Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə424/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   420   421   422   423   424   425   426   427   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
437 
baş verən hadisələri danışmağa aid şifahi hekayələrin tərtibinə ge-
niş yer verilməlidir. 
Təcrübə göstərir ki, I-II siniflərdə şagirdləri maraqlandıran, fan-
taziyalarını hərəkətə gətirən, hadisənin əsas məğzini, fabulasını təş-
kil edən ―Meşədə necə azdıq‖, ―Tülkü tələdə‖, ―Qorxulu hadisə‖, 
―Qaraquşun bala dovşanı aparması‖ və s. kimi mövzular təqdim 
olunmalıdır. III-IV siniflərdə isə şagirdlərə bir qədər mürəkkəb xa-
rakterli ―Kitabxanada‖, ―Məktəbin muzeyində‖, ―Canlı güşədə‖, 
―Balıq ovunda‖, ―Biz təbiətin dostlarıyıq‖ və s. mövzular verilməli-
dir. Belə mövzular şagirdləri düşündürür, baş vermiş hadisəni asan-
lıqla xatırlamağa, monoloji şəkildə ifadə etməyə təhrik edir. 
Nağıletmənin müxtəlif növləri mövcuddur. Biz gələcəkdə onlar 
üzərində dayanacağımızdan burada söhbət açmağı lazım bilmirik. 
a) Oxunmuş mətnin məzmununun nağıl etdirilməsi
monoloji şifahi nitqin inkişafının mühüm vasitəsi kimi 
I-IV siniflərdə oxunmuş materialların nağıl etdirilməsi məzmu-
nun şüurlu şəkildə mənimsənilməsini təmin etməklə, şagirdlərin 
monoloji şifahi nitqinin inkişafında mühüm əhəmiyyət kəsb edir. 
Nağıletmə prosesində şagirdlər oxuduqlarının məzmununu təkcə 
təfsilatı ilə monoloji şəkildə verməklə kifayətlənmirlər. Həmçinin 
zaman və məkan daxilində cərəyan edən hadisəni, ardıcıllığı, perso-
najların hərəkətini, təbiətin peyzajını, yazıçının məqsədini, təsvir 
vasitələrini, hadisənin finalını və ümumən bütövlükdə kompozisi-
yanı öyrənirlər. Mövzunun real həyatdan alınmasını, yazıçının ya-
radıcı, parlaq təxəyyülünə, fantaziyasına əsasən inikas etməsini ba-
şa düşmürlər. 
Araşdırmalar göstərir ki, nağıletmə ilə şüurlu mənimsəmə bir-
biri ilə qarşılıqlı əlaqədədir. Bu əlaqələr hər ikisinin inkişafına tə-
kan verir. Məzmunu şüurlu mənimsəmədən onu məntiqi və dəqiq 
nağıl etmək mümkün deyildir. Nağıletmə də özlüyündə şüurlu mə-
nimsəməyə təsir edir, hadisələri, onun ayrı-ayrı punktlarını, faktla-
rını yada salmaq, təsəvvürdə canlandırmaq, müqayisə etmək, mü-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   420   421   422   423   424   425   426   427   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə