Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə46/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
179
– Mənim balalarım, hər kəsin bir borcu var, bu da bizim 
borcumuzdur. Bir göz qırpımında uşaqlar  şirin-şirin isiti 
peroşkidən yedi, sonra da növbə ilə çay içib qızındılar. “Bu cür 
mərd oğullarımız var. Mən niyə belə nigaranam? Bəs silahlı 
hücum baş versə necə?  Əliboş  uşaqlar ordunun qabağında nə 
edə bilər?” Bu səhnə az qala Mirzənin gözünün qabağına gəldi. 
Qorxudan bədəni ürpəşdi. 
– Uşaqlar, bəlkə dağılışıb gedəsiniz? 
Görünür uşaqlar Mirzə kişidən belə bir təklif gözlə-
mirdi. Cavanların təəccüb dolu baxışları ona tuşlandı. Yasəmən 
də dönüb mənalı-mənalı Mirzəyə baxdı. Mirzə isə içində bir ah 
çəkdi. Haqlı olub-olmadığını özü də bilmədi. 
Elə bu anda küçədə  səs-küy qopdu. “Ay camaat evdə 
oturmayın!.. Hamı  şəhərin müdafiəsinə  çıxsın!  Şəhərə ordu 
yeridilib!.. Vətən dardadır!!!” 
Bir neçə  nəfər maşında ruporla xalqa müraciət edirdi. 
Maşın ötüb keçdi.  
Vaxt insanı üzürdü. Elə bil yanvarın on doqquzu həmişə 
göz qırpımında keçib-gedən adi günlərdən biri deyildi. Saatın 
əqrəbləri sanki dayanmışdı. Dözməkdən başqa yol yox idi. 
Mirzə öz narahatçılığını ürəyində çəkirdi, ürəyinin yağı yavaş-
yavaş əriyib getməkdə idi. Nəhayət, saatın əqrəbləri gecə saat 
on ikini göstərdi. Sanki bu anda göy üzü parçalandı. Səsdən 
binalar titrədi. Mirzə eyvana qaçdı. Hərbi hissədən binalara 
tərəf min bir rəngə çalan atəş seli havada bərq vuraraq yaşayış 
binalarının üstünə  gəlirdi. Onun arxasınca eyvana çıxmaq 
istəyən Yasəməni, uşaqları geriyə itələyib qapını çırpsa da, Ya-
səmən də, uşaqlar da bu dəhşətli mənzərəni gördü.  
Yasəmən özünü itiridi. Bərk-bərk uşaqların  əlindən 
tutub divara sıxıldı. 
– Mirzə!..  
– Sakit olun!.. – Mirzə bu sözləri zorla deyə bildi.  


 
 
 
Solmaz Muxtarova 
 
180
Hər tərəfdən qopan atəş  səsləri qəribə bir uğultu ilə 
qapıları, pəncərələri döyəcləyirdi. Bir göz qırpımında insanlar 
küçəyə axışdı. Hələ  də  nələrin baş verdiyini dərk etməyən 
məhəllə camaatı  hərbi hissənin qapısına tərəf üz tutmuşdu. 
Mirzə, onun ardınca Yasəmən də evdən çıxdı. Yasəmən nə 
qədər etdisə, uşaqları evdə saxlaya bilmədi.  
Hərbi hissənin qarşısındakı cavanlar “Azərbaycan!”, 
“Azadlıq!” deyə  qışqırırdı.  İzdiham da onlara qoşuldu. Mirzə 
də səsi gəldikcə “Azadlıq!” deyə cavanların səsinə səs verirdi. 
Qadınların, uşaqların çığırtısı bir-birinə qarışmışdı. Havadan 
al-əlvan atəş seli yağış kimi insanların başı üstə tökülürdü. Bu 
an gözlənilmədən hərbi hissənin qapıları açıldı.  Əsgərlər 
silahlarını izdihama tərəf tuşlayaraq onları geriyə itələdi. 
Çaxnaşma düşdü. Cavanlar daha ucadan qışqırdı və əl-ələ tutub 
bir neçə  cərgə ilə silahlıların qabağını  kəsdi. Nə  qədər 
müqavimət göstərsələr də  çətin oldu. Cavanlar sıxışdırılıb bir 
qədər qapıdan uzaqlaşdırıldı. Bu anda cavanlardan bir nəfər 
izdihamdan aralanıb silahlıların üstünə cumdu. Yumruqlarını 
havada qaldırıb “Azərbaycan! Azadlıq!” deyərək dəlicəsinə bir 
neçə  dəfə  qışqırdı  və var gücü ilə ona tərəf tuşlanan silahı 
vurub kənara itələdi.  İzdiham bir-birinə  dəydi. Yerbəyerdən 
atılan atəş  səsləri cavanları daha da qəzəbləndirdi, onlar daha 
inadla müqavimət göstərməkdə idi.  
– Mahmudu vurdular!.. 
– Etibarı da vurdular!... 
– Təcili yardım çağırın! Təcili yardım!.. – Səslər bir-
birinə qarışdı.  
Silahlılar quduzlaşmış canavara bənzəyirdi. Gözləri qan 
tutmuşdu. Hara gəldi atırdılar. Silahlıların arasından qonşu 
Qara Mamedin oğlu çıxıb camaata müraciət etdi: 
– Yaxşısı budur dağılışın evinizə. Vəziyyət pisdir!..  
O, zabit idi. Cavanlar yenə  də yumruqlarını havada 
qaldırıb ”Azadlıq!”, “Müstəqillik!“ deyə  qışqırırdı. Mirzə bir 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
181
neçə  nəfərlə köməkləşib yaralıları uzaqlaşdırdı. Birinin 
vəziyyəti ağır idi – gülllə sinə nahiyəsindən dəymişdi. Onu qan 
aparırdı. İkinci ayağından yara almışdı. 
İstefada olan hərbçi, məhəllə  ağsaqqalı  Ənvər kişi 
əllərini havaya qaldırıb cavanaların qabağına çıxdı: 
– Mənim balalarım!... Bu, yumruq davası deyil!.. 
Yaxşısı budur dağılışın! Bu allahsızlara etibar yoxdur. Nahaq 
yerə qan tökülməsinə yol verməyin!.. Vaxt gələr biz də 
sözümüzü deyərik! Mütləq sözümüzü deyərik! 
Bu an hərbi hissədən çıxan tanklar uğultu ilə izdihamın 
üstünə yeridi. Hər tankın üstündə iki əlisilahlı hara gəldi atəş 
açırdı. Bir göz qırpımında izdiham iki yerə bölündü. Bir hissə 
Statistika idarəsinə  tərəf, bir hissə isə  Qırmızı  Şərq küçəsi ilə 
Hərbi Şəhərciyə tərəf. Tankların, silahların qabağında insanlar 
pərən-pərən oldu. Hərbi hissədən uzaqlaşdırıldı. Təcili yardım 
yaralıları izdihamın arasından uzaqlaşdırdı.  
Yasəmən elə bil, havalanmışdı. Uşaqlarının  əlindən 
bərk-bərk tutub qaçırdı. Axır ki, onlar bloka girdi. 
– Ana, bəs atam hanı? – deyə  oğlu Samir Yasəmənin 
əlindən dartınıb çıxmaq istədi. 
– Oğlum, küçəyə çıxmaq olmaz!.. 
İkinci mərtəbədə onlarla üzbəüz yaşayan Mustafa kişi 
ilə üzləşdilər. O, Yasəmənə dedi: 
– Qızım, Yasəmən, evdə  işıqları söndürün. Ehtiyatlı 
olun...  
Mustafa kişi Böyük Vətən müharibəsinin iştirakçısı 
olmuşdu, müharibə görmüşdü. Yəqin ki, bu sözləri elə-belə 
demirdi.  
– Yaxşı, Mustafa dayı. – deyib Yasəmən mənzilə keçdi. 
Qapını arxadan bağlayıb, nəfəs aldı. Sonra işıqları söndürdü, 
güman etdi ki, faciə qapı arxasında qaldı.  


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə