Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   47   48   49   50   51   52   53   54   ...   85

 
 
185
Çoxdur...Rus...Ukrayna...Özbək və tatar
…Belorus...azərbaycanlı...  
Gürcülər...türkmənlər...kürdlər...qazaxlar– 
Hamısının məsləki, məqsədi şanlı,  
Hamısı bir məhəbbət yolçularıydı,  
Hamısının öz eşqi, qəlbi varıydı. (134,  237)  
 
Valentinin söhbətindən məlum olur ki, 30 il qabaq müxtəlif millətlərin 
nümayəndələri burada faşist ordusu ilə ölüm-dirim mübarizəsinə girişmiş, bəşəriyyəti 
faşist taunundan xilas etmək naminə qan tökmüşlər. Həmin döyüşlərin iştirakçısı 
memar Valentinin yaratdığı abidə isə «o qanlı günlərdən bir yadigardır»,  şəhidlərin 
xatirəsinə gözəl hədiyyədir: 
 
Yüz dildə, min dildə dastan deyilsə,  
Bu qardaş qəbrinin tarixi vardır. (134, 237) 
 
Əsərdə ayrı-ayrı millətləri təmsil edən adamların mənəvi birliyi və bir-birinə 
səmimi münasibəti qabarıq verilmişdir. Məhz bu birliyin bəhrəsi kimi «Qardaşlıq 
şəhəri» meydana çıxmışdır. 
Şahbazla Valentinin dostluğu od-alov içində, ağır sınaq günlərində yaranır. 
Onlar tanış olarkən filosof Şahbaz memar Valentinə belə deyir: 
 
Gəlin, yoldaş deyil, bir qardaş olaq.  
Pis gündə, xoş gündə bir sirdaş olaq. 
 
Bu sözlərlə Valentinin cavabı da səmimi təsir bağışlayır: 
 
Göydən buz töksə də ömrün rüzgarı  
Sönməz cəbhələrdə yaranan ülfət  
Bu böyük dostluğa and içirəm mən. (134, 279) 
 


 
 
186
Bu dostluq, məslək və  əqidə eyniliyi ümumi düşmənə qarşı aparılan qanlı 
döyüşlərdə xalqların sarsılmaz birliyini əks etdirir. Ağır illərdə yaranan bu ülfət 
nəsildən-nəslə keçir, Kiçik Şahbazla Valentinin qızı Tatyana ailə qururlar. Bu 
talelərin birləşməsi dostluq, birlik ideyasını daha da dərinləşdirir. 
Əsərin əsas məziyyətlərindən biri başqa xalqlara, o cümlədən rus xalqına səmimi 
münasibətin təsviridir. Faşist təbliğat naziri Albert Qafqaz xalqlarını  ələ  gətirmək 
üçün məlum üsuldan istifadə etməyə çağırır. O belə hesab edir ki, bu xalqların 
ruslarla köhnə ədavəti var. Məhz bu yolla hərbi əsirləri, o cümlədən filosof Şahbazı 
faşistlərin tərəfinə çəkmək olar. Lakin faşist generalı Fon Hols təəssüflə etiraf etməli 
olur: 
 
Lakin...təəssüf ki, dəyişmiş onlar...  
Onlarda duz-çörək, bir də etibar,  
Yoldaşlıq hissi də çox möhkəm olur. (IV, 298) 
 
S.Vurğun bu misralarda eyni zamanda Azərbaycan xalqının dostluğa, duz-çörəyə 
sədaqətini ifadə etmiş olur. 
 
Alman zabiti Hans Albertə belə «məlumat verir»: 
Əcəb, çox inadmış, inadmış ruslar,  
Nə  ölüm, nə aclıq, nə soyuq, nə qar  
Qırmayır onların iradəsini. (134, 295) 
 
Düşmən zabitinin bu etirafı rus xalqının qələbəyə inamını və iradəsini əks etdirir. 
Valentinin anası, sadə rus qadını Mariya faşistlərin  əsiri olsa da, əzablar və 
məhrumiyyətlər onun mənliyini sındıra bilmir. Gəlini Nataşanın faşistlərə satılması, 
əxlaqsızlığı ona çox əzab verir. Onun Mariyanın hərəkətləri ilə əlaqədar dedikləri əsir 
və köməksiz bir qadının dilindən deyilsə də, əzəmətlə səslənir: 
 


 
 
187
Böyük tanrım, yerdə qoyma bu zilləti,  
Xar eləmə sən qocaman bir milləti! (134, 272) 
 
Bu sözlərdə sadə rus qadınının vüqarını, öz xalqına məhəbbətini və inamını 
görürük.  
Şair əsərdə maraqlı və rəngarəng obrazlar yaratmışdır. Şahbaz, Səhər, Valentin, 
Mariya, Dildar, İslam, Cəlal, Güloğlan, Kiçik Şahbaz, Tatyana obrazları humanist 
duyğularla aşılandığı kimi, Albert, Fon Hols, Amaliya, Hans və b. simasında 
faşistlərə və faşizmə məxsus cəhətlər göstərilmişdir. 
Artıq  şairin  əlavəsindən gördüyümüz kimi, Şahbaz, «xəyallar dünyasına daha 
çox mayil, adi həyat qaydalarına çox da riayət etməyən gənc bir filosofdur. İdealizm 
dünyagörüşünün hələ  də onda bir çox izləri vardır. Lakin o, insanlardan küsdüyü 
vaxtları belə yenə insanlara bağlıdır». (157) «Əsgəri olduğu müharibə» isə onda yeni 
keyfiyyətlərin meydana gəlməsinə  səbəb olur. O, bütün dünyanı azad və xoşbəxt 
görmək istəyir, «...insanların səadəti haqqında düşünür, faşizmin irqçilik siyasətini 
ifşa edir, insanların xoşbəxt gələcəyinə inanır, hətta öləndə  də «Yaşasın həyat!» - 
deyir». (111, 183) 
Bütün bunlarla birlikdə o, «...təpədən dırnağa qədər azərbaycanlı idi, doğma 
Odlar diyarını  təmsil edirdi. Həm də  təklikdə, ayrılıqda yox, bütün ətrafdakılarla, 
ünsiyyətdə olduğu həmvətənlərilə birlikdə». (179, 230) 
Şahbazın möhkəm xarakteri onun faşist təbliğat naziri, filosof Albertlə 
qarşılaşdığı səhnədə meydana çıxır. 
Albert bildirir ki, o, kitab yazmışdır. Onun fikrincə, düzlük, dostluq və ülfət 
yalnız insanın zəifliyi nəticəsində baş verir. «Süngüsü və bombası çox» olanın 
vicdana ehtiyacı yoxdur. 
Lakin öz əqidəsini hər şeydən üstün tutan Şahbaz Nitsşeni qəbul etmir. Faşizmin 
törətdiyi ağır cinayətlər, zorakılıq və  vəhşiliklər  Şahbazın həyatdan gələn doğru 
fikirlər söyləməsinə səbəb olmuşdur: 


 
 
188
...başqadır fikirlərimiz...  
Çünki Nitsşedəki sönük bir məna  
Gülür insanlığın arzularına.  
Fəlakət hər yerdə qələbə çalır,  
İnsan qüdrətiysə kölgədə qalır. (157) 
 
Şahbaz xeyirlə  şərin - Hürmüzlə  Əhrimənin indi də vuruşduğunu xatırladır və 
deyir ki, «Əhrimən sevsə də yalnız zülməti, Hürmüzün eşqidir insan qüdrəti». 
O, həyatı  hər  şeydən uca tutsa da faşist ideoloqu olub şərəfsiz yaşamağı  qəbul 
etmir. 
Tədqiqatçılar çox doğru olaraq Şahbazla Albertin qarşılaşdığı  səhnəni Vaqifin 
Qacarla qarşılaşdığı  səhnə ilə müqayisə edirlər. (170, 304; 179, 230) Doğrudan da 
vicdanın varlığı barədə burada da söhbət gedir. Qacar Vaqifin böyüklüyünü, 
şəxsiyyətini qəbul etdiyi kimi, Albert də  Şahbazın kamil bir insan olduğunu etiraf 
etməli olur: 
 
Qabaqda Şərq vardır... bunu bir təhər  
Tovlasaq, şübhəsiz, çox xeyri dəyər.  
Görürsən, kamildir. (134, 303) 
 
Bir şey də qeyd olunmalıdır ki, Vaqif məhz Azərbaycan şairinin obrazı olduğu 
kimi, Şahbaz da məhz Azərbaycan filosofunun obrazıdır.  
Şahbazı  əhatə edən azərbaycanlılar da məhz azərbaycanlı kimi düşünür, 
azərbaycanlı kimi hərəkət edirlər. 
Əsərin  ən canlı obrazlarından biri də  Səhərdir. O, hər  şeydən  əvvəl, sədaqətli 
ömür-gün yoldaşıdır.  Şahbazdan sonra 30 il ömür sürsə  də  həyat yoldaşının 
yoxluğuna alışa bilmir. Bu müddətdə  mənən özünü ərinin yanında hiss edir, 
bəstələdiyi «Hicran nəğməsi» ilə  nəfəs alır. Oğlu  Şahbazın toyunda, «Hicran 
nəğməsi»nin sədaları altında dünyasını dəyişir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə