Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə434/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   430   431   432   433   434   435   436   437   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
447 
nitofon vasitəsi ilə) verilməsi; 
— rollar üzrə nağıletmə üçün ən maraqlı və nisbətən çox şəxsin 
iştirak etdiyi mətnlərin seçilməsi
— şagirdlərin səsinin və xarakterinin rola uyğunluğunu; 
— mimika və jestikulyastik hərəkətlərin uyğunluğunu
— rollara uyğun intonasiyanın (səsin alçaq və ucalığı, temp və 
tembrinin, məntiqi vurğu və fasilənin) gözlənilməsini; 
— hər tipin özünə xas olan dildə danışmalarını və s. 
Konkret bir nümunəyə diqqət yetirək. Tutaq ki, III sinifdə şa-
girdlər N.Gəncəvinin ―Ağılsız şah və tamahkar vəzir‖ mətnini im-
provizasiya üzrə nağıl etməlidirlər. Bunun üçün əvvəl müəllim şa-
girdlərə oxu nümunəsini verir. Məzmunla bağlı sual-cavab aparır. 
Şagirdlər məzmunu mənimsəyirlər. Bundan sonra müəllim səsi, hə-
rəkəti və xarakteri nisbətən uyğun gələn şagirdlərin birindən aparı-
cının, ikincisindən şahın, üçüncüsündən uşağın, dördüncüsündən 
isə vəzirin sözlərini nağıl etməyi tələb edir. Aparıcının sözləri adi 
danışıq tərzi ilə, uşağın sözlərini bir qədər yumşaq, şahın sözlərini 
bir qədər yüksəkdən, amiranə, vəzirin sözlərini isə yaltaq, yalvarıcı 
və hiyləgərcəsinə ifadə edirlər. Beləliklə, şagirdlər əsərin bədii də-
yərini başa düşür, məzmun və ideyanı şüurlu mənimsəyir və mə-
nimsədiklərini monoloji şəkildə danışa bilirlər. 
İbtidai siniflərdə bir neçə mənbə üzrə nağıletmə müəllimin gər-
gin əməyinin və pedaqoji ustalığının nəticəsi kimi meydana çıxır. 
Bu iş bir növ ümumiləşdirici xarakter daşıyır. Şagirdlərdə düşün-
mək, axtarmaq, tutuşdurmaq, qruplaşdırmaq və əqli nəticəyə gəl-
mək qabiliyyətləri oyadır. Təcrübə göstərir ki, müəllim bu işin təş-
kilində diqqətli olmalı, hansı mənbələr (mətnlər) üzərində iş apara-
cağını əvvəlcədən müəyyənləşdirməlidir. Bunun üçün şagirdlərə 
hər cür mətnləri təqdim etmək olmaz. Məlumdur ki, dərslikdəki 
materiallar müəyyən tematika üzrə verilmişdir. Ona görə də bir ne-
çə mənbə üzrə nağıletmə tematik prinsip əsasında aparılmalıdır. 
Tutaq ki, şagirdlər II sinifdə qış fəsli üzrə bir neçə mətnin məzmu-
nunu öyrənmişlər. Ola bilər ki, müəllim şagirdlərin qış haqqındakı 
təsəvvürlərini möhkəmləndirmək üçün ―Qışda‖ mövzusunda şifahi 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   430   431   432   433   434   435   436   437   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə