (kar ol, kor ol, rədd ol).

saklı dərdə yox dərman.

saldınsa bul, qoydunsa götür. qaçırdınsa tut.

saldırma sən bağlı görsən birini.

sallağın tanışı olmaz.

salsum qadınla qalmağ olar, dosla yox. (salsum:samsum. səlsüm. qaradinməz. lal kar. səssiz küysüz).

sana bir öğüt, buğdavı özün öğüt. (öğüt: oğut).

sana bir öğüt, buğdavı özün öğüt. (öğüt: oğut).

sana nə duyqular yaraşdı, nə arzular ulaşdı, keçən ömür boşuna, daha gəlmirsana xoşuma. (gəlmirsana: gəlmirsən ha).

sanı var, salmığı yox. (üzü var, içi yox).

sansız yaman tuşlayacaq yaşamın, hünər odur dolayıbən keçəsən, bəs bəllidir yaman basar eyini, sinə gərib döğüşünə girəsən.(sansız :saysız). (dolayıbən: dönük verərək. dövr vuraraq).

satamazdın məni sən heç yabana, küymüş olsaydi ana, alca dilin. {(anadilin danan danalara (analara)}. (alca: qırmız). (yanar olseydi ana alca dilin: ay anam yanmış olseydi ağzındaki qırmız dilin).

satın alsan qulağdan,satın satsan ağızdan. (alanda qulağıva inanma, gözüvə inan, satanda gördüyün önəmli deyir, danışdın iş alır).

satuvçı səggizə satmır, aluvçı altıya almır. (satıcıya səggiz az, alıcıya altı çox).

savaş döğüş tavrıq burqu götürməz, uyqarlığa öğrətilər verilməz. (tavrıq: isuli əxlaq. ədəb ərkan. əxlaq dərsi ). (burqu: əxlaq) (öğrətilər: yoluq yoraq).

savaş döğüş tavrıq burqu götürməz, uyqarlığa öğrətilər verilməz. (tavrıq: isuli əxlaq. ədəb ərkan. əxlaq dərsi ). (burqu: əxlaq) (öğrətilər: yoluq yoraq).

sayqı bəslə dəğər verənə, yox onaki sayqı dilənə!.

sayqı bulaq, sevgi onun ırmaqı.

sayqı dəgəyən istəyin olsun, sayqır gərəyən ərdəmin olsun. (sayqır : sayqı edməli).

sayqı dəgəyən istəyin olsun, sayqır gərəyən ərdəmin olsun. (sayqır : sayqı edməli).

sayqı əkən, sayqı dəyər. tikan əkən, tikan dəyər.

sayqı görsə şişinər, sayqı bilməz qanmazlar.

sayqı nədir bilməzlər, sayqı görsə çaşırar.

sayqı qalxsa ortadan, sevgi qalmaz orunda. (orunda: orunda. yerində).

sayqı saxlar sevgini, sevgi qorar sayqını. (qorar: qorurar).

sayqı sevgi doğurur,sevgi sayqı.

sayqı sınırsız olmaz, sevgi sınırğa sığmaz.

sayqı yoxsa sevgi ölər duranmaz. (duranmaz: yaşayanmaz).

sayqılıq bilik, əkdiyə ilik. (sayqılıq bilik: sayqıdan, hörmətdən olan bilgi). (əkdiyə ilik: tərbiyətə cirgə).

sayqısız sevgi duranmamış.

sayrac olsan öz bağında sayra sən. (öz elin, öz dilin) (sayrac: sayırğac. bülbül).

sayrac olsan öz bağında, it olursan öz süründə. (sayrac: bülbül).

seç seçimin, tut yolun, yoxsa seçim yar yolun, seçimlə olsa yolun, yaşam dadı min artar. (yar : aç. yarat).

seçdiklərin içindən yaşam verər pay sənə.

seçənlərin dəğərin seçimləri bəlqürür.

seçənməyib əkməyən, istədiyin biçənməz.

seçilmədən bir soluqla bir yaşamdı başlayır, çalış seçin son soluğun gələndə. (son soluğun gələndə: işlərivi bitin ölmədən).

seçim gücü olmadan, dəğişməyə umut yox.

seçim,əkim, biçim.

seçimlərdə gec qalma, karvan sürər dayanmaz, uzun arzu qıt ömür, barğacına çatanmaz. (barğacına : mənzilinə).

seçin,əkin, biçin.

seçitlə yaşa, saçıtla yox. (saçıtla : şansla. düşətlə. uğraşıtla).

səfehlik böyük kiçik tanımaz, alçaqlıq gələn başa yarımaz (səfehlik, sapıqlıq başlı başsız, usqan usqıt, ağıllı ağılsız bilməz, amma əksiklik hər kişinin işi değil).

səlivər mala göz tikən, alıvar maldan qalar. (alıvar: almalı) (səlivər: salıvar... səlləminə. yiyəsiz. ıssız).

sən ağa mən ağa, kim verə ot ata.

sən ağa mən ağa, kim verə ot ata.

sən atllıydın mən yürük, bir amaca yürüdük. (yürük: piyada).

sən bas yola ayağın, yol gərəkin baş çəkər. (baş çəkər: baş bilər).

sən bir eyi, min kötü, qaç önündən, qor kökü, bir sarmaşıq güllükdə, qurutmuşdur min kökü. (qor: qoru). (sarmaşıq: asalaq. əngəl).

sən ən gözəl duyqular, ən ağır sevgilər ölütü, yazıqlar sənə gedinən çağa. (ölütü: qatili). (gedivən: harcanan. xərclənən).

sən gördüyün sevmisən, nə olduğun görmədən, olduğuyla yaşarsan, nə çəkdiyin görərsən.

sən kim olsan ol açar tov iç üzün. (tov: güc).

sən məndə sən mən səninlə yaşaram. -sən yoxikən, mən yaşardım olduğun, sənsiz olmaq alınmaz, nədir demək qanılmaz, sən yoxikən başqa səni taparam, sən olmasan başqasıda tapılmaz, ürək pası açılmaz.

sən mənə nə üzül, nə süzül (qırcan). (üzül!: mütəəssif ol!).

sən sardığın sar, o sağdığın sağacağ. (sağmaq: açmaq. boşaltmaq. çözmək). ( sarmaq: 1. dolamaq. 1. doldurmaq).

sən tutqan tavuqnu, yeləgni yolqan men.

sən yazdığıvı yaz, əğirən bükür. (sən açdığıvı aç (yapdığıvı yap), toxuyan toxuyubda, bükərdə).

sən yiyə çıx öz dilən, gələn quşaq yanmasın, gəlib ötən danmasın. (quşaq : nəsl).

səndən böyüklə qonuş, yanımda yatma.

səndən böyüklə qonuş, yanımda yatma.

səndən öndə yox yazı, öz əlindi yol yazı. (yazı: 1. tale'. 1.yazır. açır).

səndən qalan geridə ölmüş, lap yenisi yerini tutmuş.

sənətinə kim xor baxar, boynuna torba taxar.

sənətinə kim xor baxar, boynuna torba taxar.

səni sevməyəni itirmək, dəğməz kitir qayğuya,əldə saxla sevənin, qolaylıqla sevilənlər tapılmaz.

sənin ardınca danışırlarsa deməkki sən qabaqdasan.

sənin təkcə gülün yaz gətirir ömrümə, səndən gələn bir gülüm qış günümü yaz edər.

sənsiz evrən tanışım , sənli günə alışmağa çalışdım.

sənsizliyi unutdum, indi keçən xoş günlərin eşqinə.

səpəndə dartış, biçində yartış. (əkəndə gəngəş olsa, dartış biçinə qalmaz)..(gəngəş: danışıq. açıqlayış). (yartış: iməcilik. əməkdaşlıq. barış).

səs olmasa, yanığ çıxmaz.. (yanğu: yanğı. yanığ. əksi səda).

sevdigim atsa məni ax demərəm, gözləməm ilqarını yoxsa əğimi mən üçün. (əğimi : meyli. eşqi).

sevdigin olmayacaqdır bilisən yar sənə, boşla gedsin tutu ver qoyma gedə sən sevənin.

sevdiyin kimidi , sevənin kim oldu sənin.

sevdiyin özü ay, evi saray görünür.

sevdiyin sevsə səni , sevgi uçar göylərə.

sevdiyin tutanmadın!, sevənindən qalma.( sevdiyin: sevdiyivi ). (tutanmadın: saxlayanmadın).

sevdiyin yoxsa!, sevənin ara.( sevdiyin: sevdiyivi ).

sevdiyinə sevinən, sevilməsə sevinməz.

sevdiyivə çağ ayır, ayırmadan sevdiyindən çağ səni.

sevdiyivə uydunsa, sevənivi yadırqa.. (yadırqa: unut).

sevdiyivi qaçırdın, sevənivi qaçırma.

sevdiyivi sınama, sınadınsa qınama.

sevə bilsən sev gözəlcəsinə, yorub acıdan, qırıb tökən sevgidən düşdüm.

sevəcəklərim qorxutmaz məni, açarları içimdə durur, qırırsa bağın sevgili məndən, bir qapı bağlanır, başqasın açır. (bağın: bağa. bəfa).

sevəcən ana, qorağan ata. (ana sevir, ata qorur).

sevən könül baxan gözdə gül tapar.

sevən könül sayqı gözlər sevəndən.

sevən könül sevdiyiçün dəğişər, sevilmişlər sevənlərçün dəğişməz.

sevən könül unutmaz, sevən sevincin atmaz, sevən quşa sevgi dal, sınıq dala quş qonmaz.

sevən könül yalnızlığa yad olar, sevməz könlə yer üzüdə dar olar..

sevən öğünər, sevməyən döğünər, yaşam durar bir açmaz, çoxda çalış açılmaz. (açmaz: tapmaca. yapmaca).

sevən ölər, sevgi yaşar.

sevən olsa açıq göz, sonrasına olmaz söz.

sevən olsa açıq göz, sonrasına qalmaz söz.

sevən sayar sayqı qoyar dilinə, verməz yada kəndi yurdun, kəndi varın kiminə.

sevən səni ağıysada ut, sevməyən səni balisə unut.

sevən sevənə aytamış. (alqış. xeyir dua). -son günüm sənsiz olmasın.

sevəndə ölür, seviləndə, yetərki aşqla yaşa aşqla öl!.

sevənğlər ölürmüş, sevinclər yaşırmış.

sevənini unudan, sevdiyində yarmadı. (yarmadı: müvəffəq olmadı).

sevənlərə qul olma, sevməyəyənə düş yuxu.

sevərəm mən səni candan içəri, hər nə çəkir məni səndən ötəri.

sevgi alar könlü içi gizlicə, çıxmağında çox dirənər üzlücə. (sevgilər könüldəykən çox sıcaq (ısıca) yaşanır, ama yaşama uyqulanması çox güc olur).

sevgi başındaki dad, yadda qalı, olmaz yad.. (sevgi başındaki : ilk sevgidə).

sevgi batağ, yoxluğu qalağ. (qalağ: veyran. xaraba).

sevgi biriylə başlar, başqasıyla sürər.

sevgi biriylə başlar, birində qalmaz.

sevgi canlılığın bəzəyi, sevimli könüllülər gəzəyi. (gəzəyi : ovlağı. covlağası. seyrəngəhi).

sevgi deb bolma dilənçi ey könül, öylə bolqıl kim hamı sevsin səni.

sevgi degən qıpı yox, dişi degən bığı yox.

sevgi dilə çönөndə, sınar qolu qanadı, sevgi qalar könüldə isti yeri qucağı.

sevgi doğan könüldə, yalnızlığa yer qalmaz, sevgi ölən könüldə, yalnızlığı qonaqlar.

sevgi dolça deyil gen qıslığı ölçülə.

sevgi dolsa könlüvə, yer göy itər sonsuz qapar evrənin.

sevgi duyu yox dili, onu sevənlər bili. (sevgi duyu: sevgi bir hissidir).

sevgi edər kor sevəni.

sevgi gələr can alar, biz keçərik yol qalar.

sevgi gələr can verər, ölüm gələr can alar, biz köçəriz yol qalar.

sevgi gücü ölüm sıvay heç bir gücə əğilməz.

sevgi inanc tanımaz, inanc sevgi doğurar.

sevgi keçmişdə qalmaz, sevgiyə keçmiş yaramaz. (eşqi, sevgini yaşamaq gərək).

sevgi kolu könüldə bitər, düşsə ələ dibindən itər.

sevgi od kimi yaxar, od kimi sönməz.

sevgi olar ölümsüz, doğmuş olsa içində.

sevgi oyun götürməz, közə düşsə ötürməz.

sevgi oyun, başlanması bəllənməz, bitib batıb, sönər sönməz bilinməz.

sevgi oyun, sindir içə ilk günün xoşluğunun, düşünmə heç son gününün qorxusun. (sindir içə : nuş elə).

sevgi oyun-vurulmuş kim, vuran kim, alınmış kim, alan kimdir bəllənməz.

sevgi qanıtılır. (qanıtlamaq: saltatmaq. salıtmaq. saldıtmaq. sabitləmək).

sevgi savay hər nəyə var qarşılıq. (savay : alahı. istisna').

sevgi sayqı qovuşsa, ölməz evrən yaradar..

sevgi sayqı tuş doğmuş.

sevgi sevənlə doğur, sevməzlə ölür.

sevgi seviş sevənləri dəğişər, onu tutan ululuğa ərişər.

sevgi sözə sığınmaz, iş olmasa alınmaz.

sevgi tanımaz yaş.

sevgi tanış görünməz darıxdığın anında, könül gəzər sevdiyin, görməz, olan yanında.

sevgi varkən könüllərə ölüm yox.

sevgi varlıqların başıdır.

sevgi yolu sayqı sılaq döşəli.

sevgi yolu sayqı yolundan keçmiş.

sevgi yoxdu tanımaz, iyi kötü qanımaz. (qanımaz: qanmaz. qana bilməz).

sevgidir tanrım, nərdə bulsam tapınım.

sevgilə eşq yaşamdır, ilki sonu aranmaz, aransada bulunmaz.

sevgilər batar, yoxluğu qalar.

sevgilər batar, yoxluğu qalar.

sevgilər könlüdə yaranır, başda ona yular aranır. (yular: cilov).

sevgilər ucuz tapılır, inanclar gücünə.

sevgilərin varlığının yükü yox, yoxluğunun yükü çox.

sevgili ölür, sevgilər yaşır. (sevgili : mə'şuq. məhbub).

sevgililər köngül içrə quylanırı, silinməz.

sevgilinin qadasını alası, sevgi ocaq gözəlliklər balası.

sevgin gedsə qayğırma, səninkiymiş gedməzmiş.

sevgini övməyə yaranmamış bir söz, ən böyük söz yansıtır ən kiçik parçacıq dağdan.

sevgini söyləyişdənsə, göstərişlik yeğ.

sevgisin paylaşa bilən mutlular.

sevgisinə nə çatır bilirəm, sevgisində nə çatışmır bilmirəm.

sevgisini sevdiyinə deyənməz, günü gəlir söğüş söyər kəndinə.

sevgisiz sayqı yaranmamış, sayqısız sevgi duranmamış..

sevgivə düşdüyün seç.

sevgivi ver alana, yaman qalsın danana.

sevgiyə yad olanlar, tez atılar könüldən.

sevgizis yaşam, parçacıq daşam.

sevilən gözəl baxtı açıq.

sevilmək uman, umusuq qalar, nisgilə batar, sevgini atar.

sevilməmə sevinməm, sevməyimə sevinnəm.

sevilməyi gözləmə, sevmisənsə bəkləmə.

sevilməyi, sevdirməyi, sevməyini bacarmaq, hər kişidə tapılmaz.

sevinc güvən yaradar, kin öc qalxar aradan.

sevinc paylaşılır, mutluluq paylaşılamaz, yaratılır.

sevinc üzdə, mutluq içdə olur.

sevinməyə tezikmə , ağır işdən qaçınmağa çevikmə. (çevikmə: ivəmə. tələsmә).

sevinməyə tezikmə , eyku işə gecikmə.

sevinməyin bilməyən, savdiyini, sevilməyin , üzülməyin nə bilir.

seviş ağış, tün gün üzə yürkünər. (yaxcı pis, gecə gündüz birbirin qoğalar).

seviş quşu yuva qurmuş könüldə, ötür genə umut mahnısın, ötürdə yaş sönmək üzrə irəlir, ötüb keçən keçip gedən keçmişlərdə itgi yox. (mutluluq carçısı).

seviş söğüş yasalki yox, yasadır. (yasnı: yasal).

sevişlər keçmişdə qalır, indivə yalnız kölgə salır.

sevişmədə əlli əlli oxumaz.

sevişmənin izi yox, çox qurcasan içi pox.

sevmək bəlki ola bir sözdü, sevildiyin bilənlərə çox sözdü.

sevmək əldə, durmaq bilməz tələsər, unutmağa çox tələsmə çağ istər.

sevmək ən dəğərli vergi, ən çətin öğrənməyə, ən ağır olan itirməyə.

sevmək könül işi, qırmaq evrən peşi.(peşi: peşəsi. işi).

sevmək nədir bilməyir sevilməyi gözləyir.

sevmək öğrəşilir. (başı başına olan yox, nədən yoxsa ölən yox).

sevmək, bacarığın doruğu.

sevməkdən sevimlisi bulunmaz.

sevməyənlər əksik qalır, sevəgənlər butun alır. (butun alır: diləyinə çatır).

sevməyənlərnə dusdaq, sevənlərin bulamazlar.

sevməyi sevmək kiminə düşdü, sevgidə ilqar boşuna düşdür. (düşdür: yuxudu. gümandır).

sevməyini bacaran, yaxşılığa uğramış, sevməyini bacarman, yamanlığa uğrarmış. (bacarman: bacarmaz).

sevməyini bacarma, sevilməyin tanıma, mutluluğun haçarı.

sevməyini bacarmaz, süycü yaşam quranmaz. (süycü : dadlı. şirin).

sevmir səni unut gedsin yadilə, sevir səni qalsın qatda dadilə. (qatda : yanda).

sevmisin sevənin yok, vermisin alanın yok, doğru sözün yalanın yok, fırladıban çıpar yerə bu evrən.

sevmөyini bilmөyөn, qırmağını bacarmaz, darlıq günü görməyən, dinclikdə duranmaz.

şeytan bizi azdırıb, yaman gündə, yaman yerdə olmaz quyu qazdırıb.

siçan sığmaz nininə, qəlbir bağlar dibinə.

siçan tələsər , suçağu qapar. (suçağu: tələ).

sığac işi irməz, ortun təpmək. (işi irməz: işi değil). (ortun :xərmən). (təpmək: döğmək). (sərçə işi değil xərmən döğmək). (sığac: sındılac. sığdılac. sərçə. ötücü quş çeşiti).

sığır sılağ, xoca çörək götürməz. ( sılağ: sayqı).

sığır sütü ağzında.

sıkıntıda dosd arama, doslarıvı qınama.

sıkıntıda dosd arama, doslarıvı qınama.

sıkışan bəkişər.

sıkışan bəkişər.

sınamasa alsığar, sağınmasa utsuğar. (kişi dənəməsə aldanar, düşünməsə utuzar:. ( utsuğmaq: utsunğmaq. utuzmaq. itirmək).

sınanmamış güvənc, yürgünməmiş at kimidir.

sınanmış kiminə edmə yoldaş özüvə, qıssa uzun yolunsa, oxu batar gözüvə.

sınanmış yol barılsın, sınanmamış qalınsın.

sınanmışı sınama, yorqun atın qınanma.

sınanmışı sınama.

sınar evin oxları, ev başdağı (başqanı) ölürsə. (ox: dirək. situn).

sınıq könül umut qılma boşuna, gözəl gözdə, gözəl üzdə yox ilqar.

sınsa sınır, qalmaz sayıq. (sayınğ: sayıq. sıyıq. sayqı).

sirnəşibsin dolmaya, olsun bir gün olmaya. (sirnəşibsin: dadanıbsın).

sis çən yelpik ilə dağılmaz.

sis çən yelpik ilə dağılmaz.

şişdə küdü, kababda. (küdü: küydü yandı).

şişən kimsə sayqı sıylağ götürməz.

sıtana papaq tikir, cıddana başmaq. (sırtın: sıtan. şeytan).

siyasət yoldu yolağ, bilməz onu kordu çolaq. (yolağ: tədbir).

siz aytan dallar, dirəklik olub, siz görən dağlar düzəlik olub. (siz aytan: söylədiyiz).

sızlanma könül səndə çoğundan, ki yapan nərsə əlində,yox onunda, yorqun kimilər dincə otursun, düşmüş kimilər qalxa durunsun.. (sızlanma şikayətlənmə). ( çoğundan: fələkdən). (kimilər : kişilər. adamlar).

söğüd dayaq verməz, yaman aman verməz.

soğur sağur savul. (kor kar rədd ol).

soğur sağur, savul. (kor ol, kar ol, rədd ol).

söğüt sulunğa, qatınğ qasınğa. (söğüt sulunğa, qazanğ qatınğa) (söğüt suluğa, qatığ qatıya çəkilir). {1.söğüt ağacı yumşaq işlərə, qazan ağacı qatı işlərə uyğundur. 1. söğüt sulu yeri sevər, qaba sərt tikən quraqlığı, sərtliyi.}.

söğütdən dayaq olmaz, yamandan ayaq. (ayaq: yoldaş).

solumaq diri qalmaqdır, yaşamaq başqa bir nərsə!.

son ökünüş yaramaz. (ökünüş: püşmançılıq. peşmançılıq). ( yaramaz: bərə verməz). (keçmişə qınaq yaramaz).

sonda gülən iyisin gülər.

sonuza umut bəsilməz, daşlığa tuxum əkilməz.

sorquları sorayla, öncəliklər sırayla. (sorquları sorayla: sorquları, sualları yanıtla, cavabla). (öncəlik:bəğəni. tərcih).

soruluq silindisə, soru yerində, kişi ölüşdüsə, işi yerində. (işi: yaradışı). (soruluq: surəti məsələ).

sosqan mala, tanrı buynuz verməz. (sosqan: buynuzlayan).

-sosqan mala, tanrı buynuz verməz. (sosqan: buynuzlayan).

soxulursa çöp gözǝ, od vurulmaz çöplügə. (təpilirsə saman gözǝ, od vurma samanlığa). (bitinə qızan, donun yaxmaz).

soxulursa çöp gözǝ, od vurulmaz çöplügə. (təpilirsə saman gözǝ, od vurma samanlığa). (bitinə qızan, donun yaxmaz).

söylə başdan, qələm qaşdan.

söylədiyin doğrusa, at üsdə durda danış.

söylemeden düşünsən, düşünmeden söyleme.

söyləmədən kimliyimiz bəllənməz.

söyləməz ön, sonun oyla. (oyla: düşün).

söyləməzdən ön dibin oyla. (oyla: düşün).

söylər ağız durmasın, görən əllər armasın.

söylər aşıq: -od olursan, samanın, gül olursan, tikənin, su olursan, çayın ollam, hər nə desən oyun ollam.

söyləsən el bəyənsin, yüryüşün yol bəyənsin.

söyləyən dəlisə, eşidən başlı gərək. (başlı: uslu. ağıllı).

söyləyəndə az söylə, dinləyəndə yey dinlə. (yey: yeğ. iyi. yaxcı).

soylu soyuna dəli dölünə çəkər. (soyuna: atasına). ( dölünə: anasına).

soyuq suyu yanar odlar qaynadar, qaynab daşırsa sular , yanar odu uçdurar. (uçdurar: söndürər).

söz atı yügrək olar.

söz çıxdısa ağızdan, geri girməz bayırdan.

söz var el içində, söz var ev içində,.

söz var əş içində, söz var ər içində. (


Yüklə 4,74 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə