Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə11/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
47
Rəşad gəlib yanımda dayandı. Yenə  də sual dolu gözlərini 
mənə dikdi.  
– Ana, bəs sən özün demişdin ki, biz kasıbıq. 
Nə üçün bu sözü dediyimi yadıma salmaq istəsəm də, 
yadıma düşmədi. Düşündüm ki, uçaq deyirsə, demək nə vaxtsa 
mən bu sözü demişəm. Bəs nəyə görə belə demişəm?  İndi 
hardan bilim ki, mən niyə belə demişəm... 
– Oğlum, bəlkə də demişəm. 
– Hə, sən dedin ki, biz kasıbıq. Pulumuz yoxdur ki, 
uşaq alaq. – deyib Rəşad yazıq-yazıq mənə baxdı.  
Özümü itirdim. Mənə elə gəldi ki, ayağımın altında yer 
silkələndi. “Mənim balam, mən başqa nə deyə bilərdim? 
Uşaqlara bundan başqa nə demək olar? Yəqin ki, hamı belə 
deyir.” 
– Deyirdin ki, Ramizgil bizdən də kasıbdır. Amma 
Ramizin anası bu gün ona yenə təzə bacı aldı.  
Rəşadın nə demək istədiyini mən indi başa düşdüm. 
Onu qucaqlayıb sinəmə  sıxdım. Gözlərim doldu. İstəmədim 
uşaq bu halımı görsün.  
– Mənim balam, bağışla məni. Mən də  sənə bacı ala-
ram... Sənin xətrinə mütləq alaram...  
O, şübhə ilə mənə baxdı.  
– Sən hər dəfə belə deyirsən... 
Rəşadın gözlərində sevinc parladı: 
– Ana, doğru deyirsən? Məni aldatmırsan? 
– Əlbəttə doğru deyirəm, mənim balam. Arxayın ol.  
– Ana, mən də bacı istəyirəm.  
– Fikir etmə, sənin də bacın olar. Tək qalmazsan.  
– Ana, anacan!.. – Rəşadın gözləri sevinclə alışıb yandı. 
Həmişə olduğu kimi. Mənsə  qəhərimi udmağa çalışırdım. Elə 
bilirdim, üstümə qar əvəzinə parça-parça köz tökülüb üz-
gözümü yandırırdı.  


 
 
 
Solmaz Muxtarova 
 
48
Qəflətən sifətimə dəyən zərbədən səksəndim. Rəşad idi. 
Həmişəki  şən, bəxtəvər Rəşad. Bir-birinin ardınca sifətimə 
çırpılan qar topları. Oğlumun qulaq batıran səsi. Mən ona 
cavab topu atmalıydım. Çünki əsl qartopu oyunu indi 
başlayırdı...  
 
 
 
 
 
 
 
 
 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
49
 
 
 
 
 
MİRZƏNİN  KƏLƏYİ 
 
 
 
 


 
 
 
Solmaz Muxtarova 
 
50
 
 
 
 
Ç
oxdandır görmədiyim uzaq bir qohumuma rast 
gəldim. Sən bir işə bax ki, kişi məni özü dindirməsəydi, 
tanımayıb ötüb keçəcəkdim. Bir ətə-qana dolmuşdu ki, 
gözlərimə inanmadım. Doğru deyiblər ki, insanın yaraşığı ətdir. 
Onun əvvəlki hoqqarı çıxmış, meyitə oxşar solğun sifəti gəlib 
durdu gözlərimin qabağında. Təəccübümü gizlədə bilmədim.  
– Ay Mirzə, nə var, nə yox? Maşallah səni tanımaq 
olmur. Niyə belə şişmisən? 
– Sirdir, ay Zeynal. Allah bu güzəranı əlimdən almasın. 
– deyə o köks ötürdü və sözünə davam etdi. – Sən demə bu 
dünyada insanınkı dinclikdir. Qulağın ki, dinc oldu, qalan hər 
şey keçib gedər.  
–  Ə, cüvəllağı, nə baş-ayaq vurursan? Yoxsa arvadla 
pozuluşmusan?  
Mən bu sözü boş yerə demədim. Qohum-əqrəba, hamı 
Mirzənin dərdindən hali idi. Kişinin avadı yaman deyingən idi. 
Çənəsi bir dəqiqə bekar qalmazdı. Yazıq Mirzə həmişə deyirdi 
ki, zalım qızının bircə çarəsi ona qalıb ki, papağını götürüb 
düşəsən yolun qarasına. Ayağın hara, başın da ora. Biz də hər 
dəfə Mirzəyə ürək-dirək verib sakitləşdirirdik.  
– Döz bala, arada uşaqların var. Sənə el gülər. 
Belə olanda, Mirzə tamam haldan çıxıb  əsim-əsim 
əsirdi.  
– Mənə gülərlər? Axı  mən köpək oğlunun nə günahı 
var? Mənim yerimdə dağ olsaydı çoxdan ərimişdi. Elə 
qabağımı uşaqlar kəsir, yoxsa... 
Belə söhbətlər aramızda çox olmuşdu. Mirzə  mənim 
fikrə getdiyimi görüb bic-bic irişdi. Hövsələm lap daraldı: 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
51
– Ay Mirzə, yekə kişisən, açıq de görüm nə hoqqa 
çıxarmısan? 
Mirzə yenə güldü və  əlini cibinə salıb bir ovuc saqqız 
çıxartdı.  
– Görürsən? Allah bunları  çıxardanın atasına rəhmət 
eləsin.  
Yenə  də heç nə başa düşmədim. Axı saqqızın mətləbə 
nə dəxli var? Mirzə tələsmədən sözünə davam etdi: 
– Ay, Zeynal, hər gün işdən qayıdanda alıram saqqızı, 
tökürəm arvad-uşağın qabağına. Hərəsinin ağzında bir çeynəm
səhərdən axşama kimi çeynə ki, çeynəyəsən. Mən də divanda 
uzanıb dincəlirəm özümçün, görmədiyim günləri görürəm. İndi 
başa düşdün iş nə yerdədir? 
– Vallah Mirzə, məni yaman sevindirdin. Sağ ol səni. 
Əməlli-başlı işin çəmini tapmısan.  
Mirzə əlini əlinə vurub güldü. 
– İndi iş o yerə gəlib çatıb ki, heç vacib sözü deməyə də 
arvadın imkanı olmur. Necədir sənin üçün? Pis 
fikirləşməmişəm ki? 
– Əla! 
Elə doğrudan da əla idi...  
 


 
 
 
Solmaz Muxtarova 
 
52
 
FIRILDAQ 
 
 
S
izdən nə gizlədim. Öz aramızdır, mənim başıma 
gələn bu qəribə əhvalatı elə siz də bilsəniz yaxşı olar.  
Bir dəfə xalamgilə  gəzməyə getmişdim.  İkimiz 
mətbəxdə oturub söhbət edirdik ki, kişisi də gəlib çıxdı. Xalam 
mənimlə söhbətini yarımçıq qoyub ona dedi: 
– Ay kişi, sən allah fırıldağı düzəlt.  
Bu söz mənə çox qəribə gəldi. Düşündüm ki, fırıldaq nə 
olan  şeydir? Fırıldaq fırıldaqdırsa, onu necə düzəltmək olar? 
Tənbəllik etməyib soruşdum. 
Kişi arvada qoşuldu, arvad kişiyə, o ki, var güldülər. 
Ürəklərini boşaldandan sonra xalam dedi ki, fırıldaq deyilən 
söz sayğac məsələsidir, işıq məsələsidir, nə bilim nə 
məsələsidir. Yenə başa düşmədiyimi görüb məni çəkdilər düz 
sayğacın qabağına: 
– Ağəz, sən özgə deyilsən ki, bir bura bax – deyib 
sayğacı mənə göstərdilər.  
Gözlərimə inanmadım.  
– Hə, bax bizim fırıldağımız budur. Öz aramızda adını 
belə qoymuşuq ki, eşidən-bilən baş açmasın.  
Hələ  də gözlərim tərsinə  işləyən sayğacda idi. 
Doğrusuna qalanda bu vaxta qədər sayğacın tərsinə  işlədiyini 
nəinki görməmişdim, heç eşitməmişdim də. Xalamsa həvəslə 
məni başa salırdı:  
–  İstəyəndə saxlayırıq, istəyəndə  işlədirik. Elə ki, 
gördük çox yazıb, ipini burub yönünü döndəririk bu yana. 
Yavaş-yavaş yazdıqlarını pozur. 
“Yazılanı pozmaq! Bu ki, lap ağdır...” Bunu üzlərinə 
deməyə üzüm gəlmədi. Necə özümü itirmişdimsə, key-key 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə