Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə432/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   428   429   430   431   432   433   434   435   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
445 
işə bir qədər də geniş yer verilməlidir.
 
Təcrübə göstərir ki, nəzm əsərlərinin nəsrə çevrilərək nağıl etdi-
rilməsi monoloji şifahi nitqin inkişafında çox əhəmiyyətlidir. Heka-
yə və nağılda olduğu kimi, burada şagirdlər hazır nitq materialların-
dan (ifadə və cümlələrdən) istifadə etmirlər. Onlar təfəkküründə 
yaranan obrazı (məzmunu) vermək üçün aydın və dəqiq forma ax-
tarırlar. Bu baxımdan kiçik yaşlı məktəblilərin işini bir qədər baya-
ğı görünsə də, yazıçının işi ilə müqayisə etmək olar. Hər ikisi qu-
rur, hər ikisi yaradır, ifadə edir. Şagirdə məzmunu oxu materialı ve-
rir, yazıçıya isə həyatın özü. 
II sinifdə bu işə sadə təmsillərdən başlamaq məsləhətdir. Əvvə-
la təmsillərdə məzmun heyvanların, quşların dili ilə açıldığından 
şagirdləri çox maraqlandırır. İikncisi, təmsillər bir qədər sadə süjet 
üzərində qurulur. Məzmun oynaq dillə təfsilatı ilə verilir. Məsələn, 
II sinifdə E.Mehdiyevin ―Bülbül və qarğa‖ təmsilini oxuyan kimi 
şagirdlər çətinlik çəkmədən məzmunu nağıl edirlər. Belə sadə ma-
teriallar üzərində işin təşkili şagirdləri mahiyyəti anlamağa, III-IV 
siniflərdə böyük həcmli mürəkkəb və qəliz nəzm əsərlərinin məz-
mununu nağıl etməyə hazırlayır. 
IV sinifdə Ə.Kərimin ―Dənizdə şəhər‖ şeirini nəsrə çevirərək 
danışmaq məqsədi ilə şagirdlərə müəyyən suallar verilməlidir: III-
IV siniflərdə seçmə nağıletməyə yer verilməlidir. İlk vaxtlar şagird-
lər bu işə girişməkdə çətinlik çəkirlər. Lakin tədricən buna alışırlar. 
Məsələn, IV sinifdə H.Senkeviçin ―Çalğıçı Yanko‖ hekayəsinin 
məzmunu ilə əlaqədar şagirdlərə ―Yankonun gecələr musiqiyə qu-
laq asmaq üçün meyxanaya gəlməsi təsvir olunmuş hissəni nağıl 
edin‖, ―Yankonun mülkədarın evinə gəldiyi hissəni nağıl edin‖, 
―Yankonun döyülməsi təsvir olunmuş hissəni danışın‖, ―Yankonun 
ölümü təsvir olunmuş hissəni nağıl edin‖ və s. kimi tapşırıqlar ve-
rib danışdırmaq mümkündür. Şagirdlər belə tapşırıqlar əsasında öy-
rəndiklərini təhlil-tərkib etməyə, onları digərlərindən ayırmağa, 
fakt və hadisələr arasındakı fərqi tutmağa və öyrəndiklərini mono-
loji şəkildə ifadə etməyə çalışırlar. 
Təcrübə göstərir ki, ibtidai siniflərdə məzmunun yığcam nağıl 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   428   429   430   431   432   433   434   435   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə