Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə423/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   419   420   421   422   423   424   425   426   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
436 
6. Nağıl xarakterli monoloji nitq 
Nağıletmə janrı dedikdə monoloji şifahi nitqin danışmaq, nağıl 
etmək və məlumat vermək formaları nəzərdə tutulur. Burada başlı-
ca məqsəd baş vermiş və yaxud düşünülmüş hər hansı hadisə, 
oxunmuş bədii və elmi-kütləvi materialların məzmunu, yerinə yeti-
rilmiş və ya planlaşdırılmış hər hansı tədbir haqqında fıkrin təfsilatı 
ilə, məntiqi və xronoloji ardıcıllıqla başqalarına çatdırılmasıdır. 
Nağıletmə prosesində bəhs olunan hadisə kompozisiya cəhətdən 
bitkin bir hekayədə əks olunur. Bu hekayə də başqa əsərlər kimi üç 
mərhələyə ayrılır: a) zavyazka; b) kulminasiya; v) razvyazka. 
Birinci hissədə cərəyan edən hadisənin başlanğıcı verilir. Bunu 
hekayənin girişi də adlandırmaq olar. Hadisənin başlanma yeri və 
vaxtı, kim tərəfindən, hansı şəraitdə baş verməsi göstərilir. Hadisə-
nin gələcək inkişafı üçün zəmin hazırlanır. İkinci hissə hadisənin 
dinamik inkişafı və düyün nöqtəsidir. Üçüncü hissə isə hadisənin 
açılışı, son nəticəsidir. I-IV siniflərdə şagirdlərə nağıletmə prose-
sində bəhs olunan hadisənin baş vermə yerini və vaxtını şərh et-
mək, hadisənin düyün nöqtəsini açmaq bacarığı aşılanmalıdır. Şa-
girdlər hadisənin başlanğıc, düyün nöqtəsi və açılışının nəticəsinin 
nədən ibarət olduğunu bilməli, hekayədəki əsas funksiyanı dərk et-
məlidirlər. 
Nağıletmə prosesində nitqin xarici ifadə vasitələrindən (intona-
siya, jest, mimika və s.) istifadə edilməli, hekayənin məzmunu ilə 
forması arasındakı vəhdət diqqət mərkəzində saxlanmalıdır. Bun-
larsız qəhrəmanın hərəkəti dəqiq açılmır, dumanlı qalır. 
I-II sinif şagirdləri fantastik, yumoristik, gülməli hekayələri çox 
sevirlər. III-IV siniflərdə şagirdlər bir qədər ciddi, müharibədən 
bəhs edən materialların oxunmasına da meyl edirlər. Müəyyən el-
mi-kütləvi məqalələr də oxuyurlar. Şagirdlərdən belə hekayələr 
qurmaq tələb olunduqda, onlar hər şeyə adi baxır, nağıl etməyə 
mövzu tapmırlar. Ona görə də nəql xarakterli monoloji şifahi nitqin 
inkişafı üzrə iş apararkən I-IV sinif şagirdlərinin öz həyatlarında 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   419   420   421   422   423   424   425   426   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə