Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə10/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

 
 
 
Solmaz Muxtarova 
 
42
görünməyən, meyvə bağları ilə uzanıb gedən, sonra da 
haradasa gözdən itən gülşad bir yol göründü. Sən göz dolusu 
bir yola, bir də mənə baxıb mənalı-mənalı dedin: 
– Bu yolu yaxşı yadında saxla... Dünyanın özü də, 
dünyada baş verənlər də elə bu yola bənzəyir. Bəzən elə bilirik 
ki, hər şey qurtardı, bitdi. Bir qədər vaxt ötür. Sonra aydın olur 
ki, belə deyil.  
O vaxt mən başa düşmədim ki, sən özünlə o dünyaya 
Arazın Araz boyda dərdini aparmaq istəmirsən. Amma 
apardın...  
“Bağışla baba... Mən sənə oxşamaq istəmirəm... Sənin 
kimi olmaq istəmirəm... Bağışla məni...”  
 
 
 
 
 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
43
 
 
 
QARTOPU  OYUNU 
 
 


 
 
 
Solmaz Muxtarova 
 
44
 
 
 
Y
ay fəslində göyün üzü azca tutulanda dörd yaşlı 
oğlum məndən qar istəyirdi. Bəzən də novruzgülü açanda, ya 
da qızılı payızın dumanlı-çiskinli günləri qapının ağzını 
kəsəndə hey atlıb-düşür, məndən qar istəyir. 
– Oğlum, qarın öz fəsli var, –deyirdim. 
Fəslin nə olduğu başa düşmür, gözlərini döyüb azca 
fikrə gedirdi. Sonra yenə dediyini deyib dururdu: 
– Mən qar istəyirəm! 
Onu inandıra bilmirdim. İnanmırdı ki, illər fəsillərə bö-
lünüb: yağmurlu-yağmursuz, qarlı-şaxtalı, güllü-çiçəkli.  İnan-
mırdı. Çünki hələ  uşaq idi. Onun öz uşaq dünyası, qəlbində 
min bir rəngə çalan öz sehirli uşaq aləmi var idi. Təəccüblü 
deyil ki, bu dünyada hər kəsin öz sevimli oyunu olur. İstər 
böyüklərin, istərsə  də  uşaqların. Oğlumun da ən çox sevdiyi 
oyun qartopu oyunu idi. Odur ki, oturub-durub məndən bütün 
fəsillərdə qar istəyirdi.  İstəyirdi ki, bol-bol qar yağsın. O da 
doyunca qartopu oyununu oynasın. Ta əldən düşənə kimi.  
Nə edəsən ki, çox vaxt qış da ötüb-keçir, qar isə yağ-
mırdı ki, yağmırdı. Uşağın da qartopu oynamaq arzusu gö-
zündə qalırdı. Belə olanda özüm də söz tapıb deyə bilmirdim. 
Nəhayət qış fəsli idi. Qışın yarıdan çoxu keçmişdisə də hələ qar 
yağmamışdı. Rəşad hər gecə qarlı-şaxtalı günləri görmək 
arzusu ilə yuxuya gedirdi. Səhər yuxudan ayılan kimi isə qaçıb 
pəncərədən bayıra baxırdı, qar gözləyirdi.  
Axır ki, səhərdən başlayan qar parça-parça yağmaqda 
idi. Hər yer ağappaq idi. Külək olmadığından ağacların başı da 
qar örtüyünə bürünmüşdü. Mən pəncərədən bayıra baxıb uşaq 
kimi sevinirdim. Səbirsizliklə işin qurtarmasını gözləyirdim ki, 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
45
oğlum Rəşadla çoxdandır həsrətində olduğumuz qartopu 
oyununun sevincini yaşayım. Bir də  mənə elə  gəlirdi ki, hər 
tərəfdən qar örtüyünə bürünmüş  bəyaz dünya körpə  uşaqlara 
bənzəyir. Tər-təmiz, ləkəsiz, günahsız, məsum... Dünyada 
bundan yaxşı nə ola bilərdi? Bütün xoşa gəlməyən nələr varsa, 
hamısı qarın altında qalmışdı.  
Zəngin səsi məni fikrimdən ayırdı. Tələsik iş masasını 
səliqəyə salıb, otaqdan çıxdım. Azca şaxta olduğundan qar 
adamın ayağının altında xışıldayırdı. Uşaqlar, cavan oğlan-
qızlar yollara axışmışdı. Qartopu oynayan... Qar adamı 
düzəldən... Sürüşən... Sən demə  təkcə  Rəşad yox, çoxları bu 
günün həsrətində imiş. Hamı çöllərə axışıb qar sevincini 
yaşayırdı.  
Məhəllədə  Rəşadı  uşaqların arasında görməyib tə-
əccübləndim. “Bəlkə başqa uçaqlarla oynayır?” Qapını anam 
açdı. Üstümün qarını çırpa-çırpa soruşdum: 
– Rəşad həyətdədir? 
– Yox, – deyə anam könülsüz cavab verdi.  
Qəribə idi, Rəşad evdə olanda sevinclə məni qarşılardı. 
Narahatçılıqla mətbəxə, qonaq otağına baxdım. Yox idi... O, 
yataq otağında pəncərənin qabağında durub bayıra baxırdı. 
Mənim ayaq səslərimə  də  məhəl qoymadı. Arxadan ona 
yaxınlaşıb nəvazişlə boynunu qucaqladım. 
– Salam, oğlum. 
– Salam. 
Səsi də sönük idi. “Bəlkə  xəstələnib?”  Əlimi alnına 
qoydum, istiliyi yox idi. 
– Oğlum, dostların hamısı  həyətdə oynayır. Gör sənin 
üçün nə qədər qar yağıb. Sən isə evdə oturmusan. 
 Rəşad dinmədi.  
– Gedək bayıra, uşaqlar səni gözləyir. 
Ötəri mənə baxdı. Gözlərində heç vaxt görmədiyim 
kədər var idi.  
– Oğlum, sənə nə olub? Niyə kefin yoxdur? 


 
 
 
Solmaz Muxtarova 
 
46
Handan-hana başını qaldırıb mənə baxdı. 
– Ana, biz çox kasıbıq? 
Uşağın qəribə sualından özümü itirdim. Bilmədim ki, 
nə cavab verim. O isə, düz gözlərimə baxıb məndən cavab 
gözləyirdi. “Əlbəttə, Rəşadın bu qəribə sorğusu heç də boşuna 
deyil. Yəqin ki, soruşmaqda bir məqsədi var. Mən nə bilim ki, 
onun ürəyindən nə keçir?..” 
– Oğlum, biz heç də kasıb deyilik.  
Uşaq başını  aşağı saldı. Elə bil cavabımdan daha da 
kədərləndi.  
– Axı  sənə  nə lazımdır? Ürəyin nə istəyir, De, sənin 
üçün alım. 
Onun xoşladığı bütün oyuncaqları sadaladımsa da, 
ondan cavab gəlmədi. İnadla susdu. Onu dilə tutmağa çalışdım.  
– Rəşad, axı  sən yaxşı bilirsən ki, qar tez əriyib qur-
taracaq. Sənsə qartopu oynamağı çox sevirsən. Gedək oy-
namağa.  
Qarın əriyəcəyini eşidəndə sanki yuxudan oyandı. 
Biz həyətə düşdük. Uşaqlar qar adamı düzəldirdi. 
Soruşdum ki, bəlkə ora gedək.  İstəmədi. Ötüşüb bir qədər 
aralıdakı  sıx ağacların altına gəldik. Bura bir qədər çökək ol-
duğundan qar daha qalın idi. Səs-küydən qulaq batırdı. Cavan 
oğlanlar, qızlar, uşaqlar... Hamı bir-birinə qatışmışdı. Rəşad isə 
sakitcə arxamca gəlirdi. Mən bir qədər aralıda yerimi 
rahatladım. Həvəslə bir xeyli qar topu hazırlayıb yığdım və 
qəflətən hücuma keçdim. 
– Al, gəldi!.. 
Bir-birnin ardınca qar topları Rəşada atırdım. O, cavab 
qar topunu atmağa cəhd etmədi, yalnız əllərini qaldırıb özünü 
müdafiə etdi. Mənim qar toplarım qurtardı  və doğrudan da 
qanım bərk qaraldı.  
– Yox, mən belə oynamaq istəmirəm, – deyə incikliyimi 
bildirdim. Üst-başımı çırpıb bir kənara çəkildim. Handan-hana 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə