Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə430/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   426   427   428   429   430   431   432   433   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
443 
ratların həyat tərzini, günəşin, havanın, göyün, buludun payızdakı 
vəziyyətini və s. xatırladılar. Nəhayət, məzmunu şəkil əsasında na-
ğıl etdilər. Nağıletmə prosesi göstərdi ki, şagirdlər şəkillərin kömə-
yi ilə hekayənin məzmununa həyatı müşahidə və təcrübələrindən də 
əlavələr etməyə, zənginləşdirməyə, fikri monoloji şəkildə ifadə et-
məyə çalışmışlar. 
Elmi-kütləvi materiallarla əlaqədar bu işin başqa variantların-
dan da istifadə etmək olar. Tutaq ki, II sinif şagirdləri ―Qışda‖ 
mövzusu ilə bağlı bağa, parka, meşəyə və s. ekskursiyaya gedirlər. 
Qışda təbiət mənzərələri, günəş, göyün üzü, buludlar, hava, qar, 
buz, duman, ağacların qabığı altında həşəratlar, otlar, quşlar, hey-
vanlar, insanların əməyi, yaz əkininə hazırlıq və s. müşahidə olu-
nur. Obyekt müəllimin müsahibəsi ilə açılır, izah edilir. İşin sonun-
da şagirdlərin müşahidələri yekunlaşdırılır. Növbəti oxu dərsində 
―Qışda‖ hekayəsi oxunur, məzmunu şagirdlərə mənimsədilir. Sonra 
onlardan bir neçə gün əvvəlki müşahidələri soruşulur, lazım gəldik-
də xatırladıcı suallar da verilir. Nəhayət, hekayənin məzmununu 
müşahidələri əsasında danışmaq tələb olunur. Şagirdlər hekayənin 
məzmunu ilə müşahidələri arasında əlaqələr yaradır, oxuduqlarını 
konkret faktlarla zənginləşdirir, təbiət hadisələri, onların dəyişmə-
ləri, quşlar, heyvanlar, həşəratlar, onların həyat tərzi, insanların 
əməyi və s. haqqındakı biliklərini məntiqi ardıcıllıqla nağıl edirlər. 
Beləliklə, materialın məzmunu ilə real həyat arasında möhkəm əla-
qə yaranır. Şagirdlərin qış haqqındakı bilikləri daha da möhkəmlə-
nir və dərinləşir. 
I-IV siniflərdə nağıletməyə yaradıcı xarakter vermək üçün işin 
digər formalarından da istifadə olunmalıdır. Ola bilər ki, müəllim 
şagirdlərə şəxsi dəyişməklə məzmunu nağıl etdirsin. Bu prosesdə 
şagirdlər fıkri əməliyyat aparmalı olurlar. Məsələn, II sinifdə C.Gö-
zəlovun ―Nazimin səhvi‖ hekayəsi ilə əlaqədar şagirdlərə Nazimin 
obrazında çıxış etməklə məzmunu nağıl etdirmək olar. Bu zaman 
çıxış edən şagird özünü bir anlığa Nazimin yerinə qoyur, hadisələ-
rin iştirakçısına çevrilir. Çöldə, çəməndə gəzir, bənövşə, novruzgü-
lü dərir, böcəkləri tutur, fəaliyyətdə olur... Beləliklə, hekayədə cə-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   426   427   428   429   430   431   432   433   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə