Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə427/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   423   424   425   426   427   428   429   430   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
440 
nisbətən zəngin, sadə dildə yazılmış mənbələri təqdim edirlər. Mə-
sələn, II sinif şagirdlərinə ―Novruzgülü — yaz gülü‖ mətni mənim-
sədildikdən sonra onlardan məzmunu eynilə, orijinaldakı kimi nağıl 
etmək tələb olunur. Nağıletmə prosesində şagirdlərdən bir qrupu 
məzmunu olduğu kimi verir. Onların hər biri yaşıl çəməndə novruz 
gülünün, bənövşənin, nərgizin, çobanyastığının, lalənin, qaymaqçi-
çəyinin, incigülünün və ağacların söhbətlərini, hərəkətini, onlar ara-
sındakı məntiqi ardıcıllığı, bir-birinə münasibətini (sevinc, kədər, 
təəssüf hisslərini və s.) həvəslə verirlər. Nitqlərində emosional-
ekspressiv rəngə malik olan ifadələr işlədirlər. İfadələr şagirdlərin 
lüğət ehtiyatını zənginləşdirməklə, məzmunun dəqiq və obrazlı tə-
zahürünə kömək etmişdir. Yazıçının hissi, duyğusu, fantaziyası, 
dili şagirdlərin mənəvi aləminə təsir göstərmişdir. 
III-IV siniflərdə məzmunun eynilə nağıl olunması işinə verilən 
tələblər bir qədər də artırılmalıdır. Şagirdlər orijinaldakı kimi nağıl-
etmədən uzaqlaşdıqda müəllim suallar verməli, onların diqqətini 
obrazlara, onların hərəkətinə və yazıçının dilinə, təsvir vasitələrin-
dən necə istifadə etməsinə, başqa sözlə, nitq konstruksiyalarına yö-
nəltməlidir. Tutaq ki, III sinifdə şagirdlər ―Ananın səsi hekayəsinin 
məzmununu eynilə danışmalıdırlar. Şagirdlər isə məzmunu öz söz-
ləri ilə, bəzi məsələləri ixtisar etməklə, yaxud özündən kiçik əlavə-
lər verməklə nağıl edirlər. Şagirdlərdən biri deyir: — Böyük Ağvan 
hökmdarı qocalmışdı. Düşmənlər hökmdarın xəstəliyini eşidib 
Azərbaycanı ələ keçirməyə başladılar. Onlar Araz çayını keçib Kür 
sahilini, Bərdəni tutdular. Müəllim nağılı saxlayır və həmin şagirdə 
sual verir: ―Düşmən nə çəkmişdi? Hansı Azərbaycanı tutmaq istə-
yirdi? Azərbaycanı niyə ələ keçirməyə çalışırdı? O hansı Kürün sa-
hilini tutmuşdu? Bərdənin nəyi düşmənin ayaqları altında tapdala-
nırdı? 
O, birinci suala ―qılınc çəkmişdi‖, ikinciyə ―gözəl Azərbayca-
nı‖, üçüncüyə ―öz pəncəsinə‖, dördüncüyə ―düzlərə bərəkət, ellərə 
səadət gətirən Kür‖, beşinciyə isə ―barlı-bəhərli bağları‖ kimi ca-
vab verir. Göründüyü kimi, suallar məzmunu zənginləşdirən və göz 
önündə təbiətin gözəl mənzərəsini canlandıran ifadələri işlətməyə 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   423   424   425   426   427   428   429   430   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə