Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə2/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   2   3   4   5   6   7   8   9   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
9
döyüntüləri... hamısı bir-birinə qarışıb gəncliyin rahatlığını 
əlindən alan təlatüm dolu yaşanan anlar... 
Natəvan nə vaxtsa o anları yaşamışdı. Az da olsa, 
yaşamışdı. Sonralar hər  şey arxada qalmışdı. O, bəzən səhərə 
kimi taleyini ağlasa da, əlini yerdən-göydən üzsə  də, ümidini 
tamam itirməmişdi. Xüsusilə aylı-ulduzlu gecələrdə, o mavi 
səmaya, çıraq kimi yanıb-sönən ulduzlara baxıb rahatlıq 
tapmışdı. Nə vaxtsa, “göy köynək” kişinin ona rəhm edəcəyinə 
inanmışdı, gözləmişdi. Nənəsi belə deyərdi: “Hər  şey o göy 
köynək kişinin əlindədir.” 
Natəvan öz xatirələrinə  sığınıb ötən günləri tez-tez 
yadına salır və o anların atəşinə  qızınırdı. Bir qədər bəxtəvər 
olur, buz bağlamış ürəyi isinirdi. Sonra da bu hal tez keçib 
gedirdi. Natəvan yenə də öz kədəri, qəmi ilə tək qalırdı və artıq 
o, bu təkliyə adət etmişdi. Hər dəfə  qızlara toy çalınanda bir 
gözü gülsə də, o biri gözü ağlayırdı.  
Natəvan nə  qədər öz keçmişindən qaçsa da, qaçıb 
uzaqlaşa bilmirdi. Yaşananlar yaşanmışdı. Olanlar olmuşdu. 
Ötüb keçənləri silib atmaq mümkün deyildi. Onlar Natəvanın 
həyatının bir parçası idi. O da, bir daş kimi düşüb ürəyində 
qalmışdı, vaxt-bivaxt Natəvanı incidir, onu çəkib yenə  həmin 
günlərə aparırdı. 
Hər  şey ilk sevgi məktubundan başlamışdı. “İlk sevgi 
məktubu?!” Yox, yox... Əslində  hər  şey bir qədər  əvvəl baş 
verdi. Qardaşı Azərin dostunun toyunda. Səliqə-səhmanla 
bəzədilmiş çadırda tərpənməyə yer yox idi. Kəndin qocasından 
tutmuş  uşağına kimi hamı toyxanada idi. Qocalar baş  tərəfdə, 
cavanlar isə bir tərəfdən oğlanlar, o biri tərəfdən qız-gəlinlər 
oturub toya tamaşa edirdi. Axşamdan xeyli keçmişdi. Toyun ən 
qızğın vaxtı idi. Növbə ilə rəqs edən, mahnı sifariş verən... 
Toybəyi  əlində  ağac ortalıqda fır-fıra kimi fırlanırdı. 
Ortalıqda ayağa dolaşan uşaqları qovmaqdan səsi tutulmuşdu. 


 
 
 
Solmaz Muxtarova 
 
10
Nədənsə belinə qırmızı bağlamışdı. Adətən kənd toylarının ən 
qızğın vaxtı axşam, mal-qaranın ayağı  yığışandan sonra 
başlardı.  
Natəvan da qızların arasında idi. Hər kəs yaxını, dostu 
ilə rəqs sifariş edib, rəqs edirdi. Bəyin qohumları isə ortalıqdan 
çıxmırdı. Xüsusilə bəyin bacıları. Kənddə iki toybəyi var idi – 
kişilərdən  İlyas, qadınlardan isə Natəvanın xalası Zümrüd 
xanım. Adətən kişiləri rəqsə İlyas dəvət edərdi. Kənddə qayda 
belə idi ki, toyda hamı bir-bir rəqsə  dəvət edilməli, sayılıb-
seçilməli idi. Kim ki, oynamaq istəmirdi, məcbur etməzdilər.  
Zümrüd cavan qızları  rəqsə  dəvət edəndə Natəvan da 
onların arasında idi, birgə rəqs edirdilər. 
Natəvan artıq qızlar bulağından su içmişdi. Uzun qara 
hörükləri az qala topuğuna çatırdı. Saçları  şəvə kimi 
parıldayırdı. Bənizi solğun olsa da, zil qara gözlərindən ətrafa 
elə bil işıq düşürdü. Sanki bəbəklərində ocaq qalanmışdı. 
Natəvan qızlarla rəqs edir və utana-utana ona tərəf 
uzanan  əllərdəki  şabaşı  yığırdı. Növbəti  şabaşı almaq 
istəyərkən ona tərəf tuşlanan qəribə bir baxışla üzləşdi. Kənd 
cavanlarından Vaqif idi. Onuncu sinifdə oxuyurdu. Natəvan 
Vaqifin baxışlarından yayınmaq istəsə  də ani olaraq onların 
baxışı qovuşdu. Natəvan özü də bilmədi nədən qorxdu, amma 
əməlli-başlı qorxdu. Ona bu vaxta qədər tanış olmayan bir 
baxışla üzləşdi. O baxışlar bir qədər dalğın olsa da, sanki dil 
açıb danışırdı, Natəvana nə isə demək istəyirdi. Natəvan özünü 
itirdi. Qıçları dolaşa-dolaşa əlindəki pulları çalanların qabağına 
atıb ortalıqdan çıxdı. Bədəni az qala uçunurdu. Nə qədər özünü 
ələ almaq istəsə də, elə bil canına vəlvələ düşmüşdü. Ha çalı-
şırdı ki, bir də Vaqifin baxışları ilə rastlaşmasın, amma istər-
istəməz ona tərəf tuşlanan sözlü-söhbətli baxışlardan Natəvan 
qaça bilmirdi. Elə bil Vaqifin qəlbinin qapıları Natəvanın 
üzünə açılmışdı. Bir tərəfdən qorxu-təlaş, o biri tərəfdən xoş 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
11
hisslər... Nələrin baş verdiyini özü də  dərk etmədi. Evə  gə-
ləndən sonra bir neçə  dəfə aynanın önündə durub diqqətlə 
özünə baxdı. “Artıq mən də böyük qız olmuşam!..” Natəvan o 
gündən rahatlığını itirdi.  
Vaqifin atası yox idi, rəhmətə getmişdi. Həmişə 
məktəbdə səliqəli geyimi, xoş rəftarı ilə seçilirdi. Gecə-gündüz 
kitab  əlindən düşməzdi. Söz gedirdi ki, o, qızıl medala 
namizəddir. Vaqif özü heç vaxt bu barədə danışmazdı, 
başqaları da onu tərifləyəndə xoşuna gəlməzdi.  
Toydan bir neçə gün sonra müəllimlər yuxarı sinif 
şagirdlərini məktəbyanı sahəyə işləməyə aparmışdı. Qızlar alaq 
edir, ağacları sulayır, oğlanlar isə yer belləyirdi. Səs-küy baş 
alıb gedirdi. Coşub-daşan gənclik öz havasında idi. Cavan 
müəllimlər də  şagirdlərə qoşulub işləyirdi. Yaşlılar isə bir 
qıraqda durub tamaşa edir, bəzən də  şagirdlərdən kiməsə 
yaxınlaşıb işi başa salırdı.  
– Natəvan... – bu səs elə bil çox uzaqdan gəldi. Bir 
qədər titrək, inamsız. Natəvan Vaqifin səsini tanıdı.  
– Sənə kömək edim? – deyə Vaqif ona yaxınlaşıb 
astadan soruşdu. Natəvan təşvişlə Vaqifə baxdı.  
– Yox, yox, lazım deyil...  
Natəvana elə  gəldi ki, hamı onlara baxır. Vaqif də 
özünü itirdi. O, Natəvana çox söz demək istəyirdi... Amma heç 
nə deyə bilmədi.  
– Bağışla, Natəvan... – deyə dönüb getdi. 
Natəvan bir neçə dəqiqə özünə gələ bilmədi. O, Vaqifin 
baxışlarının qabağında aciz idi. Vaqifin baxışları onu əməlli-
başlı qorxudurdu. Axı, Natəvan səkkizinci sinifdə oxuyurdu. 
Onun başqa arzuları var idi. Oxumaq, ali təhsil almaq istəyirdi. 
Nə olsun ki, kənd qızlarının  əksəriyyəti təhsilini yarımçıq 
qoyub ailə qururdular. Amma Natəvan oxumaq istəyirdi.  


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə