Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə422/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   418   419   420   421   422   423   424   425   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
435 
Tabloda dəniz elə bil yorğun adamlar kimi mürgüləyir. Həzin əsən 
xəzri onun səthini ağır-ağır tərpədir. Xırda ləpələr sakit dənizin si-
nəsini sanki qabardır. Tabloda axşamın yaxınlaşdığı hiss olunur. 
Dənizin doğma sakinləri, ağ qağayılardan bəziləri gümüşü qanadla-
rını çırpa-çırpa bir-birini ötür, mavi sulara baş vururlar. Bəziləri də 
dənizdən baş qaldırmış qayalıq adacıqlarında gecələmək üçün tələ-
sirlər. Dənizdə tam sakitlik duyulur. Ancaq bu sakitlikdə qurub-ya-
ratmaq həvəsi, qəhrəman insan əməyi hiss olunur. Budur, dənizin 
içərilərində neft buruqları ―meşəsi‖ canlanır. Bu buruqlar insan ağ-
lının, insan əməyinin misilsiz hünəri ilə yaranmışdır. Dənizin dibin-
dən, torpağın dərin qatlarından gecə-gündüz çıxan neft insanların 
qəhrəmanlıqlarını təcəssüm etdirir. Ön planda dənizin soyuqluğu 
mavi boya ilə verilir. Yaxınlaşan axşam qaranlığı Xəzərin zümrüd 
rəngi ilə qarışır. Neft buruqları meşəsini bürüyür, onların siluetini 
üzə çıxarır. Bu axşam qaranlığında uzaqdakı qəsəbənin işıqları gö-
rünür, elektrik lampalarının işığı altında qəhrəman neftçilərin 
ahəngdar işi davam edir. 
Doğrudur, şagirdlərin hamısı belə inşalar qura bilməmişdilər. 
Lakin onların monoloji şifahi nitqinin təhlili göstərdi ki, şagirdlərin 
bir qrupu müstəqil hərəkət etmiş, təbiət təsvirini, oradakı lirikanı 
duymuş, müəllifin məqsədini, əsərin ideyasını başa düşmüşdülər. 
Ona görə ki, müəllim yeri gəldikcə şagirdlərin yaş və bilik səviyyə-
sinə uyğun olan, təsviri xarakter daşıyan belə reproduksiyalardan 
istifadə etməlidir. 
Təcrübə göstərir ki, I-IV siniflərdə təsvir xarakterli inşaların 
belə qurulması şagirdlərin incəsənət əsərləri üzrə biliklərinin dairə-
sini genişləndirməklə, onlarda iti müşahidə aparmaq, əqli nəticələrə 
gəlmək qabiliyyəti aşılayır, fantaziyasını və monoloji şifahi nitqini 
də inkişaf etdirir. 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   418   419   420   421   422   423   424   425   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə