Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə56/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   49   50   51   52   53   54   55   56   57

 
 
 
Solmaz Muxtarova 
 
212
müsibəti elə-belə uda bilmirdi. Kiməsə sözünü demək, ürəyini 
boşaltmaq istəyirdi. Bu istəyinə  şübhə etsə  də, yenə  də 
fikrindən  əl çəkmirdi. Axır ki, özlüyündə  nə etmək istədiyini 
qət etdi.  
Yanvarın iyirmi səkkizində Mirzə  işə getdi. Yasəmən 
isə hərbi hissədə fəaliyyət göstərən ŞİT İctimai Müstəqil Hərbi 
komissiyanın qəbuluna yollandı. Çox qətiyyətli idi. Neçə 
vaxtdır üzüldüyünə baxmayaraq ona haradansa güc gəlmişdi.  
Qapıda dayanan silahlılar onu içəri buraxmadı: 
– Stoy! Tuda nelzya! 
Yasəmən  əli ilə soldatı itələyib içəri keçməyə çalışdı. 
Onu geri itələdilər.  
–  Əgər vətəndaşları  qəbul etmirlərsə, niyə  yığılıblar 
bura? Tamaşaya gəliblər? – deyə Yasəmən qəzəblə bir də içəri 
keçməyə cəhd etsə də, alınmadı.  
Vətəndaş, burada qayda-qanunu pozmaq olmaz! – 
cavan bir zabit kabinetdən çıxıb kəskin şəkildə bildirdi və sərt 
baxışları ilə Yasəməni süzdü. Yasəmənə elə gəldi ki, zabit düz 
onun atasına söydü, özü də elə söydü ki, tükü də  tərpənmədi. 
Yasəmən özünü saxlaya bilmədi.  
– Bu boyda cinayəti törətdiyiniz bəs deyil, indi də 
qayda-qanundan danışırsınız?! Alçaqlar! Şərəfsizlər! 
Sonra da Yasəmən özü də bilmədi daha nələr dedi. Səs-
küyə orta yaşlı balacaboy bir nəfər çıxdı. O, mülki geyimdə idi. 
Yasəməndən heç nə soruşmayıb onu kabinetə buraxdı. 
Kabinetdə Yasəmənin ilk gözünə  dəyən yuxarı başda oturan 
yaşlı rus generalı oldu. Onun qabağındakı uzunsov masa 
arxasında hərbi ekspertlər, hüquqşünaslar, müxbirlər, Orta 
Asiyadan, Yaponiyadan və başqa kimlərsə, xarici vətəndaşların 
yanında isə tərcüməçilər oturmuşdu.  
Hamının gözü Yasəmənə dikilmişdi. O, heç nəyə məhəl 
qoymadan yaşlı generala tərəf yönəldi. Sifəti alışıb yanırdı. Rus 
generalı başını qaldırıb tərs-tərs Yasəmənə baxdı. Qadının 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
213
baxışlarındakı  qəzəb, nifrət deyəsən ona qəribə göründü. O, 
istehza ilə gözlərini qıydı. Yasəmən bir addım da irəli gəlib düz 
generalla üzbə-üz dayanıb cəsarətlə onun gözünün içinə baxdı. 
“Alçaqlar! Mən sizdən qorxmuram! Sizin əliniz qana batıb... 
Sizdən qan iyi gəlir... Mən sizə nifrət edirəm! Mən sizdən 
qorxmuram!..” 
General elə bil onun fikirlərini oxudu. Geridə qalmış 
ölkədə belə bir qadının varlığını o, heç ağlına da gətirməmişdi. 
İndi imkanı olsaydı, qulağından tutdurub onu it kimi bayıra 
atdırardı. Amma şahidlərin gözü qabağında bunu etmək 
olmazdı. Odur ki, general özünü sakit göstərməyə çalışdı: 
– Vətəndaş, sizə nə lazımdır? 
Elə bil Yasəmənin içərisində nə isə partladı. 
– Mənə heç nə lazım deyil. Mən öz evimdəyəm! Bəs 
sizə nə lazımdır? Bu millətdən nə istəyirsiniz? 
Generalın bir qədər domba gözləri elə bil yerindən 
çıxdı. Dönüb mənalı-mənalı xarici ölkə nümayəndələrinə 
baxaraq dedi:  
– Baxın görün bu millətin qadınları belədirsə, bəs 
kişiləri necədir?! Bunları birdəfəlik susdurmaq lazımdır! 
– Bizi susdurmaq heç də asan deyil! Siz buna nail ola 
bilməyəcəksiniz! 
General ayağa durdu. Əlini masaya çırparaq dedi: 
– Gəlişininizin məqsədi nədir? Nə istəyirsiniz? Sizə nə 
lazımdır? 
General ilə Yasəmənin arasında gedən bu söhbət 
tərcüməçiıər tərəfindən xarici ölkə nümayəndələrinə  tərcümə 
edilirdi.  
– Mənim mənzilim iki saat fasiləsiz atəşə tutulub! İki 
azyaşlı  uşağımla atəş altında qalmışam. Sonra da binanı 
partlatmaqla bizə  hədə-qorxu gəliblər. Axırda da mənzilimə 
soxulub ekstremist axtarıblar. Məndən, uşaqlarımdan başqa heç 
kəsi tapmayıblar. Ekstremistlər kimdir? Bəlkə mənəm? Yoxsa 


 
 
 
Solmaz Muxtarova 
 
214
mənim balalarımdır ekstremist? Mən istəyirəm ki, mənim 
yaşadığım bina, mənzil yoxlanılsın, orada ekstremistin olub-
olmaması müəyyən edilsin! Mən bunu istəyirəm!  
Sonra Yasəmən ünvanı deyərək cavab gözlədi.  
– Vətəndaş, biz boş-boş şikayətlərə baxmırıq. Biz ancaq 
rəsmi müraciətlərə baxırıq.  
– Rəsmi müraciət? Onu da edərəm! – deyib Yasəmən 
çıxdı  və azca keçməmiş o, ərizə ilə geri qayıtdı. O, ərizənin 
ikinci surətini özündə saxladı və həmin nüsxədə ərizənin qəbul 
edilməsi barədə zabitin imzası və qəbul tarixini qeyd etdirdi.  
Ərizəni verdikdən sonra Yasəmən hər gün hərbi hissəyə 
gedib bu məsələyə baxılmasını  tələb etsə  də, buna nail ola 
bilmədi. Hiss edirdi ki, bu məsələyə baxmaq istəmirlər. Amma 
Yasəmən nəyin bahasına olur-olsun buna nail olmalı idi.  
Bu arada Yasəmənin mənzilinə başqa bir kommisiya 
gəldi. Vurulan ziyanı  təyin etmək üçün. Gələnlər dövlət 
işçiləri, həmkarların nümayəndələri və başqa kimlərsə. Onlar 
yazdılar-pozdular, çəkiliş apardılar, sonra uzun bir siyahı tutub 
imzaladılar. Bir nüsxəsini apardılar, ikinci nüsxə isə qaldı.  
Məsələ  dəyən ziyanda deyildi. Nə olsun ki, Yasəmən 
hər  şeyi çətinliklə alıb yığmışdı – zərrə-zərrə, gilə-gilə. Az 
yemişdi, pis geymişdi, çox şeylərdən imtina etmişdi. Amma 
bütün baş verənlərin qabağında bunlar heç nə idi. Heç nə... Ən 
qəribəsi də o idi ki, həmin kommisiya elə o gedən getdi, 
onlardan bir də xəbər çıxmadı.  
Yanvarın iyirmi doqquzunda Nadya mənzilinə qayıtdı. 
Yasəmən bu vaxta kimi elə güman etmişdi ki, onlar yaxşı 
qonşu olublar. Həmişə bir-birinin xeyrində-şərində necə 
lazımdır bir-birinə yarayıblar, vaxtlı-vaxtsız bir-birinin qapısını 
açıblar, gedib-gəliblər. Amma bu hadisələrlə bağlı Nadyanın 
ailəliklə xəbərsiz-ətərsiz çıxıb getməsi Yasəmənə qəribə gəldi. 
Başqa vaxt olsaydı Yasəmən bu barədə heç fikirləşməzdi də. 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə