Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə9/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
39
bir tərəfdə toplaşıb məhəbbətlə bu aləmi seyr edirdi. Hamı 
bəxtəvər görünürdü.  
Çoxlu danışanlar oldu. Hətta babam da danışdı. Nə 
dedilər, nə danışdılar çoxsunu başa düşmədim. Əslində fikrim 
başqa yerdə idi, çöldə-meşədə... Sevimli oyunlarımın yanında... 
Sonra hərə bir tərəfə dağıldı. Sənubər müəllimə də məni 
bir dəstə  uşaqla qabağına salıb sinif otağına gətirdi. Uçaqları 
iki-iki oturtdu. Boyum balaca olduğu üçün məni qabaq partada 
oturtdu, əbləttə, mən bunu sonralar başa düşdüm.  
Müəllimə  uşaqları oturdub səhmana salandan sonra 
daha ciddi görkəm aldı. Diqqətlə  hər birimizi bir də  nəzərdən 
keçirdi. Mənə elə  gəldi ki, mənə daha çox zənd etdi. Sonra 
bildirdi ki, dərs vaxtı icazəsiz danışmaq olmaz, sinifdə gəzmək 
olmaz, dərsə gecikmək olmaz, müəllimdən söz soruşmaq üçün 
hər kəs  əlini qaldırıb  əvvəlcə icazə istəməlidir. Daha nələr, 
nələr...  
Sən bir işə bax... Bütün bunlar kimin ağlına gələrdi?! 
Nədənsə qanım bərk qaraldı. Axı, mən bu vaxta qədər azad 
olmuşdum.  İstədiyim oyunları oynamış, istədiyim vaxt 
istədiyim yerə getmişdim. Ürəyim istədiyi kimi hər kəsə  də 
demək istədiklərimi deyə bilmişdim – qadağasız, filansız. Elə 
bil bir anın içində  hər  şey dəyişdi. Sanki azadlığım  əlimdən 
alındı. Mənsə azadlığımı itirmək istəmirdim – həmişəki kimi 
azad olmaq istəyirdim.  
Odur ki, tənəffüs olan kimi məktəbdən qaçdım. Babam 
əlimdən tutub məni məktəbə qaytardı. Dönə-dönə tapşırdı ki, 
dərsdən qaçmaq olmaz. Amma mən yenə qaçdım. Bu hal çox 
uzandı. Babam əziyyət çəkdi. Elə mən də əziyyət çəkdim... İş 
onda idi ki, babamın  əziyyəti hədər olmadı. Axır ki, o, məni 
inandıra bildi.  
İnandım ki, oxumaq lazımdır.  İnandım ki, artıq 
uşaqlığım arxada qalıb. Çox şeylər arxada qalıb. Bəlkə  də 


 
 
 
Solmaz Muxtarova 
 
40
babama olan sevgidən dəyişdim.  İçimdə bir inam kök saldı. 
Babamdan mənə yadigar... 
Beləcə mən uşaqlıq illərimlə vidalaşdım. “Əlvida azad, 
qayğısız uşaqlıq illəri... Əlvida!” 
Babamın dediyi kimi, özümə, balaca dostlarıma, bu 
gözəl dünyaya, gözə görünən və gözə görünməyən çox şeylərə 
inana-inana boya-başa çatdım... Böyüdüm... Dəyişdim... 
Mənimlə birgə inamım da böyüdü. Sən demə inam özü də bir 
işıq imiş, parlaq bir işıq... İş onda idi ki, bu işıq insanın içində 
yanıb şölə saçır, canına can verirdi.  
Sonralar kimdənsə  eşitdim ki, inamsız insan qanadsız 
quşa bənzəyir. Bu fikir yaman ağlıma batdı.  
Evimiz çay qırağında idi. Araz çayından azca aralıda 
balaca bir kənddə yaşayırdıq. Babam tez-tez çayın sahilində 
oturub saatlarla lal-dinməz Arazın bulanıq sularına baxardı. 
Həmişə  məni öz yanında gəzdirən babam nədənsə Arazın 
sahilinə tək gedərdi. Orada təklənərdi. Belə olanda sifətindəki 
qırışlar daha da çoxalardı – heç nə başa düşməzdim. Onun 
fikirləri mənə qaranlıq qalardı.  
İllər ötdü. Hər ötən il mənə nəyisə verdi, nəyisə aldı.  
Bir də başa düşdüm ki, mən nəyisə itirirəm, elə babamı 
itirdiyim kimi... Axı, mən babama söz vermişdim. Söz 
vermişdim ki, onun mənə verdiklərini ömrümün sonuna kimi 
qoruyub saxlayım.  
“Bağışla baba, bağışla məni... Özüm də bilmədim 
harada nəyi itirdim, amma itirdim.”  
İndi bu böyüklükdə dünyada özümə yer tapa bilmirəm. 
Vaxtı öldürmək üçün gah televizorun qabağında oturub bir 
xəbər gözləyirəm, gah da qəzetlərin səhifəsində  nəyisə 
axtarıram, bəlkə tapdım. Bu bəlkələr də  məni lap karıxdırıb... 
“Bəlkə elə...” “Bəlkə belə...” Lap başımı itirmişəm.  


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
41
Vaxtsa məndən üzüqara elə bil lal olub, hey susur. 
Tilsimə düşüb, nədir? Heç nə başa düşə bilmirəm. Bircə onu 
bilirəm ki, gözlədiyim bu “nəyisə”, bu “xəbər” mənim üçün 
çox vacibdir, lap hava-su kimi... Bəlkə daha çox... 
Nə  qədər eyni sözləri eşitmək olar? Bir il deyil, beş il 
deyil, on il deyil. “Danışıqlar səmərəli keçdi...” Hansı 
“səmərədən” söhbət gedir? Baş aça bilmirəm. Daha səbrim 
qalmayıb. Vaxtın  ətəyindən tutub hey gözləyirəm. Vaxtı 
öldürmək istəyirəm.  
Sonra da başa düşürəm ki, mən bu “üzüqara vaxtı” 
öldürə bilmirəm. Buna mənim gücüm çatmır. Amma yaxşı 
bilirəm ki, elə bu “üzüqara vaxt” nə vaxtsa məni öldürüb 
axırıma çıxacaq. Amma mən belə ölmək istəmirəm.  
İçim yaman boşalıb. Elə bilirəm ayağımın altı da 
boşdur. Hara addım atsam boşluq məni udacaq. İnsan necə aciz 
olarmış.  
“Bağışla məni, baba, bağışla... Mənə verdiklərini 
qoruyub saxlaya bilmirəm. Nə  qədər çalışıramsa, saxlaya 
bilmirəm... Günah məndə deyil. Sən necə demişdinsə, mən də 
eləcə inandım.  İnsanlara, deyilən sözlərə, dosta-tanışa... Çox 
şeylərə inandım... Elə bu dünyanın özünə inandım. Amma nə 
edim ki, əlim boşa çıxdı. Artıq bu dünya sən görən dünya deyil. 
İndi başa düşürəm ki, sən Arazla nə danışırdın. Mən uzun 
illərdir, Arazın sahilindəki alçaq evimizdə yaşamasam da, Ara-
zın bulanıq sularını, Arazın Araz boyda dərdini, sənin Araz 
sahilindəki təkləndiyin ağrılı günləri özümlə daşıyıram. Hələ 
bu bir yana qalsın, Qarabağ, Ağdam, Xocalı, Laçın, 20 
Yanvar... Saymaqla qurtarmır...” 
Yadımdadır, bir gün sən  əlimdən tutub məni qonşu 
kəndə gedən yola apardın. Qıraqdan baxanda mən elə bilirdim 
ki, o yol yoxuşun başında qurtarır. Sən demə belə deyilmiş... 
Yoxuşun başına çatanda gözümün önündə ucu-bucağı 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə