Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə433/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   429   430   431   432   433   434   435   436   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
446 
olunması müstəsna əhəmiyyət kəsb edir. Bu, şagirdlərdən araşdır-
malar aparmağı, şüurlu fəaliyyət göstərməyi, birinci dərəcəli məsə-
lələri, ikinci, üçüncülərdən fərqləndirməyi, əsas məzmunu tutmağı 
və s. tələb edir. Bu işə II sinifdə tədris ilinin ikinci yarısından başla-
maq və şagirdlərə məzmunla bağlı tutarlı sualların verilməsi məslə-
hətdir. Məslən, III sinifdə ―Qara qızıl‖ hekayəsi üzrə ―Hekayə nə 
üçün ―Qara qızıl‖ adlanır?‖, ―Nefti necə çıxarırlar?‖, ―Neftdən nə-
lər alınır?‖, ―Qəhrəman neftçilərdən kimləri tanıyırsan?‖ yaxud 
―Möcüzə‖ mətni ilə əlaqədar ―İnsan əlləri ilə hansı möcüzələr edil-
mişdir?‖, ―Elektrikin köməyi ilə yer üzündə, su altında, fabrik və 
zavodlarda, məktəblərdə və evdə hansı işlər görülür?‖ və s. suallar 
şagirdləri konkret vəzifələrlə qarşılaşdırdığından onlar da real fakt-
lara əsaslanır, məzmunu yığcam nağıl etməyə çalışırlar. 
III-IV siniflərdə şagirdlər böyük həcmli mətnlərin məzmununu 
plan əsasında nağıl etməyi bacarmalıdırlar. 
Plan elə tərtib olunmalıdır ki, onun hər bir maddəsi məzmunun 
əsas hissəsini, fabulasını açmağa zəmin yaratsın. Məsələn, IV sinif-
də ―Nəsrəddin Tusi ilə bostançı‖ hekayəsi üzrə ―Nəsrəddin Tusinin 
Marağaya getməsi‖, ―Nəsrəddin Tusinin qocaya rast gəlməsi‖, 
―Nəsrəddin Tusinin qocanı sınağa çəkməsi‖; Qocanın Marağa rə-
sədxanasına gətirilməsi‖ və s. maddələr üzrə yığcam nağıl etdirmək 
mümkündür. 
I-IV siniflərdə dialoqlu mətnlərin məzmununun improvizasiya 
üzrə nağıl etdirilməsi çox faydalıdır. Burada şagirdlər hekayənin 
məzmununu təkcə təfsilatı ilə nağıl etməklə qalmırlar, həm də özlə-
ri onun iştirakçısına çevrilirlər. Belə nağıletmə yalnız oxumağa, 
eşitməyə deyil, həmçinin əyaniliyə, hissi obrazlara əsaslanır. Şa-
girdlər bir növ aktyor kimi hərəkət etməli olur, məlumat verməklə 
onların hissi, duyğusu, emosional fantaziyası da hərəkətə gəlir, 
özləri yeni obraz yaradırlar. Belə obrazların dünyası şagirdin şəxsi 
həyatına çevrilir. Tərəf müqabilinə emosional təsir göstərməyə çalı-
şır. Nağıletmə canlı şəkil alır. Ona görə də improvizasiya üzrə na-
ğıletmə prosesində müəllim aşağıdakıları nəzərə almalıdır: 
— şagirdlərə nağıletmə nümunəsinin (müəllim və yaxud maq-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   429   430   431   432   433   434   435   436   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə