Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə18/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
77
şəhər Məsuməni yaman yerdə vurdu. Doğrudan da bu şəhər 
qorxulu imiş.  İndi hara getsin? Dərdini kimə desin? Bəlkə 
doğrudan da yığışıb kəndə qayıtsın?  
Suallara cavab tapa bilmirdi. Düşdüyü vəziyyətdən 
çıxmağa yol axtarırdı. Ancaq onu yəqin etmişdi ki, o sın-
mamalıdır. Özündə qüvvə tapıb yaşamalı və uşağını bir yana 
çıxarmalıdır. Indi əsas məsələ bu idi.  
İş axtarmağa başladı. Qapı-qapı  gəzdi. Bir çox qapı 
arxasında dayanıb, içəri keçməyə ürək etməyən Məsuməni 
nəhayət yaşlı bir qadın içəri dəvət etdi. Sıxıla-sıxıla 
kəndarda duran Məsumə ilə yeməkxananın sahibi Hacı 
kişinin söhbəti qısa oldu. Hacı kişi onu qabyuyan götürdü.  
Sonra da Məsumə ucuz kirayə  mənzil axtardı.  Əşrəf 
kişinin həyətindəki zirzəmidə qalmağa razı oldu. Məsumə 
yavaş-yavaş bu zalım dünya ilə vuruşmaq üçün özündə 
qüvvə tapır, onu qorxudan dünyanın bir o qədər də qorxulu 
olmadığına inanmaq istəyirdi.  
Məsumə xatirələrdən ayılıb tanış yollara tərəf boy-
landı. O, lap uşaqlıqdan payız fəslini çox xoşlayırdı. Bəzən 
saatlarla tamaşa edər, hər yarpaqdan, hər rəngdən həzz 
alardı. Öz-özlyünə düşünərdi ki, görəsən dünyada neçə 
sayda yaşıl, ya da sarı  rəng var? Hamısı da bir-birindən 
gözəl, bir-birindən fərqli... Baxdıqca göz oxşayır. Yol boyu 
baş-başa verən ağaclarda qızılı payız yarpaqları, həm də 
yaşılın müxtəlif rəngləri təbiətə xüsusi bəzək verərək sanki 
təbiətin nağıl tablosunu yaratmışdı. Bu, təbiətin əsl möcüzəsi 
idi.  
Amma Məsumə bu gün payız dünyasına tamaşa edəsi 
halda deyildi. Nə vaxtsa qonşu kənddən gəlin gəldiyi bu 
yollar indi onu sıxırdı. “Vağzalı  səsi” qulaqlarında idi. 


 
 
 
Solmaz Muxtarova 
 
78
Həmişə bu musiqidən qəhərlənən Məsumə indi lap kövrəldi. 
Qınayan olmasaydı, əməlli-başlı ağlayıb ürəyini boşaldardı.  
Tanış evlərə yaxınlaşdıqca bədəni ağırlaşırdı. Ürəyini 
xoşagəlməyən bir hiss sıxırdı. “Bu, mənim borcumdur, – 
gedib arvadı başa çıxmalıyam! O, mənə qayınana yox, analıq 
edib. Görəsən yanında kim olacaq? Yəqin ki, həmişə 
gördüyüm qohum-qonşu. Bəs o?” 
Bu sual onu qorxutdu. Narahatçılıqla yerində qur-
calandı. “Onunla üz-üzə  gəlmək istəmirəm.  İlahi, mənə 
kömək et!..” Bir neçə dəfə ürəyində bu sözləri təkrar etdi.  
Kəndə az qalırdı. Sayad kitabı bağlayıb yola boy-
landı. Tanış yollar, tanış  ağaclar... Heç nə  dəyişməmişdi. 
Dəyişən təkcə Sayadın ürəyi idi. Bu yerlərdə  əvvəllər onu 
sevindirən hər  şey indi onu sıxırdı. Anasının dediyinə görə 
onun beş yaşı olanda şəhərə köçmüşdülər. Sonra da iki il yay 
fəslində atası-anası ilə birlikdə  kənddə  nənəsinin yanında 
istirahət etmişdi. Uşaqlıq illərinin sevgi dolu günlərini 
keçirmişdi. Bəxtəvər olmuşdu. Böyük bir sevginin dadını-
ləzzətini yaşamışdı. Sonra nələr baş verdi Sayad bilmədi. 
Bircə onu bildi ki, onun həyatında yaxşı  hər nə var idisə, 
hamısı dağıldı. Kim dağıtdı? Niyə dağıtdı? Bütün bunlar ona 
qaranlıq qaldı. Bircə onu bildi ki, atası evdən getdi və bir də 
qayıtmadı. 
Avtobus kənddən bir xeyli aralı keçirdi. Onlar avto-
busdan düşüb yol maşınına mindilər və  kəndə  tərəf yö-
nəldilər. Artıq hava qaralmışdı. Payızın soyuq havası adamı 
üşüdürdü. Uzaqdan artıq evlər görünürdü. Kəndin üzərinə 
zərif duman çökmüşdü. Məhəllələrdən qıvrıla-qıvrıla qalxan 
tüstü axını dumana qatışaraq itib gedirdi. Sanki kəndin 
üzərinə çökmüş bu niskilli-dumanlı  təbiət də Sayadın 
ürəyindən xəbərdar idi.  


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
79
– Ana... 
– Can ana. 
– Çatdıq! 
Məsumə Sayadın səsindən diksindi. Baxdı ki, həmin 
qapıdır. Bir vaxtlar gəlin gəldiyi... Elə bu qapının kən-
darındaca ayağının altında qoç kəsildiyi, sonra da bəxtəvər 
günlər yaşadığı bu balaca birmərtəbəli ev... Həyətdəki nar 
ağacları... Çəpər boyu qızılgül kolları... Heç nə  dəyiş-
məmişdi. Məsumə  əl çantasını döşəməyə qoyub çöl qapı-
sının qabağında dayandı. Niyə dayandığını özü də başa 
düşmədi. Amma bircə onu bildi ki, qapını açıb içəri keçmək 
asan deyil.  
– Ana, atam da olacaq? 
– Bilmirəm, – deyə Məsumə acıqla cavab verdi. Səsi 
titrədi.  
Sayad başa düşdü ki, səhv etdi. Günahkarcasına 
anasına baxdı: 
– Bağışla... 
Məsumə cavab vermədi. “Axı, uşağın nə günahı?!”  
– Qızım, biz nənəni görməyə  gəlmşik. Nənən xəs-
tədir. – deyib hirslə çöl qapısını açdı. Evə  tərəf bir neçə 
addım getmişdilər ki, Gövhər arvadla üzbəüz çıxdılar. 
Gövhər qayınanasının böyük bacısı idi. Qoca əvvəlcə 
gözlərinə inanmadı. 
– Məsumə, qızım, sənsən? 
– Hə, Gövhər xala, mənəm...  
Gövhər arvad gah Məsuməni, gah da Sayadı bağrına 
basıb üz-gözündən öpdü.  
– Nə yaxşı  gəldininz! Nə yaxşı  gəldininz! Arvad iki 
gündür can üstündədir. Hey sizi istəyir. Sizdən nigarandır.  


 
 
 
Solmaz Muxtarova 
 
80
Məsumə özünə söz vermişdi ki, o, Ələmdarın gözü-
nün qabağında ağlayıb, ahu-zar etməyəcəkdir.  
– Yazıq arvad... – deyə  Məsumə astadan dilləndi. 
“Görəsən yanında kim var?!” 
Məsumənin ürəyindəkiləri hiss edirmiş kimi Gövhər 
arvad dilləndi: 
–  Ələmdar iki gündür gəlib. Azca əvvəl Sahibgilə 
getdi. 
Sahib Ələmdarın uşaqlıq dostu idi. Məsumə bir qədər 
yüngülləşdi. Qabaqda Gövhər arvad, arxasınca Məsumə 
Sayadla otağa keçdilər. Xəstənin yanında bir neçə qadın var 
idi. Baldızı Lumu onları görüb acı-acı ağladı və onlara tərəf 
gəldi. 
– Qurban olum sənə, Məsumə, qurban olum... Nə 
yaxşı gəldin! Sayad, bibin sənə qurban... 
Onlar görüşdükdən sonra xəstənin çarpayısına 
yaxınlaşdılar. Sayad arvadın donuq gözləri naməlum bir 
nöqtəyə dikilmişdi.  
–  İki gündür adam tanımır. – Gövhər arvad sükutu 
pozdu.  
Məsumə  əyilib qayınanasının üzündən öpdü. Hərə-
kətsiz əllərini əllərinə alıb ehmalca sığalladı.  
– Sayad, nənəni öp. 
Sayad əyilib nənəsinin üzündən öpdü. 
– Nənə... – deyə onu çağırdı. 
– Sayad xala, mənəm – Məsumə.  
Məsumə başqa heç nə deyə bilmədi. 
– Neçə gündür gözü yoldadır... Elə hey sizi çağırır... 
Canını tapşıra bilmir.  
– Səsinizi çıxarın, o, sizi eşidir. – deyə qocalardan 
kimsə məsləhət bildi.  


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə