Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə431/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   427   428   429   430   431   432   433   434   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
444 
rəyan edən hadisəni öz həyatına köçürür. Nazimin daxili aləminə 
nüfuz edir, keçirdiyi psixoloji halları keçirir, başqa sözlə, onunla 
birlikdə sevinir, şənlənir, fərəhlənir və s. 
Hekayədə təsvir olunan hadisənin baş vermə zamanını dəyiş-
məklə məzmunun nağıl etdirilməsi, də faydalıdır. Tutaq ki, hekayə 
keçmiş hadisəyə həsr olunmuşdur. Ola bilər ki, müəllim şagirdlərin 
yaradıcı fəaliyyətini və şüurluluğunu təmin etmək üçün məzmunu 
indiki, yaxud gələcək zamanda nağıl etdirsin. Məsələn, II sinifdə 
İ.Əfəndiyevin ―Maraqlı hadisə‖ hekayəsini indiki zamanda təzahür 
edən, (davam etməkdə olan hadisə kimi) şagirdlərə nağıl etdirmək 
olar. Şagirdlər müəllimin tələbi ilə işə girişirlər. Hadisənin ayrı-ayrı 
elementlərinin, hər cümlənin üzərində düşünür, götür-qoy edir, əhə-
miyyətsiz olanı atır, faktları yeni söz və cümlələrlə təsvir edirlər. 
Keçmiş hadisəni davam etməkdə olan prosesə çevirirlər. Yaxud ək-
sinə. İndiki zamanda ifadə edilən məzmunu keçmiş, yaxud gələcək 
zamana çevirib nağıl etdirilməsi məsləhətdir. Əlbəttə, həmişə yox, 
müəllim ehtiyac duyduqda bu variantlardan istifadə
:
edə bilər. 
II sinifdə tədris ilinin sonunda, III-IV siniflərdə isə il boyu eyni 
mətndə verilmiş müsbət və mənfi obrazın hərəkətlərini müqayisəli 
şəkildə şagirdlərə nağıl etdirmək lazımdır. Bu prosesdə şagirdlər 
daha müstəqil fəaliyyət göstərirlər. Onlar qarşı-qarşıya duran surət-
lərin hərəkətinə diqqət yetirir, xarakterlərini, psixologiyalarını öy-
rənirlər. Sonra onların əlamətlərini tutuşdurur, müqayisə edir, hər 
ikisinin fəaliyyətini nağıl edirlər. Məslən, II sinifdə ―İlk bahar‖ he-
kayəsi oxunduqdan sonra ―İlk baharda hansı çiçəklər görünür? 
Hansı ağaclar tez çiçək açır? İşti ölkələrdən uçub gələn quşlardan 
hansılarını müşahidə edirsiniz? Adamlar bağlarda, tarlalarda hansı 
işləri görürlər? Havalar necə olur?‖ və s. kimi suallar verilməlidir. 
Bundan sonra şagirdlərdən biri otlar, çiçəklər, ikincisi insanların 
əməyi, üçüncülər heyvanlar, quşlar, dördüncülər isə ümumiyyətlə 
təbiət haqqında danışırlar. Beləliklə, şagirdlər təsvir etdikləri əşya-
ları tutuşdurur, cümlələr qurur, məzmunu monoloji şəkildə ifadə 
edirlər. 
III-IV siniflərdə monoloji şifahi nitqin inkişafı baxımından bu 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   427   428   429   430   431   432   433   434   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə