Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə428/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   424   425   426   427   428   429   430   431   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
441 
kömək edir. Məzmunun dərindən və şüurlu mənimsənilməsini, ən 
başlıcası, monoloji şifahi nitqin inkişafı üzrə işin effektini 
yüksəldir. 
Materialın şüurlu mənimsənilməsi və monoloji nitqin inkişafı 
baxımından öz sözləri ilə nağıl etməyə də xüsusi diqqət yetirilməli-
dir. Nağıletmənin bu növü şagirdləri quru əzbərçilikdən çəkindirir, 
yeni axtarışlara təhrik edir. Bu prosesdə şagirdlər yaradıcı fəaliyyət 
göstərməli olurlar. Onlar məzmunu canlı və təbii şəkildə ifadə et-
mək üçün bütün qüvvə və bacarığını səfərbərliyə alır, özünün qey-
ri-fəal lüğətini hərəkətə gətirir. 
Məktəb təcrübəsi göstərir ki, öz sözləri ilə nağıletmə bir qədər 
çətindir. Bu işə II sinifdən başlanmalıdır. Kiçik mətnlər dörd-beş 
dəfə oxunduqdan, yaxud yoldaşlarından bir və ya bir neçəsinin na-
ğılı dinlənildikdən sonra şagirdlər onları əzbərləyirlər. Ona görə də 
qabaqcıl müəllimlər bu işin müxtəlif variantlarından istifadə etmə-
yə çalışırlar. Belə ki, müəllim mətnin məzmunu ilə əlaqədar yazı 
taxtasına müvafiq sözlər yazır. Sonra həmin sözlərdən istifadə et-
məklə məzmunu danışmağı şagirdlərdən tələb edir. Şagirdlər yazı 
taxtasından sözləri oxuyur, məzmunla tutuşdurur, hər birini işlət-
mək üçün yer, məqam axtarmalı olurlar. Beləliklə, şagird cümlələri, 
bütövlükdə məzmunu əzbərləmiş olsa da, təqdim olunan sözlər onu 
hazır qəlibdən çəkindirir, öz üslubuna, hissinə uyğun ifadə (nitq) 
materialı seçir, forma yaradır. Məsələn, III sinifdə ―Vətən onu qo-
ruyanındır‖ mətni üzrə 
ana vətən Azərbaycan, neft, üzüm, pam-
bıq, azərbaycanlılar, otuz altı milyon azərbaycanlı, Amerika, 
dünya ölkələri, azad, müstəqil, ulu babalarımız, özünü vətənə 
qurban vermək 
və s. söz və ifadələr şagirdlərə təqdim olunur. Bu 
materiallar şagirdlərin qarşısında problem yaradır, onlar düşünür, 
hər sözü, ifadəni daxil etməklə məzmunu verməyə çalışırlar. 
I-IV siniflərdə məzmunun əyaniləşdirilməsi öz sözləri ilə nağıl-
etmədə mühüm rol oynayır. Bunun üçün dərsliklərdə xeyli imkan-
lar yaradılmışdır. Belə ki, I sinifdə səkkiz, II sinifdə on altı, III 
sinifdə on dörd və IV sinifdə isə doqquz mətnin məzmunu ilə bağlı 
seriya və süjetli illüstrasiyalar verilmişdir. Şəkillər məzmunun hər 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   424   425   426   427   428   429   430   431   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə