Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə57/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   49   50   51   52   53   54   55   56   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
215
Amma indi vaxt o vaxt deyildi. Bu vaxt özü çox şeylərin 
üstünü açdı. Eləcə də insanların iç üzünü açıb qoydu ortalığa. 
Bax, bu vaxta kimi tanıdığın insan budur! Yaxşı-yaxşı bax və 
yadında saxla kim kimdir! Bu vaxta qədər tanıdığın Ana Vətən 
də bu imiş!  
Nadyanın mənzilinə bir dənə də olsun atəş açılmamışdı. 
Yasəmən bunu özü gördü və təəccüblənmədi. Artıq o, heç nəyə 
təəccüblənmirdi. Nadya da Yasəməngilə qalxdı. Baş verən 
hadisələrdən xəbər tutmaq istəyirdi. Nadya əvvəlcə 
gördüklərinə heyrət etdi, hətta gözləri doldu. Yasəməni 
qucaqlayıb ona ürək-dirək verməyə çalışdı. Amma Yasəmən 
sərtləşmişdi. Onun göz yaşları da qurumuşdu. Keçirdiyi ağrı-
acıları da bir daş olub ürəyində qalmışdı  və ömrünün axırına 
qədər o, bundan xilas ola bilməyəcəkdir. Ola bilsin ki, nə isə 
dəyişsin. Yasəmən belə güman edirdi. Vaxt çox şeyləri dəyişir. 
Bəlkə də nə isə dəyişdi, amma buna inanmaq çətin idi.  
– Günah özündə oldu.  
Bu sözdən Yasəmən elə bil diksindi. Nadyanın nə 
demək istədiyini dərhal başa düşmədi.  
– Hə, günah özündə oldu. Sən niyə mitinq edənlərə çay-
yemək daşıdın? Bu sənə lazım idi?  
Nadyanın sözləri Yasəməni silkələdi. 
– Sən nə demək istəyirsən? Onun buna nə  dəxli var? 
Bəlkə sən demək istəyirsən ki, bizim binamızda, ya da mənim 
mənzilimdə ekstremist olub? Sən bunu demək istəyirsən? 
– Bəklə də olub. Yəqin ki, atışma boş yerə getməyib.  
“Alçaq! Mən səni yaxşı tanımamışam!.. Kor olmaq 
bizim adımıza yazılıb.” 
– Nadya, get burdan! 
Nadya təəccüblə Yasəmənə baxdı: 
– Nahaq yerə məndən inciyirsən. Mən demək istəyirəm 
ki... 


 
 
 
Solmaz Muxtarova 
 
216
Yasəmən onun sözünü ağzında qoydu.  
– Nadya, sən özün bilərsən nə demək istəyirsən. Get 
burdan! Mən heç nə eşitmək istəmirəm.  
Nadya dönüb getdi.  
“Bu boyda hadisələrin qabağında gör necə  də rahat 
danışır. Vicdan əzabı  çəkməkdənsə, başını  aşağı salıb heç 
olmazsa dərdimizə  şərik olmaqdansa, sən bir işə bax. Şəhid 
olanlar,  şikəst qalanlar, öldüsü-qaldısı bilinməyən, itkin hesab 
edilənlər... Bunlar kimlər tərəfindən yalan-doğru sayıldı. 
Kimlər bu siyahını düzüb-qoşdu? Yalan-doğru... Beş o tərəfə, 
beş bu tərəfə.” 
Sən demə Yasəmənin bu vaxta qədər gördükləri, 
bildikləri – hamısı yalan imiş.  Əsl həqiqət indi üzə  çıxırdı. 
“Müharibədə iki düşmən tərəf üz-üzə  gəlir, vuruşur. Biz isə 
“Anamız Vətənlə” üz-üzə gəldik. O, bizi məhv etdi.” 
Yasəmənin hər an, hər dəqiqə  dərdi ağırlaşırdı. 
Yalanlar, böhtanlar, mərkəzi mətbuatda yazılan iftiralar. 
Doğrudanmı dünyada haqq-ədalət heç yox imiş? Bəlkə bizim 
üçün yoxdur? Indi o istəyirdi baş verənlər haqqında dürüst 
məlumatlar yazılsın. Nə var olduğu kimi, nə az, nə çox. Yaxşı 
bilirdi ki, bundan belə heç nə  dəyişməyəcək. Onsuz da olan 
olmuşdu. Amma yenə  də olsun, nahaq tökülən qan, ədalət 
məhkəməsi, millətin  şərəfi. Bütün bunlar Yasəməni xəstə 
etmişdi, içindəki üsyanı, etiraz səsini boğa bilmirdi.  
İstirahət günü olduğundan Mirzə  işə getməmişdi. 
Sabah-sabah qapı döyüldü. Hərbiçilər idi. Onlar şikayətlə bağlı 
gəldiklərini bildirib mənzilə keçdilər. Iki rütbəli zabit, üç silahlı 
əsgər, iki xarici müxbir, iki hüquqşünas, Yaponiya 
nümayəndəsi.  
Qabaqda komisiya üzvləri, ardınca isə Mirzə Yasə-
mənlə  əvvəlcə otaqları  gəzdi. Sonra çardağa qalxdılar. 
Çardağın ağır havası adamı boğurdu. Illərlə istifadəsiz 
qaldığından hər yer toz-torpaq içində idi. Lazımsız  əşyalar da 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
217
hərəsi bir tərəfdə atılıb qalmışdı. Qabaqda gedən zabit addım-
addım hər tərəfi diqqətlə gözdən keçirirdi. Ayaq izləri, ya da 
ekstremistlərdən başqa bir əsər-əlamət axtarırdı. Çardağın düzü 
toz-torpaq olduğundan ayaq izləri olsaydı yeri qalardı. Zabit 
diqqətlə  hər tərəfi bir neçə  dəfə  fırlandıqdan sonra ayaq 
saxladı. Deyəsən axtardığını tapmayıb duruxdu və bir an fikrə 
getdi, görünür nə edəcəyini özü də bilmirdi. Yəqin ki, zabit 
bura arxayın gəlmişdi. Onların fikrincə  hər dəlmə-deçikdə 
ekstremistlər pişik kimi gizlənmişdi. Gümanı onu aldatmışdı.  
– Nikakix sledov.  
Kimsə belə dedi. Bu səsə zabit başını qaldırdı. Yasəmən 
onun qabağına keçib düz gözünün içinə baxdı.  
– Cəlladlar, faşistlər! 
Zabitin sifəti bozardı. Qəzəblə Yasəmənə baxdı. 
– Ey jenşina! Uspokoysya! – deyib o, çıxışa tərəf 
yönəldi.  
Mirzə bərk-bərk Yasəmənin qolundan tutdu: 
– Yasəmən, özünü ələ al. Onlar bura haqq-ədalət 
axtarmağa gəlməyib. Bunu birdəfəlik başa düş.  
– Faşistlər! Mən sizə nifrət edirəm!.. Nifrət edirəm... – 
deyə Yasəmən zabitin arxasınca daha ucadan qışqırdı. Onun səsi 
divarlara dəyərək əks-səda verdi. Ekspertlər bu səsdən qaçırmış 
kimi addımlarını yeyinlətdi.  
Mirzə Yasəmənlə ekspertlərin arxasınca birinci 
mərtəbəyə düşdü.  
Nadya qapıda dayanmışdı. Yəqin ki, hərbiçilərin nə 
üçün gəldiyini bilmək istəyirdi. Yasəmən onu görüb daha da 
qəzəblə dedi: 
– Biz binamızda ekstremistlərin olmadığını sizə sübut 
etdik! Biz bunu bacardıq!.. 
Yasəmən sözünü deyib ayaq saxladı, sanki qüvvəsi 
tükəndi və dönüb qürurla Nadyaya baxdı. Onun baxışlarında 
Nadyaya demək istədiyi çox şeylər vardı. Amma deməyi lazım 


 
 
 
Solmaz Muxtarova 
 
218
bilmədi. Çünki artıq sözə ehtiyac yox idi. Əslində o, qələbə 
çalmışdı. Bəlkə  də buna qələbə demək olmazdı. Amma 
Yasəmən üçün bu qələbə idi. Özü də bu qələbə  təkcə bir 
binanın qələbəsi deyildi. Bununla Yasəmən nəyə nail olmaq 
istəyirdi? Heç özü də bilmirdi.  
Yasəmənin çiynindən elə bil dağ götürüldü. O, bu 
hadisələrdən sonra birinci dəfə idi ki, özündə bir yüngüllük hiss 
etdi. Dərindən nəfəs aldı, ürəyi elə bil böyüdü. Mirzə isə 
komisiyanın ardınca küçəyə çıxdı.  
– Şikayətimizə rəsmi cavab vermənizi tələb edirik. Bu, 
bizim haqqımızdır və qanun da bunu tələb edir. 
Amma onun sözü cavabsız qaldı. Yasəmən dönə-dönə 
gedib cavab istədisə  də  hər dəfə onu bir bəhanə ilə geri 
qaytardılar. Axırıncı dəfə isə Yasəməni içəri buraxmadılar. 
– Içəri olmaz! 
– Mən ərizəmin cavabını istəyirəm.  
– Nahaq yerə vaxtımızı alma, çıx get! Bir də  gəlmə! 
Başa düşürsən? Bir də buralara gəlmə!  
– Mən  ərizəmin cavabın istəyirəm! – deyə Yasəmən 
təkrar edərək zorla içəri keçmək istədi. Silahın dəstəyi ilə onu 
geri itələdilər. Yasəmən yıxıldı.  
– Nenormalnaya! 
Bu, generalın səsi idi. O, qapıda durub alçaldıcı 
nəzərləri ilə Yasəməni süzürdü. Yasəmən qalxıb üst-başını 
çırptdı.  
– Mən cavab üçün gəlmişəm.  
– Sən xəstəsən! – deyib general geri döndü və arxasınca 
qapını çırpdı.  
– Sizsə qatilsiniz! Əliniz qana batıb! Qatillər! – Ya-
səmən səsi gəldikcə qışqırdı və bu sözləri bir neçə dəfə təkrar 
etdi. Sonra geri döndü, başa düşdü ki, hər şey bitdi. Amma o, 
nə isə etdi. O, bunu bacardı. Düşündü ki, bir binanın  şərəfini 
qorumaqla o, millətinin şərəfini qoruya bildi. Az da olsa, bir iş 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
219
gördü. Heç olmasa şərəfsizlərə şərəfsiz olduqlarını deyə bildi. 
Qatillərə qatil olduğunu deyə bildi. O, bunu bacardı. Nə olsun 
ki, rəsmi cavab vermədilər. Gərək Yasəmən bunu əvvəldən 
biləydi. Mirzə demişkən, bu özü də siyasətin bir üzü idi. Ağız 
dolusu sülhdən danışanların əsl üzü elə bu idi.  
Yasəmən asta addımlarla hərbi hissədən uzaqlaşdı. Evə 
getmək istəmirdi. Bu ağrı ilə evə getmək çətin idi. Onsuz da ev 
onu sıxırdı. Mənzildə  hər  şey ona yad görünürdü. Nə  qədər 
çalışırdısa da, rahatlıq tapa bilmirdi ki, bilmirdi.  
Fikrini bir qədər dağıtmaq üçün şəhərə  tərəf yönəldi. 
Gəzə-gəzə  gəlib Sahil bağına çıxdı. Hava tutqun idi. Sahildə 
çox az adam gözə  dəyirdi. Yasəmən dənizə yaxın 
oturacaqlardan birində oturub gözünü dənizin neft qoxulu 
bulanıq sularına dikdi. Yüngül külək əsdiyindən xırda dalğalar 
sahilə çırpılırdı. Yasəmən niyə burada təkləndiyini özü də başa 
düşmədi. Amma tək qalmaq istəyirdi. Dünyadan çox incimişdi. 
Yaxşı ki, uşaqları rahatlamışdı. Mirzə isə evə çox gec gəlirdi. 
“İnsan nə  qədər içərisində öz-özü ilə mübarizə aparar?! Bu 
boyda həngamədən sonra o, kimdən nə istəyirdi?” Axı 
Yasəmən birdəfəlik nəyisə başa düşməli idi... Mütləq başa 
düşməli idi... “Nə edim, özümlə bacarmıram!” – fikirləşib 
yazıq-yazıq dənizə baxdı.  
Arxadan qarışıq səslər eşidildi. Yasəmən dönüb səs 
gələn tərəfə baxdı. Böyük bir dəstə gah ayaq saxlayıb nəyisə 
müzakirə edir, gah da asta-asta sahilin bu başına, Yasəmənə 
tərəf gəlirdi. Azca sonra səslər lap yaxından eşidildi.  
– Bizim müstəqilliyimiz çoxlarına sərf etmir. Açıq-
aşkar olmasa da, bu hərəkatı boğmaq istəyənlər çoxdur. Istər öz 
aramızda, istərsə də kənarda.  
– Biz buna yol verməməliyik. Nəyin bahasına olur-
olsun buna yol verməməliyik.  
– Təkcə Bakı  şəhərində yox, bütün bölgələrdə  iş 
aparılmalıdır. Vaxtı itirmək olmaz.  


 
 
 
Solmaz Muxtarova 
 
220
– Biz heç vaxt azadlığa bu qədər yaxın olmamışıq. 
“Qəribədir. Mirzə də hər dəfə belə deyir. Deyir ki, indi 
azadlıq bizim ovcumuzun içindədir. Biz bunu saxlamağı 
bacarmalıyıq.”  
Yasəmən sahilə  çırpılan dalğalara baxıb gülümsədi. 
Üzü azca işıqlandı. “Hər şey yaxşı olar. Əlbəttə, hər şey yaxşı 
olar!..” 
Fikri uzaqlara getdi, xeyli uzaqlara. Bəxtəvər sandığı 
günlərə. Yollar boyu əl-ələ, səs-səsə verən bəxtəvər dünyanın 
bəxtəvər insanlarının yanına. “Yazıqlar olsun bizlərə! Haradan 
biləydik ki, bu xoş anların arxasında nələr durur, bizləri nələr 
gözləyir?” Amma əslində o vaxt insanlar bəxtəvər idi, çox 
bəxtəvər. Lap “yuxarıdan” şəhərimizə gələn “o böyük şəxs”in 
gəlişini bayram etmək üçün insanlar yollara axışmışdı. Hamı 
sevinc içində idi. Çalınan musiqi səsləri, rəqslər,  əllərdə al 
bayraqlar, gül dəstələri. Böyüklərin böyük şəkli. Hava 
limanından  şəhərin mərkəzinə kimi yol boyu toplaşan bu 
insanlar üç-dörd saatlarla durub gözləyirdilər ki, qonaq 
maşında ötüb keçəndə ona əl etsinlər, onu salamlasınlar. Sonra 
da qonağın şərəfinə stadionda təşkil edilən möhtəşəm yığıncaq. 
Odlu-alovlu çıxışlar, alqış səsləri. Doğrudan da hamı bəxtəvər 
görünürdü. Nə olsun ki, onları işdən ayırıb gətirmişdilər. Belə 
bir gündə iş vacib deyildi. Vacib olan o idi ki, qonaq layiqincə 
qarşılansın. Qoy qonaq öz gözü ilə görsün ki, xalqımız onu 
necə sevir. Elə hörmətli qonağımız da sağ olsun, bizdən geri 
qalmırdı. O da, dönə-dönə bu millətə olan sevgisini bəyan 
edirdi. Insanlar isə yerə-göyə  sığmırdı. Necə  də sevinirdi... İş 
onda idi iki, o zaman insanlar sevinməyi bacarırdı və xoşbəxt 
olduğuna inanırdı. Sözə inanırdı. Dünyaya inanırdı. Yavaş-
yavaş  hər  şey dəyişdi. Çox şeylər uzaqlarda qaldı. 90-cı il 
yanvar ayında isə ümidimiz, gümanımız sona çatdı. Son nöqtə 
qoyuldu.  


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
221
Yasəmən ona görə rəsmi cavab almaq istəyirdi ki, onu 
Nadya kimilərinə göstərə bilsin. Bu da qələbənin bir zərrəsi idi, 
müstəqilliyə gedən yolun bir zərrəsi idi. Yəqin ki, bu yolu başa 
vurmaq üçün hamı kimi o da nə isə etməli idi və etdi də. Hər 
tərəfdə köhnə dünya dağılır, yeni dünyanın isə  təməli 
qoyulurdu.  
Bir çox qərarlar qəbul edilirdi. Fövqəladə  vəziyyətin 
ləğv olunması, bütün qoşun hissələrinin Bakı şəhərindən təcili 
çıxarılması, SSRİ xalqlarına və dünyanın bütün xalqlarına 
müraciət edilməsi, yeni siyasi partiyaların yaradılması. Mirzə 
də bu hərəkata qoşulmuşdu, demək olar ki, evdə tapılmırdı.  
Qəribədir, niyə Yasəmən bu gün məhz stadionda baş 
verənləri yadına saldı? Niyə? Bəlkə ona görə ki, qırğını təşkil 
edənlər də, elə onu törədənlər də yuxarıdan gəlmişdi?! Elə 
həmin şəhərdən, elə həmin ünvandan.  
Hamı möhtəşəm yığıncağa yığışmışdı. Yasəmən də 
Mirzəyə  sıxılıb bu xoşbəxtlikdən ləzzət alırdı. Sevilib-seçilən 
müğənnilər oxudu, axırda da havaya sülh rəmzi olan ağ 
göyərçinlər buraxıldı. Ağ göyərçinlər izdihamın başı üzərində 
avazla dövrə vura-vura uçub getdi. Ağ göyərçinlər. Sonralar da 
Yasəmən televizor ekranlarında bir çox möhtəşəm 
yığıncaqlarda havaya buraxılan ağ göyərçinlərin uçuşuna 
baxmışdı. Hər dəfə onlara baxanda ürəyi dağa dönmüşdü. 
– Yasəmən?! 
Yasəmən səksəkə ilə  səsə  tərəf çevrildi. Mirzə idi. O, 
oturacağın arxasında durub təəccüblə Yasəmənə baxırdı.  
– Sən burda nə edirsən? 
Yasəmən tutuldu, nə cavab verəcəyini bilmədi.  
– Nə isə olub? 
– Yox. Heç nə olmayıb. – Yasəmənin səsi titrədi. Sonra 
o, qırıq-qırıq dedi: 
– Mən rəsmi cavab ala bilmədim... Vermədilər... 


 
 
 
Solmaz Muxtarova 
 
222
Mirzə əməlli-başlı əsəbləşdi.  
– Cəhənnəm olsun onların özü də, cavabı da! Bəsdir 
özünü üzdün. Baş verənləri yadından çıxar getsin.  
– Bu, mümkün deyil!.. Bacarmıram!..  
–  Əzizim, onsuz da onlar istədiklərinə nail ola bil-
mədilər. Heç nəyə nail ola bilmədilər! Qan tökülsə  də, millət 
qəflət yuxusundan ayıldı. Bunu başa düş. Artıq millət dünənki 
millət deyil! Indi hər  şey öz əlimizdədir. Bizə lazım olan 
dünyanı da özümüz qurmalıyıq.  
– Mirzə, sən haqlısan. Amma nədənsə narahatam. 
Qorxuram ki, yenə də nə isə baş verə bilər.  
– Yasəmən, hər şey arxada qaldı. Inan mənə! Indi mən 
tələsirəm, yoldaşlar məni gözləyir. Iki saatdan sonra biz 
bölgələrə yola düşürük. – deyib Mirzə, onu gözləyən dəstəyə 
tərəf yönəldi.  
Yasəmən də ayağa qalxdı. Mirzəyə, onu gözləyən 
insanlara baxıb öz-özünə dedi: “Nə yaxşı ki, siz varsınız!”  
Qəribə  də olsa, yenə  də onun gözlərinin önündə bir 
vaxtlar havaya buraxılan ağ göyərçinlər göründü. Sülh rəmzi 
olan bu ağ göyərçinlər hara uçub getdi? Necə oldu? Yasəmən 
uşaq kimi kövrəldi. O, başını qaldırıb həsrətlə  səmaya baxdı. 
Səma boz-bulanıq buludlar arxasında qalmışdı, görünmürdü. 
Havadan barıt qoxusu gəlirdi.  
O, gah dalğaları sahilə çırpılan Xəzərə, gah boz-bulanıq 
buludlar arxasında qalan səmaya baxır, elə hey baxırdı... Sanki 
bir anda ağ göyərçinlər dəstəsi haradasa çox-çox uzaqlarda 
yenidən  пeyda oldu. Yasəmən özü-özünə duyğulandı: «Sülh 
rəmzi olan göyərçinlər, millətimin başına gətirilənlərdən 
xəbəriniz varmı? Varsa, bəs niyə belə  şad-xürrəm 
süzürsünüz?»  
Öz səsindən özü diksinib düşüncələrdən ayıldı. Və 
fikirləşdi: «Yazıq göyərçinlərdə  nə günah? Bütün bu bəlaları 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
223
törədən insanlardır! Nə yaxşı ki, bu faciələrdən ağ gö-
yərçinlərin xəbəri yoxdur. Yoxsa onların quş ürəkləri buna tab 
gətirməzdi…» 


 
 
 
Solmaz Muxtarova 
 
224
 
 
MÜNDƏRİCAT: 
 
 
 
ÖN  SÖZ  YERİNDƏ 
SƏSLƏ  MƏNI ................................................................................... 4 
 
NİŞAN ................................................................................................ 7 
 
BORC ............................................................................................... 21 
 
YALTAQ  KÖPƏK  OĞLU ............................................................. 31 
 
BAĞIŞLA  MƏNİ,  BABA .............................................................. 35 
 
QARTOPU  OYUNU ....................................................................... 43 
 
MİRZƏNİN  KƏLƏYİ ..................................................................... 49 
 
FIRILDAQ ....................................................................................... 52 
 
DÜNYA  FIRLANIR ....................................................................... 55 
 
KİŞİLƏR ........................................................................................ 105 
 
AĞ  GÖYƏRÇİNLƏR HƏSRƏTİ ................................................. 155 
 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
225
 
 
«Nərgiz-R» Nəşriyyat-Пoliqrafiya firması. 
 
Baş direktor: Hidayət Musabəyli 
 
 
«Nərgiz» nəşriyyatı. 
Texniki redaktor: Kəmalə Məmmədova 
Korrektor: Yasəmən Ismayılova 
Komпüter işçisi: Yeganə Imanova 
Mətin yığımı: Afət Hidayətova 
 
Mətbəə müdiri: Akif Musayev 
 
Çaпa imzalanmışdır: 24.05.2010. 
Kağız formatı: 60x84  1/16. 
Həcmi: 14,25 çaп vərəqi. 
Sayı: 300 nüsxə; Sifariş: 780 
 
 
- ÍßØÐÈÉÉÀÒÛ
ÿðýèç 
 
 
 
Azərbaycan Resпublikası Mətbuat və Informasiya 
Nazirliyi tərəfindən 1998-ci ildə qeydə alınmışdır.  
Şəhadətnamə № 45. 
Ünvan: 8-ci km qəsəbəsi R.Rüstəmov küç. 36 
Əlaqə telefonları: 323-69-53; 
                                     050-738-37-22.
 
 
 

Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə