Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə436/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   432   433   434   435   436   437   438   439   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

 


Ağarəhim Əsərlər 
449 
 
b) Şəxsi təcrübə üzrə şagirdlərin yaradıcı fəaliyyətinin 
monoloji şifahi nitqin inkişafına təsiri 
 
Uşaqlar öz həyat təcrübələrindən danışarkən deyilənlərin həya-
tiliyi, öz fikirlərini müəllimlə, yoldaşları ilə bölüşdürmək arzusu şa-
girdlərin nitq imkanlarından səmərəli və yaradıcı şəkildə istifadə et-
mələrinə şərait yaradır. Bu prosesdə şagirdlərin daxili nitq ehtiyatı 
hərəkətə gəlir, bir çox sözlər və ifadələr qeyri-fəal lüğətdən fəal lü-
ğətə keçirir. 
Kiçik yaşlı məktəblilər şəxsi təcrübələri əsasında inşa qurarkən 
özlərindən heç bir şey uydurmadan keçmiş təəssüratlarını xatırlayır, 
müəllimin istiqamətverici sualları əsasında hadisənin baş verdiyi 
yeri, onun başlanmasını, inkişaf dinamikasını və s. fikirləşir, təfək-
kürlərində nizama salır, bitkin bir hekayə qurmağa çalışırlar. 
Uşaqların şəxsi təcrübələri əsasında qurduqları hekayələr tema-
tik cəhətdən iki qrupa ayrılır: a) kütləvi xarakter daşıyan (bütün si-
nif üçün ümumi olan) mövzular; b) fərdi xarakter daşıyan mövzu-
lar. 
Birinci qrup mövzular bütün sinif üçün ümumi xarakterə malik-
dir. Onlar bir mövzuya təxminən eyni istiqamətdə, lakin müxtəlif 
cəhətdən yanaşmalı olurlar. Belə ki, kütləvi xarakter daşıyan möv-
zulara I-II siniflərdə ―Səhərcikdə mükafat‖, ―Otaq bitkilərinə necə 
qulluq edirik‖, ―Sinfi necə təmizlədik‖, ―Novruz bayramında şən-
lik‖, ―Çiçəklərdən çələngi necə hördük‖, ―Səmənini necə əkdik‖, 
―28 May bayramına necə hazırlaşdıq‖, III-IV siniflərdə isə ―Topla-
nışda‖, ―Əmək dərsində‖, ―Özfəaliyyət dərnəyində‖, ―Bizim səhər-
ciyimiz‖, ―Məktəbin emalatxanasında‖ və s. daxildir. Göründüyü 
kimi, burada mövzuların məzmunu formaları kimi ümumidir. Belə 
mövzularda danışmazdan əvvəl müəllim həmin obyekt (mövzu) 
üzrə müsahibə aparmalı, şagirdlərin gördüklərini, bildiklərini onla-
rın təsəvvüründə üç-dörd sualla yenidən canlandırmalıdır, məsələn, 
II sinifdə ―Otaq bitkilərinə necə qulluq etdik‖ mövzusu ilə əlaqədar 
―Otaqda hansı bitkilər əkilib?‖, ―Bitkilər harada qoyulmuşdur?‖, 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   432   433   434   435   436   437   438   439   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə