Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə55/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   49   50   51   52   53   54   55   56   57

 
 
 
Solmaz Muxtarova 
 
208
Bunun üçün bir çox ölkələrdən hərbi ekspertlər, hüquqşünaslar, 
müxbirlər gəlib. Hazırda təhqiqat aparılır. Vətəndaşlar, şahidlər 
sorğu-sual edilir. Dəqiq məlumatalar toplanır.  
– Mustafa dayı, bunlar hamısı gözdən pərdə asmaq 
üçündür. Artıq olan-olub, keçən-keçib, – deyə Mirzə fikrini 
kəskin bildirdi.  
– Hə, doğru deyirsən, – deyə Mustafa kişi razılaşdı.  
Söhbətə Yasəmən də qarışdı: 
– Mustafa dayı, qorxuram bu hadisələr yenə  də bizə 
dərs olmasın. Ağzımızı yumsunlar.  
– Qızım, əfsuslar olsun ki, zəiflər güclülərin qabağında 
heç nə edə bilməz. Bu, siyasətin yazılmamış qanunudur.  
– Belə çıxır ki, böyük ölkələr kiçik ölkələrə nə vaxt nə 
istəsə edə bilər! 
Yasəmənin səsi titrəyirdi. Ağlamaqdan qan tutmuş 
gözlərindən elə bil od çıxırdı.  
– Yasəmən, səni tanımaq olmur. Özünü ələ al.  
– Mirzə, belə bir müsibətdən sonra daş da olsa, dilə 
gələr, burada təəccüblü heç nə yoxdur. Məni qınama. Özümlə 
bacara bilmirəm.  
Bir qədər sonra mənzildə  xırda təmir işləri, yır-yığışa 
başlandı. Mustafa kişi çay dəmləyib gətirdi. Beləcə baş qarışdı. 
Amma hər kəs öz ürəyində sözü-söhbəti ilə baş verənlərin 
havasında idi.  
Şəhər yavaş-yavaş  əvvəlki günlərinə qayıtmağa 
başlayırdı. Mirzə  də bir neçə gün idi ki, işə  çıxırdı. Zavodun 
qapısında qara bayraqlar asılmışdı. Yanvarın iyirmi yeddisində 
isə ümumi iclasın keçirilməsi haqqında elan vurulmuşdu. 
Sexlərdə yavaş-yavaş  dəzgahların səsi eşidilirdi.  İnsanlar elə 
bil o dünyadan qayıtmışdı. Kimisi susur, kimisi isə 
əvvəlkilərdən fərqli olaraq odlu-alovlu çıxışlar edirdi. Qadınlar 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
209
isə iki-bir, üç-bir baş-başa verib gördüklərini danışıb xısın-
xısın ağlayırdı.  
Soyuq idi, havadan şaxta qoxusu gəlirdi. Iş onda deyildi 
ki, hava soyuq idi. Əvvəllər də  şaxtalı-qarlı günlər çox 
olmuşdu. Belə günlərdə insanlardan az qala bahar qoxusu 
gəlirdi.  Şən, gümrah, rast gələn hər kəslə ürəklə salam verib, 
salam alan. İndi elə bil hamı lal olmuşdu, sifətlərinin rəngi də 
bomboz. Üzlərinə baxmaq olmurdu. Nə olsun ki, bizlər 
ölümdən qorxmadıq,  əliyalın ölümün üstünə getdik, onunla 
əlbəyaxa olduq?! Bizim səsimiz çox uzaqlara yayıldı. Hətta 
böyüklər də bu səsi eşitdi, lap yaxşıca eşitdi. Kar deyildilər ki, 
eşitməsinlər. Bu səs onları qorxutdu, yaman qorxutdu. Yoxsa 
silaha  əl atmazdılar.  Əsas odur ki, biz tülkü kimi qaçıb 
gizlənmədik. Doğrudur, tülkülər də kifayət qədər oldu, hərəsi 
bir tərəfə qaçdı. Qaçanlar qaçdı, qalanlar isə ordunun 
qabağında dura bildi. Qan töküldü. Görünür bunsuz mümkün 
deyil. Yəqin ki, şəhidləri nahaq yerə vermədik. Bundan belə 
biz  şəhidlərin ardınca gedib bu yolu başa vurmalıyıq. Bu 
bəladan həmişəlik xilas olmalıyıq. Sonra da öz əlin, öz başın, 
öz Vətənin. Pisi də, yaxşısı da sənin olacaq.  
İclas zalı ağzına kimi dolmuşdu. Heç vaxt zala bu qədər 
insan toplaşmamışdı. Hətta xadimələr də iclasda idi, oturmağa 
boş yer olmadığından bir çox cavanlar ayaq üstündə durmuşdu. 
Həmişə coşub-daşan zal indi qara bayraqlar altında...  İnsanlar 
pərən-pərən... Əli qoynunda, başı aşağı, matəm havasında.  
Mirzə üçüncü sırada oturmuşdu. Qulaqlarında atışma 
səsləri. Cavan qızın naləsi, qadınların Tanrıya doğru uzanan 
əlləri, xəstəxanada gördükləri. Sonra da o müdhiş dəqiqələr. O 
dəqiqələr ən işgəncəli anlar idi.  
Direktor bir neçə  nəfərlə tribunaya qalxdıqda sükut 
daha da dərinləşdi. Mirzəyə elə  gəldi ki, bu sükut bir haya 
bənddir. Hər an partlaya bilər. Sükut isə daha da ağırlaşırdı, hər 


 
 
 
Solmaz Muxtarova 
 
210
kəsin çiynində  ağır bir daş, daşın altında qalan insanlar isə 
həmişəkindən güclü idilər. Bu güc haradan gəlmişdi? Bilmək 
olmurdu. Bəlkə də bu dünyada insanlar heç vaxt özü də bilmir 
ki, onlar nəyə qadirdir. Onların daxilində nələr yaşanır və hansı 
şəraitdə nələr baş verə bilər. 
–  Şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək!.. – 
direktorun səsi titrəyirdi.  
Bütün zal ayağa qalxdı. Mirzə də ayağa qalxıb gözlərini 
yumdu. Bir dəqiqə... Qadınlardan kimsə hıçqırdı. Sonra başqa-
başqa səslər sükutun içindən qoparaq Mirzənin üz-gözünə 
çırpılırdı. “Oyan, Azərbaycan! Qalx, Azərbaycan! Qatillərə 
ölüm!” 
 
Analar yanar ağlar, 
Saçların yolar ağlar.  
Dönüb ağ göyərçinə 
Yollara qonar ağlar. 
 
Mirzə qəhərini boğdu.  
– Yoldaşlar, mənim balalarım, səbirli olun! Bu dəfə də 
düşmən bizi arxadan vurdu. Bu da növbəti xəyanətdir. Bu ağır 
gündə səbirli olmağı bacarmalıyıq.  
Sonra həmkarlar, sıravi işçilərin odlu-alovlu çıxışları, 
etiraz səsləri bir-birinə qarışdı. Axır ki, tribunada Mahir 
Axmedoviç göründü.  
– Yoldaşlar... – deyib o, zalı  nəzərdən keçirdi. Hə-
mişəkindən fərqli olaraq bir qədər yumşaq səslə sözünə davam 
etdi. – Mən istəməzdim ki, vəziyyət daha da ağırlaşsın. Məndə 
məlumat var ki, işçilərimizdən bir neçə  nəfər partiya biletini 
yandırıb. Bu, ən azından cinayətdir.  İndiki vəziyyətdə belə 
səhvə yol vermək olmaz!  
Zal lərzə  gəldi, ağız deyəni qulaq eşitmədi. Sükut 
yerbəyerdən pozuldu.  


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
211
– Qorxaq! 
– Satqın! 
– Millət xaini! 
Direktor  əlini qaldırıb zalı sakitləşdirməyə çalışsa da, 
bu alınmadı. Mahir özünü itirmişdi, amma geri çəkilmək 
fikrində deyildi.  
– Mən sizə başa salmaq istəyirəm ki... 
Onun sözü ağzında qaldı. Etiraz səslərinin uğultusunda 
səsi itdi. Sonra da ağır bir əl çiynindən onu sıxdı. Mahir geriyə 
döndü. Bu, Mirzənin  əli idi. Mirzənin gözlərindən od çıxırdı. 
Onu qınayan olmasaydı Mahiri götürüb tribunadan atardı. 
Amma başa düşdü ki, bunu etmək olmaz. Odur ki, əlindəki 
partiya biletini iki yerə cırıb Mahirin qabağına atdı.  
– Al, saxla! Bəlkə lazımın oldu! Mən belə partiyanın 
üzvü olduğum üçün özümə nifrət edirəm! 
Mahirin gözləri böyüdü, rəngi ağappaq ağardı. 
– Muradov, sən nə etdin?! 
– Mən nə etdiyimi yaxşı bilirəm.  İndi bax gör bundan 
belə sən nə edəcəksən!..  
Bu anda işçilərdən bir neçə  nəfər də partiya biletini 
qəzəblə Mahirin qabağına atdı. Bu insanlar özündən asılı 
olmadan qəzəblərini yığıb-yığışdıra bilmirdi. Onlar köhnə 
dünyaya olan nifrəti ilə yeni bir dünyanın astanasında idi.  
Yasəmən elə bil hər ötüb gedən günlə yaşadığı anlara 
bir az da yaxınlaşırdı. Necə olmuşdu ki, Yasəmən bütün 
bunlara dözə bilmişdi.  İndi bu, ona mümkünsüz gəlirdi. Yenə 
də arabir atışma səsləri eşidilirdi. Xüsusilə axşamlar. Yasəmən 
çox vaxt işlərini mətbəxdə etməkdən çəkinirdi və  həmişə 
səksəkə içində idi. Bütün bunlarla yanaşı o, nə isə etmək 
istəyirdi. Amma özü də bilmirdi ki, nə etmək istəyir, axı o, nə 
edə bilərdi? Sadəcə olaraq sakitləşə bilmirdi. Gecə-gündüz 
ürəyində qaynayan hisslər onu rahat buraxmırdı. Törədilən 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə