Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə12/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
53
durub gah sayğaca, gah da onlara baxırdım. Xalamsa mənə 
dedi ki, mən də evdə öz sayğacıma bir əl gəzdirim. Yoxsa işıq 
pulunu yığıb-yığışdırmaq olmur.  
– Yox, bu, mən bacaran iş deyil.  
O,  əl çəkmədi.  İki zolaq lent tapıb gətirdi. Birini şırp 
taxdı sayğaca. Sayğac nıx dayandı.  
– Hə, görürsən? – deyib o biri lenti mənə verdi. – Al, 
sən də bir prob elə.  
Yenə etiraz etdim. Əl çəkmədi ki, çəkmədi. Hələ üstəlik 
mənə dedi ki, mən evyıxan arvadam. Səriştəm yoxdur. 
Əlacsızdıqdan lenti alıb sayğca taxdım. Sayğac dayandı. Sonra 
da lenti ehtiyatla dartıb çıxartdım. Sayğac işə düşdü. 
– Gördün? Burada çətin bir iş yoxdur, – deyib xalam 
lentləri mənə bağışladı. Sonra da əlavə etdi: 
– Qızım, bizi qınama. Bunları keyf köklüyündən et-
mirik, əlacımız yoxdur. 
Mən bir söz demədim. Evə  gəldim. Sən demə  şeytan 
adamı yoldan edərmiş. Allah şeytana lənət eləsin. Yaman girdi 
beynimə. Elə ki, sayğaca lenti saldım, keçdim ki, işimi-gücümü 
görüm, olmadı. Canıma elə bil qor töküldü. Bir hənirti eşdiən 
kimi məni soyuq tər basırdı. Qorxudan rəngim ağappaq 
ağarırdı. Hər dəfə mənə elə gəlirdi ki, qapını kimsə döyür.  
Bir də qulaq verdim ki, doğrudan da qapı  bərk-bərk 
döyülür. Dəli kimi özümü atdım sayğacın yanına. Lenti necə 
çıxartdığımı, harda gizlətdiyimi özüm də bilmədim. Gələn 
qonşum idi.  
– Ay Zərifə, rəngin niyə qaçıb? Olmaya xəstələnmisən? 
– Hə, canına sağlıq, yaman başım ağrıyır. Deyəsən 
soyuqlamışam. 
– İstəyirsən ovuşdurum, bankalayım? 
– Yox, zəhmət çəkmə, keçib gedər.  


 
 
 
Solmaz Muxtarova 
 
54
O, diləyini alıb getdi. Məsləhət gördü ki, zoğallı çay 
içib özümü yaxşı-yaxşı  tərlədim. Arxasınca qapını bağlayıb 
rahat nəfəs aldım və  ədəb-ərkanla lenti yenidən sayğaca taxıb 
sayğacı saxladım.  
Hə, sən demə  həngamə  hələ bundan sonraymış. Hər 
qapının zəngi vurulanda: “İşıq yoxlayandır...” deyə düşünüb 
dəli kimi qaçırdım sayğacın üstünə.  
Nə başınızı  ağrıdım.  İki gün elə bildim uzanıb iki il 
oldu. Başa düşdüm ki, bu, mən girən kol deyil. Bir az da belə 
keçsə, havalanaram.  
Xalamın qarasına deyinə-deyinə, gəldim ki, lenti 
sayğacdan çıxarım canım olsun rahat. Necə dartdımsa lent 
qırıldı. Çoxu sayğacda qaldı, azı  əlimdə. Sayğac da işləmir. 
Üstümə elə bil qaynar su tökdülər. Nə  qədər  əlləşdimsə, lenti 
çıxara bilmədim. Əlimdən nə gələrdi ki? Qət etdim ki, qoy elə 
belə qalsın. Nə olar, olar.  
Atalar elə doğru deyib, oğurluq itə yaraşır. Bir də bu 
deyib-danışmalı söz deyil ki, kiməsə deyib kömək istəyəsən. 
Axır ki, on beş gündən sonra işıqçı gəldi. Bir parça akt yazıb 
məni yaxşıca cərimə etdi, pulunu əvvəlcədən hazırlayıb 
qoymuşdum. Çarəm nə idi? Allah şeytana lənət eləsin. Elə 
şeytan ki, şeytan. Amma doğrusuna qalanda şeytanın adı çıxıb. 
Fırıldaq adamlar şeytandan da betərdir.  


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
55
 
 
 
DÜNYA  FIRLANIR 
 
 


 
 
 
Solmaz Muxtarova 
 
56
 
 
 
Q
apıda yaşı ötmüş bir qadın dayanmışdı. Hiss 
olunurdu ki, o sıxılır.  
– Salam, – deyib, onun üzünə qapı açan Sayada 
tərəddüdlə baxdı  və tez də baxışlarını endirdi. Sayadın 
təəccübdən gözləri alacalandı. Amma qonağı tanıdığını 
bildirmək istəmədi.  
– Salam. 
Bir anlıq hər ikisi susdu. Sükutu Sayad pozdu: 
– Sizə nə lazımdır? 
Qadın bir qədər tutuldu:  
– Sizinlə danışmaq istəyirəm.  
– Mənimlə? Mənimlə sizin nə söhbətiniz ola bilər? 
Qadın bir an susduqdan sonra dedi: 
– Məni sizin yanınıza Ələmdar göndərib.  
Bu ad Sayadı düz ürəyindən vurdu. Özü də yaman 
vurdu. Ona elə  gəldi ki, hər tərəfi alov bürüdü. Göz bə-
bəklərindən qopan qığılcımlar yanıb-söndü. O, həyəcanını 
boğub qadını otağa dəvət etdi, oturmağa yer göstərdi. Özü 
vanna otağına keçib, üz-gözünə su atdı. Sifəti alışıb yanırdı. 
Yanğı içərisindən gəlirdi. Çətinliklə özünü ələ alıb, otağa 
keçdi. Qadınla üz-üzə oturdu.  
– Buyurun, sizə qulaq asıram.  
Qadın gözlərini məchul bir nöqtəyə dikib fikrə get-
mişdi. Görünür söhbəti nədən başlayacağına çətinlik çəkirdi. 
Sayad isə başqa halda idi. Ömrü boyu ona əzab verən, onun 
unutmaq istədiyi, görünür axıra qədər unuda bilmədiyi acı, 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
57
lap zəhərdən də acı xatirələri yerbəyerdən təzələnib kino 
lenti kimi gözünün önündən keçirdi. Nə fikirləşdisə qadınla 
söhbət etməyin lüzumsuz olduğunu düşünüb dedi: 
– Bağışlayın,  əgər  Ələmdarın mənə bir sözü varsa, 
qoy özü gəlib sözünü desin.  
Sayadın səsi nə qədər qətiyyətli idisə, bir o qədər də 
soyuq idi. Əlacsız qalan qadın ayağa qalxıb qapıya tərəf 
getdi. Sayad onun arxasınca qapını örtüb divanda oturdu.  
Sayad elə bilirdi ki, o, keçmişini çoxdan unudub. 
Əslində onun heç keçmişi olmayıb. Yaxşı heç nəyi olmayıb. 
Azca olanlar da yaddaşından pozulub gedib.  
Sən demə belə deyilmiş. Olub-keçənləri tamam 
unutmaq heç də asan deyil. Atalar doğru deyib, qatıq dağılar, 
yeri qalar. Həyatda heç bir hadisə elə-belə keçib getmir. Bu 
gün isə Sayadın ağlına gəlmədiyi bir zamanda keçmişi onun 
qapısını döydü: “Görəsən o qadın niyə gəlmişdi? Ələmdara 
nə lazımdır?”  
Sayad nə  qədər çalışdısa bu barədə fikirləşməsin, 
bacarmadı. Keçmişin acı xatirələri canına sovuşdu. Ürəyində 
həmişəlik dəfn etdiyi atası  Ələmdar yenidən peyda oldu. 
Sanki  Ələmdar o dünyadan qayıtdı. “Yaxşı bilirəm ki, sən 
məni çoxdan dəfn etmisən. Buna sənin haqqın var. Amma 
həyat qəribədir. Mən ölməmişəm, mən sağam. Qəribə  də 
olsa mən sənin atanam.” Atasının səsi Sayadın qulaqlarında 
bir neçə dəfə cingildəyib ürəyinin içinə axdı. “Əfsuslar olsun 
ki, artıq mən də mən deyiləm. Sənin tanıdığın, atıb getdiyin 
zavallı  uşaq deyiləm daha.” Başını qatmaq üçün qalxıb 
mətbəxə keçdi...  
Sayadın yaşı  əllini keçmişdi. Artıq saçlarına dən 
düşmüşdü. O, ucaboy, qarabuğdayı, özünəməxsus yaraşıqlı 
və sakit təbiətli bir qadın idi. Kənardan baxana elə gəlirdi ki, 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə