Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə421/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   417   418   419   420   421   422   423   424   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
434 
rovun üzünə gülümsəyir. Çoban Bağırovu öz yoldaşları dövrəyə al-
mışdı. Dəri papaq və qara yapıncı geymiş Bağırovun möhkəm bə-
dəni, inamlı duruşu məğrur görkəminə çox yaraşır. Sərin və təmiz 
dağ havası onun sağlam vücudunu daha da möhkəmləndirir. Üzün-
dəki sərt ifadə, qara gözlərindəki iti baxışı, enli kürəyi, qürurlu başı 
Bağırovun iradəli, qüvvətli və cəsurluğunu göstərir. Əlində tutduğu 
uca toppuz çomağı və durumu onu nağıllarda təsvir olunan əzəmət-
li və soyuqqanlı qəhrəmanlara oxşadır. Bu qəhrəmanın nəzəri uzaq-
lara dikilir. Yəqin ki, sürünü necə çoxaltmaq haqqında düşünür. 
Bakı şəhərindəki 132 saylı məktəbin IV sinfində Azərbaycan 
xalqının görkəmli rəssamı S.Bəhlulzadənin ―Xəzərin axşamı‖ tab-
losunun təsvir üzrə işə bir qədər də yaradıcı xarakter verildi. 
Tabloda sakit Xəzər, dənizin içərisində neft buruqları təsvir olu-
nub. Suyun üzündə ağ qağayılar uçuşur. Sağ tərəfdə qəsəbənin işıq-
ları yanır. 
Tablonun kompozisiyasının bir qədər mürəkkəbliyini nəzərə 
alaraq müəllim tərəfındən qoyulan sualların hər biri şagirdlərin diq-
qətini təbiət lövhələrinin açılmasına yönəltdi: məsələn, Tabloda gü-
nəş, onun şüaları neeə verilmişdi? Onlar dənizin sularında necə gö-
rünürdü? Dəniz necə görünürdü? Həzin küləyin əsməsini nədən bil-
mək olar? Qağayılar nə etmək istəyirlər? Neft buruqları necə veri-
lir? Qəhrəman neftçilərin əməyi haqqında nə deyə bilərsiniz? Ya-
xınlaşan axşam qaranlığı Xəzərin görkəmini necə dəyişir? Qəsəbə-
nin görünüşü haqqında nə deyə bilərsiniz? Rəssam hansı rənglərdən 
istifadə etmişdi? Nə üçün? 
Suallara cavablar alındıqdan sonra şagirdlər tablonu təsvir etdi-
lər. Onlardan birinə nəzər salaq. 
 
Xəzərin axşamı 
 
Xalqımızın böyük rəssamı S.Bəhlulzadə ―Xəzərin axşamı‖ tab-
losunda dəniz neftçilərinin əmək qəhrəmanlığını təsvir etmişdir. 
Göyün üzü açıqdır. Günəşin sonuncu ilıq şüaları dənizin mavi sula-
rında əks olunur. Günəşin dairəsi isə dumduru sularda parlayırdı. 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   417   418   419   420   421   422   423   424   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə