Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə19/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
81
– Anacan, anacan, istəkli qonaqların gəlib. Məsumə, 
Sayad yanındadır. Eşidirsən? Onlar sənin yanındadır.. 
Lumu bu sözləri deyə-deyə göz yaşları içində ana-
sının üzündən öpüb, saçlarını tumarladı. 
– Sayad xala, mənəm – Məsumədir. Biz burdayıq, 
sənin yanındayıq... Nəvən Sayad da burdadır.  
Qoca baxışlarını ağır-ağır səs gələn tərəfə çevirməyə 
çalışdı. Onun ifadəsiz gözləri elə bil bir qədər böyüdü. 
Gözlərində azca işıq  şölələndi. Sonra yenə yavaş-yavaş 
gözlərini yumdu.  
Məsumə bir neçə dəfə onun yanında olduğunu təkrar 
etdi. Handan-hana qoca yenidən gözlərini açdı.  
– Mə...sumə... Qı...zım... Sa...yad... Mənim... bala-
larım... 
Qoca bu sözləri bir neçə dəfə təkrar etdi. Sonra onun 
sifətinə ilıq bir ifadə çökdü. Bəbəklərində bir damla göz yaşı 
parıldadı. Sinəsi qalxıb-endi. Dərindən uzun-uzadı bir ah 
çəkdi. Açıq qalmış gözləri dondu. Bir an sükut çökdü.  
– Canını tapşırdı... – deyə Gövhər arvad sükutu 
pozdu.  
Ara qarışdı. Elə bu anda kişilər gəldi. Ələmdar otağa 
birinci girdi. Məsumə  qızının  əlindən tutub arxaya çəkildi. 
Gövhər arvad bacısının gözlərini bağladı, ayaqlarını 
düzəldib, üzünə örtük çəkdi. Qadınlar mafənin başına 
toplaşıb onu ağlamağa başladı. Lumu “Ana... Ana...” deyib 
anasının çağırırdı. Adama elə gəlirdi ki, onlar illər ayrısıdır. 
O biri otaqlarda hərə bir tərəfə qaçırdı. Kimsə otaqları 
döşəyir, qab-qacaq səsləri bir-birinə qarışmışdı. Sanki hər 
kəs əvvəlcədən öz işini bilirdi.  
Məsumə Lumunun yanında durub səssiz ağlayırdı. 
Sayad isə anasına sıxılmışdı.  


 
 
 
Solmaz Muxtarova 
 
82
Kişilər isə  həyətdə idi. Cavanlar kişi məclisi üçün 
mağar qururdu. Həyətin o başında heyvan kəsilirdi. Qəssabın 
ətrafında bir neçə  nəfər cəmdəyi doğrayıb seçmələyirdi. 
Ələmdar arada fırlanıb hərəyə bir göstəriş verirdi.  
Ertəsi gün Sayad arvad torpağa tapşırıldı. Heç elə bil 
o, bu dünyda olmamışdı.  
Xörək bişirən, xörək paylayan, süfrənin başında 
oturub şirin-şirin ehsan yeyən, hər kəs öz işində idi.  
Sayad elə bilirdi ki, atası vaxt edib onunla görüşəcək, 
bağrına basıb üzündən öpəcək, halını soruşacaq. Amma 
istəyi ürəyində qaldı. Sayadın aləmində belə olmamalı idi. 
Onun aləmində hər şey başqa cür idi. O, nə qədər cəhd etsə 
də, təkcə anası ilə xoşbəxt ola bilmirdi. Hər an atasının yeri 
görünürdü. Sayad istəyirdi ki, atası onu arayıb-axtarsın. Onu 
sevsin. Buna Sayadın ehtiyacı vardı, özündən asılı deyildi. 
Nə olsun ki, bir yerdə yaşamırdılar. Artıq bu halla az da olsa, 
o barışmışdı. Sayad yaxşı bilirdi ki, bir neçə saatdan sonra 
onlar bu kənddən həmişəlik çıxıb gedəcəklər. Bununla da 
hər  şey qurtaracaq. Onlar bu yerlərə bir daha qa-
yıtmayacaqlar.  
Beş il idi ki, atası onları atıb getmişdi. Beş il idi ki, 
Sayad atasının səsini eşitmirdi. Atası “Anam”, – deyə onu 
bağrına basıb, üz-gözündən öpüb əzizləmirdi.  
Bu illər boyu hər dəfə axşam yatağa girəndə eyni 
suallar onun başının üstündə fırlanıb Sayadın yuxusunu ərşə 
çəkirdi. Bəzən Sayada elə  gəlirdi ki, bu ağrıları  çəkib 
aparmağa qüvvəsi çatmır. Beş ildən sonra atası ilə olan bu 
görüş onu yandırdı. Uzun illərdir ürəyində  əzizləyib sax-
ladığı  məhəbbəti, sevgisi, xəyallarında düzüb-qoşduğu xoş 
arzuları... Hamısı alışıb yandı. Sanki onun içərisində ocaq 
qalanmışdı. Bütün olanı-olmazı çırthaçırtla yanırdı. “Deməli, 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
83
mən ona lazım deyiləm... Yox, mən elə belə dönüb gedə 
bilmərəm!”  
Nə etmək istədiyini özü də bilmədən həyətə düşdü. 
Bir qıraqda durub gözlədi. “Hə, odur, gəlir. Ürəkli ol, çıx 
qabağına! Göstər ki, sən varsan!” 
Sayad qətiyyətlə atasının yoluna çıxdı. Onlar təkbətək 
üzləşdilər.  Ələmdar özünü itirdi. Ayaq saxlayıb gü-
lümsəməyə çalışdı. Qırıq-qırıq dedi: 
– Sa-yad... 
Sayad düz atasının gözlərinin içinə baxdı. Onun 
baxışlarındakı  qəzəb, nifrət, giley... Hamısı bir-birinə qa-
rışdı. Həyəcandan az qala boğulurdu.  
– Maşallah, böyük qız olmusan... 
Sayad elə bil donub qalmışdı. Sonuncu dəfə atasını nə 
vaxt gördüyünü xatırlamaq istəsə də, yadına sala bilmədi.  
– Mənimlə danışmaq istəmirsən? 
Sayad sanki ayıldı. O başa düşdü ki, onunla üzbəüz 
dayanan onun xatirələrindəki atası  Ələmdar deyil. Həsrətlə 
uzun illər yolunu gözlədiyi  Ələmdar deyil. Başqa bir 
insandır. Sayadın tanımadığı özgə bir adamdır. “Doğmalar 
belə görüşmür. Doğmalar başqa cür görüşür. Mən 
yanılmışam... Mən səhv etmişəm...” 
Sayad təəssüflə baxışlarını endirdi. Əvvəlcədən 
düzüb qoşduğu, atasına demək istədiyi sözlər donub Sayadın 
baxışlarında qaldı. Heç nə deyə bilmədi, dönüb getdi. 
Əslində onu çoxdan itirmişdi. Amma bu vaxta qədər nədənsə 
inanmaq istəmirdi. Axır ki, bu həqiqəti dərk etdi. Xəyalında 
düzüb-qoşduğu atası ilə bağlı  şirin arzularını  kənddə, elə 
həmin kiçik həyətdə, atası ilə üz-üzə dayandığı yerdə qoyub 
getdi, özü ilə apara bilmədi. Bir daha başa düşdü ki, 
ümidləri, arzuları onu aldatmışdı. Nə etsin ki, bu vaxta qədər 


 
 
 
Solmaz Muxtarova 
 
84
o da, başqa uşaqlar kimi hər səhər atasının  əlindən tutub 
məktəbə getmək, onunla birlikdə şəhərin küçələrini gəzmək
bəxtəvər olmaq istəmişdi. Söz düşəndə “Mənim atam” deyib 
onunla öyünmək, fəxr etmək istəmişdi. Axı, burada qəribə 
nə var idi ki? Onun atası ölməmişdi ki, ondan əlini birdəfəlik 
üzsün. Onun atası sağ-salamat idi, özü də elə bu şəhərdə 
yaşayırdı. Sayad bəzən özünü inandırmağa çalışırdı ki, atası 
da onun üçün darıxır, onu görmək istəyir. “Anam mənim...” 
Bu səs onun qulaqlarından çəkilib getmirdi. Sayad itkin 
düşmüş atalı günlərini bəzən yuxularında tapırdı. Atası onu 
başının üstünə qaldırıb, atıb-tutur, sonra da “Anam mənim” 
deyə bağrına basırdı. Sayad atasının qüvvətli qolları arasında 
yuxudan ayılıb, baş verənlərin yuxu olduğunu biləndə acı-acı 
ağlayırdı.  
– Mən atamı istəyirəm... Mən atamı istəyirəm... 
Məsumə onu sakitləşdirə bilmirdi. Axşam düşəndə 
Sayad çöl qapısında durub yol gözləyirdi. O, bu dünyada ona 
qaranlıq olan hadisələrdən baş aça bilmirdi. Öz sevgisinə 
inanırdı. Yetim qalmaq istəmirdi. Yetimlik dünyasını 
yaşamaq istəmirdi. Bu dünya onu sıxırdı. Zaman ötdükcə o
daha dərindən başa düşürdü ki, yetimlik dünyasını yaşamaq 
çox çətindir. Yetimlərin başının üstündə  həmişə qara bir 
kölgə dolanır. Bu qara kölgə qapqara dünyası ilə yetimləri 
həyatın  ən  şirin naz-nemətlərindən məhrum edir. Onların 
üzünə bir çox qapıları bağlayıb onları qapı arxasında qoyur.  
Məsumənin arada Sayada acığı tuturdu: 
– Qızım, sənə nə olub? Heç üzün gülmür. Bəsdir! Bu 
qədər fikir etmək olmaz... 
– Anacan, dərslərim çoxdur, yoruluram. – deyə Sayad 
anasını fikrindən yayındırmaq istəyirdi.  


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə