Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə13/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

 
 
 
Solmaz Muxtarova 
 
58
qapqara kədər dolu gözlərinə sürmə  çəkilib.  Əslində 
sürməsi-filanı yox idi. Zövqlə geyimi, səliqəli saç düzümü, 
xüsusilə qadınlara məxsus bədən quruluşu istər-istəməz hər 
kəsin diqqətini çəkirdi. Xüsusilə  də qadınlar ona həsəd 
aparırdı. Nə edəsən ki, bu dünyada hər kəsin payına düşən öz 
qisməti var. Gözəl – çirkin, ağıllı – axmaq, iradəli – iradəsiz 
və sair. Ən başlıcası isə, xoşbəxt olanlar. Ya da xoşbəxtliyə 
kənardan baxanlar. Hamıya hər  şey qismət olmur. Görünür 
böyük Tanrı özü belə  məsləhət bilib. Hər halda bu, bizlik 
deyil. Sayad həmişə belə düşünürdü ki, hər kəs öz dünyasına 
sığınıb bacardığı kimi yaşayır. Sayad isə öz həyatını 
uşaqlıqdan elmə bağlamışdı. Bəlkə də taleyi belə gətirmişdi. 
İşi-peşəsi kitablar, jurnallar idi. Birini qoyub, o birisini 
götürürdü. Daim nə isə axtarırdı. Nəyisə tapır, nəyisə 
tapmırdı. Yeni qəzet, jurnallar iş masasının üzərində çin-çin 
yığılıb qalardı. Çox vaxt işdə fasilə etməyə  də macal 
tapmazdı. Eləcə  də evdə. Gecədən xeyli keçənə  qədər 
mütaliə edərdi.  
Sayadı tanıyanları  hər  şeydən çox təəccübləndirən 
onun kişilərə olan buz kimi soyuq münasibəti idi. Buna görə 
kimlərsə onu məzəmmət edir, “Zalım qızının ürəyi elə bil 
daşdandır. Belə  də qadın olar?” kimlərsə narahat olurdu. 
“Kim bilir, bəlkə də bir dərdi var? Bu dünyada səbəbsiz heç 
nə yoxdur.” 
O, mətbəxdə  nə isə etmək istəsə  də, səbri çatmadı. 
Qonaq otağına qayıtdı. Bu gün Ələmdarla bağlı xatirələr 
onun təkcə qapısını açıb evinə deyil, lap ürəyinin içərisinə 
girdi. Qaysaq bağlamış yarasını qopartdı.  İstirahət günü 
olduğundan bütün planları pozuldu. Görəsi işləri, gedəsi 
yeri... Başqa nə varsa hamısı beynində bir-birinə qarışdı. O, 
telefonu da çıxardıb divana uzandı, gözlərini yumdu. Bir 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
59
damla göz yaşı bəbəklərində donub qaldı. Sayad ağlaya bil-
mədi. O, uşaqlıq illərində çox ağlamışdı. Tez-tez bir kənara 
çəkilib xəlvət ağlamışdı. Çoxlu dərdlərini göz yaşları ilə 
yuyub təmizləməyə çalışmışdı. Amma nahaq. Ağlamaqla 
insan azca yüngülləşir. Dərd isə elə olduğu kimi qalırdı, 
vaxt-bivaxt özünü göstərirdi.  
Sayad sonralar ağlamadı. Çünki ağlaya bilmədi. Ona 
elə  gəldi ki, göz yaşları  həmişəlik qurudu. Əslində ürəyi 
sındı. Necə sındısa, bir daha düzəlmədi. Odur ki, Sayad elmə 
üz tutdu. Başqa şeylər onu demək olar ki, maraqandırmadı. 
İllər isə yaz seli kimi ötüb keçdi. İndi Sayad çox şeylərə nail 
olmuşdu. Elmi adı, vəzifəsi, azdan-çoxdan şöhrəti. Sən demə 
bu bəs deyilmiş. Cavanlığında ona elə  gəlirdi ki, bu dünya 
onun düşündüyü kimidir. Və onun qurub yaşadığı  həyat 
həmişə onun ürəyincə olacaq. Hardan biləydi ki, bu 
dünyanın özü kimi onun insanları da açılmamış bir sirdir. 
Sən demə insanın yaşı  dəyişdikcə, istəkləri də  dəyişir. Çox 
şeylər dəyişir. Haradan biləydi ki, həyat belə ola bilər? Son 
zamanlar tənhalıq onu sıxırdı. Bəzən özünə yer tapa bilmirdi. 
Düşünürdü ki, heç olmasa anasının sağlığında onun üzünə 
qapı açan, işdən yorğun qayıdanda qarşısına bir stəkan isti 
çay qoyub qayğısına qalan vardı. Uzaq yola çıxanda 
arxasınca su atıb, ona xeyir-dua verən vardı... Sayad evdə 
olmayanda evinin işığını yandıran və başlıcası isə  həmişə 
onun yolunu gözləyən bir istəklisi var idi... Artıq çoxdandır 
onun yolunu heç kəs gözləmirdi. Elə anası da ondan nigaran 
getdi. “Ay qızım, elmin öz yeri, ailənin öz yeri var...” Anası 
oturub-durub belə deyirdi, onu başa salmağa çalışırdı. Bəs nə 
üçün Sayad anasının dediklərini vaxtında dərk etmədi? Nə 
üçün? Məgər Sayad xoşbəxt olmaq istəmirdi?  İstəmirdi ki, 


 
 
 
Solmaz Muxtarova 
 
60
başqaları kimi onun da ailəsi olsun? Bəs onu saxlayan nə 
oldu? Bu sualın cavabını bircə Sayad özü bilirdi.  
Bəzən o, özünü kövrək bir ağaca bənzədirdi. Necə ki, 
ağacı kökündən çıxarıb atarsan, o, həmişəlik məhv olar. 
Görünür Sayad da belə oldu. Qırıldı, sındı... Bəxtəvər 
dünyanın qapıları onun üzünə bağlandı. Onun çox-çox 
sevdiyi, inandığı, güvəndiyi atası onları atıb gedəndən sonra 
Sayad nə  qədər çalışdısa, baş verənlərlə razılaşa bilmədi. 
Anasının özgə qapılarında ağır taleyi, atası ilə anasının 
xoşbəxtliyinin puç olması onu sarsıtdı. Və  həmişə bu suala 
cavab axtardı. Niyə belə oldu? 
Bütün olub-keçənlərə baxmayaraq o, atasının yolunu 
gözlədi. Qəribə də olsa, atasına olan sevgisi hər gün bir qarış 
böyüyüb Sayadın ürəyinə  sığmadı. Nə  qədər çalışdısa da, 
onu qırıb ata bilmirdi. 
Sayad anası  Məsumə ilə dağlı  məhləsində «Olimp» 
mağazasından azca aşağıda, məhəllədə yaxşı tanınan  Əşrəf 
kişinin həyətində kirayə qalırdı. Həyət böyük, kirayənişinlər 
isə çox idi. Hələ də Sayadın hafizəsində Əşrəf kişinin geniş 
və işıqlı həyəti yaxşı qalmışdı. Həyətin yuxarı başında Əşrəf 
kişinin öz mənzili, ikinci mərtəbədə həyət boyu uzanan işıqlı 
aynabənd və ora qapısı açılan bir neçə otaq. Əslində düzünü 
heç kəs bilmirdi ki, aynabəndə neçə otağın qapısı açılırdı. 
Çünki kişinin kirayənişinlərlə gediş-gəlişi yox idi. Əşrəf 
kişinin mənzilinin birinci mərtəbəsi həyətdən daş hasarla 
hörülüb ayrılmışdı  və  dəmir qapı qoyularaq qapıya qıfıl 
vurulmuşdu. Bu dəmir qapı gündə iki dəfə açılıb-bağlanırdı. 
Səhərlər və axşamlar. Xüsusi adamlar hər səhər ora girib, bir 
də axşam çıxardı. Bütün gün onların nə etdiklərini heç kəs 
bilmirdi. Heç kəs deyəndə, söhbət həyətdə yaşayan 
kirayənişinlərdən gedirdi. Bir yana baxanda da onların nə 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə