93
tamaşa eləmək istəmir. Şəhərli cavab verir ki, sən bir belə təriflər deyincə, elanlar
verincə, qoy bu pəhləvan əl atıb bu yekə daşlardan birini götürsün, elə oynatsın ki,
camaat da yığışsın başınıza». Bu qaravəllini Elçin «Dünyada amur üzürdü» adlı
səyahət oçerkində xatırladır və əvvəlcədən hamının bildiyi faktlarla, hamının
gördüyü hadisələrlə oxucunu yormayacağını bəyan edir: «Yəni ki, televizorda
gördüklərimizdən başqa, kitablarda
oxuduqlarımızdan
və
ya
oxuya
biləcəklərimizdən başqa, sən özün nə görmüsən? Nə görmüsən, yəni nə hiss
etmisən, nə düşünmüsən?». «Yaxın, uzaq Türkiyə»də isə Elçin Marko Polo,
Afanasi Nikitin, Zeynalabdin Şirvaninin və onlarla, yüzlərlə, minlərlə digər
məşhur
və qeyri-məşhur səyyahların yaşadıqları dünyanı insanlara tanıtdıqlarını, lakin bu
cəsur və müdrik sələflərin əzab-əziyyətlərə sinə gərib beş ilə, on ilə yer üzündə
Şimaldan Cənuba, Şərqdən Qərbə, necə deyərlər çarıq yırtıb, dərə-təpə aşıb
gördüklərini, qələmlə təsvir etdiklərini bugünkü texnikanın bir anda etdiyini xüsusi
vurğulayır. Bu qeydlər Elçinin həm bu işə girişməyin – səyahətnamə yazmağın nə
qədər məsuliyyətli olduğuna, eyni zamanda bununla yanaşı, oxucuya yeni söz
deyəcəyinə bir işarədir. Və bu Söz deyilir.
Çağdaş Azərbaycan ədəbiyyatının canlı klassiki Elçinin yaratdığı
belletristika nümunələri («Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü»
romanları, «Toyuğun diri qalması», «Dolça», «Bir görüşün tarixçəsi» povestləri,
«Baladadaşın ilk məhəbbəti», «Sarı gəlin», «Araba» hekayələri, «Ah, Paris, Paris»,
«Mənim sevimli dəlim», «Mənim ərim dəlidir», «Şekspir» dram əsərləri və s. və
i.). XX əsrin 60-cı illərinin və XXI əsrin əvvəllərinin Azərbaycan bədii-estetik
fikrinin təzahüratı və danılmaz nailiyyəti, səyahətnamələri bəhs olunan yerin və
dövrün aynası, özünüifadənin publisistikada təkrarsız təcəssümüdür.
“525-ci qəzet”,7 may 2008,
“Mədəniyyət” qəzeti ,9 may 2008
Dahi ġekspir, möhtəĢəm “ġekspir”
Tarixi on illərlə ölçülən Azərbaycan teatrlarının cərgəsinə yenicə qoşulan
“ÜNS” yaradıcılıq səhnəsi “ cəsarətli , ciddi, orijinal addımları , axtarışları ilə
mədəni həyata fəal nüfuz etməkdədir. Xalq yazıçısı Elçinin “Şekspir” pyesi
əsasında səhnələşdirilən tamaşa ilə isə fikrimizcə, “ÜNS” özünün səhnə tarixinə
bir möhür vurdu. Təsadüfü deyil ki, bu möhtəşəm tamaşanın üstün məziyyətləri-
rejissor, rəssam işi, aktyorların mahir bənzərsiz ifası KİV-də böyük əks-səda
vermişdir. Aktyorların hər birinin canlandırdıqları obrazların, xarakterlərin hiss və
düşüncələri, “ciddi və kədərli komediya “nın probleminin və predmetinin
açılmasına xidmət edən oyun tərzi, rəngarəng jest və mimikaları, bir-birini əvəz
edən dinamik və çevik hərəkətləri sahə mütəxəssislərinin də diqqətini çəkmişdir.
Doğrudan da, əsərin-tamaşanın ideya-istiqaməti, aktuallığı, pyesin uğurlu
səhnə həlli üçün bədii rəhbər Nərgiz xanım Paşayevanın, rejissor Bəhram
Osmanovun və rəssam Nüsrət Hacıyevin özünəməxsus, sadə, həm də qeyri-adi,
94
cox maraqlı yaradıcılıq axtarışları, tapıntıları, təşəbbüsləri, cəhdləri yüksək diqqətə
layiqdir. Məkan baxımından hadisələrin cərəyan etdiyi ünvan bütün tamaşa boyu
dəyişmir: ruhi xəstəliklər klinikası. Buradakı hadisələr dramatik, gərgin eyni
zamanda ibrətamizdir. Cəmi 8 aktyorun iştirak etdiyi tamaşada az qala 800
adamlıq qələbəlik yaşanır. Səhnə içərisində eyni vaxtda bir-birindən diqqətçəkən
2-3 , bəzən 4-5 səhnə yaranır: veneralı öz aləmindədir: həsrətlə, həyacanla, ümidlə
səmaya boylanır, Stalin törətdiklərinə görə yenə təkəbbürlə tövbə etməkdədir, Ər-
Arvad öz dünyasında...
Ruhi xəstəliklər klinikasında baş verənlər – ağıllıların və dəlilərin istər ayrı-
ayrılıqda, istərsə də bir yerdə ehtiraslı mübahisələri, mükalimələri, hay-küylü
dialoqları əcayib-qərayib jestləri, rəqsləri, “Romeo və Cülyetta”dan səhnəcikləri,
eləcə də səhnənin ekranında
bir-birini əvəz edən tablolar, bütün bu mənzələrin təsir
gücünü artıran işıq, tüstü fonu, digər elementlər həyatın və bəşər övladının bir sıra
ədəbi və əzəli problemlərinin yazıçının təsvir etdiyi kimi təqdiminə yönəlmişdir.
Ən müxtəlif səbəblərdən, xüsusi ilə klassik ədəbi nümunələrdə dəli, təlxək
obrazları vasitəsi ilə yazıçı cəmiyyətdə, daha çox onun ali təbəqəsində baş verən
ədalətsizliyə, haqsızlığa, çirkin əməllərə, yalana, məkrə, hiyləyə, zülmə qarşı
üsyan, etiraz edir.
Bugünkü ədəbiyyatda konkret “Şekspir” pyesində “dəlinin” təyinatı
“dəliliyin” anatomiyası dəyişmişdir. Söz azadlığının, digər demokratik dəyərlərin
bərqərar olduğu cəmiyyətdə yuxarıda söylədiyimiz eybəcərliklərin ifşası üçün
“dəli”nin tribunasına ehtiyac yoxdur. “Şekspir”də yazıçı tamamilə başqa niyyət
güdür. Ən əvvəl qeyd olunmalıdır ki, burada qoyulan mövzu millidən daha çox
bəşəridir, ikincisi isə əsərdə ictimai formasiyadan, quruluşdan asılı olmayaraq
insanlığa, yer üzünün əşrəfi” adına ləkə gətirən xüsusiyyətlər-xəyanət, yalan, kin-
küdurət, nifrət, hiylə hədəfə götürülür. Müəllif bizi klinikanın cəmi 3 nəfər
personalı ilə tanış edir: Baş həkim, həkim və sanitar. Baş həkim həyatdan və
işindən sanki narazıdır. Lakin işi və vəzifəsi üçün adama elə gəlir ki, baş kəsməyə
də hazırdır. Qorxaq və hiyləgərdir, tərəddüdlər və şübhələr onu üzür, işçilərini
ciddi nəzarətdə və itaət altında saxlayır; saxta hərəkət və təbəssümlər onun
simasızlığını daha parlaq əks etdirir. Onun dəlilərlə rəftarı, ünsiyyəti olduqca
maraqlı və yaddaqalandır. Məbud Məhərrəmov-baş həkim, həm də qətiyyətsiz,
iradəsiz və zəif xarakterlidir. O da finalda klinikada hökm sürən mənəvi-psixoloji
gərginliyə dözmür, dəlilərin təsirinə düşür, Yer kürəsindən getmək sevdası ona da
sirayət edir. Həkim-Sənubər İsgəndərli danışığı, hərəkətləri, replikaları və üzünün
ifadələri, ədaları, kinayəli baxış və təbəssümləri ilə tamaşaçının ürəyinə yol tapır,
hafizəsində qalır. O, da özünü xoşbəxt hesab etmir: əri ilə problemləri var, gözünü
dikdiyi baş həkim kreslosu da ondan hələ çox uzaqlardadır. Həkim obrazında
cəmləmiş bütün xüsusiyyətlər təbiidir: onun həyat və düşüncə tərzinin məhsuludur,
mənəvi keyfiyyətlərinin göstəricisidir. Baş həkimə nisbətən o daha səmimi
görünür. Həkimin sarsıntıları, ətrafdakılarla emosional rəftarı əslində klinikadakı
mövcud vəziyyətin bir insan qəlbində təzahüratıdır. Məhrəm mövzularda onun
həmsöhbəti yoxdur, məcbur olur “dəli”ni dindirməklə öz ehtiyaclarını ödəsin.
Dəlilərlə, xüsusi ilə Sara Bernarla təması, ünsiyyəti onu da tədricən dəyişir: O, da
Şekspir yaradıcılığına maraq göstərir.