Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə437/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   433   434   435   436   437   438   439   440   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
450 
―Siz nə etdiniz?‖, ―Gördüyünüz işlər xoşunuza gəlirmi?‖, III sinif-
də ―Pambıq toplanışında kəndlilərə kömək‖ mövzusu üzrə ―Tarla-
nın görünüşü necədir?‖, ―Orada qadınlar nə edirlər?‖, ―Qadınlar 
pambığı necə yığırlar?‖, ―Pambıq çoxdurmu?‖, ―Bəs siz nə etdi-
niz?‖ və s. kimi suallar verilməlidir. Təcrübə göstərir ki, müsahibə-
dən sonra şagirdlərə fıkirləşmək, müqayisə etmək, ağıllı nəticələrə 
gəlmək üçün üç-dörd dəqiqə vaxt ayrılmalıdır. Bu zaman şagirdlə-
rin şüurunda əvvəl real varlığın obrazı yaranmalı, məzmun bütöv 
haldan hissələrə ayrılmalı, bir sözlə, onların malına çevrilməlidir. 
Yalnız belə olduqda şagirdlər bildiyi, qarşılaşdığı hadisələr haqqın-
da hekayə qura biləcəklər. 
İkinci qrupa daxil olan mövzulara ―Mənim anam‖, ―Ev işlərində 
anama necə kömək edirəm?‖, ―Mənim ailəm‖, ―Dostum‖, ―Istirahət 
gününü necə keçirdim‖, ―Ən çox sevdiyim kitablar‖, ―Stolu necə 
açıram‖, ―Ən çox sevdiyim oyun‖ və s. daxildir. Belə mövzular 
üzrə inşalar hər bir şagirdin öz həyatı, öz fəaliyyəti ilə bağlıdır. On-
lar öz şəxsi təəssüratlarını, mülahizələrini verməli olurlar. Fərdi xa-
rakter daşıyan mövzular elə tərtib olunmalıdır ki, hər bir başlıq qar-
şıya qoyulan fikrin əsas məğzi, fabulası olsun, şagirdləri danışmağa 
həvəsləndirsin. Bu zaman şagirdlər yalnız həyat təcrübələrindən
qarşılaşdıqları hadisələrdən çıxış edir, onların daxili dünyası açılır, 
həyata, insanlara münasibəti, hissləri, xarakteri, əhval-ruhiyyəsi 
məlum olur. Sadalama, ümumi təsvirçilik meylləri aradan qalxır. 
Təcrübə göstərir ki, fərdi xarakterli inşalar şagirdlərin yaxşı bə-
ləd olduqları, onlara tanış olan məsələlər ətrafında qurdurulmalıdır: 
məsələn, müşahidə apardığımız məktəblərdən birində I sinif şagird-
lərinə ―Ev işlərində anama necə kömək edirəm‖ mövzusu təqdim 
olundu. Şagirdlərə işin mahiyyətini açmaq üçün ―Ananız harada iş-
ləyir?‖ ―Siz evdə ananıza necə kömək edirsiniz?‖ ―Hansı işləri gö-
rürsünüz?‖ ―Ananız sizdən razı qalırmı?‖ ―Ananızı nə üçün sevirsi-
niz? sualları verildi. Bundan başqa heç bir əlavə iş aparılmadı. Çün-
ki şagirdlərin hər birinin öz həyatı, öz dünyası, öz təcrübəsi var. 
Hərənin anası bir idarədə, zavodda, fabrikdə, müəssisədə çalışır, 
evdə evdarlıq işləri ilə məşğul olur, ailəyə, uşaqlarına kömək edir. 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   433   434   435   436   437   438   439   440   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə