Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   43   44   45   46   47   48   49   50   ...   176

 
95 
 
Sanitar  –  Fuad  Osmanov  iş  yoldaşlarından  “bir  baş  yuxarıdır”  –  o  həm  də, 
oğrudur.  Xəstələrin  ərzağını  mənimsəyir.  Mövcud  mühiti  əsas  gətirərək  özünün 
alçaq  hərəkətlərinə  bəraət  qazandırır.  Lakin  klinikada  cərəyan  edən  hadisələr 
ondan  da  yan  keçmir,  o  da  Yer  kürəsindən  uzaqlaşmağı  üstün  tutur.  Tamaşadakı 
dəlilərin  hər  biri  fərdi  cəhətləri  ilə  fərqlidir.  Stalin  –Siyavuş  Aslan  ciddi, 
təkəbbürlü,  ağır  çəkilidir;  Sara  Bernar  –  Şükufə  Yusupova  çoxyüklü  obrazdır,  - 
Cülyetdadır,  diqqət  mərkəzində  olan  heykəltəraşdır,  Parislilərin  kumiridir:  Ər-
Arvad  –Ayan  Mirqasımova  zənnim  məni  aldatmırsa,  ədəbiyyatda  yeni  hadisədir: 
Bir  orqanizmdə  iki  nəfərin  mövcudluğu.  Bədii  əsərdə,  təsvirdə  bu  obrazın 
yaradılması Elçin kimi  yazıçıya bir o qədər problem  yaratmaz, lakin  səhnədə bir 
bədəndə iki nəfəri “gəzdirmək” – bu, kişi-qadın maneraları, səs dəyişmələri əlbəttə, 
ifaçıdan  xüsusi  məharət  tələb  edir.  Drob-13,  başqa  sözlə,  Van-der-pran-dur-
Firdovsi  Atakişiyev  digərlərinə  nisbətən  səhnədə  gec  görünür,  lakin  yaddaşlara 
həmişəlik  həkk  olunur.  Sara  Bernarla  bal  rəqsi,  maraqlı  fikirləri  onu  tamaşaçıya 
bağlayır.  Veneralını  –  Rafiq  Əliyevi  dialoq  və  monoloqla  səhnədə  iştirakı 
baxımından epizodik rol hesab etmək olar: nisbətən az danışır, digər qəhrəmanlarla 
az  təmasda  olur.  Lakin  əvvəldən  axıra  kimi  o,  tamaşaçının  nəzərində,  diqqətində 
qalır.  Veneralı  səhnənin  bir  küncündə  çox  tələsən,  avtobusun  gəlməməməsindən  
əndişələnən,  həyəcanlanan  sərnişinə  bənzəyir.  Əslində  onun  digərləri  ilə 
danışmağa nə həvəsi, nə də vaxtı var o, bir an tez Yer kürəsini tərk etmək istəyir. 
Tamaşadakı  hər  bir  aktyorun  ifası  ayrıca  söhbətin  mövzususdur.  Odur  ki, 
aktyorlarla  bağlı  qısaca  söylənilənləri  yekunlaşdırsaq,  bu qənaətə gəlmək  olar ki, 
yaradıcı heyət “ağıllı” və “dəli” personajlardan ibarət mükəmməl, bütöv ansambl 
yarada  bilmişdir.  İnsanları,  bəşər  övladlarını,  kiçik  Yer  kürəsində  o  cümlədən 
bizim  həmvətənlərimizi  kiciçik,  Azərbaycanda  ali  dəyərlərlə  yaşamağa,  hər  cür 
hiylə və məkrdən, uzaq, xeyirxah, ədalətli əməl sahibləri kimi iz qoymağa səsləyən 
tamaşanı  mübaliğəsiz,  müstəqillik  dövrünün  ən  uğurlu  səhnə  əsəri  hesab  etmək 
olar.  
 
“Kaspi” qəzeti, 10 aprel 2007 
 
 
Söz və sənətkar qüdrəti haqqında düĢüncələr 
 
(Elçinin 60 illiyinə) 
 
Göydən tək-tək iri, ilıq damcılar düşməyə başlayanda dünyagörmüş qocalar 
üstlərindən  ağır  yük  götürülürmüş  kimi  dərindən  köks  ötürər,  uca  dağların 
arxasından  sürtələ  kəndin  üzərinə  axışan  parçalı  qara  buludlara  işarə  vuraraq, 
təbəssümlə dillənərdilər: 
-  Yer-yurd  qurumuşdu.  Toz,  bürkü  nəfəsimizi  kəsmişdi.  Axır  ki,  yağacaq. 
Sərinləyərik. Təbiət də dirçələr, canlanar. 


 
96 
Yayın  uzun  cırhacırından  sonra  yağış  həsrəti  ilə  göyə  boylanan,  dua  edən, 
qurbanlar  kəsən  əzabkeş,  dözümlü,  fədakar  sakinlərin  istəyi  nəhayət  ki,  həyata 
keçərdi… 
…  «Azərbaycan  cəmiyyətinin  qaranlıq  dövrü»  (H.Zərdabi  «Kəşkül»dən, 
«Şərqi-Rus»adək olan müddəti nəzərdə tutaraq, belə yazırdı – T.A.) başa çatdıqdan 
sonra «Həyat», «İrşad», «Tərəqqi», «Füyüzat», «Molla Nəsrəddin» nəşrə başladı», 
«Nəşri-maarif»,  «Nicat»,  «Səadət»  xeyriyyə  cəmiyyətləri  yarandı,  fəaliyyətlərini 
genişləndirdilər.  Məhəmməd  Ağa  Şahtaxtlı,  Əlimərdan  bəy  Topçubaşı, 
Məhəmməd Hadi, İbrahim Tahir, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, 
Əli  bəy  Hüseynzadə,  Nəriman  Nərimanov,  Cəlil  Məmmədquluzadə,  Haşım  bəy 
Vəzirov,  Üzeyir  və  Ceyhun  Hacıbəyli  qardaşları,  Əbdürrəhim  bəy  Haqverdiyev, 
Abbas  Səhhət,  Mirzə  Ələkbər  Sabir,  Ömər  Faiq  Nemanzadə  qələmə  sarıldılar, 
xalqın tarixinə və taleyinə qızıl səhifələr yazdılar… 
«Şərqi-Rus» nəşrə başlayandan 15 il sonra Şərqdə, türk-islam dünyasında ilk 
dünyəvi,  demokratik  respublika  Azərbaycan  Xalq  Cümhuriyyəti  yarandı.  Bu 
cəmiyyətdə  gedən  təbii,  tarixi  prosesin  məntiqi  nəticəsi  idi.  Azərbaycan  Xalq 
Cümhuriyyəti xalqın həyat və düşüncə tərzinin məhsulu, yetkinləşmiş, formalaşmış 
ideoloji, siyasi, ədəbi-mədəni, mənəvi mühitin yetirməsi idi. 
XX  əsrin  ilk  onuncuları  1918-ci  ildə  başları  üzərində  üçrəngli  bir  bayraq 
yüksəltdilər.  Amma  regiondakı  təbəddülatlar,  böyük  dövlətlərin  Qafqazda 
toqquşan  maraqları  Azərbaycan  xalqına  baha  başa  gəldi:  Azərbaycan  Xalq 
Cümhuriyyəti  süqut  etdi.  Sonra  cəmiyyət  təzadlı,  bir-birinə  zidd  axın  və 
cərəyanlarla,  təqib,  təzyiq,  terror,  edam,  sürgün  və  qanlarla  dolu  20-30-cu  illəri 
yaşamağa məcbur və məhkum edildi. Həmin dövrün ədəbi mühiti bəlkə heç vaxt 
olmadığı kimi ictimai həyatın aynasına çevrilmişdi. Ədəbi proses cəmiyyətlə nəfəs 
alırdı, cəmiyyətin nəbzi ədəbi mühitdə vururdu. 30-cu illərin sonlarına doğru ədəbi 
çarpışmalara,  əqidə  və  ideya  mücadiləsinə  son  qoyuldu.  Milli  və  istiqlalçı 
ədəbiyyatın, həqiqi söz sənətinin nəfəsi kəsildi. Sosializm realizmi «qələbə» çaldı, 
hamı «ələmdən nəşəyə» keçdi, ədəbiyyat «kolxozlaşdı», «fəhlələşdi» (staxanovçu 
oldu),  söz  çərçivəyə  salındı,  senzura  ehkamların  keşiyində  ayıq-sayıq  durmağa 
başladı. Yeni ideoloji qəliblər, mənəvi-estetik ölçülər ədəbiyyatı partiyalaşdırmış, 
onun  proqramının  bədii  sözlə  icraçısına  çevrilmişdi.  Kolxoz  fermasında  ictimai 
mal-qara  yetişdirildiyi  kimi,  ədəbiyyat  sexinin  şablon  bədii  forma  və  üslub 
konveyerində  də  sovet  rejimi  və  ideologiyasına  xidmət  edən  ədəbi  nümunələr 
buraxılırdı. 
Böyük Vətən müharibəsindən qalib çıxan Sovet imperiyası ABŞ-ın liderlik 
etdiyi Qərb dünyasına soyuq müharibəni – ideoloji mübarizəni uduzmağa başladı. 
Qərbin  təbliğat  maşını  –  xüsusilə  radiodalğaları  dəmir  pərdəni  deşərək  SSRİ-ni 
silkələyirdi.  İmperiyadakı  proses  Azərbaycan  SSR-dən  də  yan  keçmirdi.  Stalinin 
ölümü  ilə  ictimai  mühitdə  və  münasibətlərdəki  dəyişiklik  ədəbiyyata,  sənətə  də 
sirayət  edirdi.  Azərbaycanın,  bütün  türk  dünyasının  şah  əsəri  «Kitabi-Dədə 
Qorqud»  bəraət  aldı.  50-ci  illərin  sonunda  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət 
heyəti  Azərbaycan  dilinin  dövlət  dili  olduğu  barədə  fərman  verdi.  Bəxtiyar 
Vahabzadənin «Gülüstan»ı yarandı və ictimai rəyə təsir edəcək qədər diqqət çəkdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə