Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə52/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   49   50   51   52   53   54   55   56   57

 
 
 
Solmaz Muxtarova 
 
198
da dayanmışdı. Ölü bir sükut ətrafda dolanmaqda idi. “Vaxtı 
öldürmək lazımdır!” 
– Uşaqlar, gəlin  şeir deyək. Kim yaxşı  şeir desə, pul 
mükafatı alacaq... 
Uşaqlar təəccüblə atasına baxdı. Onun ciddi ya da 
zarafat etdiyini bilmək istədilər. Yox. Ataları zarafat etmirdi. 
O, bir də uşaqlara müraciət etdi: 
– Hə, birinci kimdən başlayaq?  
Mirzə ürəyinə zor etdi. “El bilir ki, sən mənimsən...” 
Bu, Samirin səsi idi. Mirzə  də onun səsinə  səs verdi. Sonra 
Məlahət başladı.  
“Vaxtı öldürmək lazımdır!..”  
– Mirzə, çay iç. – deyə Yasəmən də onlara yanaşdı. 
Onun Mirzəyə tərəf uzanmış əlləri əsirdi. 
– Arvad, deyəsən qocalmısan?! – Mirzə zarafat –etmək 
istədi. Səsi titrədi. Yasəmən heç nə demədən məlul-məlul 
əvvəlcə Mirzəyə, sonra isə  uşaqlara baxdı. Yasəmənin baxışı 
Mirzəni qorxutdu.  
Şam yanıb qurtarmaq üzrə idi. “Bəlkə doğrudan da?..” 
Mirzə bu fikrin ardını  gətirə bilmədi. Onu dəli bir gülmək 
tutdu. Nəyə güldüyünü özü də bilmirdi, amma gülürdü. Ona 
təəccüblə baxan Yasəmənin, uşaqların qabağında bir xeyli 
güldükdən sonra süstləşdi. Gözlərindəki yaşı gizlətməyə 
çalışdı.  
– Ata, sən onlara inanma. 
– Oğlum,  əlbəttə  mən onlara inanmıram. Onlara 
inamımı çoxdan itirmişəm. Belələrinə inanmaq olmaz.  
Şam yanıb qurtarsa da, hələ  də azca alovlanırdı  və 
şamın zəif  şölələri divara kölgə salırdı. Yasəmən bildirdi ki, 
daha evdə şam qalmayıb.  
Mirzə  nə  qədər vaxtı öldürməyə çalışsa da, vaxt öz 
işində idi. Çox yavaş-yavaş, tələsmədən ötüb keçirdi, az qala 
Mirzənin canının qəsdinə durmuşdu. O, vaxtı öldürmək 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
199
əvəzinə vaxt onu öldürməkdə idi. Hətta arada bir istədi ki, 
Yasəmənlə, uşaqlarla görüşüb halallaşsın. Özü də bilmədi bu 
fikir onun ağlına haradan gəldi. Amma Mirzədə günah yox idi, 
nə desən ola bilərdi. O, gördüklərini görmüşdü, görmədikləri 
isə bir yana qalsın.  
Artıq vaxta on dəqiqə qalırdı... On dəqiqə... Tilsimə 
düşmüş  dəqiqələr.  Şam yanıb qurtarmışdı. Qaranlıqda bir-
birinə dikilən baxışların da işığı sönmüşdü. “Bəlkə möcüzə baş 
verdi?.. Məgər başımıza gələnlər özü möcüzə deyilmi?” 
Doqquz dəqiqə... Sükut... Ayrılıq qoxusu... Ölüm 
qoxusu...  
Sükut get-gedə  dərinləşir, ağırlaşırdı. Son dəqiqələr... 
Son mənzil... Yox! Yox! Mirzə bu fikri yaxına buraxmaq 
istəmirdi. Belə bir fikir kimin ağlına gəlib?! Bu qədər qəddarlıq 
ola bilərmi?!  
Səkkiz dəqiqə...  
Qapı  bərk-bərk döyüldü. Bu səs sükutu yarıb keçdi, 
hamı  səksəkə ilə qapıya baxdı. Qapını Mirzə açdı. Bir neçə 
hərbçi ilə Qara Mamedin oğlu idi. 
– Mirzə dayı, göstəriş var ki, Qorodokdan əhali çı-
xarılsın. On dəqiqə vaxt verilir.  
Yasəmən tələsik uşaqlara paltar, pasport, başqa 
sənədləri götürdü və onlar evdən çıxdı. Mirzə bu siyasətin 
arxasında nələrin durduğunu başa düşmədi. Heç istəsə də başa 
düşə bilməzdi. Ən başlıcası indi balalarını, ailəsini götürüb bu 
yerlərdən uzaq olmaq, hara gəldi baş götürüb getmək, onları bu 
cəhənnəm əzabından xilas etmək... 
Məhəllə sakinləri küçəyə axışmışdı.  İnsanlar sanki 
Əzrailin əlindən qaçıb, canını qurtarmağa tələsirdi. Hər kəs öz 
yaxın-doğması ilə bir-birinə  sıxılmışdı. Kimsə  məsləhət bildi 
ki, qabaqda yaşlılar və  uşaqlar, qalanlar isə onların arxasınca 
getsin.  İnsanları az qala tanımaq olmurdu. Hər kəsin sifətinə 
ölüm xofu kölgə salmışdı. Hər tərəfdən silahlılarla  əhatə 


 
 
 
Solmaz Muxtarova 
 
200
edilmiş  məhəllə sakinləri sıralandı. Onlar kinolardakı  əsir 
düşmüş insanları xatırladırdı. Sağa-sola atılan atəş altında əhali 
hərbçilərin nəzarəti ilə Statistika idarəsinə  tərəf yönəldi. 
Statistika idarəsinin tinində hərbçilər dayandı, əhali isə hərə bir 
tərəfə səpələndi.  
Həmişəki coşub-daşan şəhər yox idi. Binaların üstündə 
qara bayraqlar asılmışdı. Küçələrdə isə  tək-tək görünən 
insanlar ayaq üstündə gəzən ölüləri xatırladırdı. “Ölü Şəhər”də 
ölü insanlar... Küçələrdə pusquda duran silahlılar, tanklar... Hər 
şey başqa cür idi. Bircə  iş onda idi şəhərdə atışma yox idi. 
Onlar taksiyə oturub şəhərdən bir qədər aralı yaşayan 
Yasəmənin bacısı Zərifəgilə getdilər. Qapını Zərifə açdı. O, elə 
bil gözlərinə inanmadı, bir an donub qaldı. Sonra sevinclə 
uşaqları, Yasəməni bağrına basdı və qadınlar ağladı. Yasəmən 
isə çox ağladı. Iki gündür boğub saxladığı  qəhərini artıq 
saxlaya bilmədi, sanki bədəninin donu açılmışdı, bədəni  əsir, 
dişləri bir-birinə dəyirdi. Zərifə onu qucaqlayıb sakitləşdirməyə 
çalışırdı.  
– Qoy ağlayıb yüngülləşsin... – deyib Mirzə ona mane 
olmaq istəmədi.  
Sonra onlar qonaq otağına keçdi. Zərifənin yoldaşı 
İlham çay gətirdi.  
– Qardaş, sizdən çox nigaran idik. Bir neçə dəfə gəldik, 
amma üstümüzə silah qaldırdılar, içəri keçməyə qoymadılar. 
Danış görək orada nələr baş verdi.  
– Nə deyim?! Baş verənləri danışmaqla qutarmaz. 
Düzünü özümüz də bilmirik, məhəllədə  nələr baş verdi, kim 
öldü, kim qaldı?!  
Əslində Mirzə bu barədə danışmaq istəmirdi. Danışmaq 
ağır idi.  
Süfrəyə çay, yemək gətirildi.  İki sutka güllə-baran 
altında qalan, mənzili alt-üst olan, sonra da dəqiqələri saya-


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
201
saya, balaları,  əri ilə oturub “son” gözləyən Yasəmənin fikri 
hələ də həmin dəqiqələrdə idi. O, hələ də həmin acı dəqiqələrin 
havasında idi. Şəhərdə baş verənlərdən də  xəbəri yox idi. 
Hardan biləydi ki, Bakının küçələrində qan su yerinə axıb. 
Sabah isə şəhidlər son mənzilə yola Salınırdı. Yasəmən bütün 
bunları bir qədər sonra bildi.  
Bakının bir-birindən qara günləri, gecələri yaşandı. 
Insanlar bu böyüklükdə dünyada özünə yer tapa bilmirdi. 
Vaxtın, zamanın hesabını itirmiş,bu qara gecələrdə çoxları 
yatağa girmədi, kimlərinsə yatağına laxta-laxta qan axdı, 
Əzraillə  əlbəyaxa olub ölüm-qalım arasında çapaladı. 
Kimlərinsə yatağını leysan göz yaşları islatdı. Çoxları da göz 
qırpmadan qapıda durub yollara göz dikdi, əzizlərindən bir 
xəbər gözlədi, Tanrıya üz tutub imdad istədi. Kimlərinsə 
payına da itkinlik düşdü. Heç elə bil yox imiş kimi nə 
ölüsündən, nə dirisindən xəbər verən olmadı.  
Yanvarın iyirimi biri gecəsinin qara sabahı açıldı. Qara 
bayraqları ilə, al qırmızı  qərənfilləri ilə, üfüq boyu uzanıb 
gedən, Tanrının dərgahından qopan qapqara buludları ilə... Bu 
qara buludlar şəhərin üzərinə  ələnmişdi. Nakam övladlarımızı 
son mənzilə yola salmaq üçün göylərdən yerə gəlmişdi. 
Dünya həmişəki dünya deyildi. Şəhər də, insanlar da
yollar da sanki baş verənlərə dözə bilmirdi. Günəş də yox imiş 
kimi xəcalətindən çəkilib hardasa itmişdi.  İnsanların həmişə 
güvəndiyi, arxalandığı Ana Vətən deyilən Vətən də sanki, yox 
imiş, hər şey yalan olmuşdu... Yalan...  
İnsan axını yenə də “Azadlıq” meydanına üz tutmuşdu. 
Uzaqdan, yaxından gələnlər, ağı deyənlər, al-əlvan bəzənmiş 
xonçalar, oğul-qardaş  səsləyən ana-bacılar... Kişilər necə 
ağlayarmış?! Cavanların qolları arasında ağ saçlı qadının səsi 
axının başı üzərində haray çəkirdi. Bu səs qılıncdan da iti idi. 
Insanı yerbəyerdən kəsib tökürdü:  
 
Ovçu, oylağın hanı? 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə