175
əsərindən parça dərc edildi.(50). Şair bu əsəri «dramatik poema» adlandırmışdı.
Poemanın süceti xeyirlə şərin mübarizəsi üzərində qurulmuşdur.
Şairin müharibə illərində bu mövzuya müraciəti
təbii idi və olduqca müasir
səslənirdi. Belə ki, müəllif şər allahı Əhrimənin simasında faşizmi göstərmişdi.
Xeyirlə şərin mübarizəsi ədəbiyyatımızın çox işlənmiş mövzularındandır.
S.Vurğun da atəşpərəstliyin müqəddəs kitabı olan «Avesta»nın motivlərindən istifadə
edərək «Ölən məhəbbət» poemasında, «Fərhad və Şirin» pyesində, habelə müharibə
illərində yazmağa başladığı «İnsan» pyesində bu mövzuya toxunmuşdur.
«Hürmüz və Əhrimən» poeması bütövlükdə xeyirlə şərin (xeyir allahı Hürmüzlə
şər allahı Əhrimənin) mübarizəsinə həsr olunmalı idi. Lakin əlimizdə əsərin yalnız
birinci səhnəsi olduğundan bu barədə geniş söhbət açmaq imkanı yoxdur.
∗
Şairin qardaşı M.Vəkilov yazır: «Səməd Vurğun yüksək bəşəri ideyalar, insana
məxsus saflıq,
təmizlik, mənəvi müqəddəslik tərənnüm edən, gələcək insanların
qəlbinə və fikrinə nur saça biləcək bir əsər yaratmaq istəyirdi... Heyf ki, «Hürmüz və
Əhrimən» kimi fəlsəfi dərinliklə yazılacaq əsərin ilk hissəsi çapdan çıxan kimi Səməd
Vurğunu təqib edən mənsəbpərəstlərin «ədəbi dəm tutanları», fəlsəfi və romantik
düşüncədən məhrum olan, tariximizin, keçmişimizin, hətta «Avesta»nın
mənəvi ətrini
duya bilməyən... tənqidçilər tərəfindən hücuma məruz qaldı və «mücərrəd əsər»
damğası vuruldu, tamamlanmadı. Səməd Vurğun sonralar çox təəssüf hissilə deyirdi
ki, mən nahaq yerə təsir altına düşüb əsəri bitməmiş qoydum, gərək onu yazıb
qurtaraydım, axı gələcək nəsillər bizdən ağıllı olacaqlar».(173, 144).
Poemaya «mücərrəd əsər» damğası vuranlar 1953-cü ilin iyun ayında Moskvaya
bir məktub göndərmişdilər. Burada S.Vurğunun bir sıra dəyərli əsərləri eyni tərzdə
damğalanırdı. Məktubu
∗
«Щцрмцз вя Ящримян» ин башга щиссяляри ялдя олунмамышдыр вя бу щиссялярин йазылыб-йазылмамасы барядя щялялик
мялуматымыз йохдур.
176
yazanlar «Hürmüz və Əhrimən» poemasında müəllifin dilindən deyilən «Bu gün
matəm,
sabah bayram, əzəldən böylədir aləm» misrasına görə şairi çox ağır ittiham
edirdilər.(18).
Əsərdə cərəyan edən hadisələrin məkanı Azərbaycandır. «Əlbəttə, dünyəvi
xarakter daşıyan «Hürmüz və Əhriman» probleminin «Odlar diyarı» çərçivəsində
həlli S.Vurğuna hər şeydən əvvəl, Azərbaycanın qədimliyini, «Avesta»
kimi ilkin,
həm də bəşəri bir fikir abidəsinin məhz bu torpaqda yaradılmasını bədii cəhətdən
əsaslandırmağa görə lazım olmuşdur».(179, 134).
Poemanın proloq hissəsində şairin təsviri və Zərdüştün monoloqu məhz bu
ideyanın açılmasına xidmət edir:
Azərbaycan, gözəl bir yaz... həyat bolluq, işıq çoxdur.
Qaranlıqdan, əsarətdən, xəyanətdən nişan yoxdur.
Baharın qəlbi gümrahdır, gülür hər şey səadətlə:
Ocaqlar yandırılmışdır, keçir dövran ziyarətlə.
...Gələr Zərdüşt, deyər bəzən: - Mənim öz ehtişamım var.
Bəşər qəlbi müqəddəsdir, bu qüdsiyyətdə kamım var...
Ölüm iblisə layiqdir, həyatdır ən şirin nemət,
Qaranlıqdan
uzaqlaş ki, işıqdır ən böyük ziynət... (133, 273)
Hürmüz xeyir və işığı, Əhrimən şər və qaranlığı təmsil edir. Burada xeyirin şər
üzərində qələbəsinə dərin bir inam ifadə edilmişdir. Bu, Böyük Vətən müharibəsində
xalqımızın qələbəsinə şairin inamının ifadəsi idi. Təəssüflə qeyd edirik ki, əsərin
tamamlanmaması onun haqqında ətraflı fikir söyləməyə imkan vermir.
∗
1942-ci ildə S.Vurğunun «Fərhad və Şirin» pyesi Dövlət mükafatına layiq
görüldü. O vaxtlar SSRİ Xalq Komissarları Soveti yanında İncəsənət işləri idarəsinin
rəisi vəzifəsində işləyən M.B.Xrapçenko bu münasibətlə şairə göndərdiyi təbrik
teleqramında yazırdı: «Dövlət mükafatı almağınız
münasibətilə Sizi
∗
Биз шаирин «Щцрмцз вя Ящримян» поемасынын ялдя олан щиссясини ясас эютцряряк шаирин «Фярщад вя Ширин», «Инсан»
пйесляриндян, щабеля «Муьан» поемасындан парчалар ялавя етмякля ону сящняляшдирмишик. Шаирин башга ясярляривдян
парчалар ялавя олунмасы ясярин натамамлыьыны мцяййян гядяр арадан галдырмаг вя мцяллифин ифадя етмяк истядийи
фикирляри дяринляшдирмяк, тамашаны жанландырмаг мягсядиля едилмишдир. С.Вурьун ясяри гялямя аларкян юзцнцн бир сыра
фикир вя дцшцнжялярини Зярдцштцн монологунда, Щцрмцзцн сюзляриндя, щабеля нязмля йаздыьы ремаркаларда ифадя
етмишдир. Буна эюря дя ясяри сящня цчцн уйьунлашдыраркян шаири нязярдя тутараг Сяс рямзи образыны да бурайа ялавя
етмишик. Сящняляшдирдийимиз ясяр Азярбайжан Республиксы Мядяниййят Назирлийи тяряфиндян гябул едилмишдир. (3 феврал
1993-жц ил, инв.551).
177
ürəkdən təbrik edirəm. Sizdən, mövzusu Böyük Vətən müharibəsindən alınmış yeni
pyes gözləyirik».(47).
S.Vurğun «mövzusu Böyük Vətən müharibəsindən alınmış pyes» yaratdı. Bu,
«İnsan» pyesi idi. Bəzi mülahizələrə görə, şair «İnsan»ı məhz 1942-ci ildə yazmağa
başlamış, müharibənin axırlarında yaxın tamamlamışdır. S.Vurğun həmin ildə
«Kamal» adlı bir şer yazmış, sonra bu şer «İnsan» pyesinin rüşeymi olmuşdur.
Son vaxtlar əldə edilmiş bəzi materiallar əsərin yaranma tarixi ilə bağlı maraqlı
mülahizələr söyləməyə imkan verir. Belə ki, şair belə bir əsər yazmağı elə
müharibənin birinci ilində düşünməyə başlamışdır. 1941-ci ilin dekabrında «Fərhad
və Şirin» pyesinin disputu keçirilmişdir. S.Vurğun disputdakı çıxışını bu sözlərlə
qurtarmışdır: «... Bu gün Gəncəyə gedirəm. İsrafil Məmmədov adlı xalq
müəllimi
birinci dəfə olaraq Böyük Vətən müharibəsi cəbhəsində Sovet İttifaqı Qəhrəmanı
adını almışdır. Əlbəttə, hamımız gözləyirik. Azərbaycan xalqının oğulları Böyük
Vətən müharibəsində qəhrəman adını mütləq almalıdır. Çünki bu oğullar Babəklər,
Koroğlular, Vaqiflərin balalarıdır. Oxucularımız, tamaşaçılarımız əmin ola bilər ki,
Məmmədovun, Kamalın (Böyük Vətən müharibəsi qəhrəmanlarındandır –
A.B.)
göstərdiyi bu qəhrəmanlıqları mən təkidlə təqib edirəm. Onları yaxından öyrənirəm.
Bununla yaşayıram. Bu gün də gedirəm onun ailəsi ilə tanış olam və ümidvaram ki,
uzun zaman çəkməz ki, mənim indiki qəhrəmanlara həsr olunmuş dördüncü dram
əsərimə səhnədə tamaşa edərsiniz».(104, 16).
Belə qənaətə gəlmək olar ki, S.Vurğun «Böyük Vətən müharibəsi qəhrəmanının
əzəmətli obrazını» «İnsan» pyesində yaratmaq istəmiş, 1942-ci
ildə üzünü ilk
azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova tutub «İnan ki, aləmdə nə
qədər sağam Sənin dastanını mən yazacağam» deyəndə də bu pyesi nəzərdə
tutmuşdur.
Şair 1945-ci ilin aprelində mətbuatda belə yazmışdı: «Bu il