Aban aban iş olmaz, bəsləməsən qız olmaz


munsuz: qınsız. əzabsız). munsuz yerin adı yox, əməksiz yeməyin dadı. (munsuz



Yüklə 4,74 Mb.
səhifə43/59
tarix09.10.2018
ölçüsü4,74 Mb.
#73059
1   ...   39   40   41   42   43   44   45   46   ...   59
munsuz: qınsız. əzabsız).

munsuz yerin adı yox, əməksiz yeməyin dadı. (munsuz: qınsız. əzabsız).

mut qapısı çalınmadan açılmır, küt qapısı çalınmadan açıqdır. (uğrun götü açılmadan görünməz, kütün gözü gün çıxmadan evdədir) (mut: iyi). (küt: kötü).

mutlu olmaq olar, mutlu qalmaq.... !!!!.

mutlu yaşamaq, qutluluq duymaq, mutlu olmaq dəng deyillər. (dəng deyillər: aynı şeylər degillər).

mutluq başda yox, könüldə doğur. (başda: ağılda).

mutluq bilməz keçmişi, onla yarınlar yoldaş, tutdun indi tutubsan, yoxsa yarın tutarsan.

mutluq bir quş öz ayaqilə gəlməz, yem səpəsən, tor qurasan tutarsan.

mutluq doğsun düşücən, mutluqda var tutsaqıdır inacın.

mutluq edinməz əldə, dilənçilik edinsə, ilik bilək varınkən armanların edinsən. (ilik: bacarıq). (bilək: tovan. güc). (armanların: çatınmamış, edinməmiş arzuların).

mutluq gülü içində, əkib qurmaq seçimdə. (mutluq içdə doğur).

mutluq gülü içində, əkib qurmaq seçimdə. (mutluq içdə doğur).

mutluq içdə doğur. (mutluq gülü içində, əkib qurmaq seçimdə).

mutluq içdə doğur. (mutluq gülü içində, əkib qurmaq seçimdə).

mutluq qaykişinin əsiri. (qaykişinin: pis adamın).

mutluq yeri könüldə, para ona yardımçı.

mutluluğ, şüşədir, tez sınar.

mutluluğa çağ ayır, çağsız mutluq olanmaz, pul qazanıb tükətməz, ev eşiyin onağmaz. (onağmaz: üz tutmaz. oluşmaz).

mutluluğa nədir gərək, açıq könül geniş ürək.

mutluluğa tövüşmə. (tövüşmə: tələsmə).

mutluluğda gedən yollar mutluluğun özüdür,mutluluğa gedən yollar mutluluğun sözüdür.

mutluluğu tapmaq, onu qorumaqdan qolaydır.

mutluluğun qapısı yox, mutsuzluğun qapısı çox.

mutluluq bacardığı mutluluğu yaşamaqdır.

mutluluq diləncisi, bir yaşama min kərənin iləncisi. (özgədən mutluluq güdən, bir yaşıl yaşamdan belə bıkıbda, minlər kərəm qarqanar, lə'nətlənər).

mutluluq duşünməklə başlanır, sezməklə yaşanır. (yadan sal beş altı yaş uşağı).

mutluluq əllə tutulmur, içdə duyulur.

mutluluq hər kəsin ayaq altda, yetərki onu tutasan.

mutluluq hər kəsin ayaq altda, yetərki onu tutasan.

mutluluq istəklə başarığın üstü üsdə düşməsidir.

mutluluq keçmişdə aranamaz, yarına saxlanamaz, indisiz yaşanamaz.

mutluluq olağanüstü varlıq deyil, bayağı yaşamdan yaratılmış olay. (bayağı: sadə).

mutluluq tutulmayan alınmayan könül pususunda yatır.

mutluluq, söz, iş, sevgi birləşəndədir.

mutluluq, şüşədir, tez sınar. (mutluluq şüşə deyir tez sına. mutluluq dondan dona tez geyər, çalış yeni donunda tanı).

müfdə eşşək, atdan yürük (yerik) olur, müfdə sirkə, baldan dadauq. (dadlı).

müxənnəslər körən atda, igidlər yalın, yayaya, altda.

mükafat (ödünc), mücazat (döyünc), dövlətin iki gözüdür.

mükafat, mücazat, dövlətin iki gözüdür.

nacaqsız, yaqıc qurulmaz.

naxırdan çıxıb axıra girmək. (olduğu kimi durmaq).

naxırdan çıxıb axıra girmək. (olduğu kimi durmaq).

nalını mıxını sökecek ölmüş eşek aramak. bazı insanların bir malı bedevadan veya ucuz qapatmaq için mal alması anlamında kullanılır. (özdemir).

namərdin çörəyi dizi üstə olur.

namərdin çörəyi, dizi üstə olar.

namus deyil namosa aykır, nədən görən, namuslu namossuz olur. (namus: islamda erkəyə görə qadın). (namos (sanskirit): > namaz. tapınış) (aykır: qarşı. zidd).

namus gedər dönməz geri, yoxdur onun bəlli yeri.

nankor ata mindi atasın, atdan düşdü atın dandı.

nankor kişi doğru yolda duranmaz, əğri olan doğru birlə olanmaz, min söz desən bir sözüvü tutanmaz, min bal yedir, bir acını utanmaz, ilan çalsa, ağu damar dad verməz.

nar danası, türk balası!.

nar hayvalar taxcada, güllər gülər baxcada, keçmişləri sən bıraq, yaman keçər yaxcıda.

nasıl olsa sağalar, bir gün yaralar.

naşı kürəkən təzə gəlin, eski qaynana dəlik tas. (dünyanın işi, pişməmiş aşı, doludur daşı, daşı ha daşı, qaşı ha qaşı, doymağı yox dolmazda çox, dünyanın işi, pişməmiş aşı, ).

nazın çoxu, aşiq usandırır.

Ne doğrarsan aşına o çıkar kaşığına, Kişinin başına gelenler yaptığı işine bağlıdır. İyi iş yaparsa iyi iş, kötü iş yaparsa kötü şeyler gelir başına. (Bayram Özdemir).

Ne doğrarsan aşına o çıkar kaşığına, Kişinin başına gelenler yaptığı işine bağlıdır. İyi iş yaparsa iyi iş, kötü iş yaparsa kötü şeyler gelir başına. (Bayram Özdemir).

Ne yavuz (aşkın, azgın) ol, asıl ne yavaş (şaşkın, miskin) ol basıl, Aşırı ve azgın davranışlarda bulunma cezalandılırsın, tepki alırsın. Fazlada miskin ve yumuşak olma bu kez de seni ezerler ve kullanırlar. (Bayram Özdemir).

nece iti pıçağ olsa, öz sapın yonmaz (yontamaz).

necə güldüyün əkitin, nəyə güldüyün usun bəlgilər. (əkitin: əkin: tərbiyən). (usun: ağlun). (bəlgilər: görsədər).

necə gülərsin əkin, nəyə gülərsin usun anlanır. (əkitin: əkin: tərbiyən). (usun: ağlun).

necə gülmək əkdivi, nəyə gülmək görgüvü bəlgitür. (əkdivi: ədəbivi). (görgüvü: baxışıvı).

necə manduz (qanmaz) ərsə, əş yaxcı, necə əğri olsa, yol yaxcı.

necə olursun özün öylə görürdə gözün.

necə uca olsa baş, günü gələr yerə düşər. {uca başlar enmiş olar ayağa, ağ günündə qara günün qarağa. (qarağa: 1. bax. önləm, tədbir qıl. 1. qara ağa: bax ağa)}.

necəlik varki nəçəlik basar, gözü işlətsən, beynivi açar. (keyfyyət kəmmiyyəti, bilik, biləyi basar).

neçə dil bilən olsan, neçə adam deyərlər, öz dilini bilməsən, necə adam deyərlər!?.

Nerde birlik, orda dirlik. Düşünce ve gönül birliğinin olduğu yerde düzen vardır. (Bayram Özdemir).

Nerde birlik, orda dirlik. Düşünce ve gönül birliğinin olduğu yerde düzen vardır. (Bayram Özdemir).

Nerede hareket orada bereket, sürekli çalışılan, uğraşılan yerde bolluk vardır. (Bayram Özdemir).

neyləm tikanı qır belini qoy gülü qalsın.

neyləyin uçmuq yeri, andaqki canan bolmasa, yar çox bolsun nəyimə! ol tamayım bolmasa!. (uçmuq: cənnət).

neylirəm boyu gözəli, istərəm xuyu gözəli.

neylirəm boyu gözəli, istərəm xuyu gözəli.

nə acı ol ki atılasan, nə şirin ol ki utulasan.

nə ağır batmışıdı el yuxuya, talan oldu dili toprağı varı kor yağıya, görəməm birdə açılsın yolu bu baxdı qara, qara günlər...

nə ağız yandıran aşdır, nə baş sındıran daşdı.

nə başı var nə varı, burnun tutub yuxarı.

nə bilsin yavuz qonşu yavuz olur, yavuzlara şeytan qılavuz olur.

nə borcum var yaşama, nə borcludu yaşata, ölüm izdə hər nəyin, heç nə olmaz çaşata.

nə borcum var yaşama, nə borcludu yaşata, ölüm izdə hər nəyin, heç nə olmaz çaşata.

nə çox böyük ürək gizli çırpır cındır geyim altında.

nə çox böyük ürək gizli çırpır cındır geyim altında.

nə çox kəzin yaşam yolun kiçik tutular kökdən dəğişmiş. (tutular: təsmimlər). (kiçik tutular yaşamda nə yoğun izlər bıraxmış).

nə çox qandın, onca belə az inan, için tutun arınqıl, böyləliklə az qınan.

nə çox qandın, onca belə az inan, için tutun arınqıl, böyləliklə az qınan.

nə çox olub sevən könül ayrılıb, bilməmişdən toxunmusan yarılıb. (yarılıb: inciyib).

nə çox olub sevən könül ayrılıb, bilməmişdən toxunmusan yarılıb. (yarılıb: inciyib).

nə çox sevən bacarmamış sevmәsin, düşən torda kəndi görmüş ölməsin.

nə çox sevən bacarmamış sevmәsin, düşən torda kəndi görmüş ölməsin.

nə çox varmış körpə doğan sevgişlər, böyüməzdən ölmüşlər. sevgilərin doğulduğu yaşı varmış, yaşandığı çağı varmış, ilkbaşı sonu varmış...

nə çoxları sevir deyə yalanı, sevmir duya yalanı.

nə çoxların etdi inamdan para. (etdi: ayırdı. uzaqlatdı).

nə çoxlu ürək tələsir, əsir sevməyə, bırak tapanmır kimsəyi onu verməyə. (bırak: ama. fəqət).

nə daxi çox qarlar, genə yaya qalmaz.

nə dəğiş, nə dəğiştir, nə alış, nə alışdır, öyləsinə mal ged, nə olur!.

nə dodaqda gülüşün var nə yaşam sundu sənə dadla duzun, nə quraqlarki qurarmış bu çoğun çevrənənə. (çoğun: fələk). (çevrənənə: durana. yaşayana).

nə dosda, nə gözüvə, özüvə inan!.

nə dörddə alım var, nə beşdə verim, nə özgənin dərdin, ürəyim yeyim.

nə duymuşsa ürəyinə toxundu, gözlərində yenə giley oxundu.

nə edinmək, çatacaq sonu, nə sınmaq, yoxluğun qolu, dirənmək dirikmək yolu. (edinmək: ələ gətirmək. piruz olmaq). (çatacaq: çatcaq. uc amac. nəhayi hədəf.) (dirənmək: çalışmaq). (dirikmək : yaşamaq).

nə edinmək, çatacaq sonu, nə sınmaq, yoxluğun qolu, dirənmək dirikmək yolu. (edinmək: ələ gətirmək. piruz olmaq). (çatacaq: çatcaq. uc amac. nəhayi hədəf. ) (dirənmək: çalışmaq). (dirikmək: yaşamaq).

nə gələcək mənim nə keçəcək mənim, yalnız umarım indiyə qalıb. dünü boş ver günü xoş.

nə görkəmi var, nə içgəmi. (üsdən boş, içdən pox).

nə görmüsən çalış yarış gücün sən, hər barışa min çabamız gərəkli. (barışa. çatağa. ərişə. nailiyyətə).

nə görmüsən devranı, devirmədən dönməmiş, yazıq olar o kəski, evrəninən çönməmiş. (çağına uymaq gərək).

nə gözəldə gerçək ara, nə gerçəkdə gözəl.

nə gözlüsən dayından, dayın ölür acından.

nə xəmirdir, nə fətir, nə toya yarar, nə yasa.

nə iğən yavuz ol, asıl, nə igən yavaş ol, basıl. (iğən: çox). (nə iğən yumuşaq ol basılasın, nə iğən yavuz ki asılasın).

nə iğən yumuşaq ol basılasın, nə çox yavuz ki asılasın.

nə ilə ölçüsən, o ilə ölçülərsən.

iman var şeytan apara, nə mal var divan apara.

nə inci, nə gileylən, kəndivə güvən!.

nə incit nə incin, nə sinsit nə sinsin, nə kincit nə kincin. (kincit: kin oyat). (kincin: kin saxla).

nə incit nə incin, nə sinsit nə sinsin, nə kincit nə kincin. (kincit: kin oyat). (kincin: kin saxla).

nə irəli qaçmalı, nədə geri qalmalı.

nə istirsən bacından, bacın ölür acından.

nə istisən bilgilən, nə seçmisən sevgilən, qutluq budur bilgilən.

nə işlər var gəlməzki başa, dönər çoğun yoxsulda paşa. (dönər çoğun: fırlanar fələk. devir çönər).

nə it hürür, karavan yürür, gələn yoxdu hər nə çürür, yoxluq olur sonumuz, ağ çuxadur donumuz.

nə itin yiyəsiyəm, nə gön yiyəsi.

nə keçmiş ara, nə keçmişə dal, indivi yaşa. (çağıvı yaşa).

nə keçmişə saplanıb qalacaqsın, ne gələcəğin düşlərin quracaqsın. ömür dediğin şu andır onu da başaran kimi yaşayacaqsın!.

nə keflinin ''ağıldan'' danışmağına güvən, nədə ağıllının ''səfehlikdən'' danışmağına inan.

nə kimin mənə gərəyi, nə mənim kimə gərəyim, özgürlük tam anlamında.

nə kimin mənə gərəyi, nə mənim kimə gərəyim, özgürlük tam anlamında.

nə qoyarsan ənginə, oda çıxır öngünə. (öng: rəng. boya. nərsənin önün, üzün, gözə çarpan qabığı, boyası). (üz boyan yediyindəndir).

nə qoymusan 'qar'a başın, qara başın. (oyan quylama 'qar'a başıvı, daşlı başıvı).

nə mutluyum türk doğulduğuma, sımsıkı sarılmışam mutluğuma.

nə olarki hançı dildə can sözün canan yazır, bul yetər kim can sözün candan cana canan yazıb.

nə olduğun bilməyən, siçanlara yem olmuş.

nə olduğun əsən yeldən, hürən itdən sormazlar.

nə olduğun tanıyan toplum, el olur, nə bilədiyin tanıyan toplum, devlət. (bilədiyin: başardığın. nəyə gücü çatdığın).

nə olursun ol, özgələrə gördükləri kimi olursan.

nə oyanın unudu, nə buyanın dəni.

nə ölüyə hay verən, nə diriyə pay verəndi.

nə pox geridə qoyduq, yoxumuş kimi yox olduq.

nə sanmısan aldışı, ayırmış ərkək dişi. (aldışı: adәti). (adətlər çox evlər yıxmış).

nə sevdiyin seçərsin, nə sevənin.

nə sevdiyin seçərsin, nə sevənin.

nə sevdiyivə güvənmə, nə sevənivə. kəndivə güvən.

nə soxub çıxardanmır, nə verib alanmır.

nə şaşqın, nə daşqın. (şaşqın olan basılmış, daşqın olan asılmış).

nə şaşqın, nə daşqın. (şaşqın olan basılmış, daşqın olan asılmış).

nə toyun gördün, nə yasın, dosluğun nə babətdə.

Nə tökərsən aşına, o da çıxar qaşığına. (Araz Gunduz).

nə umud gedənə, nə umuq gələnə, həp güvən içinə , çevrən olmasın vecinə.

nə umud gedənə, nə umuq gələnə, həp güvən içinə, çevrən olmasın vecinə.

nə un olduq atda, nə kəpək üsdə.

nə yağın istədik, nə dağın.

nə yavuz ol asıl, nə yavaş ol basıl.

nə yolun yolçusudu, nə kimin qolçusudur.

nə yoruldum, nə uğurdum, hazırca kökə tapdım.

nə, irəli qaçmalı, nədə geri qalmalı.

nə, şaşqın ol basıl, nə daşqın ol asıl.

nədə çox dos tanışın olsa sənin, dar günündə tapmağı qın arasan bircə kömək. (qın: zor).

nədən durmaz durur bu çoğun, öğrəşiklik bu devrimə güc olur. -dosluqlar yaranır, dosluqlar ölür, sevgilər yanır, odları sönür. (durmaz durur: qərarsız durur). (çoğun: fələk).

nədən durmaz durur bu çoğun, öğrəşiklik bu devrimə güc olur. -dosluqlar yaranır, dosluqlar ölür, sevgilər yanır, odları sönür. (durmaz durur: qərarsız durur). (çoğun: fələk).

nədən qalmır ilkin aşqlar, yanır kül olur eski andlar.

nədən qalmır ilkin aşqlar, yanır kül olur eski andlar.

nədən sanırsın sevdiyin sevəcək səni, bəlki qurmuş yuva başqaca könüldə o.

nədən sanırsın sevdiyin sevəcək səni, bəlki qurmuş yuva başqaca könüldə o.

nədən sanırsın sevdiyin sevməli səni!.

nədən sanırsın sevdiyin sevməli səni!.

nədən sordun, -heç, elə belə soranın qayğısın anla. şakaydı deyənin, acısın anla, varam deyənin, boşluğun anla.

nədəndir dönüşü belə dünyanın, kor hammını kor görər.

nədənləri aransın, çıxar yollar taransın. (donatmadan don olmaz, soyuq düşsə don çalar).

nədənsə açır nədənsə solur, bulut olur göylərə dolur, necə çəksən öylədə olur. (göz gözlədiyin, ürək istədiyin, könül çəkdiyi görür). (bu qısa yaşacımızda fırlanan, dönən bizik).

nədir bu təpzəş, nədir bu dartış: həyəcan.

nəfs solundadır, ağıl sağında, hər birisi öz yasağında.

nəfs solundadır, ağıl sağında, hər birisi öz yasağındadı.

nəqədər uca olsada dağ, bizə bir yol tapılacağ.

nələr dərdik əkməmişdən, nələr əkdik dərənmədik. (yaşamda gözdəməz nələr bəklər bizi). (gözdəməz: sürpiriz).

nələr umar, nələr bular, bu bürküsü açılmaz. (bürküsü: müəmması).

nəm harada altun var, barsan bakır belə tapılmaz. (ıraqdan çox söz deyilər).

nəmə əksən şunu orarsan. (hər əksən hayla onu biçərsən).

nərdə gəzdim yoxudun, çox qaldında qoxudun. (demək istirki. mıncıq (incik) deşik gərək, yolda gərək). (qız gəzən oğlan ayağı uzun, əl açıq gərək, yar gəzən qız qapaçıq gərək) (qapaçıq: qapısı açıq).

nərdəsin nəsin dəğişmək olar, iç çalışmavı dəğişmək olay. (olay: bir olay, hadisə. qolay deyil).

nərə yetməyin, necə getmədən önəmli.

nərə yetməyin, necə getmədən önəmli.

nərsə üçün dəlirsən, kimsə üçün dəlirmə.

nərsələr var könül görər, göz seçməz.

nərsənin varlığı acı, nərsənin yoxluğu.

nərsənin varlığında karlığın bilməyən, yoxluğunda korluğun nə bilir. (karlığın: yararın. dərdə dəğməsin).

nərsənin yengisi yeğ, nərsənin əsgisi.

nəyin nə oduğu işdə bəllənər.

nəyin uğrunda düşdün sorağa, götdü getdi səni belə uzağa.

nəyinlə ölçərsən, onlada ölçülərsən.

nəyinoğlu, dilin yoxsa ağzında, suyun yoxsa üzündə, kişi deyək, səndə kəndin sanırsan.

nəyivəki yaşır yaşamır özgələr, sən yaşadın kimsə səni sormadı, ölən günün el obadan yığşur, yasın tutur yola salır undur. (kəndivə güvən).

niçə istiyəndə hər nəyə inanırmış.

nin qurmaq, ev yıxmaqdan qolay.

nin qurmaq, ev yıxmaqdan qolay.

nisgil doğalı bağlı buluğa, göycündü bu his mən alalı ol ulu göydən. (buluğa: ürfana). (göycündü: göycündür. qutuqdur. mələkutidir).

nisgil dolur sənsiz ötən günlərə, könlüm gəlmir bağçalara bağlara, yas saxlayır qaragünlər ağlara, sənsiz usum başdan uçar gecələr. (təkin).

nisgilə söylədilər dərdlər ara ən kötüsü hançı olur, ol ayıtmış darıxışdur, darıxışdur, darıxış.

nisgili boğ, sevgini doğ.

nisgili boğdum, kəndim doğuldum!.

nisgili boğmayan ürәk, nisgillə ölür.

nisgili sevən bilir, su nədir yanqır.

nisgilin salsam içə eşq odunu ol boğacaq, nisgilinlə yaşamam, eşqim alov çəkmədədir.

nisgilin var ürəyimdə yatırı, nə edərdi gileyin sən kimi daşlaşmış ürək.

nisgilli sevgi ölməsə, öldürür!. (nisgilli sevgi: qurbətə düşmüş, əl çatmaz sevgi).

nisgilli tin daşa dönər. (tin: ruh).

nisyə verən baqqal, bir ilə olar çaqqal.

Niyet hayır, akıbet hayır, İyi niyetle başlanılan işin sonu hayırlı olur. (Bayram Özdemir).

Niyet hayır, akıbet hayır, İyi niyetle başlanılan işin sonu hayırlı olur. (Bayram Özdemir).

niyə bəs tez gedisən sənki gəlirdin oturaq, bu deyil qayda sayaq gej gəlibən tez gedəsən.

niyə bəs tez köçüsən sənki gəlirdin yaşıyaq, bu deyil qayda sayaq gej gəlibən tez gedəsən.

niyə -''niyə'' bilmək baş açar, ''nəyi'' bilmək yol açar. (baş açar: ağlı işlədər).

niyə yapdın boşla qıl, nəyi yapdın al sana.

nlamazlıq ağır pox, kahıllığa dərman yox. (kahıllığa: cahilliyə).

noxud nə qədər atılıb düşsədə, tavanı patladanmaz.

nökər kimi işlə, ağa kimi dişlə.

o başdan qoyundada var. (sənin başın qoyun baş).

o başdan qoyundada var. (sənin başın qoyun baş).

o dosluq ki, bir sözlə qırıla, yoxluğu yeğ ki, ta qurula.

o istəyir dözəm mən, qursaqki məndə yoxdur. çatışmağın dilər mən, dilək ki onda yoxdur. (qursaqki: hövsələki).

o kəsdi o pişirdi, o yedi, sənə qalmadı.

o ki deyir: qorxmuram, yalançıdı. o ki deyir qorxuram: inanmazdı. o ki deyir inanmıram: qorxaxdı.

o ki pox yedim demir, pox yedirdərlər. (demir: deyə bilmir). (kişi öz yanlışların bilib tanısa (e'tiraf edsə), yaşayıb yaşadar).

o ki tutduğun bıraxanmır, kordur! (kordur: çevrəni, günü yaşamı qananmır).

o qapını ki, genə açacaqsan, bərk çırpma.

o quş ki sən tutmusan, qanadın mən yolmuşam.

o nədi özü şirin ətacı, o arvaddı əti şirin özü acı.

o nədir çox nə istər birindən, o nədir bir nə istər çoxundan. -o qadındır çox nə istər birindən, o erkəkdir bir nə istər çoxundan.

o nədir oxşayır dəmir yükünə, ağırlıq edər alsan çiğinə, atar pasın qoysan yerinə. -o dosdur oxşur dəmir yükünə, ağırlıq edər alsan çiğinə, atar pasın qoysan yerinə.

o nədir olmasa, kimsə kimi tanımaz. (tapmaca) (ad).

o sənə yar deyil, yardı sənə. (yar: dos. kömək. {yar: uçurum). yardı: uçurumdur. batlaqdır)}).

oba durdu düzməyə, gəlin qaçdı gəzməyə.

oba yiyəsiz qalsa, doğuz təpəyə çıxar.

obabaşın oğrusa, oban içrə daş qalmaz, üz bəzəkçin yovaşsa, göz üstündə qaş qalmaz. (obabaşın: yurdbaşın) (yovaşsa: yavaşsa. iş bilməzsə. yayaqsa. piyadasa. naşısa).

oburluğu ölümdən, qanıqlığı olumdan (öğrəş).

oburun qarnı beş, biri haşağ boş. (oburun: qarıbqulunun). (hamşağ: hamıçağ. həmişə).

ocağ, başın sağ olsun, dövrə bərin ot olsun.

ocağı isti çörəyin yapar, açıq ağız tikəsin qapar.

ocağı söndürən çox olar, yandıran az!.

ocağı yıxmış, körpünü qırmış.

ocağız odlu olsun, ürəyiz isdi.

ocak başın sağ olsun, dövrə bərin ot olsun.

ocaq başı boş qalmaz, boş ocaqda kəs durmaz. (ocaq başı :ocaq yansa).

ocaq içindən tutuşar.

ocaq keçər, külü qalar.

ocaq odlu, gəlin utlu. (utlu: utanclı. hayalı).

ocaq yansa aş pişər.

ocaq, içindən alışar.

ocaq, içindən tutuşar.

ocaqda odu qalmadı, savrulub külü közü yanmadı. (belədə gedməz. evrən çevrilmədən çevrilməz. (çevrilmədən çevrilməz: dolanmadan dolanmaz).

ocaqda odu qalmasın, külü savrulsun közü qalmasın. (qarqış).

ocaqdan kül əsgik olmaz.

ocaqsız odaq olmaz, törəsiz yığca. (ocaq: mehhvər. mərkəz). (yığca: məclis).

od açar, qızılı, iş bəllədər, kişini.

od alovla öçrülməz. (öçrülməz: uçrulməz. sönülməz).

od aşq kimidir, çevrəsinə ışıq salar, içinə düşəni yandırar.

od bürüsə, yaş qurur, yalan qalxsa, düz durur. (od yaşı, otu enir, üstəlir). (qalxsa: ayaq tutsa). (durur: qalxır. gedir). {(yalan gircək qapıdan, doğru qaçmış, yapıdan. (yapıdan: gizlicə. dal qapıdan)}.

od daşı yarar, daş başı.

od deməklə ağız küyməz (yanmaz), baxmağınan qarın doymaz.

od deməklə ağız küyməz, qoy deməklə ağı (ağrı) qoymaz.. (küyməz: yanmaz).

od deməklə dil yanmaz.

od dumansız olmaz, yiğit günahsız.

od dumansız, yiğit çiğitsiz (qıyınsız. zəhmətsiz) olmaz. (od dumansız, yiğit günahsız olmaz).

od düşən yerdə ot bitməz.

od düşəndə, yaşda yanar, quruda.

od düşəndə, yaşda yanar, quruda. {od düşəndə, yaşla quru birgə yanar. (od düşəndə, yaşda yanar, quruda yanar)}.

od düşəndə, yaşla quru birgə yanar.

od düştüğü yeri yaxar. başına bir felaket gelmiş insanların acı duyacağını diğer insanların bu insan kadar acı duyamayacağını belirtir. (özdemir).

od düşürsə sənli mənli küydürər.

Od ilǝ oynamaq olmaz. (Mehriban Az).

Od ilǝ pambığın nǝ dostluğu?. (Mehriban Az).

od ilə od sönülməz. (çözülməz).

od ilə su sığışmaz (tutuşmaz).

od ilə su sığışmaz. (sığışmaz: tutmaz).

od ilə su, əldə ikən yaradır, əldən aşdı, biri yaxar, biri boğar. (yaradır: faydadı).

Od imandadır. (Mehriban Az).

Od insanı hǝm qızdırır, hǝm dǝ yandırar. (Mehriban Az).

Od külə gizlənər. (Mehriban Az).

od külə gizlənir. (od kül altda qorunar). (od küldə qorunur).

od qavurur, yel savurur.

od qızıla dosd olsun, iş kişiyə.

od qızıla, iş kişiyə dosd olsun.

od qızılı, qızıl əri sınayar.

od odğucla uçulmaz (uçulmaz: sönməz). (odğuc. yalav. yalım. od dilimi).

Od olan yerdǝn tüstü çıxar. (Mehriban Az).

od olmamış tüsdü yoxdur, hər odunda tüstüsü yox.

od olmasa aş pişməz, arpasız at dağ aşmaz.

od olmasa, qızıl olmaz.

od olmasa, tüstü çıxmaz.

od olmazsa, qızıl yox, iş olmazsa, kişi yox.

Od olsa özünü yandırar. (Mehriban Az).

od olub yandırıb ayırmaqdansa, palçıq olub yapışdırmaq yey.

od söndürər, su yandırar.

od sulandı, iş yatışdı.

od tutan odu atmış, əl tutan əli qopmuş. (əl tutma, od tut).

od tutanda, yaşda yanar, quruda.

od uçğundan qopar.

od uçğundan qopar. (uçğun: qoğ. qığocılğım).

od yandırıb tüstüsünə tutulmaq. (kəndi yapdığı işin toruna düşmək).

Od yanmasa tüstü çıxmaz. (Mehriban Az).

od, alovla söndürülməz.

od, odla söndürülməz.

oda qapılan kül olar.

oda qılınc ilə yügürmə.

oda qızan kim, küyən kim. (küyən: yanan).

oda qızanda var, küyəndə. (küyəndə: yananda).

oda qorsun olunca, köz üstünə, kül ol. (qorsun: qocaq. qoğcaq. qorcaq: qor, od, atəş qoyulan yer, qab. manqal).

oda qoysan, qızıl, işə qoysan, kişi olan bəllənir.

oda yaxın hiss küyər, yengiyə yaxın qız küyər. {oda yaxın his tutar, gəlinə yaxın qız (ürəyi) yanar}.

odda pişər aşımız, həp dik gəzər başımız, düşməyəcək dillərdən, türk dilimiz dadımız.

odda sönər sovuyar, güldə solar quruyar.

odda yanan, közlü küldən qorxmamış.

oddan çıxdıq, alova düşdük.

oddan çıxırdsa tüstü, çıxan tüstü od verməz.

oddan isti kürə olmaz.

oddan isti kürəsi. (olduğundan artıq şişinmək, qızınmaq. artıq qabartma, mubaliğə).

oddan keçdik suya düşdük, sudan keçdik, oda düşdük.

oddan kül törər, közdən od.

oddan qoran (yanan), tüstüdən qorxar.

oddan qorxan suya düşər.

oddur duzağ, oddan uzaq.

odla altın, işlə kişi sınanır.

odla altun, işlə kişi sınansın.

odla qızıl tellənir, yoğla könül dillənir, işsiz kişi yellənir. (yoğ: yumşaqlıq. mərhəmət. ehsan) (yellənir: havaya gedir).

odla qızıl yalanır, əməklə kişi. (yalanır: arıtlanır).

Odla oynayan odsuz qalar. (Mehriban Az).

odla pambıq tutuşar, pambıq oddan alışar. (tutuşar: yaxalaşar).

odla saman qonşuluğu çox sürməz.

odla su barışmışlar, dünyanı yaxmışlar.

odla su pambığa gedər, kişi oğlu aşa.

odlu aş odlu qazan. (içi dışı əş olan. içi dışı uyuşan).

odlu aşım isti qab, qala odun qaynasın. (mən yasın (hazıram. mən yöndən hər olası yerində), səndə çalış, payın qoy, doğrulsun). (bu sən but at bu alan, gözlür yuların alan). (məndən bu dərək, qalan sizdən).

odlu aşın isti qab, qala odun qaynasın. (hər olasın (imkanın) yerində, çalış doğrut istəyin). (bu at bu alan).

odlu dəmirin, iki başıda isti olur.

odsuz ev, qutsuz ev.

Odsuz ocaq olmaz. (Mehriban Az).

odsuz, qazan qaynamaz.

odsuz, qızıl olmaz, əməksiz kişi.

odu bassan otun dibinə, yarndırar qalmaz, otu bassan odun içinə, yalvanar durmaz. (yalvanmaq: yalım, alov tökmək).

odu düşsə yaxışın, yaşlı quruğanı yaxar. (yaxışın: tamah. təmə').

odu görünməz, tüstüsü göz çıxarır.

odu ilkin özüngə bas, küydürməsə başqasına.

odu inandıran sudu. (odun imanı sudadır).

odu inandıran, sudu.

odu pülüyən, oda düşər. (tutun qopuran iylənir. tüstü salan tüstüyə tutular. aşıran, aşar. aşıran, aşacaq).

odu pülüyən, oda düşər. (tutun qopuran iylənir. tüstü salan tüstüyə tutular. aşıran, aşar. aşıran, aşacaq).

odu yağla söndürmə, dəli gördün dindirmə.

odu yaldıranda var, yatıranda. (yaltırmaq: yeldirmək. yelləmək. itimək). -.

odu yox, tüsdüsü çox.

odun aldın, tüsdüsündə al.

odun azı dosdur, çoxu düşman.

odun gətirənmiyən daşqanın özü, odunluq olar.

odun imanı, sudadır.

odun izəyi küydürüş, donun izəyi qızdırış, donun izəyi donduruş. (izəyi: xasiyyəti).

odun közü, atanın sözü.

odun közü, atanın sözü.

odun qırmayana, od yaxtırma.

odun oldun od yaxar, altun oldun oda döz!.

odun suda qurumaz.

odun tək yanmaz, yataq tək qızmaz.

odun yığdın, kim yaxa, mal qazandın, kim sapa (sapmaq: xərcləmək).

oduna görə tüstüsü çox.

oduna görə tüstüsü yox.

oduna qızmadıq, tüstüsünə kor olduq.

oduncu gözü, omacda.

Oduncunun gözü omçada=Dilençinin gözü çömçede, omça, kalça kemiği, değersiz şeyler. Herkes ne işine yarıyorsa, gözü ondadır, onu elde etmeyeçalışır. (Bayram Özdemir).

odunçu gözü omçada. (omça: tomça: kütük. ağac kündəsi).

odunçu ölsə otu-suyu qalır, ovçü ölsə çaxmağı-qovu qalır.

odunçuyla kömürçü tutmaz. (odunçuyla kömürçününkü tutmaz). (odunçuyla kömürçü, xocayla qoca birbirin götürməz).

odunsuz qazan qaynamaz, qadınsız ev, yayramaz.

odunu yığan bilər, inəyi sağan. (bilər: tanır).

odunu yığan yaksın, başını yığan assın. (assın: asısın. faydalansın).

odunun kəndi yaran iki kərə ısınmış.

odunun kəndi yaran iki kərə ısınmış.

odur qoç igid ki, qolayın qılır, nə ol kim qolayına cürət qılır.

odünçu gözü omçada. (omça: kündə. yarılmamış ağac kötüyü).

oğla varsa ata malı, oğul ata diləməz. (oğlun əli ata malına çatırsa, artıq atanı aramaz).

oğlan ağlar gün keçər, quzu mələr il keçər.

oğlan atadan bəllər saçağ açmağı, qız anadan bəllər biçgi biçməyi. (bəlləmək: öğrəşmək. əzbərləmək). (saçağ: süfrə).

oğlan atadan bəllər saçağ açmağı, qız anadan bəllər biçgi biçməyi. (bəlləmək: öğrəşmək. əzbərləmək). (saçağ: süfrə).

Oğlan atadan öğrenir sofra açmayı, kız anadan öğrenir, biçki biçmeyi, Oğlan babasından, kız anasından öğrendiklerini yapar. Ana baba bir şeyler öğretmemişse çocuklarına, çocukların bir şeyler yapması beklenemez. (Bayram Özdemir). (Bayram Özdemir).

Oğlan dayıya, kız halaya (bibiye) çeker, Oğlan çocuklarının yüzü, huyu dayısına, kız çocuklarınki de bibiye benzer. (Bayram Özdemir).

Oğlan dayıya, kız halaya (bibiye) çeker, Oğlan çocuklarının yüzü, huyu dayısına, kız çocuklarınki de bibiye benzer. (Bayram Özdemir).

Oğlan dayıya, kız halaya (bibiye) çeker, Oğlan çocuklarının yüzü, huyu dayısına, kız çocuklarınki de bibiye benzer. (Bayram Özdemir).

oğlan doğan öğünmə, qız doğuran döğünmə, oğlan doğdum oydu məni, qız doğdum soydu məni.

oğlan doğan öğünmə, qız doğuran döğünmə, oğlan doğdum oydu məni, qız doğdum soydu məni.

oğlan doğdum oydu məni, qız doğdum soydu məni.

oğlan doğdum oydu məni, qız doğdum soydu məni.

oğlan əlinə daş vermə. (uşaq nədir tüfək nədir). (uşaq nədir piçaq nədir). (nə yapdığın bilməz). (oğlan: cocuq. uşaq).

oğlan havlığar, dan çağında atar. (oğlan: evlənməmiş, sevgisi olan).

oğlan qul oldu pula, qızla satıldı pula, şimdi görün böylə çönmüş bu evrən..

oğlan qul oldu pula, qızla satıldı pula, şimdi görün böylə çönmüş bu evrən..

oğlanı yumuşa (işə) sal, ardınca sən var.

oğlanların süpəh daşı: - vay dizim vay dizim. qızların yumşaq əti: - vay dişim vay dişim.

oğlu lələsi, atı əkdısi tanır. (əkdısi: mürəbbisi).

oğlu olan güclü varlı, atlı olan hər nə varlı. (keçmişdə).

oğlu olmayan, yeddisin oğulluğa götürər.

Oğlum deli, malı neylesin, Oğlum akıllı, malı neylesin, Akıllı insanlar atadan bir bırakıt kalsa da kalmasa da, aklı ve çalışkanlığı ile malı kazanır. Deli insanlar da atadan ne kadar bırakıt kalsa da, üstüne ilave etmediği gibi, har vurup, harman savurarak kısa sürede tüketir. (Bayram Özdemir).

oğlun olsa qoy nəzərəli, xeyri yoxsa nə zərəli.

oğlun yaman olsa - vurub tanrı. yaxcı olsa – verib tanrı.

oğluva de, güv utansın. (güv: güvey. kürəkən)}. {qızı söğüb, gəlini gücət. (gücət: tənbeh elə. başa sal)}. {qızın söğür, gəlini gücətir. (gücətir: tənbeh edir. başa salır)}. {qızı söğət, gəlin gücət. (söğət: söğ)}. {qız söğünsə, gəlin gücənir. (gücənir: sıxılır. başa düşür)}. (qızına deyir gəlin anlasın).

oğma qara yumaq ilə ağarmaz.

oğmasan yad deyilən dildə deyil türkcə dilin, doğulan türk doğduğun türk türkcə yaz ay butuqun qurbanı. (butuqun: qələmin).

oğru adam oğurluğu tez bilər.

oğru boğsa doğrunu, uçub gedər görməz üzüz bolluluq.

oğru dam deşər, qaraqçı yol kesər.

oğru deməz gecədi, toyuqdusa cücədi, alar çapar, vurub qırar.

oğru doğrunu desə inanma.

oğru elə bağırdı, doğru bağrı yarıldı.

oğru elə bağırır, doğrunun bağrı çatlır.

oğru eli pozanmaz, dağı börü. el oğrusu tututlar, dağ börüsü boğular.

oğru evden olursa öküzü bacadan aşırır.

oğru əlin, qaraqçı kəsər. (qaraqçı: yol kəsən).

oğru gəlib bulduğun alar, dosdun gəlib bildiyin yapar. (oğru tanınmaz, dosduvu tanı).

oğru güclü, doğru suçlu.

oğru kəndinə inanmasın, kimə inanansın.

oğru qalana yanar, mal yiyəsi gedənə.

oğru qalana yanmış, yiyəsi gedənə.

oğru qorxaq öz kölgəsindən qorxar.

oğru qorxaq, qaraqçı ürəkli olur. (qaraqçı: yol kəsən).

oğru oğrudur, dosd olsun.

oğru oğrudur, dosd olursa belə.

oğru oğrudur. ağı qarası yoxdur. ölsün o tanınmaz yazxcı ki, tanınmiş pisin yerinə gəlir.

oğru oğrunu tanıyar.

oğru oğruya deyir tutun oğrunu.

oğru oğruya yoldaşdır.

oğru oğurlab, yola düşər, axırı bir gün tora düşər.

oğru olan başın yemiş doğrunun. (''doğru'' sözünün baş biçiyi olan (d) eni götürsək 'oğru'' sözü kəndin göstərir).

oğru olan toxalmaz, doğru olan ac qalmaz.

oğru olsan, çalan ol, od olsan, yaxan ol, yalan olsan, qandıran.

oğru öz qapısın bağlayar.

oğru özgənin malın yeyər, özünün arın (namusun).

oğru tün aşınca, börü (qurd) don (aşınca).

oğru yoxsa bağ neyləyir çəpəri.

oğru yoldaş dalınca gəzər.

oğru, evə girdikdən sonra, qapıya açar salar.

oğru, oğrudan gizlənər.

oğru, tanıq aramaz. (tanıq: şahid).

oğrudan doğru doğmamış hələ.

oğrudan qorxan var birikməz.

oğrudan qorxan, mal yığmaz.

oğrudan oğruya pay düşər.

oğrudan uzaqlıq, doğrulara yol açar.

oğrudursa, yalan demir?, inanma.

oğrularda doğruluğu danmamış. (oğruda kəndin doğru göstərir).

oğruların evi çox, doğruların evi yox!.

oğruların istəyi, qaranquluq gecədi!.

oğrun boğaya gələn, aygün quzular. (aygün: açqar). (quzular: balalar. doğar).

oğrunu oğrunu desən alqışı gələr, doğruya oğru desən, gülgüsü.

oğrunu, doğurmuş yalan.

oğrunun cibi dolsada, gözü doymaz.

oğrunun evi çox, doğrunun evi yox.

oğrunun işi doğrudan danışmaqdı.

oğrunun özü bir, gözü yüz olar.

oğrunun yavuzu (yamanı) söz oğurlayandı.

oğrunun, ayı görməyə gözü olmaz.

oğruya qıyan, karvanın qırar.

oğruya qıyan, kərvanın qırar. (qıyan: yazığı gələn).

oğruya qoysan əğrini seçər, doğrunu qayrar!. (oğruya qoysan yaxud oğruyu qoysan) (qoymaq: icazə vermək). (qayrar: düzəldər).

oğruya tay ubanma (gizlənmə), görcək işdə yubanma. (görcək: lazim).

oğruya ut gərəkməz, sallaca əsrik. (ut: həya). (sallaca: cəllada). (əsrik: əsirgəlik. rəhmgöyüllük).

oğruya uyan çalınmış, yağuya uyan talınmış.

oğul ağısı, sində dinər.

oğul beldən, dosd ürәkdәn, arvad eldən.

oğul beldən, söz didən, iş əldən.

oğul dursa evin daşı, qızda durur könül aşı. (könül aşı: 1. könül oxşadan, yumşadan, yasıq, naziklədən 1. könül oğşatan: könlü yüksəldib, tansuq yapan. tanrıya qovuşduran).

oğul gözsüz qalan, başlı başına gedər.

oğul qıza düzü dağı, ər kişiyə düz yağı. (gənc olanlara düzlük olsun, təpə olsun, ərkişi üçün düz olan, dosd olan bəllənməlidir).

oğul ölümü göz tökər, qardaş ölümü bel bükər.

oğul ölümü, bükdü belimi.

oğul sana söylədim, dosdum sözdən anlaqıl.

oğul sənə deyirəm, oğlum sən eşit.

oğul sənə deyirəm, oğlum sən eşit.

oğul var eli öğünər, giyev var elə öğünər. (giyev: kürəkən. damad).

oğul yaşlıqdan, xanım başlıqdan.

oğul yetişincə, qız pişincə.

oğul yolu, qarın suvu toxdan yeri bəllənməz. (toxdan: toxdağan).

oğuldan daha dadlıdır, yar əgər doğru ola.

oğulsuzün toyu olmaz.

oğurlayan qaçır, görən düşür həçələ. (oğurlayan qurtuldu, görəndi ki tutuldu).

oğurlayın yükülən (hamilə olan) açığda buzalar (bizovlar. balalar).

oğurlayın yükülən (hamilə olan), açıqda buzalar (bizovlar. balalar). {oğurlayın yükülən açğara doğar. (açğara: aşqara). }.

oğurlayın yükürən, açgara doğar.

oğurluq edən utanmaz, üstünə gələn utanmış.

oğurluqdan əl çəksəndə (əl üzərsәndə), oğurluq adı qalar səndə.

oğurluqdan əl üzərsәndə, oğruluq adı qalar səndə.

oğurluqla yalançılıq, ekiz doğulmuşlar.

ox atılmış, yay asılmış, saz qırılmış, tel düşülmüş.

ox düz olar, yay əğri.

ox iti, göz iti, köz iti.

ox olma atılasan, oxçu ol atasan.

ox olmasa, yay dəğməz. (dəğməz: dəğər tapmaz).

ox ovçunun, iş bilənin, diş yeyənin, geyim geyənindi.

ox ötməyən daşdan, ötər dilim.

ox yalı doğru söz.

ox yonanın, gözü çıxar.

oxan gözdür salır ışığı, qaylı elin başın götürür.. (oxan: oxuyan). (qaylı: bəlalı) (başın götürür: qutarır. nәcat verir).

oxlu tüfəkdən bir kişi, oxsuzundan min kişi qorxar. (ox: güllə). (oxlu tüfəkdən bir kişi qorxar, oxsuzundan min kişi).

oxşaçı əli təpləyən, təpən ayağa düşər. (təpləyən: itən. rədd edən. təpikləyən).

oxşatmasan tapılmaz.

oxşayan sakalıvı, bir gün çənən qırarıdı. (saqqal qırxır, çənən qırır. saqqalıda qırx, çəninidə qır. oxşayar saqqal, çənən qırmaq üçün. səqqəl oxşandı, çənə qırıldı. çənə oxşandı, səqqəl qırıldı).

oxşayanda dil, oxlayanda.

oxu atıb yayın gizlədib!. (iki üzlü. kitos).

oxu atıq, yayı çözük. (işin görmüş oturmuş). (çözük: açıq. şol. boş).

oxu atıp yayı gizlədən, balıq tutan, suyu kirlədən.

Oxu ha oxu, Hayatı gözel toxu. (Kordus).

oxu yazı bilməsən, olanları qanmasan, daşla qaçır böylə gözlü korluğu. (daşla qaçır: tullu atgilən). (böylə görməz gözü tullu atgilən).

oxumadıq səni yazılma igən, böylə güstax olurmu kəndi gələn.

oxumaz gözü qınama. (oxumaz: bilgisiz. savadsız).

oxun atılış gücü, geri çəkişindədir.

oxun atmış yayın asmış. (dilək almış, dinc oturmuş).

oxun atmış yayın yasmış.

oxun atmış, yayın asmış. (unun ələmiş, asmış ələyin).

oxun gedər əlindən bir gün, yasılar yayın sənində.

oxusuz duyusuz.

oxusuz gələn, döşəksiz qalır. (oxusuz: çağrısız. də'vətsiz. kartsız).

oxuşuna yox, toxuşuna bax.

oxuyan duyusuz qalmaz.

oxuyan duyusuz qalmaz. (oxuyanla olan, oturan duran duyusuz qalmaz).

oxuyan el uzar, oxumaz el tozar. (bilikli, savadlı millət yüksələr, biliksiz el yoxsalar) (bilikdir ellərə dayaq, biliksiz el qalar yayaq).

oxuyan el, uzar, oxumaz el tozar. (uzar: yaşar. durar). (tozar: ölər. heç olar. yox olar). (heç el, biliksiz iliksiz yaşamı uyqulayamaz) (iliksiz: başarcaqsız).

oxuyan gözdən ışıq düşməz. (oxuyan gözdən ışıq gedməz).

oxuyan gözlərə sağlıq.

oxuyan tutan qaldı, toxuyan kişi aldı.

oxuyan yaxşı, oxuyandan toxuyan yaxşı.

oxuyan, oxuyanla olan, oxuyanla oturan duran duyusuz qalmaz.

oxuyub düşünəndə var düşünüb oxuyanda.

ol ayladı, mən aylandım, mən aylatsam ol aylanmaz. (aylatmaq: fırlatmaq). (ol ayladı: ol aylatdı) (o çevirdi, mən çevrildim, mən çevirsəm, o çevrilməz).

ol bir kişi kövrək açıq könüllü, uçmağlara yönüllü. (alqış sözü).

ol dəm qacar (hara) qaçılır, baş götürəsi, ər gərək.

ol gerəklik şamını göz görmədi, kimsənə anın nişanın vermədi.

ol gözəllikki yaranmış söz ilə, görünə bilməz olurmuş hər açıq bir göz ilə.

ol ki güvənc arır, kəsin yasaçıdır. (yasaçı: səyasətçi. hüllükçü. kələkçi).

ol ki yaşamla ötüşər, yaşamda quş kimi ötər. (qutluq qapısın açmaq gərək).

ol nəsəyi kim kiməsnə bulmadı, ol kim anı buldi, canı ölmədi.

ol o kimləki bilir sən varikən ‘‘nə’’ varıdır, sən yoxikən ‘‘nə’’ azi.

ol unutdu, o atdı, anma onu o yaddı.

ol unutdu, o atdı, anma onu o yaddı.

ol yeməyin iysin ısğadı, sən tınqa səsin duymadın?.

''ola bilərdini'' boş ver, ''ola bilərsini'' tuş ver. (tuş ver: tut ver).

olacağa nə çara, işlər qalıb haçara.

olacağa sanağ yox. (təqdirə tədbir yox).

olamaz bir könüldə, iki canan, yaraşmaz ölkəyə iki sultan.

olamaz nərsə olamaz. (hərnə olasıdır, mümkündür).

olamaz nərsə olamaz. (hərnə olasıdır, mümkündür).

olamaz sevən ürək yüksüz ola.

olan dögül mənlik sənlik bu evrən, açan solmuş, çıxan gömmüş, duran çönmüş evrəndə.

olan dögül mənlik sənlik bu evrən, açan solmuş, çıxan gömmüş, duran çönmüş evrəndə.

olan günü dün eşqiylə yaşama, yarın üçün günlügün bulama.

olan günü dün eşqiylə yaşama, yarın üçün günlügün bulama.

olan günün bıraxma, keçən günə darıxma.

olan günün biri yeğ, yarın gələn iyidən. (olan günün: bu günkünün. indiki, hazırki günün). (yeğ: iyirək. yaxşıraq. betır. behtər). (olan günü gələnə satma).

olan keçəndən, gələn olandan yeğ.

olan keçəndən, gələn olandan yeğ.

olan olacaq, köçən köçəcək. (iş olacağına varır. bir soruna, gərəyə aldırmadan, etgilənmədən, olan olur. sən eddiyivi ed, sonuc dəğişməyəcək. sən yapdığın yap, fələk öz işin işləyəcək).

olan olayu bir kərəm olar, yansıtar yalın tay olayları, könül içim min kərəm sevər, hər sevinin başqa yolları. (olayu: olay. üz verən nərsə). (yansıtar yalın tay olayları: yalnız oxşar olaylar kimi görünər).

olan olayu bir kərəm olar, yansıtar yalın tay olayları, könül içim min kərəm sevər, hər sevinin başqa yolları. (olayu: olay. üz verən nərsə). (yansıtar yalın tay olayları: yalnız oxşar olaylar kimi görünər).

Olan oldu, torba doldu. (Ara Gündüz).

olan savı arğaşdan, daman çisi yağışdan sor. (arğaşdan: qaraçı. kahinnn). (çisi: çiği. şehi).

olan versə, acıq ac qalmaz. (acıq: möhtac. ac olan). (ağnasa dağ, dərələr boş qalmaz). (dağ yıxılmasa dərə dolmaz).

olan yarma qaynadar, olmayan, əlin oynadar.

olan yerdən başlaqıl. -olduğunu vur dişə, bacarığın sal işə. (vur dişə: sına).

olan yerdən başlaqıl. -olduğunu vur dişə, bacarığın sal işə. (vur dişə: sına).

olana yox demək olmazdı gülüm, nə bileydim çiçək açmaz solacaqdırdı gülüm.

olanı boşla, yarını başla.

olanı boşla, yarını başla.

olanı düşün, ölmədən üşün. (ölmədən: ölməkdən). (üşünmək: çəkinərək, qapılmayaraq düşünmək). (ölümü kəmsimə, əksik görmə, çalış uzaq durasan).

olanı xoş görən, umduğun yeyər.

olanından paylaşmaq, bu varanların işidir, ariflərin peşidir (peşidir: tutduğu yoludur).

olanla keçin, kəndivə güvən.

olanlara ölmək işi danılmaz {nədən herkes cennete gitmek ister, ama kimse ölmek istemez, çünki}. {olanlara ölmək işi danılmaz, edik ürə uçmaq ümidi qalmaz. (edik ürə: ə'malın nəticəsi. edik ediyi. iş sonucu). (uçmaq: cənnət) }. {kişioğlu köçməyinə bilkinər, nərə düşə bəllənməz. (bilkinər: yəqin edər)}.

olanları gələnləri dünya udar, haçan doyar bəllənməz.

olar kim acundan yola getdilər, yerində sözü qoydular getdilər.

olar olmaz, gələr dönməz, yanar sönməz, qalar itməz'' demə, sanma, inanma!.

olar olsun qaranqu, qulaq genə düz duyar. (düz: doğru).

olar yazaram, olmaz pozaram.

olasıya inanmaq umut qanatı. (olasıya: ehtimala). -dərə suyu keçitsiz olmaz. (dərə suyu: dəryə. dərya. çay).

olcalara bıraxma, yaşam uçar dayanmaz, bacardığın yapmasan, durmuşunda ucalmaz. (olcalara: şanslara. ehtimallara). (bacardığın: iradə etdiyin. qılındığın).

olda sözdaş qanana, olma yoldaş yamana.

oldağ buki, əğri yerdə doğru ağac bitərmiş, sapıq yolla doğru yollar itərmiş. (oldağ : vaqeiyyət).

oldağ buki, əğri yerdə doğru ağac bitərmiş, sapıq yolla doğru yollar itərmiş. (oldağ: vaqeiyyət).

oldağ, gerçəgin güclü üzüdür. (oldağ: vaqeiyyət). (gerçəgin: həqiqətin).

oldağı görməyən kordur, oldağa qapılan qorxaq, oldağı görüb kəndinə don biçən yaşamalıdır. (oldağ: realitə. vaqeiyyət).

oldağla barışanmıyan kəndinә qıyar. (oldağla: vaqiiyytlə) (kəndiylə barışanmıyan kəndinә qıyar).

oldu gülər üz kişin, toya qalınmaz işin, oldu qarabet qadın, yas yerindən sil adın. (qarabet: qara qabaq).

oldu olacaq, qırıldı nacaq.

oldu olacaq, qırıldı nacaq.

oldu öldü qaçılmaz, sən əldəkin tutqına.

olduğu kimi görünən, çılxadı. (çılxadı: xalisdi).

olduğu tək nə dil nə din seçilmir. (olduğu tək: normalda).

olduğumuz yalan deyil, evrəm kimə qalan deyil. -bir gün atar, bir varlığı danar dan.

olduğun kimi sevil, olduğu kimi sev.

olduğun kimi sevil, olduğu kimi sev.

olduğun kimi sevil, olduğu kimi sev.

olduğun tək yaşansan, nisgil olmaz arzular.

olduğun tut, keçdiyi unut.

olduğun tut, öldüyün ut. (unut).

olduğun tutmaq, bax yoşluğu, keçmişin tutmaq, bax qayuşluğu. (yoşluğu: xoşluğu). (qayuşluğu: qayyoşluğu. naxoşluğu). (olduğun tutmaq, bax xoşluğu, keçmişin tutmaq, bax naxoşluğu).

olduğun yeri tanısan, çatcaq yeri birlərsin.

olduğun yeri tanısan, çatcaq yeri birlərsin.

olduğun, istəyin kimi yaşa. (olduğun: olduğunu. varlığıvı).

olduğuna doyunan, bulduna qul olur. (doyunan: tapınan). (bulduna: bulduğuna. yeni tapılana). (bulduna qul olur: yeni gələnlə təpiklənir yeni tapılanla tapdanar). (tapılanla: yenliklə, yeni gələnlə). (tapdanar: təpiklənər, əzilər). (yeni görmüş özündən çıxar).

olduğunda ver dəğər, olmayınca yox dəğər. (dəğər: 1. tutar. qiymət. 1. ilişgi).

olduğunu alqılar, diləklərin yalqılar, həp varlığın sayqılar, durmuşunu qayğılar.

olduğunu az bilən, artığına əğimli. (az bilən: az görən). (əğimli: meyilli).

olduğuz yeri unutun, tutduğuz imə yumulun. (imə : amaca).. (yumulun: odalanın. mütəmərkiz olun. fokuslanın).

olduğuz yeri unutun, tutduğuz imə yumulun. (imə: amaca).. (yumulun: odalanın. mütəmərkiz olun. fokuslanın).

oldun kölə aşqa, olmaz günün başqa. (başqa: yaxşı. ə’la).

oldun kölə aşqa, olmaz günün başqa. (başqa: yaxşı. ə’la).

olki durmadan qaçmağı düşünür, durmuşun ititrir. (durmuşun: yaşamın. həyatın).

olki gileylidir, gileyli qalır, gileyli qalacaqda yaşamından, yazıqlar olsun ona.

olki söykün danırı kal qalırı, yüksələ bilməzki oğul. (söykün: dayancağın. təməlin. soyun).

olma qul araca, çəkər səni ağaca. (ağaca: dara).

olma qula qul!.

olma odun özgə ocaq oduna.

olma odun özgə ocaq oduna.

olma səlin, gəlməz yelə əsəsən. (səlin: qeyim olmayan. kəvrək. axıçıl).

olma yaran yamana, çalış tay ol yaxşıya. (yaran: yar. yardım edən).

olmadan ölmək olmaz, ötlük qarıtmaz olmaz. (ötlük: zaman) (hər nə zamanla qarır).

olmadan ölmək olmaz, ötlük qarıtmaz olmaz. (ötlük: zaman) (hər nə zamanla qarır).

olmadıq yox, doyulmadıq çox deyilər.

olmağın nədənin bilmədin bilmə, ölməgin nədənin barı biləsən, yaşamda, istəyən varlığa dönəsən.. (kişi doğulduğun sezməz, ama nədən necə ölməyin bilməlidir, yaşamda istəyi varlığa dönməlidir, istədiyi kimi yaşamalıdır).

olmağın nədənin bilmədin bilmə, ölməgin nədənin barı biləsən, yaşamda, istəyən varlığa dönəsən.. (kişi doğulduğun sezməz, ama nədən necə ölməyin bilməlidir, yaşamda istəyi varlığa dönməlidir, istədiyi kimi yaşamalıdır).

olmaq qab, olumluq təməl.

olmaq qab, olumluq təməl.

olmalıdır iştə. -bel incəliyi dildə, üz gözəlliyi ürəkdə, bəy kökətliyi özdə, doğruluq yolda, sözdə, işdə. (kökətliyi : əsilligi).

olmalıdır iştə. -bel incəliyi dildə, üz gözəlliyi ürəkdə, bəy kökətliyi özdə, doğruluq yolda, sözdə, işdə. (kökətliyi: əsilligi).

olmasa baş elimdə. -olar ağı aşımız, bələr işlər başımız.

olmasa baş elimdə. -olar ağı aşımız, bələr işlər başımız.

olmasa yel yapraq dalda qımlamaz. (qımlamaz: təprənməz).

olmasaydı gecə, tanınmaziydı ay ulduz, itginiydi ddnda, görməziydi heç gün üz.

olmasaydı sarsaqlar, ac qalardı, yaltaqlar!.

olmaseydi yalan, ocaqsızıydı yaman.

Olmaya devlet, bu cihanda bir nefes sıhhat gibi. Kanuni Sultan Süleyman. Devlet, talih, kısmet, baht. Bu dünyada bir nefeslik sağlıktan büyük baht ve kısmet yoktur. (Bayram Özdemir).

olmayınca olmayır, tüm gücünlə inansan belə gerçəyə dönməyir. (tümün: bütünün).



olmaz değən yoxdu, olar değən oldu. (değən: deyilən. adlı. adlanan).

olmaz demə, olarmış!.

olmaz demə, olarmış!.

olmaz kişi dosd olmaz. (olmaz kişi: uyqarsız, əktisiz, kültürsüz olan).

olmaz olmaz demə, olmaz, olmaz.

olmaz olmaz demə, olmaz, olmaz.

olmaz yarıq qılıb yapıb bitirmə, arda qalan yarımçıq eyi eyku işlərə. (yarıq: fürsət).

olmazıqlar bir bataq, ıraq uzaqlar ataq. (olmazıqlar: olumsuzluqlar. mümkünsüzlüklər. neqətiv güclər).

olmazlığı düşünmək, qırıqlıqlar yaşadar.

olmazlığı düşünmək, qırıqlıqlar yaşadar.

olmazsa keçinmək gözəlim, yaşda yaşanmaq ola bilməz, qaynar çayı keçməkdə gərəkdir keçidin arqacın olsun.(yaşda: yaşamda).(arqacın: yarağın. dayağn. ipin).

olmazsa keçinmək gözəlim, yaşda yaşanmaq ola bilməz, qaynar çayı keçməkdə gərəkdir keçidin arqacın olsun. (yaşda: yaşamda). (arqacın: yarağın. dayağn. ipin).

olmudan ölümə, bir ərək, çalışıb işləmək gərək. (bir ərək: bir mənzil). (yaşamın dadı çalışıb sevmə, sevib çalışmaqdadır). (bu söz, yaşamın qısa güdə olduğun kişiyə anlatır, dadın çəkməyin yolun göstərir).

olmuş olsa yer qatı, öküz öküzdən görür, gücdə olursa işi, gücə düşürsə kişi, manı yarından görür. (manı: aybı. suçu).

olmuşların ən pisi keçmiş çağa ötübdür, gəlməmişdən yarını, kötü gözlə yarqıma.

olmuşların ən pisi keçmiş çağa ötübdür, gəlməmişdən yarını, kötü gözlə yarqıma.

olsa açıq göz igid, gözü qalmaz diləkdə, yaşın aşsa altmışı, tovaş qalmaz biləkdə. (tovaş: tovan. güc).

olsa iti sirkəsi, qaba çıxar ditgəsi. (ditgəsi: didməsi. yırtması. yirtgəsi. itgisi). (aşırı itilik itgi verir).

olsa könül çobanda, erkək belə doğurur!.

olsa könül çobanda, sütlü təkə, gəbə erkək bəklənər.

olsa könül çobanda, sütlü təkə, gəbə erkək bəklənər.

olsa könül çobanda, təkə belə sütlənir.

olsa malın çox qalı, min dəniklə, bir biçəqıl parçanı. (qalı: əgər). (dəniklə: ölç).

olsa uzaq oğrular, yaxlaşırlar doğrular.

olsa yolun düzgünü, olma yolun üzgünü. (düzgün: dəsdur. proqram. bərnamə).

olsada gücü sevginin, kişi sevgidən dadır, güc təməli ayrılıqdadır.

olsağa dalıb oldağı unutma. (olsağa: xiyal. rüya). (oldağı: vaqeiyyəti. yaşamı. həyatı).

olsan ortaq otruma, gəpməyə olsun sözün, duymağa saxla qulaq. (otruma: yığvaya. məclisə).

olsun bir güzgü yetər, bir acıyan görməyə!!. (duyduğun çox nərsələri dışarda, özgədə gəzmək gərəkməz).

olsun ki bizim baş yazımız düzdü, haqlıdı, amma ki başımız dəyişik düşüb.

olsunki gerişmə, gəlişməyə yararlı ola. (gerişmə:. dalı oturma).

olsunki səni saymıyasan gəldi gedər dünyanı, ama gəlsə mənə xoşdur, demərəm yox, çevirəm devranı. (gəlsə mənə: nəsib olsa mənə).

olub bitən gözdən itər, işdən qalan, gözə girər.

olub yaraqlı at belində, doğrusunu, doğru de.

olum ağ boya, ölüm qarası, bir evrəndir ekiz arası.

olum bir sürə ölüm tüm sürə sürür. (sürə: zaman).

olum bir sürə ölüm tüm sürə sürür. (sürə: zaman).

olum keçər durmaz, ölüm qapar sormaz.

olum keçir, ölüm durur.

olum keçir, ölüm durur.

olum qorunmadı ölümdən, çaşıb qaldı yolundan.

olum ölümü danmaz. (hər olan ölməlidir, hər ölən olub bir gün).

olum savsalsız , ölümdür. (savsalsız: fəlsəfəsiz).

olum savsalsız, ölümdür. (savsalsız: fəlsəfəsiz).

olum yoxdursa, ölüm nə gəzir.

olum yoxdursa, ölüm nə gəzir.

olum, olandan doğur, ölüm, olandan boğur.

olumda kor, ölümdə kor, yaşamda, yaratmadan çıxış yox, yol yapmadan giriş yox.

olumda kor, ölümdə kor, yaşamda, yaratmadan çıxış yox, yol yapmadan giriş yox.

olumda qanıq gərək, yanqı ölümə kürək.

olumla ölüm olmasaydı, yaşama yer açılmazdı.

olumluğa yol açın, ölümlüklər qapıda. (olumluğa: müsbətlərə. imkanlara). (ölümlüklər: mənfiliklər. imkansızlıqlar).

olumsuzlar gedirsə, olumluqlar baş açar. (olumsuz: mənfi). (olumluq: müsbətlik).

olumun əşi yok, ölümün səsi. (olumun: yaşamın). (əşi: tayı). (ölümün: yokluğun).

olur biri düşüncəsi bilgisindən aşa , olur biri bilgəligi düşüncəsindən aşa. (aşa: çox).

olur biri düşüncəsi bilgisindən aşa, olur biri bilgəligi düşüncəsindən aşa. (aşa: çox).

olur olmaza inanma, əlindəkin çıxarma.

olur yadlu, duran yadlu yanında, ki yaş dahi yanar quru yanında.

olursa diləkbir biləkbir elin, kökündən qopardar dağı bəllidir.

olursa diləkbir biləkbir elin, kökündən qopardar dağı bəllidir.

olursa güc dənişməyin yeni otruğa, durmadan dön geri əsgi yurduva. (dənişməyin: uyuşmağın) (otruğa: oturan yerivə. iqamətqahıva).

olursa güc sevgidə, bağlı qapı duranmaz.

olursa iş bir kərə, demə artıq heç kərə.

olursa seçim yazı dəğişir.

olursa tuş qırıqlarla dosluğun, qaçır çağın, qısatmadan ömrüvü. (qırıqlarla: yanlışlarla: pozuqlarla).

olursa uca ağacın dalı, yetişdikdə yerdədir barı.

olursa yemi qarqa yemi, kitab oxur olamaz gözi. (kitab oxuyan gözü olanmaz).

olursa yüvrəgin tazı, qutarmaz tülkünün canı.

omuz əzən yükün olsun, canlar qıran sözün yox.

omuz omuza, qoluz qoluza, birgə qalın.

omuza yaslama baş, gün acısı keçər gedər, min söz denə birin tutsa yetər gedər. (omuza yaslama baş: boynuvu ciğnivə qoyma).

on dil bir gözə dəğməz, on göz bir ələ.

on dildə yazan bir yola çatmaz, əkdiş dananın sonucu olmaz. (sonucu: nəhayəti). (əkdiş: tə'lim. tərbiyət).

on eşitməkdənsə, bir görmək yeğdir.

on görmüsən, önündə (sonunda) gör.

on gün qov, bir gün ov.

on kişi bir ara gəli, arada var biri dəli. (dəlisiz el olmaz, bəlisiz toy).

on qat saray, beş qatı yalan, beş qatı palan, alt qatı gerçək.

ona qərəb, mına qərəb, sana kim qərəb. kəndivə qərəb, kəndivə güvən. (qərəbmək: qarabmaq. baxmaq). (hər nəyin dərdinə ulaşırsan, özüvə bir baxmayırsa).

onağ işlər bitmiş ki, yasaqlarla uğraşaq. (onağ yasağ: halal haram). halal işlər qutulmuşdur ki, həramlarla məşqul olaq. (anlaqlı kişi əlində seçim var).

onat oğul çöp çöplər, onmat oğul gəp göplər. (onat: yarar). (onmat: onmaz: yaramaz). (çöp çöplər: çöp, çıpıq, yanacaq yığar). (gəp göplər: söz goplar. söz şişirər).

onbeşi qara, onbeşi ağ olur ay.



Yüklə 4,74 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə