Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə17/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
73
Məsumə qulaqlaına inanmadı. Ona elə  gəldi ki, 
ayaqlarının altında yer titrədi. Kəsərli bir söz demək istədisə 
də, bacarmadı. Səsə yuxudan ayılan Sayad atasının üstünə 
qaçdı. Uşağın gülüş  səsləri Məsumənin qəhərini boğa 
bilmədi. Məsumə elə bildi ki, bu kiçik mənzildə  Ələmdar 
onun dünyasına Məsumənin özü ilə birlikdə od vurdu. Niyə 
görə? Məsumənin günahı  nə idi? Bu haqda çox düşündü. 
Doğrudur onların arasında böyük məhəbbət olmasa da
Ələmdar Məsuməni özü seçmişdi. Bir gün onun yoluna çıxıb 
demişdi ki, Məsumə, bizimkilər sizə  gələcək. Nə deyirsən? 
Məsumə  də  qıp-qırmızı  qızarmışdı  və gülümsəyərək ötüb 
keçmişdi. Sonra da ailə qurmuşdular və xoşbəxt 
yaşamışdılar.  İndi baş verənlər Məsuməyə  qəribə  gəlirdi. 
Artıq onun tanıdığı  Ələmdar yox idi. Onun əvəzinə evə-
eşiyə  sığmayan başqa bir Ələmdar görürdü. Axı  nə olub? 
Bəlkə  şəhər qadınları onu yoldan çıxarıb? Yox! Əsl kişini 
qadın yoldan çıxara bilməz. Bu, mümkün deyil. Əksinə, 
kişilər qadınları yoldan çıxarır. Nə  qədər pis qadın olsa da, 
qadın elə qadındır. Hər bir qadının az-çox həyası-abırı var. 
Bəs nə məsələdir? Ələmdara nə olub? 
Məsumə özünə zor eləyib süfrəyə çay gətirdi. Atası ilə 
oynayan Sayadı qırağa çəkməyə çalışdı. 
– Sabah dərsə gedirsən, yatmaq vaxtıdır. Səhərlər 
dura bilmirsən, mənim balam... – qırıq-qırıq deyə bildi.  
Uşaq şıltaqlıq etsə də, Məsumə onu yatağa saldı. Özü 
də yanında uzanıb onun ilıq nəfəsi ilə özünü sakitləşdirməyə 
çalışdı. “Görünür, bu vaxta qədər mən kor olmuşam.” 
Onların həyatında hər  şey dəyişdi. Məsuməyə  çətin 
də olsa, baş verənləri açıb-ağartmadı. Başını  aşağı salıb 
həmişə olduğu kimi öz işləri ilə  məşğul oldu. Amma fikri 
üstündə deyildi. O, yaxşı bilirdi ki, uzun müddət belə 


 
 
 
Solmaz Muxtarova 
 
74
yaşamaq olmaz. O, nə isə etməlidir.  Əsl həqiqəti öyrən-
məlidir. Amma necə? Bu, heç də asan deyildi. Məsumə yaxşı 
bilirdi ki, qadın öz ailəsi uğrunda vuruşmağı bacarmalıdır və 
vuruşmalıdır. Amma necə? Olmayan bir şeyin uğrunda necə 
vuruşmaq olar? Hal-hazırda onun ailəsi yox idi. Bir də ona 
elə  gəlirdi ki, qadın ləyaqəti sevgidən də üstündür. 
Ləyaqətsiz insanların sevgisi də bir oyundur.  
Beləcə getdikcə  ağırlaşan günlər ötüb keçməkdə idi. 
Məsumə arada kiminləsə dərdləşib ürəyini boşaltmaq istəsə 
də, fikrindən daşınırdı. “Nə  mənası? Özümü dilə-dişə 
salmaqdan başqa bir xeyri olmaz. Başqası  mənim dərdimə 
qalası deyil. Hər kəs öz dərdinə özü əlac etməlidir.” 
Aylar ötüb keçirdi. Ələmdar da hər ay “ezamiyyətə” 
gedirdi. Məsumə də həmişə olduğu kimi, onun yol çantasını 
yığıb hazırlayırdı. Amma daha “Yaxşı yol” – deyib ar-
xasınca su atıb, onu yola salmırdı.  
Çoxdandır Məsumə  Ələmdarı güdməyi qərara alsa 
da, bu addımı ata bilmirdi. Özünə  sığışdırmırdı. Həm də 
nədənsə qorxurdu. Arabir Ələmdarın ona dediyi sözlər 
qulaqlarında səslənirdi. “Adam bu qədər avam olmaz!” 
Axır ki, səbri tükəndi. “Bəsdir! Belə yaşamaq olmaz. 
Mən də insanam.” 
Növbəti dəfə  Ələmdar ezamiyyət adı ilə evdən çı-
xandan azca sonra Məsumə də evdən çıxdı. Qarabaqara onun 
arxasınca getdi. Ələmdar Sovet küçəsinə düşüb, 11 nömrəli 
tramvaya mindi. Nə edəcəyini bilməyən Məsumə çaşıb 
qaldı. “Bəlkə taksiyə oturum?! Taksiyə oturub sürücüyə  nə 
deyim? Deyim ərimi güdürəm? Heç ayıb deyil? Adama nə 
deyərlər? Amma başqa  əlacım yoxdur, gec-tez bunu 
etməliyəm.” Məsumə taksi saxlayıb mindi. Sürücü yaşlı kişi 
idi.  


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
75
–  Əmi, azca əvvəl 11 nömrəli tramvay getdi. Onun 
arxasınca sürün, zəhmət olmasa... 
Sürücü dönüb mənalı-mənalı  Məsuməyə baxdı. Bir 
söz deməyib maşını  işə saldı. Bir xeyli getdilər. Vaxt Mə-
suməyə çox üzücü görünürdü, sıxırdı onu. “Bəlkə düz elə-
mirəm? Yox, daha səbrim qalmayıb, yorulmuşam.  Ələmdar 
xəstə düşsəydi ömrümün sonuna kimi ona qulluq edərdim, 
yorulmazdım. Amma bu hala daha dözə bilmirəm.” 
Əzizbəyov xəstəxanasından sonrakı dayanacaqda 
Ələmdar tramvaydan düşdü. Tələsmədən sağa dönüb gözdən 
itdi.  
– Saxlayın... – Məsumənin səsi titrədi. Taksinin 
pulunu verib, tələsik  Ələmdar gedən yola tərəf döndü. 
Ələmdar tinin başına çatana kimi gözlədi. Tinin başında 
Ələmdar sağ tərəfə döndü. Məsumə həmin tini az qala qaça-
qaça getdi. Ələmdarı itirməkdən qorxurdu. Axır ki, Ələmdar 
ayaq saxladı  və  tələsmədən bir qapını açıb həyətə girdi. 
Məsumə pis halda idi. Bir an divara söykənib nəfəsini dərdi. 
Ürəyi az qala yerindən çıxırdı. “İndi mən nə edim? Bu da 
həqiqət... Sən demə həqiqət necə də acı olarmış...” 
O, özündə qüvvət tapıb həmin qapıya yaxınlaşdı. 1 
May küçəsi. Evin nömrəsi. Hamısı ürəyində həkk olundu. O, 
zorla qapını aralayıb həyətə baxdı  və  qəhərini udub geriyə 
döndü. Artıq o, heç yerə  tələsmirdi. Hara getdiyini özü də 
bilmirdi. Binalar elə bil üstünə gəlirdi. O, key kimi küçələri 
fırlanırdı. “Ələmdar, sən məni yarı yolda qoydun... Öz 
uşağını kimlərə qurban verdin? Səni başqasının qapısına 
aparan nə oldu? Nə? Bütün bunları  mən Sayada necə başa 
salacam? Axı, Sayad səni çox istəyir...” 


 
 
 
Solmaz Muxtarova 
 
76
Məsumə iki saatdan çox küçələri dolaşdı. Haradasa 
vurulan saat zənginin səsi Məsuməni bir qədər ayıltdı. 
Yadına düşdü ki, Sayadı məktəbdən götürmək lazımdır.  
Məsumə elə bildi ki, təkcə  Ələmdar yox, dünyada 
yaxşı hər nə varsa, hamısı ondan üz döndərib. O, öz körpəsi 
ilə bu yad şəhərdə  tək qalıb. “Sənin yerin elə  kənddir!” 
Ələmdarın soyuq səsi yenidən qulaqlarında səsləndi. Deməli 
Ələmdar  bu  sözü  boş yerə deməmişdi. “Yox, mən kəndə 
qayıtmaram! Bir təhər dolanaram, nə çox mənim kimiləri. 
Dünyanın işinə bax. Dərdini kimə deyəsən? Deyəsən ki, ərin 
başqası ilə oturub-durur. Onun başına ip salıb zorla geri 
qaytarası deyiləm ki... Bircə qalır gözləmək. Bəlkə ağlı gəldi 
başına... Bəlkə qayıtdı öz ailəsinə...” 
Məsumə haradan biləydi ki, Ələmdar sanatoriyada 
tanış oduğu dul qadınla görmədiyi günləri görür. Var-dövlət
yaxşı güzəran, iki mərtəbəli ev, telefon... Yoxsa hər ayın başı 
kirayə vermək, qəpiyi qəpiyə calamaq. O günlərə qayıtmaq 
Ələmdarın ağlına da gəlmirdi. Bu xoş güzəran elə bil onun 
üçün göydən düşmüşdü.  İnsafən qadın da əl-əl üstə 
Ələmdarın qulluğunda idi. Yazıq Məsumədə  nə günah? 
Həyalı, abırlı qadın ləyaqətini gözləyən Məsumə hardan 
biləydi ki, kişilərə bel bağlamaq olmaz. Çalış getməsin. 
Getdi – qurtardı. Çətin bir də qayıda... Çətin... Dünyası 
dağılmış  Məsumə bu dünyadan xəbərsiz idi. Sirri, sözü 
ürəyində susurdu. Hələ  də taleyindən nə isə gözləyirdi. 
Ürəyinə daş bağlayıb Ələmdarla bir damın altında yaşayırdı.  
Aylarsa ötüb keçirdi. Sən saydığını say, gör fələk nə 
sayır. Növbəti dəfə “ezamiyyət” adı ilə evdən çıxan Ələmdar 
məktub yazıb qoydu. Arasında da əlli manat pul. Və getdi... 
Məktubda Məsuməyə  kəndə getməyi məsləhət bil-
mişdi. Elə birinci gündən Məsuməni qorxudan bu böyük 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə