Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə4/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   2   3   4   5   6   7   8   9   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
15
– Arvad, yaman yerdə axşamladıq.. Bu işlərin axırı necə 
olacaq? – axır ki, Şafa kişi dərdini dilə gətirdi. 
–  Əlacımız nədir? Yola verməliyik, – deyə  Nəcibə 
yazıq-yazıq ərinə baxdı.  
– Hə, nə deyirəm ki, sən haqlısan. Bacardıqca yo–la 
verməliyik, amma çətin olacaq, – deyib Şafa kişi ah çəkdi.  
Beləcə, Natəvan birdəfəlik məktəbdən çıxarıldı. O, 
məktəbə gedən yollara həsrətlə baxdı. Oxumaq arzularını dəfn 
etməkdən başqa çarəsi qalmadı.  
Vaqif  şəhərdə instituta daxil oldu. Üçüncü kursda 
Natəvana elçi göndərdi. Elçilər qapıdan qovuldu. Natəvan hər 
iki-üç aydan bir Vaqifdən iki sözdən ibarət bir məktub aldı. 
“Natəvan, gözlə məni...” və o, yol gözlədi.  
İllər, aylar ötdü. Natəvana başqa yerlərdən elçilər gəldi. 
Natəvanı yola gətirə bilmədilər. Daş atıb başını tutdu.  
– Mən ərə getmirəm... – sakitcə deyib durdu.  
Axırıncı  dəfə söz böyüdü. Azər yumruqlarını düyün-
ləyib Natəvana hücum etdi:  
– Sən özbaşına deyilsən! Sənə  nə deyirlər onu da 
edəcəksən!! 
– Mən də insanam! Öz taleyimi həll etməyə ixtiyarım 
var... 
– Sənin dilini kəsərəm! Axırıncı  dəfə  sənə deyirəm! 
Yığışdır özünü! Yoxsa?! 
Natəvan elə bil yuxudan oyandı. “Mən onunla xoşbəxt 
ola bilərdim. Xoşbəxtlik mənim ovcumun içində idi. Amma 
saxlaya bilmədim. Bağışla məni, Vaqif, bağışla! Mən təkcə 
özümü yox, səni də bədbəxt etdim.” 
Natəvan nifrətlə qardaşına baxdı. Uzun illərdir ona 
demək istədiyi sözləri artıq saxlaya bilmədi: 
– Mən sənə nifrət edirəm! 
– Necə?! 


 
 
 
Solmaz Muxtarova 
 
16
Azər qulaqlarına inanmadı:  
– Sən nə dedin?! 
Dedim ki, mən sənə nifrət edirəm! – deyə Natəvan bir 
də təkrar etdi və hönkürdü. Dəli bir ağlamaq Natəvanı halından 
çıxarmışdı. Bütün bədəni  əsirdi. Natəvan itirdiyi xoşbəxtliyini 
ağlayırdı.  
Şafa kişi Azəri bir kənara çəkdi: 
– Bəsdir! Sən bu qızdan nə istəyirsən? 
Nəcibə qızını qucaqlayıb sinəsinə sıxdı: 
– Qızım, sakit ol, sakit ol!.. 
– Ana!.. Anacan!.. 
Natəvan sanki imdad diləyirdi.  
– Bütün günahlar sizdədir! – ata-anasına deyib Azər 
hirslə həyətdən çıxdı.  
Bu minvalla Natəvan ərə getmədi. Tək qaldı. Onu tən-
halığa gətirib çıxaran dövrün adətlərinə, haqsızlıqlarına nifrət 
etdi. Nifrəti gün-gündən böyüdü. Natəvan hər kəsin xoşbəxt 
olmaq haqqını  əlindən alan haqsızlıqlarla barışa bilmədi. 
Düşünürdü ki, bu dünyaya gələn hər kəsin bir haqqı var. 
Qızların da haqqı sevilməkdir. Bütün qızlar bu dünyaya 
sevilmək üçün, ana olmaq üçün gəlir. Bu, onlara Tanrının 
verdiyi paydır. Onları bundan heç kəs məhrum edə bilməz.  
Vaqif institutu bitirib kəndə qayıtdı. İki il kənddə işlədi. 
Bir neçə dəfə elçilər gəilb-getsə də, Azər dediyindən dönmədi. 
Valideynləri də onunla bacarmadı. Vaqif həmişəlik çıxıb 
kənddən getdi.  
Bir neçə ildən sonra Novruz bayramında yenə  kəndə 
qayıtdı və Natəvanla görüşmək istədiyini ona bildirdi. Natəvan 
xeyli tərəddüd etdikdən sonra Vaqiflə görüşməyi qət etdi. Artıq 
ilk sevgi məktubunu aldığı gündən səkkiz il keçmişdi. Natəvan 
özü də bilmədi anasına nə dedi, evdən necə  çıxdı. Çöx 
həyəcanlı idi, az qalırdı ayağının altından yer qaçsın. Vaqiflə 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
17
görüşə nə üçün getdiyini özü də bilmirdi, heç nə bilmirdi. Uzun 
illərdən sonra Vaqifi görmək, onunla üz-üzə durmaq, səsini 
eşitmək istəyirdi.  
Deyilən vaxtda, deyilən yerdə onlar üz-zə gəldi.  
– Salam, Natəvan... – Vaqif Natəvana yaxınlaşıb  əl 
verdi. Natəvan da əlini Vaqifə tərəf uzatdı. 
– Salam. 
Natəvan tir-tir əsirdi. Vaqif bir qədər dəyişmişdi. Arabir 
saçlarına dən düşmüşdü. Natəvanın isə  bənizi daha da 
solmuşdu. Əvvəllər çıraq kimi yanan gözlərinə qəm çökmüşdü. 
Bu, Vaqifin nəzərindən qaçmadı.  
– Natəvan, səni apamağa gəlmişəm, – deyə Vaqif ağır 
sükutu pozdu.  
Natəvan təşvişlə Vaqifə baxdı: 
– Sən nə danışırsan? 
– Mən nə danışdığımı yaxşı bilirəm... Bizim xoşbəxt 
olmağa haqqımız var. Şəhərdə ev də almışam. – deyib Vaqif 
cibindən qırmızı bir qutu çıxartdı.  
– Al, bu, sənin üçündür... – Vaqif nəvazişlə  əlindəki 
nişan üzüyünü Natəvana tərəf uzatdı. Natəvan həsrətlə üzüyə 
baxdı. “Mən səninlə dünyanın o başına getməyə hazıram, 
Vaqif.” 
– Natəvan, mən səni aparmağa gəlmişəm, – deyə Vaqif 
bir də təkrar etdi. 
Axır ki, Natəvan dilləndi: 
– Yox. Bu, mümkün deyil.  
– Natəvan, həyatda hər  şey mümkündür. Bizim 
xoşbəxtliyimiz öz əlimizdədir. 
– Bağışla məni, Vaqif. Bağışla... – deyib Natəvan uzun-
uzadı Vaqifə baxdı. Sonra geriyə döndü. Addımlarını zorla 
atırdı. İçərisində elə bil nə isə qırıldı.  


 
 
 
Solmaz Muxtarova 
 
18
– Mən sənə inanırdım, Natəvan! – arxadan Vaqifin səsi 
eşidildi.  
“Artıq hər şey bitdi...” 
Natəvan addımlarını yeyinlətdi.  
– Sən bizi məhv etdin, Natəvan!.. 
Vaqif bu sözləri necə yanğı ilə dilə  gətirdisə, Natəvan 
qeyri-ixtiyari ayaq saxladı. Dönüb heykəl təki dayanan Vaqifə 
bir də baxdı. Ona tərəf qaçmaq, onu bağrına basıb, bir qədər 
isinmək istədi. Natəvan heç vaxt Vaqifə belə yaxın olmamışdı. 
Amma ona tərəf gedə bilmədi, istəyini ürəyində boğdu, zorla 
boğdu. 
– Bağışla məni, Vaqif, bağışla məni!.. 
Budur... Hər  şey arxada qalıb. Bu gün Natəvanın 
nişanıdır. Qız evinin qohum-əqrəbası  yığışıb gözləyirdi. Atası 
Şafa kişi bir kənara çəkilib oturmuşdu. Həmişəki kimi fikirli 
görünürdü. Atasının tez-tez dediyi sözlər Natəvanın yadında 
idi. “Atalar deyib ki, qız evi ağır oturar, batman gələr.  Əcəb 
işdir, qızı böyüt, boya-başa çatdır, sonra da kiməsə ver getsin. 
Özün də  ağır otur, batman gəl, sözünü ud, danışma. Lazım 
gəlsə  oğlan adamlarına baş  əy. Bəlkə elə buna görə ata-
babadan kişilər qız istəməyib. Qız adamı kalsaqqal edir.” 
Bu illər  ərzində  Şafa kişi çox fikir etmişdi. Hər dəfə 
Natəvanın kədər dolu gözlərinə baxanda ölüb dirilirdi. 
“Balamın nə günahı var? Bir qız bir oğlanındır. Azərin üzü 
qara olsun. Saldı  tərsliyinə, nə var, nə var oğlan qıza məktub 
yazıb...”  
Anası  Nəcibə isə ora-bura qaçıb qonaqları qarşılamaq 
üçün çatışmayan işləri səhmanlayırdı.  
Axır ki, al-qırmızı  bəzənmiş xonçalar göründü. Səsli-
küylü oğlan adamları  həyətə doldu. Natəvan bütün bunlara 
pəncərədən baxırdı. 
– Xoşbəxt ol, Natəvan! 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə