Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə425/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   421   422   423   424   425   426   427   428   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
438 
hakimə yürütmək, əqli nəticələrə gəlmək imkanı verir. Beləliklə
məzmun şüurda daha da möhkəmlənir, monoloji nağıletmə asanla-
şır. 
Psixoloji və neyrolinqvistik tədqiqatlar göstərir ki, nağıletmə 
prosesində üç tərəf meydana çıxır. Birincisi, nağıl olunan məzmun-
dur (A ilə işarə
 
edək). İkincisi, nağıl edəndir (B ilə işarə edək) 
Üçüncüsü isə
 
nağılı dinləyəndir (V ilə işarə edək). Nağıletmə pro-
sesində bu tərəflər
 
arasında daxili əlaqələr yaranır
 
fasiləsiz da-
vam edir. Məsələn: 
A B V 
Sxemdən göründüyü kimi şagird hər hansı mətnin məzmununu 
nağıl edir. Bu zaman onun hər sözü, hərəkəti dinləyicilərə təsir gös-
tərir. 
Dinləyicilər də öz növbəsində diqqətinin, mimik hərəkətlərinin 
və s. dəyişməsi ilə ona reaksiya verirlər. Bu reaksiyalar nağıl edəni 
yeni situativ vəziyyətə salır. Ona psixoloji təsir göstərir. Nağılının 
dinləyicilər tərəfindən yaxşı qarşılandığını duyduqda, o, məzmunu 
şüurunda daha aydın şəkildə canlandırmağa çalışır, ən xırda detal-
ları, incə məsələləri yüksək əhvali-ruhiyyə, emosiya ilə ifadə edir. 
Əks halda dinləyicilərin nağıldan razı qalmadıqlarını hiss etdikdə 
öz çıxışını tamamilə yeni istiqamətdə qurmağa çalışır. Yaxud da ki, 
nağıl edəni daxili hisslər bürüyür, çaşır, özünə inamı itir. Nəticədə 
məzmunun bəzi elementlərini, hətta bəzən müəyyən hadisəni də 
buraxır. Belə hallarda buraxılmış hissələr şagirdlərin şüurunda zəif-
ləyir. İkinci dəfə onları təsəvvürdə canlandırmaq çətinləşir, məz-
munu dəqiq və monoloji şəkildə ifadə etmək olmur. Ona görə də 
müəllim şagirdlərin nağılı prosesində belə hallara qarşı diqqətini ar-
tırmalıdır. 
Təcrübə göstərir ki, I-II siniflərdə şagirdlər bədii əsərlərə nisbə-
tən elmi-kütləvi materialların məzmununu bir qədər çətin nağıl 
edirlər. Bu, ondan irəli gəlir ki, elmi-kütləvi materialların dili bir 
qədər elmi-üslubi xarakter daşıyır. Şagirdlər bu dildə materialın 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   421   422   423   424   425   426   427   428   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə