Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə49/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

 
 
 
Solmaz Muxtarova 
 
188
Ardınca da Bakı  şəhərində  və onun ətrafında fövqəladə 
vəziyyət tətbiq edilməsi barədə əhaliyə rəsmi xəbər verilmədən 
gecə saat 12-dən başlayaraq səhərə kimi qanlı faciə törədildi. 
Daha sonra bu faciəyə don geydirmək üçün şəhər hərbi 
komendantı gecə saat 5.30-da radio çıxışı ilə, həmçinin, 
vertolyotlardan səpələnən vərəqələrlə  əhaliyə fövqəladə 
vəziyyət elan olunması barədə  məlumat çatdırıldı. Küçələrdə 
qanına qəltan olan, atəş altında başını itirən, öz mənzilinə belə 
gedə bilməyən kəslər, həmçinin, mənzilində oturanlar bundan 
xəbər tutmadı. Fövqəladə  vəziyyət haqqında eşidib bilənlərin 
də  əksəriyyəti haradan biləydi ki, fövqəladə  vəziyyət nə olan 
şeydir? Belə vəziyyətdə nəyi etmək olar, nəyi etmək olmaz. Bu 
barədə nə orta məktəbdə, nə institutda, nə də başqa mənbələrdən 
insanlara məlumat verilməmişdi. Bütün bunları, fövqəladə 
vəziyyəti elan edənlər, bir də qismən hərbiçiıər bilərdi. Sadə 
xalqın bu barədə heç bir məlumatı yox idi. 
Yasəmən də bütün bunlardan xəbərsiz idi. Yasəmən çox 
şeylərdən xəbərsiz idi – şəhərdə baş verənlərdən, Mirzədən, 
televiziya verilişlərinin qəflətən nə üçün dayandırılmasından. 
Şəhərdə  qırğın törədildiyini isə heç ağlına belə  gətirmirdi. 
Onun fikrincə bu, mümkün olan iş deyildi. 
Hava işıqlanırdı. Qara, boz buludlar az qala binaların 
üstünə ələnmişdi. Çox az hallarda şəhər belə tutqun görünürdü. 
Hava dolub durmuşdu. İndi küçədə baş verənləri aydın görmək 
olurdu. Qaranlığın xofu az da olsa yox olmuşdu. Yasəmən tez-
tez pəncərədən bayıra baxıb tankın üstündə pusquda duran, 
küçədə sağa-sola şütüyən silahlıların nə etmək istədiyindən baş 
aça bilmirdi. Gecəyə nisbətən atışma səngisə də, tamam kəsil-
məmişdi. Kimin kimi atəşə tutduğu da məlum deyildi.  
Yasəmən çox nigaran idi. Mənzil onu məngənə  təki 
sıxırdı. Gecə yarısı bloku niyə partlatdılar? Valya xala? Bəlkə 
başına bir iş gəlib? Qıraqda başqa nələr baş verir? Mirzə? Indi 
o haradadır? Yasəmən bütün bunlardan nigaran idi, bir xəbər 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
189
bilmək istəyirdi və o, özünün bu istəyində qorxulu heç nə 
görmürdü. Adi bir qadının evdən çıxıb harasa getməsində 
qəribə nə ola bilərdi? O, birinci qocadan xəbər tutmaq, sonra da 
şəhərə getmək niyyəti ilə qapıdan çıxdı. İki pilləkən düşmüşdü 
ki, elə bil aləm bir-birinə dəydi, sanki yer göyə qovuşdu. Hər 
tərəfdən güllələr yağış kimi yağdı. O, cəld özünü geriyə atdı və 
sürünə-sürünə mənzilə girib qapını bağladı.  
– Ana!.. – Samir qaçaraq anasının üstünə atıldı. Ar-
xasınca Məlahət göründü.  
– Ana! Ana! – uşaqların səsi bir-birinə qarışdı.  
– Mənim balalarım... – Yasəmənə  qəribə bir qüvvə 
gəldi, uşaqları geriyə itələdi. – Mənim balalarım!.. – Başqa heç 
nə deyə bilmədi.  
Samirin gözləri dəhşətdən böyümüşdü. Məlahət isə 
ağlayırdı. Yasəmən onları bərk-bərk qucaqlayıb divara sıxıldı. 
Qonaq otağı küçə  tərəfdən, yataq otağı  və  mətbəx isə  hərbi 
hissədən – hər yer atəş altında idi. Pəncərələrin  şüşələri 
şaqqaşaraqla sınıb tökülürdü. Elə bil mənzildə göy guruldayıb, 
ildırım çaxırdı. Yasəmən ondan kömək uman balalarının 
qabağında aciz idi, nəinki onlara kömək edə bilmirdi, heç 
təsəlli üçün bir söz də tapıb deyə bilmirdi.  
Atəş səslərindən az qalırdı beyni çatlasın. Yasəmənə elə 
gəlirdi ki, əzrail mənzilin qapısında durub. Fürsət düşən kimi o, 
mənzilə soxulacaq. Ölüm xofu... Ölüm iyi... “Mirzə?..” O, ərini 
çağırmaq istədisə də, səsi çıxmadı.  
Atışma isə ara vermirdi. “Yəni bu dünyanın yiyəsi 
yoxdur?” Yasəmən özündə qüvvə tapıb sürünə-sürünə telefona 
yaxınlaşıb nömrəni yığdı.  
– Alo! Oktyabr rayon milis şöbəsi sizi dinləyir.  
– Alo! Alo! Bizə kömək edin! Danışan Səlyan ka-
zarmasındandır... Bizə kömək edin!.. 
Yasəmən ünvanı dedi.  
– Alo?! Alo?! Alo?! 


 
 
 
Solmaz Muxtarova 
 
190
– Atışma səslərini eşidirsiniz?! Bizi evimizin içində 
güllə-baran edirlər!.. Bizə kömək edin!.. Bizə kömək edin... 
Xətdə qəribə qatışıq səslər eşidildi.  
– Alo!.. 
– Alo!.. 
Səslər bir-birinə qarışdı. Sonra dəstəyi qoydular. Yasə-
mənin qulaqlarında aramsız səslər eşidildi. Elə bununla da 
telefon xətti kəsildi.  
İki saata qədər davam edən atəş axır ki dayandı. Bir-iki 
dəqiqə sonra blokda ayaq səsləri eşidildi və qapı  bərk-bərk 
döyüldü. Samir qapıya tərəf getmək istəsə  də, Yasəmən ona 
imkan vermədi: 
– Yox! Sən dayan! 
Bayaqdan əsəblərini zorla cilovlayan Yasəmən qəzəblə 
qapını açdı. Gözləri qan tutmuş əlisilahlılar silahlarını mənzilə 
tuşlayaraq içəri soxuldu. Yasəməni itələyib evə keçdilər. 
Mətbəxi, eyvanı, hər yeri yoxlayıb, keçiddə yorğana bürünmüş 
uşaqlara istehza ilə baxıb qapıya tərəf yönəldilər: 
– Nikovo net... – deyə yekəpər saqqallı dodağının 
altında mızıldandı. Bu an Yasəmən özünü saxlaya bilmədi. 
Saqqallının yaxasından tutub silkələdi: 
– Siz bizdən nə istəyirsiniz? Bu uşaqların nə günahı 
var?! 
Saqqallı dartınıb Yasəmənin  əlindən çıxdı. Silahını 
uşaqlara tərəf tuşlayıb irişdi: 
– Şto? Jit nadoyelo? 
Yasəmən iki qolunu açaraq uşaqlarının qabağında 
dayandı. Məlahət qışqırdı, Samir isə elə bil donmuşdu.  
– Svoloç!.. 
Saqqallı nə fikirləşdisə, atəş açmadı, barmağı çaxmaqda 
dayandı. Qapıya tərəf yönəldi və qapı  çırpıldı. Ayaq səsləri 
uzaqlaşdı. Yasəmən isə özündə deyildi. Hələ də qolları açılmış 
vəziyyətdə uşaqlarının qabağında donub qalmışdı. O, balalarına 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə