Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə6/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   2   3   4   5   6   7   8   9   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
25
Zakir ac deyildi. Yəqin ki, Tərlan da səhər-səhər müha-
zirəni buraxıb yeməkxanada oturub yeyib-içmək fikrində 
deyildi. Hər şeyin öz yeri, öz məqamı var. Amma nə edəsən ki, 
bəzən hər şey biz istəyən kimi olmur.  
Hal-hazırda Zakir azca sakitləşmək istəyirdi. Vaxtı 
öldürmək istəyirdi.  Əslində  xırda-para adamların haqsız 
hərəkəti ona bu qədər təsir etməzdi. Amma özünə görə ad-san 
qazanmış, saç-saqqal ağartmış müəllimin bu qaba hərəkəti 
Zakirə  ağır gəldi. Özünə qalsaydı heç vecinə  də almazdı. Bəs 
Tərlan?.. Bir də nə edəsən... Onsuz da Babazadənin adı gələndə 
belə  tələbələrin qanı qaralırdı. Hətta kimsə özünü saxlaya 
bilməyib ünvanına samballı bir söz də deyirdi.  
Atalar doğru deyib, həyatda kim olursan ol, birinci 
insan olmaq lazımdır. Nə olsun ki, Babazadə savadlıdır, adı-
sanı var. Bəs tələbələrə olan rəftarı? Az qala bizləri adam 
yerinə qoymur. Axı, bu günün tələbələri sabahın alimləri, ya da 
müəllimləridir. Məgər bu sadə  məsələni dərk etmək belə 
çətindir? 
Zakir qarışıq fikirlərlə dönüb Tərlana baxdı. Tərlan 
dostunun baxışlarını hiss etmədi. Zakirə elə  gəldi ki, Tərlanın 
fikri uzaqlardadır. O, məchul bir nöqtəyə baxaraq dərin fikrə 
getmişdi. Tərlan o gecəni tez-tez xatırlayırdı. 
Baş verənlər kino lenti kimi gözünün önündən keçib 
Tərlanı uzaqlara aparırdı. Qarlı, şaxtalı bir qış gecəsinə.  
...O, yuxuda anasını görürdü. Həyətdəki tut ağacının 
altında anası süfrə açmışdı. Tərlanın  ən çox xoşladığı yarpaq 
dolması, yanında camış qatığı, göy-göyərti. Azca aralıda 
samovar tüstüləyirdi. Anası Tərlanın yanında oturub ona qulluq 
edirdi: 
– Ye, oğlum...  Şirin-şirin ye... Anan sənə qurban, nə 
yaxşı gəldin, lap darıxmışdım.  


 
 
 
Solmaz Muxtarova 
 
26
– Darıxma, anacan, bilirsən ki, hara getsəm, yenə dönüb 
sənin yanına qayıdacam.  
– Nə edim, özümlə bacarmıram. Ana ürəyidir. Nigaran 
qalıram ki, nə yedin? Günün necə keçdi? 
Qarışıq səslər ananın sözünü ağzında qoydu. Səs-küy 
baş alıb getməkdə idi. Elə bil, kimsə Tərlanı silkələdi. Nələrin 
baş verdiyini dərk etmədi. Bircə onu bildi ki, yuxudan ayılmaq 
lazımdır. Həyəcan siqnalı verilirdi. Aləm bir-birinə  dəymişdi. 
Hərə bir tərəfə qaçırdı. Tərlan cəld yataqdan qalxdı. Hamı bir 
göz qırpımında hazır vəziyyət alaraq əmri dinlədi.  
– Dövlət sərhəddi pozulub! Nəyin bahasına olur-olsun 
sərhəddi pozanları ələ keçirtmək lazımdır.  
Axtarış-kəşfiyyat dəstəsi meşəyə səpələndi. Onlar on iki 
nəfər idi. Dörd istiqamətdə meşəyə üz tutdular. Qar yarım 
metrdən hündür idi. Qarlı-şaxtalı gecənin sükutunu ayaqlarının 
altında xışıldayan qarın səsi pozurdu. Tərlan qabaqda gedirdi. 
Qarın altı daş-kəsək, çala-çuxur olduğundan onlar yıxıla-dura 
irəliləyirdilər. Ağappaq qarın işığı göz qamaşdırırdı. Sıx 
ağacların altında  şölə saçırdı. Arada canavarların  ətürpəşdirici 
səsi eşidilirdi.  
Şaxta adamı kəsirdi. Tərlanın kürəyinin arasında elə bil 
buz parçası var idi. Üç saatdan çox idi ki, axtarışda idilər. Hələ 
ki, izə düşə bilməmişdilər. Yəqin ki, o biri uşaqlar da onların 
günündə idi. Qaçaq dəstəsi yaxalansaydı, atışma olardı, ya da 
həyəcan siqnalı verilərdi. Adətən qaçaq dəstəsinin bələdçisi 
olur. Yolu, izi yaxşı bilir, onları yaxalamaq elə də asan olmur.  
– Tərlan! – arxasınca gələn Sabirin səsinə Tərlan ayaq 
saxladı. – Ayaqlarım donub, mən daha gedə bilmirəm... 
Tərlan Sabirin üzünü görməsə də, səsindəki ağrını hiss 
edib geriyə döndü.  


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
27
– Dayansaq lap pis olar, Sabir, özünü ələ al. – Tərlan 
Sabirə yaxınlaşıb onun əllərini ovuşdurdu, kürəyinə də bir neçə 
yumruq vurdu. – Dözmək lazımdır, Sabir.  
Tərlan özü də bir qədər qızındığından daha da 
ürəkləndi:  
– Biz düşmənə imkan verə bilmərik ki, gəlib yurdu-
muzda əl-qol açsın! 
– Doğru deyirsən, Tərlan, sən haqlısan!..  
Onlar yenidən yola düzəldilər. Tərlanı düşmənə olan 
nifrəti, qəzəbi aparırdı. Nifrəti böyük idi, canına sığmırdı. 
Şaxtanı-soyuğu hiss etsə  də, özündə qüvvə tapıb gedirdi. Heç 
ağlına da gətirmirdi ki, Tərlan düşmənin yox, bəlkə də ölümün 
üstünə gedir. Düşmənlə üzləşmək – ölümlə üzləşmək kimi bir 
iş idi.  
Lap yaxınlıqda yenə canavar uladı. Sabir silahını  səs 
gələn tərəfə çevirib çaxmağı basmaq istədikdə  Tərlan cəld 
onun əlini saxladı: 
– Nə edirsən?! Düşməni ayıq salmaq olmaz! 
Bir qədər gözlədilər. Sonra yenə yola düzəldilər. Hər 
tərəfdən sıx ağaclarla  əhatə olunmuş boş bir talaya çıxdılar. 
Hər tərəf ağappaq idi. Qar örtüyü adamın gözünü qamaşdırırdı. 
Talanın  ətrafında qarla örtülmüş  sıra ağaclar qar çəpərini 
xatırladırdı. Qəribə  mənzərə idi – qar çəpəri. Təbiətin 
möcüzəsi... Tərlan belə bir mənzərəni birinci dəfə idi görürdü.  
Artıq səhərə az qalırdı. Tərlan talanın qurtaracağında 
ayaq saxlayıb bir də  ətrafı diqqətlə  nəzərdən keçirdi. Ona elə 
gəldi ki, talanın aşağı  tərəfində qar örtüyü pozulub. Tələsik 
həmin tərəfə yönəldi və gözlərinə inanmadı.  İz idi. Özü də 
insan ayaqlarının izi... Bir neçə nəfərin olduğunu güman etmək 
olardı.  
– Sabir, Sabir... – astadan Sabiri səslədi. 
Sabir qaçaraq Tərlan dayanan yerə gəldi.  


 
 
 
Solmaz Muxtarova 
 
28
– Axır ki, tapdıq! Tapdıq! – sevincdən hər ikisinin 
sinəsi qalxıb endi. 
– Tələsmək lazımdır! – deyə Tərlan qabağa düşüb yeni 
bir qüvvə ilə getdi. Sanki bir anda şaxta, soyuq, hamısı arxada 
qaldı. Canına xoş bir istilik yayıldı. Ayaqlarını yerə daha da 
inamla vurub düşmənə çatmağa tələsdi. Nəyin bahasına olur-
olsun düşməni yaxalamaq lazım idi. Qəribə  də olsa, belə bir 
anda qorxu deyilən hiss Tərlandan uzaq idi. Heç ağlına da 
gətirməzdi ki, düşməndən qorxmaq lazımdır. Düşmən hiyləgər, 
həm də düşməndir. Onu yaxalamaq heç də asan deyil. Amma 
bir qədər ehtiyatlı olmaq lazımdır.  
Tərlan qəhrəmanlıq haqqında çox oxumuşdu. Kinolarda 
görmüşdü. Bəzən onlara həsəd aparmışdı. Amma heç vaxt 
qəhrəman olmağı ağlına belı gətirməmişdi. O, bu fikirdən uzaq 
idi. “Qəhrəman olmaq hər kişinin işi deyil!” Həmişə belə 
düşünmüşdür. Hazırda isə borcunu yerinə yetirməli idi. O, 
əliboş hissəyə qayıda bilməzdi.  
Tərlan talanın kənarı ilə bir xeyli getdikdən sonra 
talanın yanındakı kol-kos topasının yanında iz itdi. Tərlan ayaq 
saxladı. İşarə ilə Sabirə göstəriş verdi ki, dayanıb onu gözləsin. 
Özü isə silahını hazır vəziyyətə  gətirib kol-kos topasının 
arxasına keçdi. Ehtiyatla bir neçə addım atdı. Önündə qara bir 
kölgə göründü. Kölgə bir neçə metr uzanıb gedirdi, 
daldalanmaq üçün qazılmış yeraltı sığınacağa bənzəyirdi. Azca 
yaxınlaşmaq istədi. Qəflətən açılan atəş  səsi onu silkələdi. 
İkinci güllə Tərlanın diz qapağından dəydi. O, özünü itirmədən 
mağaranın ağzından bir qədər yana atıldı və ardıcıl cavab atəşi 
açdı. Sabir həyəcan siqnalı verdi və sol tərəfdən atəş açmağa 
başladı.  
Atışma səsi meşəni bürüdü, qarlı-şaxtalı  qış gecəsinin 
sükutunu pozaraq qəribə bir səslə  uğuldadı. Düşmənin kənara 
çıxmağa imkanı yox idi. Hər iki tərəfdən mağaranın ağzına 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə