Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə15/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
65
Novruz bayramının son çərşənbəsi idi. Artıq hava 
qaralmışdı. Məhəllələrdə qalanan tonqalların alovu ətrafa 
şölə saçırdı. Cavanların səsi baş alıb-gedirdi. Böyüklər də 
kənarda qalmayıb, tonqalın başına toplaşıb öz cavanlığını 
yada saılırdı. Məsumə  də beş yaşlı  qızı Sayadla tonqalın 
ətrafında sağa-sola qaçıb bayram sevincini yaşayırdı.  
Qayınanası Sayad arvadın dəmlədiyi plovun ətri 
adamı uzaqdan məst edirdi. Sanki bu gün bütün insanların 
dərdlərinin unudulan günü idi. Varlıların da, kasıbların da 
açıq süfrəsi, ocağının qazanı, hər tərəfdən ətrafa yayılan xoş 
musiqi səsləri bayram əhval-ruhiyəsini daha da yüksəldirdi. 
Azca sonra isə  səslər nisbətən səngiyəcək. Hər kəs öz 
yaxınına, qonşusuna pay verib, pay alacaqdı. Sonra da hamı 
bayram süfrəsinin başına toplaşıb, bu əziz günü qeyd edəcək. 
Uşaqlar “papaqatdı” oyunlarına başlayacaqdı.  
Ələmdar işdən bir az gec gəldi. Kefi kök idi. Hamı 
süfrə başına toplaşanda  Ələmdar bildirdi ki, onu şəhərə 
işləməyə göndərirlər. Bu xəbər Sayad arvadı açmadı.  
– Ay oğlum, kənddə evin, rahatlığın... Şəhərdə gedib 
kimin qapısına sığınacaqsan? Uşaqlar necə olacaq? Başa 
düşə bilmirəm ki, bu cavanlar niyə şəhərə qaçır. 
Ələmdar anasını sakitləşdirmək istədi: 
– Ana, hər  şey yaxşı olacaq. Nigaran olma. Şəhər – 
şəhərdir... 
Məsumə qayınanasının kefinin pozulduğunu görüb 
bir söz demədi.  Əslində özü də bilmədi nə desin. Sevinsin, 
yoxsa...  
Bayramdan bir neçə gün sonra Ələmdar yığışıb 
şəhərə getdi. Bir neçə aydan sonra ev kirayə tutub Məsumə 
ilə uşağı da şəhərə apardı.  


 
 
 
Solmaz Muxtarova 
 
66
– Qızım,  ər harda – arvad da orda. Get. Məndən 
nigaran qalma. – deyib qayınanası onları yola saldı.  
Məsumə pisinə-yaxşısına bələd olduğu tanış evləri, 
məhəllələri, eləcə  də tanış  kənd camaatını  kənddə qoyub 
şəhərə  gəldi. Böyük şəhər, tanımadığı,  əvvəli-axırı bi-
linməyən küçələr, harasa tələsən çoxlu insanlar ilk baxışda 
ona qəribə göründü. Hətta bir qədər onu qorxutdu. Ələmdar 
da bütün günü işdə – səhər tezdən çıxıb, bir də axşamdan 
xeyli keçmiş qayıdırdı. Ancaq istirahət günləri vaxt eləyib 
Məsumə ilə Sayadı yanına alıb onları  şəhərlə tanış edir. 
Görməli, gəzməli yerlərə aparır. Sonra da bir yerdə bazarlıq 
edib, evə dönürdülər.  
Bir müddət belə oldu. Arada Ələmdar yarı zarafat, 
yarı ciddi Məsuməni məzəmmət etdi: 
– Adam da bu qədər avam olar? Özün çıx gəz, evə 
lazım olanları al. Mən iş adamıyam. Mənə ümid olma. Boş-
bekar oturmusan evdə.  
Ələmdarın sözü Məsumənin xətrinə  dəysə  də, üzə 
vurmadı, özünü günahlandırdı. “Ələmdar doğru deyir. Mən 
oturub gözləməliyəm  Ələmdar nə vaxt işdən qayıdacaq, nə 
vaxt onun istirahət günü olacaq ki, gedib evə lazım olanları 
alıb gətirsin, mən də xörək bişirim. Ya da başqa işləri yola 
verim. Yox, belə olmaz. Allah göz verib, ağıl verib. Yavaş-
yavaş öyrənərəm.” 
Məsumə Sayadı da yanına alıb, əvvəlcə bir tin, sonra 
iki tin... Bu minvalla şəhərə  çıxdı. Birinci günlər mə-
həllədəki dükanlardan uzağa getməyə ürək etməzdi, qor-
xardı. Pal-paltar almaq lazım gələndə qonşu qızı da özü ilə 
aparardı.  


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
67
– Bura şəhərdir. Geyiminə fikir ver. Alış-veriş edəndə 
ayıq ol, səni aldatmasınlar. Burada hər cür adam var, kəndə 
xəyalın getməsin.  
Məsumə Ələmdarın dediklərindən nəyisə başa düşdü, 
nəyisə yox. Geyimə qalanda düşündü ki, şəhərdəki 
qadınların qəribə geyimi, bir də sifətlərinin eybəcər bəzək-
düzəyi çox vaxt onu əsəbiləşdirirdi. “İnsan da özünü bu hala 
salar?!” 
Beləcə  Məsumə bu qəribə, gözü öyrənmədiyi aləmə 
maraqla baxıb keçirdi. Çalışırdı ki, öz işi ilə  məşğul olsun. 
Olandan-olmazdan alıb gətirsin. Həvəslə xörək bişirib axşam 
süfrəsini hazırlasın. Sonra da gözləsin ki, Ələmdar işdən 
qayıtsın birlikdə nahar etsinlər.  
Ələmdarın evə gəlişi ilə evin abu-havası da dəyişirdi.  
– Atam gəldi! Atam gəldi! – deyə Sayad hay-harayla 
atasının qarşısına qaçıb onun qıçlarına sarmaşardı. Ələmdar 
da adəti üzrə  qızını qucağına alıb başının üstündə bir neçı 
dəfə atıb-tutardı. Sonra da sinəsinə  sıxıb “Anam mənim!” 
deyə üz-gözündən öpərdi.  
Sayada elə  gəlirdi ki, atası evə  tək gəlmir. Özü ilə 
bahəm bol-bol sevinc, çoxlu işıq gətirib otağın sükutunu alt-
üst edir.  
Yay fəsli gələndə Ələmdar məzuniyyət götürər, onlar 
kəndə gedib Sayad arvadın başına yığışardı.  Ələmdar 
anasının həyət-bacasına  əl gəzdirər, səliqə-səhman yaradar
qış üçün odun tədarükü edərdi. Məsumə də ev işləri ilə, biş-
düşlə məşğul olardı. Sayad arvad isə bütün vaxtını nəvəsi ilə 
keçirərdi. 
İki il belə keçdi. Üçüncü il isə  Ələmdar bildirdi ki, 
ona işdən sanatoriyaya göndəriş (putyovka) verilib, o kəndə 


 
 
 
Solmaz Muxtarova 
 
68
gedə bilməyəcək. Məsumə ilə Sayadı kəndə yola salıb, özü 
sanatoriyaya getdi. 
Avqust ayının sonunda ailə yenidən bir yerə toplandı. 
Artıq Sayad birinci sinfə gedirdi. Məsumə Sayadı  səhər-
səhər dərsə aparır, dərsdən götürür, dərslərinə nəzarət edir və 
ev işləri ilə  məşğul olurdu. Demək olar ki, boş vaxtı 
qalmırdı.  Ələmdar da həmişəki kimi, səhər gedib, axşam 
gəlirdi. Sanatoriyadan qayıtdıqdan bir ay sonra Ələmdar 
ezamiyyətə gedəcəyini bildirdi. Məsumə  səliqə ilə onun əl 
çantasını hazırladı. Dəyişik alt paltarı, dəsmal, başqa hər nə 
lazımdısa yığdı, arxasınca su atdı.  
– Yaxşı yol, Ələmdar. Özündən muğayat ol, – deyə 
Məsumə məhəbbətlə Ələmdarın arxasınca baxdı.  
– Məndən nigaran qalmayın... – deyib Ələmadar 
qapıdan çıxmazdan  əvvəl adəti üzrə Sayadı başının üstə 
qaldırıb bir neçə dəfə atıb-tutdu. Sonra da bağrına basıb: 
– Mənim anam! – deyə üzündən öpüb getdi.  
Atasına mehrini salan uşaq atası olmayanda şıltaqlıq 
edib, atası üçün çox darıxırdı.  
İş belə gətirdi ki, Ələmdar ayda bir dəfə ezamiyyətə 
getməli oldu. Sayad da axşamlar çöl qapısında dayanıb 
atasını gözlədi. 
– Mən atamı istəyirəm... 
Məsumə barmağı ilə günləri sayıb atasının nə vaxt 
qayıdacağını  uşağa nə  qədər başa salmağa çalışırdısa da, 
Sayad dediyini deyib dururdu: 
– Mən atamı istəyirəm! 
– Şirin balam, atan da səni çox istəyir.  
– Yalan deyirsən! O, məni istəsə qoyub getməz! O, 
məni istəmir... – deyib Sayad acı-acı ağlayırdı.  


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə