Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə7/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   2   3   4   5   6   7   8   9   10   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
29
tuşlanmış silahlardan açılan atəş buna imkan vermirdi. İçəridən 
qarışıq səslər gəlirdi. Deyəsən güllə kiməsə dəymişdi.  
– Təslim olun, alçaqlar! Təslim olun! Yoxsa hamınızı it 
kimi qıracam! – deyə Tərlan qəzəblə qışqırırdı.  
Çəkməsinin içi isti qanla dolmuşdu. Qan onu aparırdı. 
Bir qədər sonra kəşfiyyat dəstəsinin o biri uşaqları da köməyə 
gəldi. Düşmənin təslim olmaqdan başqa çarəsi qalmadı. Dörd 
nəfər idilər. Biri yaralanmışdı. Onları hissəyə  gətirib təhvil 
verdilər. Tərlan isə  təcili xəstəxanaya çatdırıldı. Amma 
həkimlər heç nə edə bilmədi. Tərlan bir qıçını dizdən aşağı 
itirdi.  
...Zakir yeməkləri süfrəyə düzdü. Sonra da iki xırda 
qədəhə araq süzüb birini Tərlanın qarşısına qoydu, ikincisini 
əlində saxlayıb nə isə demək isədi. Bir qədər fikrə getdi. Nə 
desin? Tərlanı  tərifləsin? Məgər Tərlanın buna ehtiyacı var? 
Əlbəttə yoxdur. Bəlkə Babazadənin ünvanına bir neçə yağlı söz 
deyib ürəyini boşaltsın? Yox, buna da vaxt sərf etməyə 
dəyməz. Elə yaxşısı budur ürəyindən keçənləri desin. Zakir 
iftixar hissilə  Tərlana baxdı. Cılız, nisbətən ucaboy, rəngi 
solğun. Zalım oğlu elə bil yemək yemirdi. Ancaq baxışlarından 
od çıxırdı. Adama elə gəlirdi ki, bəbəklərindən ocaq yanır.  
– Ay Zakir, nə yaman baxırsan. Elə bil məni birinci 
dəfə görürsən. – deyə Tərlan gülümsəyib dostuna baxdı.  
Zakir dərindən köks ötürdü: 
– Nə bilim? Deyirəm içək borcunu verənlərin sağlığına! 
Sağlıq olsun bu imtahanlardan sonra mən də gedib vətən 
qarşısında öz borcumu verim. Nə qədər ki, qulluq etməmişəm 
mənə elə gəlir ki, hamıya nə isə borcluyam. Çox narahatam.  
– Narahat olma, Zakir. Sənin kimi mərd oğlanlar 
Vətənə borclu qalmaz, – deyib Tərlan masadan tutaraq ayağa 
qalxdı: 
– Gəl bu sağlığı ayaq üstə içək. 


 
 
 
Solmaz Muxtarova 
 
30
Zakir də ayağa durdu: 
– Haqlısan. Vətən qarşısında borcunu verənlərin 
sağlığına ayaq üstə içmək lazımdır. Onlar buna layiqdir!..  
Qədəhlər cingildədi. Radioda çalınan “Cəngi”nin səsi 
də sanki bu sağlığa qoşularaq xoş bir avazla ətrafa yayıldı...  
 
 
 
 
 
 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
31
 
 
 
 
 
 
YALTAQ  KÖPƏK  OĞLU 
 
 
 
 
 
 


 
 
 
Solmaz Muxtarova 
 
32
 
 
 
M
üdirə  şikayət gəldi. Məlum oldu ki, işçilər ara-
sında dava-dalaş olub. İş o yerə çatıb ki, söz davası əl dava-
sına keçib. Ara qarışıb, məzhəb itib. Döyən döyüb, döyülən 
də döyülüb.  
Müdir birinci döyüləni çağırdı. Döyülən qıçını çəkə-
çəkə gəlib bir qıraqda dayanıb başını aşağı saldı.  
– A bala, nəyiniz ortaq düşüb bölə bilmirsiniz?.. Bir 
məni başa salın görüm nə məsələdir!..  
– Heç, boş şeydir... 
– Boş yerə belə etmirlər. Sözünüz var işdən sonra 
gedib qıraqda həll edin. Bura dövlət idarəsidir.  
Döyülən günahkarcasına susub yenə bir söz demədi.  
Müdir çox çək-çevir etdikdən sonra axır ki, döyülən 
dodağının altında mızıldandı:  
– Vallah özüm də bilmirəm sizə  nə deyim?! Bircə 
onu deyə bilərəm ki, o, çox simasız adamdır. Başqa heç nə 
deyə bilmərəm.  
- Axırıncı  dəfə olsun! Bir də belə  hərəkət eşitsəm, 
məndən inciməyin!.. – deyə müdir ötkəm şəkildə xəbərdarlıq 
etdi.  
Döyülən getdi. Döyən gəldi. Müdir əyri-əyri ona 
baxdı. Elə əvvəldən ondan xoşu gəlmirdi.  
– A bala, filənkəsi niyə vurub şilküt etmisən? Qolun 
qüvvətli olub, nədir?  
 
Döyən özündən razı halda cavab verdi: 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
33
– Qoy dilini farağat saxlasın!.. Mənim yerimdə başqa 
kim olsaydı belə edərdi. Hələ az döymüşəm... – deyə döyən 
şit-şit irişdi.  
Müdir özündən çıxdı: 
– Bəlkə açıq deyəsən, kişi nə günahın sahibidir? 
Günahı olsa da, qayda-qanun var. Özbaşnalıq deyil hər kəs 
bildiyini etsin! İndi de görüm kişini niyə döymüsən?  
– Vallah sizə deməyə utanıram... – deyə döyən tə-
rəddüd edirmiş kimi qırıq-qırıq dilləndi.  
– Elə heç nədən sözümüz çəp gəldi. Doğrusu əvvəlcə 
baş qoşmadım. O, atamı söydü dinmədim, anamı söydü 
dinmədim... Amma? – döyən “amma” deyib düz müdirin 
gözünün içinə baxıb susdu.  
– Hə? Nə amma? 
Müdir fikirləşdi ki, yəqin döyülən döyənin arvadını 
söyüb. Sonra da özlüyündə düşündü ki, gərək söyməyəydi. 
Heç yaxşı iş görməyib. Ayıbdır! Kişi belə söyüş söyməz... 
Döyən yenə aramla sözünə davam etdi: 
– Rəis, elə ki, sizi söydü özümü saxlaya bilmədim. 
Ilişdirdim qulağının dibinə!... 
– Necə? Məni söydü?! – deyə müdir təəccüblə so-
ruşdu.  
Döyən daha da ürəkləndi və bir daha təkrar etdi: 
– Hə, rəis. Vallah yalan demirəm... Sizi söydü, mən 
də özümü saxlaya bilmədim. Başqa çarəm yox idi... 
Müdir  əvvəlcə özünü itirdi. Bilmədi nə etsin, nə 
desin. Axı o da, özünə görə bir kişi idi. Müdir olanda nə 
olar? O, gözlənilmədən kreslodan qalxıb qəzəblə dedi: 
– Ə qurumsaq! Yəni mən sənin üçün sənin atandan da 
artıq kişiyəm?! Bu necə ola bilər?.. 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə