Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə53/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   49   50   51   52   53   54   55   56   57

 
 
 
Solmaz Muxtarova 
 
202
Çoban, yaylağın hanı? 
Sürünə quduz dolub, 
Ötən çağların hanı? 
 
– Quduzlara yem olan balalarım, vay!.. Elim-günüm, 
vay!.. 
Yerbəyerdən ananın səsinə  səs verib nalə  çəkən qız-
gəlinlərin səsi baş alıb gedirdi.  
Arxa tərəfdən qəzəb-nifrət dolu çağırışlar: 
– Qatillərə ölüm! Qalx, Azərbaycan! Oyan, Azər-
baycan!  
Başqa tərəfdənsə  “İntiqam!  İntiqam!” səsləri, “Qurani-
Kərim”dən ayələr oxunur, minlərlə qara bayraq altında 
canilərin cəzalandırılmasını  tələb edən  şüarlar,  şəhidlərin 
şəklini sinəsinə  sıxıb onları son mənzilə aparanlar. Zamanın 
üzü bərk idi, dözürdü.  
Matəm mitinqi başlanır və  şəhidlərin ruhu yad edilir. 
Sonra müxtəlif çıxışlar, respublika hökumətinin iradəsinə zidd, 
Bakıya ordu yeridilməsi ilə  əlaqədar baş verən faciəli 
hadisələrdə  həlak olmuş  Vətən övladlarının qatillərinin 
cəzalandırılması tələbi. Başqa-başqa çağırışlar.  
Gəmilər aramsız fit çalırdı. Bu dərdin ölçüsü-biçisi yox 
idi. Bu dərd bəlkə də dünyanın özündən də ağır idi. Millət bu 
dərdi çiynində çəkib aparmaq üçün bir yerə yığılmışdı. Belə bir 
gündə hamı bir yerdə idi. Nə olsun ki, kimlərsə bu sırada yox 
idi, qaçıb tülkü kimi gizlənmişdi... Vətənə  Vətəni sevənlər 
lazım idi. Belə bir gündə büdrəyib yıxılmaq olmazdı. Çiyin-
çiyinə verib getmək lazım idi. Bu yol müstəqilliyə, azadlığa 
gedən yol idi. Bu gün Sovet faşizmindən xilas olmaq üçün 
zəncirlərdən qırılan gün idi.  
Saat on ikidə matəm alayı  hərəkətə  gəlir. Cənazələrin 
önündə ruhanilər, ictimai xadimlər, elm-mədəniyyət xadimləri 
və yüz minlərlə Vətən övladları... Yollar, hər tərəf başdan-başa 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
203
al qırmızı  qərənfillərlə örtülmüşdü. Sanki Bakıya qərənfil 
yağışı yağmışdı. Kommunist küçəsi boyunca silahlılar, 
damlarda yerləşən snayperlər, hər tində tanklar, BTR-lər... 
Bütün bunlar insanların iradəsini qıra bilmədi və onlarda ölüm 
xofunu yarada bilmədi. Insanlar səs-səsə verib daha qəzəblə 
yola çıxdı. Al-əlvan bəzənmiş mafələr, təcili yardım maşınları, 
qırmızı xonçalar, axın ləngər vura-vura irəliləyirdi. Bakıya qan 
yağışı yağmışdı, insanlar da qan ağlayırdı. Dağüstü parkda 
məzar qazan sadə insanlar sanki acığını torpaqdan çıxıb parkın 
keçmişini dağıdıb alt-üst edirdi. Onlar özləri də bilmədən 
qazılan  şəhid məzarları ilə azadlığın bünövrəsini qoyurdular. 
Müqəddəs “Qurani-Kərim”i oxuyanlar, axını nizamlayanlar, 
girişə  nəzarət edənlər, astadan-ucadan bu dərdi ağlayanlar, 
zamanın hökmündə zaman dara çəkilmişdi. Çox-çox 
uzaqlardan gələn fəlakətin qabağında zaman üzüqara qalmışdı. 
Zalımlar onun sinəsinə dağ  çəkmişdisə  də, zaman dözürdü və 
öz işində idi. Şəhidlər torpağa tapşırıldı  və  qəribə  də olsa, bir 
qədər sonra leysan yağışlar yağdı. Tanrı da bu müsibətə 
dözmədi. Böyük Ana Vətənsə öz iç üzünü göstərdi, nəyə qadir 
olduğunu bir daha sübut etdi. Bizlərə bir də dostun, düşmənin 
yerini göstərdi. Görəsən bu dəfə biz hamımız bunu görə 
bildikmi? Axı bunu necə görməmək olar? Necə? Yasəmən o 
günü təkcə  şəhidləri deyil, çox şeyləri Dağüstü parkda dəfn 
etdi. Xoş arzularını, ümidlərini,  ən başlıcası isə Böyük ana 
Vətən deyilən Vətəni dəfn etdi. Eləcə  də öz keçmişini dəfn 
etdi. Sanki bu hadisələr onu qəflət yuxusundan ayıltdı. İndi o, 
başqa bir Yasəmənlə üz-üzə qalmışdı.  
İnsanlar dərdlə baş-başa qalmışdı. Dərd bir olsa da, hər 
kəs bu dərdi özünəməxsus çəkirdi. Hətta kimlərsə günahkarı öz 
aramızda axtarırdı.  
Mirzə radionun qabağında oturub Bakıda törədilən 
cinayətlər haqqında doğru-dürüst xəbərlər eşitmək istəyirdi. Ən 


 
 
 
Solmaz Muxtarova 
 
204
başlıcası bu xəbəri elə faciəni törədən ölkədən eşitmək 
istəyirdi. Lap yuxarılardan. Sən bir işə bax, Mirzə  hələ  də 
ədalətə inanmaqda idi. Mərkəzi kütləvi informasiya vasitələri – 
“İzvestiya”, “Pravda”, eləcə  də “Zaman” xəbərlər proqramı 
həmişə olduğu kimi, çirkin ənənələrinə sadiq qalaraq qərəzli 
məlumatlar yayırdı. Yolunu azmış Azərbaycan xalqının murdar 
simasını, Sumqayıt hadisələrini, Yanvarın 13-15-də Bakıda 
törədilən vəhşilikləri bütünlüklə bu millətin adına ünvanlayırdı. 
Lakin bütün bunların başında duran, bunları  təşkil edən və 
məharətlə həyata keçirən “böyük qardaşlar” kənarda qalmışdı. 
Onlar pərdə arxasında idi. Yəqin ki, tarix özü nə vaxtsa o pər-
dənin arxasına keçib hər  şeyi olduğu kimi açıb tökəcək. Elə 
“böyük qardaşlar”la  əlbir olub öz millətinin qanına  əli batmış 
namərdlərin də adı açılacaq. Mütləq o insanları gec-tez xalq 
tanıyacaq. Hazırda isə bu mümkün deyildi, ixtiyar güclülərin 
əlində idi. Dünya isə bizə inanmırdı, səsimizi eşitmirdi. Bu 
böyük dünyada biz zərrə qədər kiçik idik.  
Yasəmən isə elə hey ağlayırdı. Ovuna bilmirdi. Sa-
ğında, solunda hamı günahkar axtarırdı. Hərənin ağzından bir 
hava gəlirdi. Yasəməni ən çox ağrıdan da çoxlarının günahkarı 
öz aramızda axtarması idi. “Həmişə olduğu kimi, biz 
başqalarının günahkar olduğuna inana bilmirdik. Bütün 
günahları özümüzdə axtarırıq. Satqın da özümüzük, özümüzün 
düşməni də elə özümüzük. Bizlərdən pisi yoxdur.” Mətbuatda 
gedən bir çox yazılar da ziddiyyətli idi. Yasəmən isə 
gördüklərini ürəyinə  həkk etmişdi. Bütün baş verənlər onun 
sinəsinə qanla yazılmışdı  və  yəqin ki, bu yaralardan xilas 
olmaq mümkün olmayacaqdı. Yaşadığı o dəqiqələr... O 
üzüntülər... Uşaqların sifətindəki ölüm kölgəsi... Aramsız atəş 
səsləri... Alt-üst olmuş  mənzili... Yəqin ki, bundan belə 
Yasəmən bütün bunları yuxusunda yaşayacaqdı.  


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə