99
qənaətlərə münasibətini bildirmişdir. Ədəbi tənqidlə bağlı yazdığı onlarca
məqalədə Elçinin meyarı dəyişməz olmuşdur: həqiqi sənətə xidmət. Dünən – sovet
dövründə də belə idi, bu gün də belədir.
Sovet dövründə söz sənətini ona təcavüz etmiş ideologiyadan xilas etmək
uğrunda mübarizə aparan Elçin bu gün ədəbiyyatı yad və bayağı missioner
«izm»lərin eybəcər hala salmaq cəhdlərindən qoruyur.
Elçinin hekayə, povest, pyes, romanları, tərcümələri, ədəbi tənqid və onun
problemləri haqqında məqalələri barədə xeyli yazılmış, bədii əsərlərinin mövzusu,
ideyası, dili, üslubu, sənətkarlığı, süjet və kompozisiyası ilə bağlı sanballı
tədqiqatlar aparılmış, əsərləri bir çox xarici dilə tərcümə olunmuş, xarici ölkələrdə
nəşr edilmiş, pyesləri respublikanın və Türkiyənin ən nüfuzlu teatrlarında
oynanılmışdır. Bütün bu sahələrdə həmin işlər daha ciddi və əhatəli davam
etdiriləcəkdir. Elçinin ədəbi irsi bu hüquqa sahib olmuşdur.
Son dövr ədəbi mühitində də hadisəyə çevrilən əsərləri göstərir ki, tükənməz
enerji və ehtirasla yazmaqda olan Elçin hələ neçə-neçə yeni yaradıcılıq uğurlarına
imza atacaqdır.
«Mars» jurnalı, № 3-4, aprel 2003
«Dəli ər» sərhəd tanımır
Sovet dövründə «Yaxın, uzaq Türkiyə» ilə qardaş ölkəyə sonsuz
məhəbbətini izhar edən Xalq yazıçısı Elçin son illər Azərbaycan-Türkiyə mədəni,
ədəbi əlaqələrinin genişlənməsinə, keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına
öz töhfəsini verməkdədir…
Ədibin Ərzurum Teatrında fevralın 3-də səhnəyə qoyulan «Mənim ərim
dəlidir» adlı tamaşası şəhərin mədəni həyatında hadisəyə çevrilmişdir. Tamaşanın
rejissoru Ankara Dövlət Teatrının sənətçi və rejissoru Ensar Kılıncın təbiri ilə
desək, «600 kişi əsəri ayaqda seyr edirdi». Premyeradan bu günədək əsər hər gün
oynanılmış və hər dəfə tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.
Tamaşa Türkiyənin demək olar ki, bütün kütləvi informasiya vasitələrinin –
qəzet, məcmuə, televiziya şirkətlərinin diqqətini çəkmiş, əsər haqqında maraqlı
resenziyalar hazırlanmışdır.
Rejissor Ensar Kılınc tamaşanın il ərzində Türkiyənin əksər teatrlarında
səhnəyə qoyulacağını bildirdi və əlavə etdi:
- Əsər fevralın 20-də Qarsda, 27-də Ərzincanda, martın 1-7-də Sivasda, 20-
27-də Konyada, apreldə Antalya, Adana və Ankarada oynanılacaqdır. Tamaşanın
həmçinin Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, habelə Çin və
Yaponiyada səhnələşdirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə may ayında
truppamız həmin ölkələrə 45 günlük səfərə çıxacaqdır.
100
Sovet imperiyası dağıldıqdan sonra keçid dövrü yaşayan adamların
problemlərinin, güzəranının və həyat tərzinin bədii təcəssümü olan «Mənim ərim
dəlidir» əsəri şübhəsiz, hələ minlərlə tamaşaçı qəlbini fəth edəcəkdir.
«Azadlıq» qəzeti, 11 fevral 2000
Sənətə, ədəbiyyata xidmət
Azərbaycan Yazıçılar Birliyinin «Yurd» nəşriyyatı Xalq yazıçısı, Əməkdar
incəsənət xadimi, filologiya elmləri doktoru, professor Elçinin həyat və
yaradıcılığından bəhs edən bülleten çap etmişdir. Maraqlı tərtibatı və materialları
ilə diqqəti çəkən nəşrdə Azərbaycan ədəbi-nəzəri fikrinin görkəmli nümayəndəsi
Elçin haqqında tanınmış tədqiqatçıların, söz ustalarının müxtəlif dövrlərdə qələmə
aldıqları yazılardan seçmələr verilmiş, yeri gəldikcə Elçinin yaradıcılıqla, sənətlə,
ədəbi tənqidlə bağlı fikirlərindən sitatlar verilmişdir. Anarın, Bəxtiyar
Vahabzadənin, Məmməd Cəfərin, Məmməd Arifin, Həmid Araslının, Əziz
Mirəhmədovun, Kamal Talıbzadənin, Bəkir Nəbiyevin, Yaşar Qarayevin, Mirzə
İbrahimovun Elçinin yaradıcılığı ilə bağlı söylədikləri onun müasir Azərbaycan
ədəbiyyatındakı yeri və rolu barədə aydın, dolğun təsəvvür yaradır.
«Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü» adlı romanları, «Bir
görüşün tarixçəsi», «Toyuğun diri qalması», «Dolça» və s. kimi povestləri,
«Dəlixanadan dəli qaçıb, yaxud mənim sevimli dəlim», «Mənim ərim dəlidir» və s.
kimi
pyesləri,
onlarla
hekayəsi
çoxlu kinossenariləri, sanballı elmi
monoqrafiyaları, uğurlu tərcümələri ilə ədəbi mühitdə özünəməxsus yer tutan
Elçinin təbirincə desək, bədii yaradıcılıqla, tədqiqatlarla məşğul olarkən ən əsas
qayəsi, məqsədi, amalı ideologiyaya yox, ədəbiyyata, sənətə xidmət etmək
olmuşdur.
Elə buna görədir ki, onun əsərlərini azərbaycanlılarla bərabər rus, ingilis,
fransız, alman, ispan, macar, ərəb, türk, fars … oxucuları da məhəbbətlə mütaliə
edir, elə buna görədir ki, onun pyeslərinin tamaşaları anşlaqla keçir, elə buna
görədir ki, onun ssenarilərinin əsasında çəkilən filmlər ekranlardan düşmür. Elçinin
əsərləri məhz müəllifin ədəbiyyat və sənətə xidmət amalı ilə yazıldığı üçün
yaşamaq hüququ qazanmışdır.
«Ədəbiyyat qəzeti», 7 iyul 2000
Senzura, yoxsa “bədii-estetik qamçı”?!
“Tarixi mərhələ, xronoloji əhatə baxımından o da (60-cı illər ədəbiyyatı
nəzərdə tutulur – T.A.) “sovet ədəbiyyatı” idi, amma artıq klassik anlayışda “sovet
ideologiyasına” xidmət etmirdi” (Yaşar Qarayev. Azərbaycan ədəbiyyatı XIX və
Dostları ilə paylaş: |