Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 5,36 Kb.
Pdf görüntüsü
səhifə15/200
tarix30.09.2017
ölçüsü5,36 Kb.
#2499
1   ...   11   12   13   14   15   16   17   18   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
30 
qiyməti  standart  şəbəkə  tezliyindən  (birinci  mənbənin  tezliyindən)  mexaniki  rəqsin  tələb  olunan  tezliyi 
qədər  fərqlənir.  Birinci  dolağın  dövrəsinəardıcıl  qoşulmuş  kondensatorun  tutumu  energetik  uzlaşma 
şərtindən, yəni əsas energetik güc axınının elektromaqnit vibrotəsirləndiriciyə standart tezlikli şəbəkədə 
verilməsi şərtindən seçilir.                                                                
 
 
ÇOXFUNKSĠYALI VERĠCĠNĠN KONSTRUKTĠV PARAMETRLƏRĠNĠN SEÇĠLMƏSĠ 
 
Mirzəyev N.Ə. 
Sumqayıt Dövlət Universiteti 
 
Xalq təsərrüfatının müxtəlif sahələrində - neftçıxarmada, metallurgiyada, kimya sənayesində və s. 
ilkin  məlumat  vericilərindən  geniş  istifadə  olunur.  Eyni  nəzarət  ölçü  sistemində  belə  vericilərin  sayının 
çoxluğu sistemin ümumi etibarlılığının aşağı düşməsinə səbəb olur. Bu səbəbdən sənayedə istifadə olunan 
vericilərin sayının mümkün qədər azaldılması elmin qarşısında duran həlli vacib məsələlərdəndir. 
Vericilərin sayının azaldılması yollarından biri eyni vericidən bir neçə informasiyanı eyni vaxtda 
əldə  etməkdir,  yəni  vericinin  funksional  imkanını  artırmaqdır.  Bu  halda  vericinin  konstruktiv  ölçüləri 
böyük olur. Lakin tətbiq sahəsinə görə vericinin qabarit ölçülərinə məhdudiyyət qoyulmur. 
Verilən  tezisdə  tezlik  çıxışlı,  xətti  və  bucaq  yerdəyişmələrini  ölçən  induktiv  vericinin  optimal 
konstruktiv parametrtlərinin seçilməsi məsələsinə baxılmışdır.  
Aparılmış nəzəri tədqiqatlar əsasında müəyyən edilmişdir ki, tədqiqat obyekti olan vericinin çıxış 
gərginliyinin qiymətinə daha çox təsir edən hava məsafəsinin qiyməti-δ, rotorun maqnit nüvəsinin radiusu 
– R
p
, maqnit keçiricisinin qalınlığı-Λ, yuvasının dərinliyi – h, yuvanın eni- 2X
0
, dolağın aktiv uzunluğu-
l
1
, dolaqların sayı-W, maqnit nüfuzluğu-μ kimi konstruktiv və elektromaqnit parametrlərdir. 
Məlum  olduğu  kimi,  verilmiş  konstruksiyalı  elektromexaniki  qurğunun  hesabatı  konstruktiv 
ölçülər,  dolaq  vericiləri,  gərginlik,  tezlik  və  s.  kimi  hesabatın  keyfiyyət  göstəriciləri  olan  parametrlərin 
alınması  üçün  onun  lazımi  iş  rejimlərinin  xarakteristikaları  və  yüksək  texniki-iqtisadi  göstəricilərinin 
alınmasını təmin edən parametrlərin tapılması məsələlərini əhatə edir. 
Optimal  hesabat  variantının  seçilməsi  üçün  müxtəlif  metodlar  mövcuddur.  Lakin  vericinin  çıxış 
gərginliyinin  ifadəsinin  mürəkkəb  olması  və  çoxlu  sayda  dəyişən  parametrlərin  ifadəyə  daxil  olduğunu 
nəzərə  alsaq,  tələb  olunan  nominal  çıxış  gərginliyini  təmin  edən  optimal  parametrlərin  müəyyən 
intervaldan  seçilməsi  məsələsini  həll  etmək  üçün  ən  uyğun  üsul  kimi  kompleks  metoddan  istifadə 
olunmuşdur. 
Həll  olunan  məsələ  vericinin  çıxış  gərginliyinin  amplitudasının  texniki  tapşırıqda  verilmiş 
maksimal  gərginliyinə  görə  nisbi  xətasının  vericinin  konstruktiv  parametrlərini  seçməklə 
minimallaşdırılmışdır. 
Kompleks metodu tətbiq edən zaman əvvəlcə parametrlərin göstərilən məhdudiyyətləri ödəyən bir 
başlanğıc qiyməti götürülür. Bundan sonra aşkar şəkildə verilmiş məhdudiyyətlərin sayından iki dəfə çox 
olan nöqtələr çoxluğu seçilir və bu çoxluğun hər biri üçün məqsəd funksiyası hesablanır. 
 
TEMPRATUR TƏNZĠMLƏYƏN QURĞUNUN ĠNFORMASĠYA  
XARAKTERĠSTĠKASININ TƏDQĠQĠ 
 
 Şirəliyev E.Q.                                        
Sumqayıt Dövlət Universiteti 
 
Müasir sənaye qurğularının texnoloji proseslərində normal iş rejiminin tətbiqi üçün qarşıya qoyulan 
əsas  məsələlərdən  biri  tərkibcə  zərərli  olan  mühitdə  temperaturun  tənzim  olunmasıdır.  Göstərilən 
istehsalat tələbatı parça istehsal edən müəssisələrin buxar aparatlarında da meydana çıxır. Belə məsələni 
həll etməkdən ötrü temperatur tənzimləyən qurğu (TTQ) tətbiq edilməlidir. TTQ-nin tətbiqi zamanı onun 
zərərli  mühitdə  etibarlı  və  dəqiq  işləməsi  ən  ümdə  məsələlərdəndir,  çünki  belə  olduqda  qurğunun 
informasiya  xarakteristikaları  yaxşılaşır.  Beləliklə,  TTQ-nin  informasiya  xarakteristikalarının  tədqiqi 
aktual və həlli vacib olan məsələlərdəndir. 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
31 
TTQ sabit cərəyan mənbəyindən, sabit cərəyan körpüsündən və körpünün çıxış gərginliyi ilə idarə 
olunan  elektromexaniki  və  yarımkeçirici  açarlardan  ibarətdir.  Burada  temperaturu  hiss  edən  verici 
körpünün  bir  qoluna  qoşulur  və  körpü  otaq  şəraitinə  uyğun  olan  temperatura  görə  müvazinətləndirilir. 
Temperatur  dəyişdikdə  körpünün  dioqonalında  axan  çərəyanın  yaratdığı  potensial  sabit  cərəyan  açara 
ötürülür və açarın açıq və bağlı vəziyyətinə uyğun olaraq onun çıxışına qoyulmuş elektromaqnit releləri 
idarə  olunur.  Buna  görə  də  vericinin  əsas  informasiya  xarakteristikası  körpünün  dioqonalından  axan 
cərəyanın  analitik  təyin  olunmasından  ibarətdir.  Aparılan  nəzəri  tədqiqatlar  nəticəsində  körpünün 
dioqonalından axan cərəyanın riyazi modeli alınmışdır. 
Vericinin  müqavimətinin  zərəli  mühitin  temperaturundan  xətti  asılılığını  göstərən  riyazi  ifadə 
alınmışdır. Beləliklə, nəticədə, TTQ-nin informasiya xarakteristikalarının dəqiqliyi yüksəlmişdir.  
 
ELEQAZ KOMPLEKT PAYLAYICI QURĞULAR (EKPQ) 
 
Verdiyev A.V. 
Azərbaycan Dövlət Neft Akademiyası 
 
Eleqaz  SF6-nın  izolyasiya    kimi    istifadə    edilməsi    yüksək  gərginlikli  komlekt      paylayıcı  800 
kVqədər qurğuların yaradılmasına imkan verir. 
Eleqaz   təsirsiz    qaz      olub,      sıxlığı     havanın           sıxlığından    beş          dəfə     çoxdur.     Eleqazın     
elektrik  möhkəmliyindən  2-3  dəfə  çoxdur.0.2  Mpa  təzyiqdə    eleqazın      elektrik      möhkəmliyi   
transformator   yağının elektrik möhkəmliyi  ilə  müqayisə oluna bilər. Normal atmosfer  təzyiqi altında 
eleqaz,  həmin    təztyiqdə      və  həmin  şəraitdə  havanın  söndürə  biləcəyi  qövsdən  100  dəfə  çox  cərəyanlı 
qövslər  söndürə  bilər.  Eleqazın  belə  qövsləri    söndürə      bilməsi    onun      kimyəvi      tərkibi    ilə      izzah 
olunur.    Belə  ki,    eleqazın    molekulu    qövsdəki  elektronları  udaraq  hərəkətsiz  mənfi    yüklü    ionlara  
çevrilməsilə  izah  edilir. Qövsdəki  elektronların  eleqaz tərəfindən intensiv udulması qövsü  dayanıqsız  
qövsə, sonra  isə  onun  tam  və asan  sönməsinə  səbəb  olur. 
Normal atmosfer təzyiqində və  ad  temperaturda  eleqaz  qaz halında olur . Bu  halda o, rəngsiz, 
iysiz, yanmayan   və  zəhərsiz  qazdır . Təqribən  250
0
C   temperatura  qədər  eleqaz  kimyəvi cəhətdən  
qeyri-aktiv  olduğundan  metallara,polimer  materiallardan  olan  izolyasiyalara  və  rezinə  qarşı  heç  bir 
təhlükə  yaratmır.Eleqaz    köhnəlmir  və  eleqaz  açarlarında  açılma  zamanı  yaranan  qövs  nəticəsində 
eleqazın      minimal  parçalanması  kontaktlar  arasında  dielektrik  möhkəmliyinin  yüksək  bərpa  sürətini 
təmin  edir.  Eleqazınyüksək  dielektrik  möhkəmliyi  onun  minimal    məsafələrdə  tələb  olunan    izolyasiya 
səviyyəsini,  yaxşi  qövs    söndürmə  xüsusiyyətini,kommutasiya  aparatlarının  yüksək  açma    qabiliyətini  
cərəyan  daşıyan  hissələrin az  qızmasını təmin etməyə imkan verir. 
Eleqaz  komlekt  paylayıcı  qurğularda  açarlar və  digər  komlektləşdirici   avadanlıqlar  0.4-0.6   
Mpa təzyiqli  eleqaz    doldurulmuş,    torpaqlanmış və  keçid  izolyatorları   ilə təmin  olumuş  ayrı-ayrı   
germetik alüminium örtüklərin  içərisində  yerləşmiş ayrı- ayrı elementlərdən  ibarətdir. EKPQ-un  hər bir  
elementləri  təzyiqə  nəzarət  edən  şkaflara,öz  boruları  və  vintilləri  vasitəsi  ilə  qoşulur.Eleqaz  komplekt 
paylayıcı  qurğular (EKPQ) bir çox üstünlüklərə malikdir.Əvvəlcədən tam yığılmış elementlərdən istifadə 
olunduğundan  EKPQ-nun    yığma    müddəti    kəskin    azaltmaqla    yanaşı      istismara    verilmə  prosesini  
sadələşdirir,  partlamadan  və yanğından qorxulu deyildir.Paylayıcı qurğu üçün istifadə olunan sahəni  10-
15  dəfə,  metal  sərfiyyatını,  7-8 dəfə azaldır.Təmirlər arası müdətin 10 ilə qədər artırır.Belə qurğularda 
tam avtomatlaşdırılmış  xidmət , ətraf mühitdə  maqnit və elektrik  sahəsinin  yoxluğu  səbəbindən  bioloji  
təhlükənin      olmaması    müxtəlif    tezlikli  səslərin  və  radio  dalğalarına  maneələrin  olmaması    və  s. 
üstünlüklərə  malikdir.Eleqaz  açarlarının  kommutasiya    ehtiyatları    az    həcimli    yağ  açarlarının 
kommutasiya    ehtiyatlarından  2-3  dəfə    çoxdur.    Eleqaz  açarlarında    açma    zamanı    qövs    söndürmə  
köhnəlmə  dərəcəsi  çox  cüzidir.  Açarın   açma  zamanı eleqazın parçalanmasından  yaranan   maddə  
xüsusi filtrlər  tərəfindən sorulur. Açarın   çəlləyindən   il  ərzində  sızan eleqazın miqdarı adətən 3%-dən 
ən yaxşı halda 1%-dən çox olmur. 
EKPQ  –  ın  elementlərinə  eleqaz  vurulması  gərginlik  altında  mümkündür.Eleqaz  açarlarının  təftiş  
arası müddəti  onun intiqalına  edilən  qulluğa  əsasən təyin  edilir. Nəhəng sənaye obyektlərini və böyük  
şəhərləri elektrik  enerjisi  ilə  təchiz  etmək  üçün  məhdud  sahəyə  malik  olan   yarımstansiyalarda  
eleqaz   komlekt paylayıcı qurğulardan  istifadə  edilir. Bu  növ  yarımstansiyalarda  hal-hazırda  ЯЭ-110  
və    ЯЭ-220    seriyalı  eleqaz  yuvalardan  istifadə  edilir.Bu  seriyalı  yuvalar  yerləşdiyi  mühitin  minimum 


Yüklə 5,36 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə