178
yazmış olduğum «İnsan» adlı mənzum dram haqqında nə deyim? Onu oxucu və
tamaşaçılarımız gördüyü zaman mən yenə şad olacağam. Yalnız onu deyə bilərəm ki,
«İnsan» əsərini mən çox sevirəm, orada insan taleyi faciələr içindən günəşli-gündüzlü
bir səhərə, istiqbala, şüur və idrakın hakim olduğu bir dünyaya yol açır. O dünyanı
yaradanlar siyahısında Azərbaycan xalqının da imzası var, şöhrəti var».
«Səməd Vurğunun «İnsan» dramı haqqında çox yazılmış və çox deyilmişdir. Bu
məqalələrin əksəriyyətində «İnsan» pyesi tənqid edilmiş, müəyyən ziddiyyətli, bir-
birini inkar edən mülahizələr söylənmişdir: həm də ziddiyyətli mülahizələri bəzən
müxtəlif alim və tədqiqatçılar yox, eyni müəlliflər söyləmiş və beləliklə də onlar
özləri özlərini inkar etmişlər».(7, 56).
Əsər 1945-ci ilin noyabrında Azərbaycan Dövlət Akademik Dram Teatrında
tamaşaya qoyulmuşdur. Lakin elə həmin vaxtlar pyes və tamaşa haqqında, hətta
başqa münasibətlə yazılmış məqalələrin əksəriyyətində, müxtəlif çıxışlarda o,
«mücərrəd bir əsər» kimi tənqid edilmiş, qeyri-obyektiv, ziddiyyətli, bir-birini inkar
edən fikirlər söylənmişdi. Beləliklə də bu əsərin varlığı elə bil unudulmuşdu...
Pyesə qeyri-obyektiv münasibəti sonradan xalq yazıçısı Mehdi Hüseyn bu cür
etiraf etmişdir: «Vaxtilə bizim bəzimiz doqmatik təsəvvürlərin təsiri ilə bu əsəri
(«İnsan» pyesi nəzərdə tutulur – A.B.) çox birtərəfli və yanlış tənqid etmişdik,
müəllifi mücərrəd romantizmdə günahlandırmışdıq. Lakin bu nə dərəcədə ədalətli bir
işdir?.. Yox, biz «İnsan» pyesi üzərinə yenidən qayıtmalıyıq və ədaləti bərpa
etməliyik, xüsusən ona görə ki, bu gün S.Vurğunun nə qədər haqlı olduğunu daha
aydın görürük!».(109, 291).
«İnsan»ı tənqid edənlərdən biri Mehdi Hüseyn idi...
«İnsan» pyesi ilk dəfə tamaşaya qoyulduğu zaman onun haqqında mətbuatda bir
neçə tənqidi məqalə dərc edilmişdi. Etiraf etmək lazımdır ki, o zaman, şəxsiyyətə
pərəstişin hökm sürdüyü bir dövrdə S.Vurğunun bu, nisbətən mürəkkəb əsərinə
obyektiv qiymət vermək o qədər də asan deyildi. Ona görə də yazılan
179
məqalələrdə şairin romantikasını müxtəlif şəkillərdə şərh etmək, əsərə müxtəlif
mövqelərdən yanaşmaq təşəbbüsləri olmuşdu».(111, 168). Bu sətirləri akademik
Məmməd Arif yazmışdı.
«İnsan»ı tənqid edənlərdən biri də Məmməd Arif idi...
«İnsan»ın ilk tamaşasından sonra Prokofyev familiyalı bir şəxs də əsərin rus
dilinə sətri tərcüməsinə əsaslanaraq ittihamlarla dolu rəy yazmış və Azərbaycan KP
Mərkəzi Komitəsinə təqdim etmişdir. «Həmin rəyi oxuduqdan sonra Səməd Vurğun o
zaman rəsmi dairələrin sorğusuna cavab olaraq müfəssəl bir məktub yazdı və
Azərbaycan xalqının dilini, poeziyasını, bədii təfəkkür tərzini, ictimai və fəlsəfi fikir
tarixini bilməyən Prokofyevin irəli sürdüyü tənqidi mülahizələrin əsassız olduğunu
parlaq məntiqlə açıb göstərdi».
∗
(173, 146).
M.Hüseyn də, Məmməd Arif də yuxarıda göstərdiyimiz sətirləri 1964-cü ildə
yazmışdılar, daha doğrusu, həmin il oxuculara çatdırmışdılar. «İnsan»ın ilk
tamaşasından 19 il sonra! Lakin «ədalətin bərpa edilməsi üçün» daha 10 il gözləmək
lazım gəldi...
1974-cü ilin əvvəllərində mətbuatda recissor Mehdi Məmmədovun «İnsan»
pyesini tamaşaya hazırlaması barədə məlumat verildi. Görkəmli recissorun S.Vurğun
irsinə müraciəti təsadüfi deyildi. O, həm recissor, həm də tədqiqatçı kimi S.Vurğunun
dramaturgiyasına yaxşı bələd idi. Hələ Gəncə teatrında işləyərkən «Vaqif» pyesinə
quruluş vermişdi, şairin dramaturgiyasına aid bir sıra məqalələr yazmışdı.
«İnsan» «geniş çərçivəli, ictimai miqyaslı, müasir ruhlu», «dünyanın indiki
vəziyyəti ilə səsləşən» bir əsər kimi recissorun diqqətini cəlb etmişdi. M.Məmmədov
tamaşanın hazırlanması prosesində verdiyi müsahibədə bildirmişdi ki, əsərin ilk
quruluşu həqiqətən çətinliklərlə qarşılaşmışdı. Recissor bunun səbəbini kollektivlə iş
prosesində əsərin səhnəyə kifayət qədər uyğunlaşdırılmamasında görürdü. O,
akademik Məmməd Arifin son tədqi-
∗
Мцяллиф бурада шаирин мяктубуну эениш тящлил етмишдир.
180
qatındakı bu fikirlə razılaşırdı ki, pyes tamaşaya hazırlananda teatr müəlliflə ciddi
işləməmişdir.(83).
M.Məmmədov «İnsan»ı mücərrəd əsər hesab edənlərə də qısa və aydın cavab
vermişdi: «Əsərin mücərrədçilikdə tənqid edildiyinə gəlincə, deməliyəm ki, bu cür
münasibəti birtərəflilik və subyektivizmi ilə, bəzi tənqidçilərin özünün mücərrədliyi
ilə izah etmək lazımdır. Biz bu pyesdə mücərrədçilik yox, böyük ümumiləşdirmə,
bəzən simvol dərəcəsinə çatan bədii mübaliğə meyli görürük».(83).
M.Məmmədov «İnsan» barədə müsbət mülahizələrinin sonrakı tədqiqatlarında
daha da dərinləşdirmişdir.(113, 131-132).
Tamaşa böyük uğur qazandı, mətbuatda əsərə və tamşaya yüksək qiymət verən
məqalələr dərc olundu.(80; 99; 111; 119).
Şübhəsiz, «İnsan»nın uğuru «ədalətin bərpası» idi və bu, əsərin daxili mənası,
təlqin etdiyi böyük bəşəri hisslər, düşüncələr, «faciələr içindən günəşli-gündüzlü bir
səhərə, istiqbala, şüur və idrakın hakim olduğu bir dünyaya yol açması» (S. Vurğun),
şairin yüksək sənətkarlığı, bir də recissorun fədakarlığı və zəhməti ilə bağlı idi.
M.Vəkilov tamaşanın uğuru barədə öz fikrini belə ifadə etmişdir: «Mən bu nəcib işdə
xalq artisti, professor Mehdi Məmmədovun xidmətini və fədakarlığını böyük
minnətdarlıq hissilə qeyd edirəm».(173, 148).
Tamaşadan sonra tədqiqatçılar «İnsan» barədə cəsarətlə danışmağa, obyektiv
fikirlər söyləməyə başladılar. Tamaşanın uğuru pyesə münasibətdə ədəbi tənqidin
yönünü dəyişdi.
S.Vurğunun ev-muzeyində «İnsan» pyesinin makinada yazılmış bir nüsxəsi
mühafizə edilir. Əsər mərhum ədəbiyyatşünas Hidayət Əfəndiyevin şəxsi arxivində
saxlanılmışdır. Burada ədəbiyyatşünasın belə bir qeydi vardır: «S.Vurğunun «İnsan»
dramının ilk makina variantı. Bütün düzəlişlər şairin öz dəsti-xəttilə
edilmişdir».(157).
Mətndən görünür ki, şair əsər üzərində bir neçə dəfə işləmiş, müəyyən yerləri
dəyişdirmiş, ixtisarlar aparmış, habelə əlavələr
Dostları ilə paylaş: |